akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova 09.07.2026 11:26
Yeni videomuzda uşaqlar və gənclərlə iş üzrə mütəxəssis, mental sağlamlıq üzrə tədqiqatçı Gülsüm Məmmədova uşaqların və gənclərin ailə, məktəb və sosial mühitdə qazandıqları təcrübələrin onların emosional rifahına necə təsir etdiyini izah edir. Qonağımız uzun illərin praktik təcrübəsindən və beynəlxalq elmi tədqiqatlardan əldə etdiyi müşahidələri bölüşərək, uşaqların hisslərini hekayələr, rəsmlər...
Şəhərsalmada təbiət əsaslı həllər | Fidan Namazova 06.07.2026 16:08
Urbanizasiya üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin insan həyatına və psixi sağlamlığa təsirindən bəhs edir. O, çıxışında neyrourbanizm, təbiətə əsaslanan həllər, yaşıllıq və parkların insan rifahına təsiri, eləcə də dünyanın uğurlu şəhərsalma nümunələrindən danışır. Fidan Namazova vurğulayır ki, şəhərlər yalnız binalar və yollardan ibarət deyil. Onun sözlərinə görə, düzgün şəhərsalma insanları...
Memarlıqda davamlı materiallar artıq seçim deyil, zərurətdir | Nərmin Qasımova 02.07.2026 5:10
Memar-dizayner Nərmin Qasımova iqlim dəyişikliyi və təbii sərvətlərin tükənməsi fonunda memarlıq və dizaynın üzərinə düşən məsuliyyətdən danışır. Qonağımız material seçiminin müasir memarlığın ən vacib qərarlarından birinə çevrildiyini və bunun həm ətraf mühitə, həm də gələcək nəsillərə təsir göstərdiyini vurğulayır. Spiker davamlılığın layihələndirmə prosesinin ilk mərhələsindən nəzərə alınmasını...
Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev 29.06.2026 20:24
Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev Azərbaycan mədəniyyətinin unikallığının modernliklə ənənə arasında qurulan tarazlıqdan qaynaqlandığını bildirir. O, çıxışında bu tarazlığın milli musiqimizi və milli kimliyimizi necə formalaşdırdığını izah edir. Qonağımız Üzeyir Hacıbəylinin yaradıcılığını, Bakının yüksəlişini, texnoloji yeniliklərin musiqiyə təsirini, eləcə də imperiyaların, moder...
Qadın sahibkarlığı: Rifahın görünməyən mühərriki | Natavan Fırat 25.06.2026 8:20
United Aid for Azerbaijan (UAFA) təşkilatının biznes inkişafı meneceri Natavan Fırat deyir ki, sosial sahibkarlıq qadınlara gəlir əldə etməklə yanaşı, mənsub olduqları icmalarda müsbət dəyişikliklər yaratmaq imkanı verir. Spiker vurğulayır ki, dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı qadınların sahibkarlığa giriş risklərini azaldır və onların uğur qazanmasına şərait yaradır. Qonağı...
Uşaq ədəbiyyatı haqqında təsəvvürünüzü dəyişəcək beş fikir | Qismət Rüstəmov 22.06.2026 14:22
Uşaq ədəbiyyatı sadəcə uşaqları əyləndirmək üçün yazılır, yoxsa onların dünyagörüşünü formalaşdıran güclü bir vasitədir? Yazıçı Qismət Rüstəmov nağılların psixoloji təsirindən uşağın ədəbiyyatda necə təmsil olunmasına, inklüzivlikdən vizual savadlılığa qədər uşaq ədəbiyyatına baxışımızı dəyişən beş mühüm nəzəriyyədən danışır. Bu nəzəriyyələr həm böyüklərin uşaqlar üçün necə yazdığını, həm də uşaql...
Rəqəmsal vətəndaşlıq: Müasir dövrün vacib həyat bacarığı | Ülfanə İsmayıllı 18.06.2026 9:41
Yeni videomuzda Ülfanə İsmayıllı rəqəmsal vətəndaşlığın nə olduğunu və onun rəqəmsal savadlılıqdan necə fərqləndiyini izah edir. Qonağımız dezinformasiya, kibertəzyiq, şəxsi məlumatların paylaşılması və onlayn təhlükəsizlik kimi mövzuların məktəblərdə müzakirəsinin əhəmiyyətindən danışır. Gələcəyin daha da rəqəmsallaşacağını vurğulayan spiker bildirir ki, məsuliyyətli və məlumatlı rəqəmsal vətənda...
Süni intellekt dövründə təhsil: daha az əzbər, daha çox eksperiment | İkram Gabiyev 15.06.2026 13:23
Növbəti videomuz süni intellektin təhsildə yaratdığı yeni imkanlara həsr olunub. İkram Qəbiyev bildirir ki, süni intellekt mürəkkəb mövzuları şagirdlərin yaşına və qavrama səviyyəsinə uyğun şəkildə izah etməyə, eləcə də fərdiləşdirilmiş öyrənməni daha əlçatan etməyə imkan yaradır. Qonağımız vurğulayır ki, gələcəyin təhsilində əsas məqsəd hazır cavabları əzbərləmək deyil, eksperiment aparmaq, probl...
Kibercinayət qurbanı olmamaq üçün nələri bilməliyik? | Elçin Məmmədov 11.06.2026 12:16
Müxtəlif hesablarımız və şəxsi məlumatlarımız rəqəmsal həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların təhlükəsizliyi də hər zamankından daha vacib olur. Yeni videomuzda kibertəhlükəsizlik mütəxəssisi Elçin Məmmədov insanların ən çox hansı kiber risklərlə üzləşdiyini və kibercinayətkarların insan psixologiyasından necə istifadə etdiyini izah edir. Spiker həmçinin hər bir istifadəçinin tətbiq e...
Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə 08.06.2026 16:49
Tədqiqatçı Zakir Rzazadə süni intellekt və yeni texnologiyaların hərbi müdafiə sənayesində yaratdığı dəyişikliklərdən danışır. Onun sözlərinə görə, əsasən ABŞ-da fəaliyyət göstərən süni intellekt əsaslı müdafiə startapları təkcə yeni məhsullar yaratmır, həm də gələcəyin müharibəsi haqqında təsəvvürləri formalaşdırmağa çalışırlar. Qonağımız bu çıxışında ənənəvi müdafiə sənayesi ilə yeni texnologiya...
Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı 04.06.2026 10:31
Sosial media platformaları hansı paylaşımların silinəcəyinə, hansılarının isə milyonlarla insana göstəriləcəyinə necə qərar verir? Süni intellekt və alqoritmlər istifadəçiləri qorumağa çalışsa da, bəzən satira, aktivizm və ictimai əhəmiyyətli mövzuların da görünməz olmasına səbəb ola bilir. Bəs təhlükəsizliklə söz azadlığı arasındakı sərhəd harada başlayır və harada bitir? Jurnalist və media tədqi...
Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə 01.06.2026 13:07
“İndiki gənclər əvvəlkilərdən daha pisdir” fikri doğrudanmı həqiqətdir, yoxsa hər nəslin təkrarladığı köhnə bir stereotipdir? Təhsil eksperti Yalçın İslamzadə hesab edir ki, problemin əsas səbəbi gənclərin dəyişməsi deyil, cəmiyyətin və təhsil sisteminin dəyişən dövrün reallıqlarına uyğunlaşa bilməməsidir. Niyə gənclər özlərini anlaşılmamış hiss edirlər? Məktəb və valideynlər harada səhv edirlər?...
Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov 28.05.2026 15:00
Adnan Axundov həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə texnologiya sahəsində 25 ildən artıq təcrübəyə malikdir. Son 10 ildə fəaliyyətini süni intellekt üzərində cəmləşdirən Adnan, Münhen Texniki Universitetində süni intellekt və maşın öyrənməsi üzrə təhsil aldıqdan sonra Volkswagen-in Süni İntellekt Tədqiqat Laboratoriyasında çalışıb. Daha sonra Facebook, Instagram və WhatsApp platformalarını...
Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva 25.05.2026 18:06
SM Fresh Oil brendinin təsisçisi Maya Səbzəliyeva öz çıxışında aldığı tibb təhsilinin və sağlam qidalanmaya olan marağının onu təbii məhsullar sahəsinə gətirməsindən danışır. Qonağımız bazarda keyfiyyətli və təzə yağ tapa bilmədiyi üçün bu məhsulları özü istehsal etməyə başladığını və zamanla bunun uğurlu biznesə çevrildiyini izah edir. Spiker həmçinin sağlam yağlar, trans yağlar və insanların qid...
Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar 21.05.2026 7:42
“Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin və Unicorn Academy-nin təsisçisi Günel Yaşar hesab edir ki, süni intellekt dövründə uşaqların innovativ düşüncə, təşəbbüskarlıq və texnologiya bacarıqlarını erkən yaşlardan inkişaf etdirməsi vacibdir. Qonağımız vurğulayır ki, gələcəyin peşələri və iş prinsipləri sürətlə dəyişdiyi üçün uşaqların yaradıcılıq və təşəbbüskarlıq düşüncəsi ilə böyüməsi böyük üstünl...
Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin 18.05.2026 10:27
Nərmin Elçin rəqəmsal marketinq sahəsində regional müştəri təmsilçisidir. Peşəkar fəaliyyəti dövründə həm ofisdən, həm də hibrid çalışma təcrübəsi olsa da, son iki ildə tam məsafədən çalışır. Yeni videomuzda qonağımız pandemiyadan sonra geniş yayılmağa başlayan məsafədən iş modelinin zamanla bir çox insan üçün prioritetə çevrilməsindən danışır. Spiker bu modelin zaman və coğrafi azadlıq, rahat iş...
Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə 14.05.2026 11:32
Təhsil psixoloqu və Bakı Dövlət Universitetinin dosenti Elmina Kazımzadə deyir ki, uşaqlara sadəcə bilik vermək kifayət deyil. Onların emosiyalarını anlamağı, stresi idarə etməyi, başqalarının fikirlərinə və hisslərinə hörmət etməyi öyrənməsi ən azı akademik təhsil qədər önəmlidir. Spikerin fikrincə, bu məsuliyyət yalnız məktəb psixoloqlarının deyil, müəllimlərin və valideynlərin də üzərinə düşür....
Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova 11.05.2026 7:18
ADA Universitetinin müəllimi Günel Kərimova yeni videomuzda akademik yazının əhəmiyyəti və kölgə yazarlığı probleminə toxunub. Spiker deyir ki, son illərdə sosial media vasitəsilə akademik yazı xidmətlərinin sayının artması, o cümlədən süni intellektdən bu sahədə fəal istifadə olunması akademik yazı bacarıqlarının zəifləməsinə səbəb olur. Qonağımız vurğulayır ki, akademik yazı yalnız qiymət almaq...
Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva 07.05.2026 11:01
Media mütəxəssisi Lalə Kişiyeva ilə yeni videomuzu sosial medianın və gözəllik sənayesinin necə yeni gözəllik standartları formalaşdırdığına həsr etmişik. Qonağımız müxtəlif tətbiqlərin, alqoritmlərin və davamlı müqayisənin insanların psixologiyasına təsiri haqqında danışıb. Spiker vurğulayır ki, sosial media vasitəsilə bu cür gözəllik standartlarının geniş təşviq olunması yeniyetmələrdə özgüvən p...
Just Bread: Sağlam çörəklə başlayan biznes hekayəsi | Fidan Axundova 04.05.2026 8:48
Just Bread çörək evinin həmtəsisçisi Fidan Axundova sağlam qida ideyasının necə real biznesə çevrildiyini izah edir. O, Bakıda keyfiyyətli və faydalı çörək çatışmazlığını görərək bu sahədə dərin biliklər əldə etdiklərini və hər şeyi sıfırdan qurduqlarını qeyd edir. Bu hekayədə kiçik bir ideyanın necə isti icmaya çevrildiyini, müştərilərlə qurulan etibarın gücünü görəcəksiniz. Qayğı və dəyərlər üzə...
Xaricdə təhsil: akademik uğur və kölgədə qalan sosial bacarıqlar | Anar Vəliyev 30.04.2026 13:16
ADA Universitetinin dosenti Anar Vəliyev ölkədə uşaqlarını xaricdə oxutmaq istəyən valideynlərin sayının artmasından və onların əsasən akademik hazırlığa fokuslanaraq uşaqların xaricdə müstəqil həyata hazırlığını diqqətdən kənarda qoymalarından danışır. Spiker qeyd edir ki, bu səbəbdən bir çox gənc xaricdə təhsil almaq imkanı əldə etsə də, həyat bacarıqları yetərli olmadığı üçün müxtəlif çətinlikl...
Sənətin özünüifadə və düşüncənin formalaşmasındakı rolu | Soltan Soltanlı 27.04.2026 20:23
Rəssam Soltan Soltanlı sənəti həm şəxsi çağırış, həm də ictimai məsuliyyət kimi dəyərləndirir. Gənc yaşlarından rəssamlığa bağlı qalan və öz yaradıcılıq yolunu müstəqil şəkildə formalaşdıran spiker vurğulayır ki, sənətdə ən vacib məsələ orijinallıqdır və hər bir sənətkar öz üslubunu, öz baxışını yaratmalıdır. Qonağımız qeyd edir ki, ciddi sənət davamlı dövlət və ictimai dəstək olmadan inkişaf edə...
Təbiətin gücü: kəşf edərək öyrənmək | Pəri Osmanova 23.04.2026 8:47
Məktəbəqədər təhsil mütəxəssisi Pəri Osmanova uşaqların öyrənmə prosesində təbiətin rolundan danışır. O deyir ki, öyrənmək yalnız sinif otağı ilə məhdudlaşmır və təbiət uşaqlar üçün ən güclü resurslardan biridir. Spikerin fikrincə, yağışa toxunmaq, torpağın qoxusunu hiss etmək, qarışqaları izləmək kimi sadə təcrübələr uşaqlarda yaradıcılığı, səbr və problem həll etmə bacarığını inkişaf etdirir. Pə...
Dronlar müharibələri necə dəyişdi? | Zakir Rzazadə 20.04.2026 21:17
Tədqiqatçı Zakir Rzazadə müasir döyüşlərdə dron texnologiyasının artan rolunu və “dron inqilabı” anlayışının nə dərəcədə əsaslı olduğunu analiz edir. Qonağımız bildirir ki, dronlar həm əlçatanlıq, həm də ucuzluq baxımından müharibənin dinamikasını dəyişsə də, bu dəyişikliklər bəzən şişirdilmiş şəkildə təqdim olunur. Dronların effektivliyinin zamanla dəyişdiyini və qarşı tərəfin bu təhdidlərə uyğun...
İnfluenserlər jurnalist kimi: məsuliyyət harada başlayır və harada bitir? | Pəri Abbaslı 16.04.2026 10:46
İnfluenserlər ictimai fikrə necə təsir edir və bu güc onlara hansı məsuliyyətləri yükləyir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı bizimlə söhbətində bu sualları təhlil edir. O vurğulayır ki, sosial media platformalarında böyük auditoriyaya sahib olmaq jurnalist olmaq demək deyil. Belə ki, jurnalistika peşəkar standartlar, redaksiya nəzarəti və fakt yoxlama mexanizmlərinə əsaslanır. Bununla...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.