akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Bakının baş planı və idarəetmə | Dilqəm İsmayılov 19.04.2024 15:55
Bakının inkişaf tarixi haradan başlayır? Yeni təsdiq edilmiş baş planda hansı maraqlı məqamlar var? Bakını kimlər idarə etməlidir? Növbəti videomuzda memar Dilqəm İsmayılovla Bakının baş planı və idarəetmə barəsində danışmışıq.
XXI əsrin Bakısında nə dəyişdi və nə dəyişməlidir? | Sean Barry 17.04.2024 21:31
“Azərbaycan haqqında mətbuatda eşidirsinizsə, bu, keçmiş Sovet Respublikası, neft və qazla zəngin Azərbaycandır. Amma bu, ölkənin, onun xalqının, mədəniyyətinin üçölçülü mənzərəsi deyil.” 23 ildir Azərbaycanda yaşayan müəllim Sean Barry ilə müsahibəmizi dinləyə bilərsiniz.
Əmək bazarı və təhsil dünyası arasında əməkdaşlıq | Nərmin Şahbazova 15.04.2024 11:27
Ömür boyu öyrənmə konsepsiyası dedikdə nə nəzərdə tutulur? Milli kvalifikasiya çərçivəsinin əsas məqsədi nədir? Peşə standartları və kvalifikasiyaları necə hazırlanır? Kvalifikasiyaların hazırlanması üzrə ekspert Nərmin Şahbazova ilə videomuzu izləyə bilərsiniz.
İnnovativ sahibkarlıq | Asif İbrahimov 12.04.2024 9:35
İnnovativ sahibkarlığın ənənəvi sahibkarlıqdan əsas fərqi nədədir? Data toplanması nə üçün sahibkarlar üçün önəmlidir? İnnovasiyalar sahibkarlığa necə kömək olur? Sahibkar Asif İbrahimovla videomuzu izləyərək öyrənə bilərsiniz.
Mənzil ehtiyacı və gəlir səviyyəsi | Rəşad Həsənov 10.04.2024 32:05
Nə üçün daşınmaz əmlak qiymətləri əhali üçün əlçatan deyil? Daşınmaz əmlakın ənənəvi investisiya aləti olmasının əsas səbəbi nədir? Bakı ətrafı ərazilərdə mənzil sayının artırılması daşınmaz əmlak problemini həll edə bilərmi? İqtisadçı Rəşad Həsənovla bu haqda söhbətimizi dinləyə bilərsiniz.
Uşaq zorakılğının gizli növü - Zorakı tərbiyə | Aytəkin Hüseynli 07.04.2024 16:47
Zorakı tərbiyə nədir və hansı növləri var? Zorakı tərbiyə uşaqların inkişafında hansı fəsadlara səbəb ola bilər? Valideynlər uşaq inkişafı ilə bağlı nələri bilməlidirlər? Elmlər doktoru və Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Sosial media asılılığından necə qurtulmaq olar? | Lalə Kişiyeva 04.04.2024 13:34
Rəqəmsal asılılıq dedikdə nə nəzərdə tutulur? Bu asılılıqdan qurtulmaq üçün hansı addımları atmaq lazımdır? Media mütəxəssisi Lalə Kişiyeva ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.
Məktəbəqədər təhsildə effektiv öyrənmə | İlahə Rəsulova 03.04.2024 15:38
Məktəbəqədər yaş dövründəki uşaqların öyrənmə prosesinə hansı amillər təsir edir? Mükafatlandırmanın uşaqlar üzərində hansı müsbət və mənfi nəticələri ola bilər? Necə etmək olar ki, uşaqlar öyrənmə prosesindən zövq alsınlar? Tədqiqatçı İlahə Rəsulova ilə videomuz bu haqdadır.
Tələbənin bacarıq və istedadını reallaşdırması üçün nə çatmır? | Rüqayə Abbaslı 01.04.2024 8:27
Tələbələrin özünü inkişafına nə mane olur? Valideynlər övladlarının ixtisas seçimlərinə necə təsir edir? Bakalavr təhsilində dəyişilməsi ən vacib məqamlar hansılardır? Magistr tələbəsi Rüqayə Abbaslı ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Doktorantura təhsili: Müraciətçi üçün bələdçi | Xətai Alıyev 29.03.2024 17:50
Doktorantura təhsilinin üstünlükləri nələrdir? Kimlər doktorantura dərəcəsi ala bilər? Azərbaycanda doktorantura təhsilinin çatışmayan tərəfləri hansılardır? Doktorantura təhsilinə başlamaq istəyənlər nələri bilməlidir? İqtisadçı Xətai Alıyev bu suallara cavab verir.
"Cadenza" orkestrinin məktəblilərlə görüşləri | Şəfaqət Məmmədova 27.03.2024 16:52
“Cadenza” orkestri məktəblilərin musiqi biliyini artırmaq və onları musiqiyə həvəsləndirmək məqsədilə məktəblərdə müxtəlif tədbirlər həyata keçirir. Bu videomuzda layihənin koordinatoru və musiqişünas Şəfaqət Məmmədova ilə orkestrin məktəblilərlə görüşləri haqqında danışmışıq.
Şəhər və kənd kontekstlərində uşaq meydançalarının təşkili | Səbinə Abbasova 25.03.2024 14:22
Uşaq meydançalarının əhəmiyyəti nədən ibarətdir? Kənd və şəhərlərdə yaşadığımız mühiti yaxşılaşdırmaq üçün nələr edə bilərik? Təbiətlə təmasda olmaq nə üçün vacibdir? Memar Səbinə Abbasova ilə bu haqda danışmışıq.
Kino niyə müstəqil sənət növü sayılır - Kinonun ifadə dili | Elvin Cəbizadə 18.03.2024 22:45
“Əgər bir sinefili incitmək istəyirsinizsə, ona deməyiniz kifayətdir ki, kino ədəbiyyatın davamıdır və ya vizualizasiyasıdır. O, mütləq bu hökmə qarşı çıxacaq.” Budəfəki videomuzda bloger və rejissor Elvin Cəbizadə ilə kinonun nə üçün müstəqil sənət növü sayılması haqda danışmışıq.
Bələdiyyələr - gözləntilər və reallıq | Ülviyyə Babayeva 13.03.2024 11:21
Bələdiyyələr vətəndaşların gözləntilərini doğruldurmu? Bələdiyyələrdə effektiv idarəçiliyə mane olan nədir? Bələdiyyələr hansı problemlərin həllində əhəmiyyətli rol oynayır? Bərdə Qadın Klubunun təsisçisi Ülviyyə Babayeva ilə videomuzda bu haqda danışmışıq.
Sindromlu uşaqların diaqnostikası və valideyn təcrübəsi | Aysel Mirzoyeva 11.03.2024 8:15
Erkən və düzgün diaqnostika sindromlu uşaqların inkişafına necə təsir göstərir? Valideynlər sindromlu uşaqlara diaqnoz qoyulması prosesində hansı çətinliklərlə üzləşirlər? Bloger Aysel Mirzoyeva ilə bu haqda danışmışıq.
Azərbaycanda dövlət və özəl məktəblərinin fərqi | Nazlı Pəncəliyeva 06.03.2024 13:21
Azərbaycandakı dövlət və özəl məktəblərində əsas fərqlər nələrdir? Özəl məktəblərin kurikulumları necə dizayn edilir? Dövlət məktəbləri özəl məktəblərdən hansı təcrübələri öyrənə bilər? Nazlı Pəncəliyeva ilə videomuzda bu haqda danışılır.
Sosial şəbəkələr və siyasət | Nəcmin Kamilsoy 04.03.2024 11:40
Sosial şəbəkələrdən istifadə ilə siyasi fəallıq arasında hansı əlaqə var? Bu əlaqə demokratik və qeyri-demokratik ölkələrdə necə fərqlənir? Sosial şəbəkələr siyasi fəallar üçün hansı təhlükələri yarada bilir? Bu barədə tədqiqatçı Nəcmin Kamilsoyla videomuzu izləyərək öyrənə bilərsiniz.
İqtisadiyyat və sosial elmlərin tədrisi səmərəli təşkil olunurmu? | İbrahim Niftiyev 01.03.2024 13:11
Sosial elmlərin tədrisini effektiv şəkildə təşkil etmək üçün nə etməli? Niyə iqtisadiyyat və sosial elmlər Azərbaycan üçün əhəmiyyətlidir? İxtisaslı kadr probleminin həlli ilə bağlı universitet və tələbələrdən nə gözlənilir? İqtisadçı İbrahim Niftiyevlə videomuzda bu haqda danışılır.
Dövlət telefon danışıqlarımızı necə dinləyir? | Səyyad Yusifli 28.02.2024 15:39
Dövlət tərəfindən telefon danışıqlarımızın dinlənilməsi hüquqidirmi? Hansı növ cinayətlər araşdırılan zaman telefon danışıqları dinlənilir? Bununla bağlı qanunvericilikdə hansı problematik məqamlar mövcuddur? Bu barədə hüquqşünas Səyyad Yusifli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
İqlim dəyişikliyinə inklüziv adaptasiya | Xalisə Şahverdi 26.02.2024 14:25
İqlim dəyişikliyi müxtəlif əhali qruplarına necə təsir edir? İqlim dəyişikliyinə adaptasiya prosesində gender həssas və inklüziv yanaşma nə üçün önəmlidir? Adaptasiya prosesinə haradan başlamaq lazımdır? Gender və inkişaf üzrə ekspert Xalisə Şahverdi ilə bu haqda danışmışıq.
Ölkədə hazırlanan strateji yol xəritələrində nə çatışmır? | Sübhan Həsənli 23.02.2024 15:38
Ölkədə qəbul olunan dövlət proqramları və strateji yol xəritələri ilə bağlı hansı problemli məqamlar mövcuddur? Bu proqramların qəbulunda ictimaiyyətin rəyi nə dərəcədə nəzərə alınır? Hüquqşünas Sübhan Həsənli ilə strateji yol xəritələrindəki çatışmazlıqlar haqqında danışmışıq.
Boşanma zamanı yaşanılan çətinliklər | Kama Əhməd 21.02.2024 11:47
Boşanma zamanı ailələr hansı çətinliklərlə üzləşirlər? Bu prosesdə hər iki tərəfin daha az zərər görməyi üçün nələrə diqqət yetirmək lazımdır? Uşaq mərkəzli boşanma dedikdə nə nəzərdə tutulur? Boşanma kouçu Kama Əhmədlə bu haqda danışmışıq.
Vergilərlə bağlı dəyişikliklər sahibkarlara necə təsir edəcək? | Nahid Tağıyev 19.02.2024 14:39
2024-cü ildən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödəyicilərinə necə təsir edəcək? Bu dəyişiklik zərurəti haradan yaranıb? Bu dəyişikliklərin ən çox təsir etdiyi qruplar hansılardır? Vergi üzrə mütəxəssis Nahid Tağıyevlə bu haqda danışmışıq.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.