fr

akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

N'hésitez pas à visiter le site du podcast et à soutenir son créateur : akinchi.podbean.com

Auteur

akinchi

Catégorie

Education

Site du podcast

akinchi.podbean.com

Dernier épisode

19 nov. 2026

Où écouter ?

Les podcasts dans l'appli Replaio Radio Bientôt disponible

Les podcasts arrivent très bientôt dans l'appli. Installe-la dès maintenant et découvre en avant-première une toute nouvelle façon de vivre les podcasts

Télécharger sur Google Play Installe-la gratuitement Android 10 M+ de téléchargements · note de 4,7+ iOS bientôt

Épisodes

Müasir incəsənətdə multidisiplinarlıq | Ramil Əliyev 19.11.2026

Yeni videomuzda Atəş Hub müstəqil müasir incəsənət platformasının rəssamı Ramil Əliyevlə multidisiplinar sənətin müasir yaradıcılıqdakı rolu barədə danışmışıq. Qonağımız bildirir ki, bu yanaşma sənətçiyə ideyasını yalnız bir vasitə ilə deyil, foto, səs, məkan, performans və digər ifadə formalarını birləşdirərək çatdırmaq imkanı verir.  Ramil Əliyev əlavə edir ki, multidisiplinarlıq sənətdə mövcud...

Sənətçinin formalaşması: sorğulama, eksperiment və mövqe | Ülkər Əliyeva 16.11.2026

Sənətşünas, Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının Vizual Sənət və Performans şöbəsinin koordinatoru Ülkər Əliyeva ilə sənətçinin formalaşmasına təsir edən amillər barədə danışmışıq. Spiker vurğulayır ki, sənətçiyə hazır cavablar vermək əvəzinə, ona sual verməyi və öz ifadə vasitəsini tapmağı öyrətmək lazımdır. Qonağımızın sözlərinə görə, bəzən ən güclü sənət əsəri cavabdan daha çox sual do...

Səhv etmək təhlükəli olmamalıdır | Əfşan Mehdiyeva 12.11.2026

Yeni videomuzda təlim və inkişaf üzrə ekspert Əfşan Mehdiyeva psixoloji təhlükəsizliyin həyatımızdakı əhəmiyyətindən danışır, insanların qorxmadan sual verə, səhvlərini etiraf edə və fikirlərini bölüşə bildiyi mühitin üstünlüklərini izah edir. Qonağımız araşdırmalara əsaslanaraq psixoloji təhlükəsizliyin komandaların fəaliyyətinə və öyrənmə prosesinə təsirindən bəhs edir. O, həmçinin rəhbərlərin,...

Süni intellekt dövründə memarlıq | Nigar İbrahimzadə 09.11.2026

Yeni videomuz süni intellektin memarlıqda yaradıcılıq prosesinə təsirinə həsr olunub. Memar Nigar İbrahimzadə süni intellektin memara qısa zamanda çoxsaylı alternativlər təqdim etməklə yaradıcılıq prosesini sürətləndirdiyini, lakin bunun insanın ideya yaradan şəxsdən daha çox seçim edən tərəfə çevrilməsi riskini də artırdığını deyir. Qonağımız həmçinin süni intellektin memarın düşüncə tərzinə, yax...

Niyə sərmayə həmişə iqtisadi inkişaf gətirmir? | Fikrət Valehli 05.11.2026

Yeni videomuz ölkələr arasında iqtisadi inkişaf və məhsuldarlıq fərqlərinin səbəblərinə həsr olunub. İrvayn Kaliforniya Universitetinin iqtisadiyyat üzrə doktorantı Fikrət Valehli iqtisadi artımın yalnız kapital və sərmayənin həcmi ilə deyil, həm də mövcud resursların necə bölüşdürülməsi ilə bağlı olduğunu deyir. Qonağımız həmçinin vergi və subsidiya siyasətinin, torpaq bazarındakı problemlərin və...

Perfeksionizm haqqında bilməli olduqlarımız | Humay Eminzadə 02.11.2026

Klinik psixoloq Humay Eminzadənin sözlərinə görə, mükəmməlliyə can atmaq bəzən insanın inkişafına təkan vermək əvəzinə, onun qarşısında maneəyə çevrilir. Perfeksionizmin arxasında səhv etmək, tənqid olunmaq və rədd edilmək qorxusunun dayandığını deyən spiker əlavə edir ki, bu cür insanlar uğur qazansalar belə, çox vaxt əldə etdikləri nəticələrdən zövq ala bilmirlər. Qonağımız həmçinin perfeksioniz...

Azərbaycanda təsviri sənət bazarı | Elçin Hüseyn 29.10.2026

Sənətşünas Elçin Hüseyn ölkədə təsviri sənət bazarından, rəssamların öz yaradıcılıqlarına və fəaliyyətlərinə yanaşmasından, cəmiyyətin incəsənətə münasibətindən danışır. Onun fikrincə, rəsm əsərinin dəyərini təkcə texniki keyfiyyəti deyil, həm də rəssamın həyat hekayəsi, yaradıcılıq yolu və gələcək potensialı müəyyən edir. O, rəssamların özlərini və yaradıcılıqlarını peşəkar şəkildə təqdim etməsin...

Breyk-dans: rəqs, idman və həyat tərzi | Fariz Musayev 26.10.2026

Xoreoqraf Fariz Musayev bildirir ki, breyk-dans rəqs və idman növü olmaqla yanaşı, həm də özünü sərbəst ifadə etmək və yaradıcılığını ortaya qoymaq üçün gözəl fürsətdir. Qonağımızın sözlərinə görə, breyk-dans uşaqların təkcə fiziki inkişafına deyil, həm də özünəinamının artmasına, yeni dostlar qazanmasına və ünsiyyət bacarıqlarının inkişafına kömək edir. Rəqslə məşğul olmaq üçün heç vaxt gec olmad...

Psixoterapiyada neyrofərqlilik: yanaşmalar və çətinliklər | Səbinə Nəzərova 22.10.2026

Psixoloq və psixoterapevt Səbinə Nəzərova psixoterapiyada neyrofərqliliyin nəzərə alınmasının vacibliyindən danışır. Onun sözlərinə görə, autizm, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, eləcə də digər neyroinkişaf xüsusiyyətləri insanların gündəlik həyatına, sosial münasibətlərinə və psixoloji vəziyyətinə müxtəlif şəkildə təsir göstərir. Spiker vurğulayır ki, neyrofərqli insanların qarşılaşdı...

Qadınların gözü ilə şəhər | Fidan Novruzova 19.10.2026

Urbanistika üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin qadınların gündəlik ehtiyacları və təcrübələri nəzərə alınaraq planlaşdırılmasının əhəmiyyətindən danışır. İnsanlar eyni şəhərdə küçələrdən, ictimai nəqliyyatdan, parklardan və digər ictimai məkanlardan istifadə zamanı fərqli təcrübələr yaşaya bilirlər. Xüsusilə qadınların hərəkət imkanları, təhlükəsizliyi və qayğı öhdəlikləri şəhərsalmada kifa...

ABŞ-da hüquq təhsili və hüquqşünas hazırlığı | Altay Mustafayev 15.10.2026

ADA Universitetinin hüquq fakültəsinin professoru, İndiana Universitetinin hüquq elmləri doktoru Altay Mustafayev qeyd edir ki, ABŞ-da hüquq təhsilində nəzəri biliklərlə yanaşı, tələbələrin tənqidi düşüncə, araşdırma və problem həll etmə bacarıqlarının inkişafına xüsusi əhəmiyyət verilir. Qonağımız həmçinin ABŞ-da geniş tətbiq olunan Sokrat metodundan, real məhkəmə qərarları əsasında aparılan tədr...

Vizyon nədir və bizə necə kömək edir? | Pərviz Abbasov 12.10.2026

Hüquqşünas, Nyu-York Ştatı Vəkillər Kollegiyasının üzvü Pərviz Abbasovla vizyon anlayışının insanın şəxsi və peşəkar həyatındakı rolundan danışdıq. Qonağımız qeyd edir ki, vizyon çox vaxt formal bir anlayış kimi qəbul olunsa da, onun arxasında psixologiya, nevrologiya və liderlik sahəsində aparılan araşdırmalar dayanır. Pərviz Abbasovun sözlərinə görə, düzgün müəyyən edilmiş vizyon insana çatmaq i...

SevilFest: Eşidilməyi gözləyən hekayələr | Aygün Rəşidova 08.10.2026

Kiçik bir təşəbbüs kimi başlayan SevilFest bu gün Azərbaycanın bir neçə şəhərində keçirilir və müxtəlif ölkələrdən rejissorları, filmləri və tamaşaçıları bir araya gətirir. Festivalın təsisçisi Aygün Rəşidova öz çıxışında qadınların hekayələrini eşitdirməyin, qadın rejissorları tanıtmağın və cəmiyyətdə danışılması çətin olan mövzulara sənədli kino vasitəsilə yer açmağın əhəmiyyətini qeyd edir. Qon...

Bir şəhəri anlamaq üçün onu piyada gəzməliyik | Anar Əliyev 05.10.2026

Bloqer Anar Əliyevlə danimarkalı urbanist Yan Gelin bu yaxınlarda Azərbaycan dilində nəşr edilən “İnsan yönümlü şəhərlər” kitabı haqqında danışdıq. Kitab şəhərə insan gözü ilə baxmağı və küçələri insanların gündəlik ehtiyaclarına uyğun qurmağı təklif edir. Qonağımız nitqində tıxac problemi, ictimai nəqliyyatın effektivliyi, piyada və velosiped infrastrukturunun inkişafı məsələlərinə toxunur. O qey...

Köç yolu: Yaşayan ənənə, davam edən mədəniyyət | Elçin Kərimov 01.10.2026

Azərbaycanda əsrlərdir davam edən yarımköçəri həyat tərzi bu gün də yaşayır. Yaylaqla qışlaq arasında uzanan Köç yolu adi bir yol deyil, həm də Azərbaycan tarixinin və mədəniyyətinin bir hissəsidir. Bu yol boyunca qədim yaşayış formaları, inanclar, adətlər və təbiətlə bağlı biliklər nəsildən-nəslə ötürülüb. Bu gün Köç yolu və Xınalığın yarımköçəri mədəniyyəti UNESCO tərəfindən qorunan irsin bir hi...

Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik? | İkram Gabiyev 30.07.2026

Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram Gabiyev hesab edir ki, uşaqlar erkən yaşlardan eksperiment aparmağı, yeni ideyaları sınaqdan keçirməyi və praktik problemləri həll etməyi öyrənməlidirlər. Qonağımız vurğulayır ki, təhsil sistemində robototexnika, proqramlaşdı...

Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik? | Nərgiz Əkbərova 27.07.2026

Peşəkar kouç Nərgiz Əkbərova gəlir və xərcləri düzgün idarə etməyin, eləcə də maliyyə hədəflərinə çatmağın praktik yollarını bölüşür. O deyir ki, büdcə planlaması insanın həyatını məhdudlaşdırmır, əksinə, ona daha çox maliyyə azadlığı qazandırır. Spiker impulsiv alış-verişdən yayınmağın, ehtiyacla istəyi ayırd etməyin və fövqəladə hallar üçün maliyyə ehtiyatı yaratmağın əhəmiyyətini vurğulayır. O,...

Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış | Cavid Cəfərov 23.07.2026

Breda Universitetinin tədqiqat və strateji inkişaf üzrə mütəxəssisi Cavid Cəfərov qlobal miqyasda rəqabət üzərində formalaşmış ali təhsil ekosistemində universitet reytinqlərinin rolundan danışır. Qonağımız universitet reytinqlərinin müsbət tərəflərini qeyd etməklə yanaşı, bəzi universitetlərin dayanıqlı uğurun əsasını təşkil edən keyfiyyətli tədqiqat, akademik nəşrlər və yüksək səviyyəli təhsilə...

Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə 20.07.2026

Klinik psixoloq Humay Eminzadə asılılığın beyində necə formalaşdığını, onun qərarvermə, emosiyalar və gündəlik həyata təsirini elmi əsaslarla izah edir. Spiker sosial media və telefon istifadəsindən tutmuş münasibət və maddə asılılığına qədər müxtəlif asılılıq növlərinin ortaq mexanizmlərini və risk faktorlarını müzakirə edir. Çıxışda həmçinin asılılığın ailəyə, psixi sağlamlığa və həyat keyfiyyət...

Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova 16.07.2026

Yeni videomuzda kommunikasiya üzrə ekspert Jalə Abbasova yumşaq bacarıqların gələcəyin ən vacib kompetensiyalarından biri olacağını əsaslandırır. O, texniki biliklərin uğur üçün kifayət etmədiyini, effektiv ünsiyyət, liderlik, empatiya və adaptasiya bacarıqlarının real nəticələri müəyyənləşdirdiyini vurğulayır.  Çıxışda beynəlxalq araşdırmalara əsaslanaraq yumşaq bacarıqların əmək bazarında artan...

Handicraft Baku: Yaradıcı sahibkarları bir araya gətirən məkan | Jalə Nəcəfova 13.07.2026

Handicraft Baku platformasının həmtəsisçisi Jalə Nəcəfova ölkədə yerli brendlərin inkişafı üçün formalaşdırılan dəstək platformasının yaranma hekayəsini bölüşür. O, çıxışında Handicraft-ın kiçik təşəbbüsdən geniş yaradıcı icmaya çevrilməsi, yerli istehsalçıların qarşılaşdığı çətinliklər və onların inkişafı üçün yaradılan imkanlardan danışır. Qonağımız platformanın formalaşdırdığı ekosistemdən, elə...

Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova 09.07.2026

Yeni videomuzda uşaqlar və gənclərlə iş üzrə mütəxəssis, mental sağlamlıq üzrə tədqiqatçı Gülsüm Məmmədova uşaqların və gənclərin ailə, məktəb və sosial mühitdə qazandıqları təcrübələrin onların emosional rifahına necə təsir etdiyini izah edir. Qonağımız uzun illərin praktik təcrübəsindən və beynəlxalq elmi tədqiqatlardan əldə etdiyi müşahidələri bölüşərək, uşaqların hisslərini hekayələr, rəsmlər...

Şəhərsalmada təbiət əsaslı həllər | Fidan Namazova 06.07.2026

Urbanizasiya üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin insan həyatına və psixi sağlamlığa təsirindən bəhs edir. O, çıxışında neyrourbanizm, təbiətə əsaslanan həllər, yaşıllıq və parkların insan rifahına təsiri, eləcə də dünyanın uğurlu şəhərsalma nümunələrindən danışır. Fidan Namazova vurğulayır ki, şəhərlər yalnız binalar və yollardan ibarət deyil. Onun sözlərinə görə, düzgün şəhərsalma insanları...

Memarlıqda davamlı materiallar artıq seçim deyil, zərurətdir | Nərmin Qasımova 02.07.2026

Memar-dizayner Nərmin Qasımova iqlim dəyişikliyi və təbii sərvətlərin tükənməsi fonunda memarlıq və dizaynın üzərinə düşən məsuliyyətdən danışır. Qonağımız material seçiminin müasir memarlığın ən vacib qərarlarından birinə çevrildiyini və bunun həm ətraf mühitə, həm də gələcək nəsillərə təsir göstərdiyini vurğulayır. Spiker davamlılığın layihələndirmə prosesinin ilk mərhələsindən nəzərə alınmasını...

Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev 29.06.2026

Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev Azərbaycan mədəniyyətinin unikallığının modernliklə ənənə arasında qurulan tarazlıqdan qaynaqlandığını bildirir. O, çıxışında bu tarazlığın milli musiqimizi və milli kimliyimizi necə formalaşdırdığını izah edir. Qonağımız Üzeyir Hacıbəylinin yaradıcılığını, Bakının yüksəlişini, texnoloji yeniliklərin musiqiyə təsirini, eləcə də imperiyaların, moder...

Écoute le podcast Əkinçi sur Replaio

La radio et les podcasts dans une seule appli - gratuite, sans inscription. Installe-la dès aujourd'hui et ne rate pas le lancement

Télécharger sur Google Play

Replaio n'est pas éditeur de podcasts ; les noms des émissions, les visuels et l'audio appartiennent à leurs auteurs et sont diffusés via des flux RSS publics