akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Dünyada və ölkəmizdə video oyun sənayesi | Şahin Əliyev 08.07.2024 15:01
Müasir oyun sənayesi necə inkişaf edib? Qlobal video oyun bazarını idarə edən əsas tendensiyalar hansılardır? Azərbaycanın bu sahədə uğur əldə etmək potensialı nə qədərdir? “Dynamic Box Studio”-nun həmtəsisçisi Şahin Əliyevlə bu haqda danışmışıq.
Mədəniyyətə dəstəyin hansı modelləri var? | Qismət Rüstəmov 04.07.2024 13:52
Mədəniyyət siyasəti dedikdə nə nəzərdə tutulur? Mədəniyyətə dəstək modelləri hansılardır? Bu modellərin hansı çatışmayan tərəfləri var? Azərbaycanda mədəniyyət siyasəti ilə bağlı aktual məsələlər nələrdir? Yazıçı Qismət Rüstəmovla mədəniyyətə dəstək modelləri haqda videomuzu təqdim edirik.
Məişət zorakılığı və dövlətin öhdəliyi | Fariz Namazlı 01.07.2024 19:02
Məişət zorakılığı cinayətləri dövlətin üzərinə hansı öhdəlikləri qoyur? Azərbayan qanunvericiliyində bununla bağlı hansı çatışmazlıqlar var? Avropa Məhkəməsinin məişət zorakılığı cinayətləri ilə bağlı yanaşması necədir? Vəkil Fariz Namazlı ilə videoumuzda bu suallara cavab tapa bilərsiniz.
Rəqabət Məcəlləsi iqtisadiyyata nə verəcək? | Azər Mehtiyev 27.06.2024 17:29
Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Məcəllədə hansı məsələlərin tənzimlənməsi nəzərdə tutulub? Rəqabət siyasətinin əsas prinsipləri hansılardır? Rəqabət Məcəlləsi iqtisadiyyata nə qazandıracaq? İqtisadçı Azər Mehtiyev izah edir.
Sosial-iqtisadi layihələrin hazırlanması | Nicat Qarayev 24.06.2024 15:47
Sosial layihələr dedikdə nə nəzərdə tutulur? Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin dizaynında hansı çatışmazlıqlar var? Yaxşı layihə dizayn edə bilmək üçün nələri öyrənməyə ehtiyac var? İqtisadi inkişaf üzrə mütəxəssis Nicat Qarayevlə bu haqda danışmışıq.
Tələbələrin öyrənməyə cəlb olunması | Razia İsayeva 20.06.2024 21:37
Tələbələrin öyrənməyə cəlb olunmasında vacib amillər nələrdir? Bu prosesdə qlobal və yerli səviyyədə hansı çətinliklər var? Tələbələrin öyrənməsində universitetlərin üzərinə hansı öhdəliklər düşür? Tədqiqatçı Razia İsayeva ilə bu haqda danışmışıq.
Yaradıcı təbəqə və gələcək | Anar Vəliyev 17.06.2024 11:12
Yaradıcı təbəqə ölkələrin inkişafına necə dəstək olur? Bakıda yaradıcı təbəqənin sayını necə artırmaq olar? Dövlət yaradıcı fəaliyyəti tənzimləməlidirmi? ADA universitetinin dosenti Anar Vəliyevlə söhbətimizdə bu haqda danışmışıq.
İnsan resursları haqda bilməli olduqlarımız | Səbinə Qulamzadə 05.06.2024 14:20
İnsan resursları bizneslər üçün nə qədər əhəmiyyətlidir? Azərbaycanda insan resursları sahəsi nə vaxt inkişaf etməyə başlayıb? Bu sahədə mütəxəssis olmaq üçün hansı bacarıqlara ehtiyac var? İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə ilə söhbətimizi dinləyin.
Travma haqda bilməli olduqlarımız | Loğman Qasımov 03.06.2024 14:51
Posttravmatik stress pozuntusunun öhdəsindən necə gəlmək mümkündür? Yaşadığımız bütün ağır hadisələr travmalara səbəb olurmu? Düzgün diaqnostika nə üçün əhəmiyyətlidir? Psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla söhbətimizi dinləyə bilərsiniz.
Kuir feminist sosial iş | Aida Mirzəyeva 31.05.2024 10:36
Sosial işdə hansı yanaşmalar mövcuddur? Ənənəvi sosial işin çatışmazlıqları nələrdir? Kuir feminist sosial iş necə meydana çıxıb? Sosial işçi Aida Mirzəyeva ilə müsahibəmizdə bu haqda danışmışıq.
Özəl sektorun ictimai məkanlara təsiri | Ucal Qorçu 29.05.2024 14:12
“İctimai məkanın uğuru onun estetik gözəlliyi deyil, cəmiyyətin fərqli təbəqələrinin səslərini duyurması üçün bir platforma olmağıdır.” Budəfəki videomuzda urbanist tədqiqatçı Ucal Qorçu ilə özəl sektorun ictimai məkanlara təsiri haqqında danışmışıq.
Kouçluq nədir? | Günel Mehdiyeva 27.05.2024 18:45
Kouçluq insanlara nə vəd edir? Kouçluğun hansı texnikaları var? Bu texnikalar insanlarda nə kimi dəyişikliklər yarada bilir? Kouçluqla bağlı hansı yanlış fikirlər mövcuddur? Kouç və Beynəlxalq Kouçinq Federasiyasının üzvü Günel Mehdiyeva ilə müsahibəmizi dinləyə bilərsiniz.
Generativ süni intellekt və produktivlik | Emil Mirzəyev 24.05.2024 14:43
Süni intellekt modellərindən istifadə produktivliyə necə təsir edir? Süni intellekt modellərinə effetkiv tapşırıq vermə üsulları hansılardır? Bu modellərdən istifadənin hansı mənfi və müsbət cəhətləri var? Süni intellekt üzrə tədqiqatçı Emil Mirzəyevlə söhbətimizi dinləyə bilərsiniz.
Kibertəhlükəsizlik və innovasiya | Günay Məmmədli 22.05.2024 7:09
Tədqiqat və inkişaf sahəsinə investisiya etmək nə üçün vacibdir? Rəqəmsal platformalarda məxfiliyimizi necə təmin edə bilərik? Texnologiya sahəsində qlobal bazarla necə rəqabət aparmalıyıq? Kibertəhlükəsizlik üzrə mütəxəssis Günay Məmmədli ilə söhbətimizi dinləyə bilərsiniz.
Post-müharibə dövründə sosial xidmətlərin rolu | Zamin Zəki 20.05.2024 15:12
Müharibədən əziyyət çəkmiş insanlar üçün sosial xidmətlər necə təşkil edilməlidir? Azyaşlı uşaqlara müharibəni necə başa salmaq lazımdır? Azərbaycanda post-müharibə dövrü üçün nəzərdə tutulmuş sosial xidmətlərdə nələr çatışmır? Sosial işçi Zamin Zəki ilə söhbətimizi dinləyə bilərsiniz.
Rəqəmsal diplomatiya | Zümrüd Paşkin 17.05.2024 18:03
Ənənəvi və rəqəmsal diplomatiya bir-birindən nə ilə fərqlənir? Rəqəmsal diplomatiyanın müsbət və mənfi cəhətləri nələrdir? Azərbaycanda rəqəmsal diplomatiyadan necə istifadə edilir? Xarici siyasət müxbiri və tədqiqatçı Zümrüd Paşkinlə müsahibəmizdə bu haqda danışmışıq.
Xüsusi qrup uşaqlar və onların qarşılaşdığı çətinliklər | Nuranə İsmayılova 15.05.2024 25:45
“Fiziki çətinliklər bir tərəfə, insan özünü pis hiss edir ki, uşaqla bir yerdə valideyn də cəmiyyətdən uzaqlaşdırılır.” Bu dəfəki müsahibəmizdə serebral iflici olan uşağın valideyni Nuranə İsmayılova ilə xüsusi qrup uşaqlar və onların qarşılaşdığı çətinliklər barəsində danışmışıq.
Bizə tədqiqat universitetləri niyə lazımdır? | Abbas Abbasov 13.05.2024 16:14
Tədqiqat universitetləri necə yaranıb və bizə nə üçün lazımdır? Tədqiqat universitetlərin hansı missiyaları var? Əhəmiyyətli ixtiraların yaranmağında tədqiqat universitetləri necə rol oynayıb? Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasovla bu haqda danışmışıq.
Reproduktiv sağlamlıq və hüquqlar | Nərgiz Muxtarova 10.05.2024 14:03
Reproduktiv sağlamlıq və hüquqlar dedikdə nə nəzərdə tutulur? Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı vəziyyət nə yerdədir? Əhali arasında kontraseptiv vasitələrdən istifadə nə üçün aşağıdır? Tədqiqatçı Nərgiz Muxtarova ilə müsahibəmizi dinləyə bilərsiniz.
Korporativ iqlim addımları | Səriyyə Heydərova 08.05.2024 17:15
Böyük korporasiyalar ekoloji problemlərin yaranmasında nə qədər rol oynayır? Greenwashing nə deməkdir? Korporasiyalar qarşısında hansı tələblər qoyulmalıdır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbrayt təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.
COP29 Azərbaycana və dünyaya nə verəcək? | Rövşən Abbasov 06.05.2024 17:58
Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədində hansı məsələlər yer alır? Yaşıl maliyyə mexanizmi dedikdə nə nəzərdə tutulur? COP29 Azərbaycana və dünyaya nə verəcək? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla videomuzu izləyə bilərsiniz.
Azərbaycanda açıq ictimai məkanların təhlili | Əfsun Mehmani 29.04.2024 15:04
İctimai məkanlar nə üçün əhəmiyyətlidir? Azərbaycandakı ictimai məkanların hansı çatışmazlıqları var? Açıq məkanlar qadınlar üçün nə qədər təhlükəsizdir? Bu məkanlar necə təşkil olunmalıdır? Memar və şəhərsalma üzrə mütəxəssis Əfsun Mehmani ilə videomuzu izləyə bilərsiniz.
PİSA nəticələri Azərbaycan təhsili ilə bağlı nə deyir? | Fərid Mehralızadə 26.04.2024 14:54
Beynəlxalq şagird qiymətləndirmə proqramı PİSA nəticələrində Azərbaycanla bağlı hansı məqamlar var? Pandemiya şagirdlərin akademik göstəricilərinə necə təsir edib? Şagirdlər sinif otağında özlərini nə qədər təhlükəsiz hiss edir? İqtisadçı Fərid Mehralızadə ilə videomuzu izləyə bilərsiniz.
Riyaziyyat bizim nəyimizə lazımdır? | Afərin Əkbərli 24.04.2024 10:06
Riyaziyyat icad yoxsa kəşfdir? Riyazi modelləşdirmə nə üçün əhəmiyyətlidir? Riyaziyyatı hər kəs öyrənə bilərmi? Riyaziyyatçı Afərin Əkbərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Beynəlxalq inkişaf və Dünya Bankının rolu | Zaur Rzayev 22.04.2024 24:02
Beynəlxalq inkişaf özündə nələri ehtiva edir? Dünya Bankının missiyası nədir və hansı istiqamətlərdə fəaliyyət göstərir? Bu dəfə Dünya Bankının xarici əlaqələr üzrə müşaviri Zaur Rzayevlə beynəlxalq inkişaf və Dünya Bankının rolu haqqında danışmışıq.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.