akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Şəhərlər və iqlim böhranı: artan yük və çıxış yolları | Rövşən Abbasov 13.04.2026 14:48
Ətraf mühit eksperti Rövşən Abbasovla şəhərləşmə, iqlim dəyişmələri və urban həyatın yaratdığı çoxşaxəli təsirlər haqqında danışdıq. O, çıxışında dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşamasının və istehlakın əsasən burada cəmlənməsinin şəhərləri istixana qazlarının, çirklənmənin və iqlim dəyişmələrinin əsas mənbəyinə çevirdiyini izah edir. Spiker qeyd edir ki, plansız urbanizasiya, gecəqo...
Niyə innovativ gənclər ölkəni tərk etməyə meyllidir? | Yalçın İslamzadə 09.04.2026 15:06
Təhsil eksperti Yalçın İslamzadə ilə Azərbaycanda innovasiyanın niyə ləng getdiyi haqqında danışdıq. O, çıxışında dəyişiklikdən qorxunun, keçmişə həddindən artıq bağlılığın və zəif institutların gənc potensialı necə məhdudlaşdırdığını vurğulayır. Spiker əlavə edir ki, təhsil sistemində əzbərçiliyin üstünlük təşkil etməsi tənqidi düşüncənin formalaşmasına mane olur. Qonağımızın fikrincə, çıxış yolu...
Gənc alimlərin çətinlikləri: mühit və resurs çatışmazlığı | Murad Mir-Zadə 06.04.2026 15:37
Milan Politexnik Universitetinin doktorantı Murad Mir-Zadə Azərbaycanda gənc tədqiqatçılar üçün elmi gündəliyin əsas istiqamətləri haqqında öz müşahidələrini bölüşür. O, universitetlərin qlobal müstəvidə rəqabətə diqqət ayırması ilə yanaşı, yerli elmi icma üçün uyğun mühitin formalaşdırılmasının vacibliyini vurğulayır. Qonağımız qeyd edir ki, tədqiqat yoluna çıxan gənc alimlər yüksək hədəflərə bax...
Regionlarda yaradıcı gənclər: çətinliklər və fürsətlər | Kafiyə Eyvazova 02.04.2026 12:00
Rəssam Kafiyə Eyvazova regionlarda yaşayan yaradıcı gənclərin üzləşdiyi problemlərə işıq salır. O qeyd edir ki, erkən yaşlardan istedad göstərsələr də, imkanların, rol modellərinin və düzgün istiqamətləndirmənin çatışmazlığı onların inkişafını məhdudlaşdırır. Akademik təhsil imkanlarının azlığı, incəsənət məkanlarının və sərgilərin olmaması, eləcə də incəsənətə qeyri-ciddi peşə kimi yanaşma gənclə...
Kouçluq peşəsi və bazardakı yanlış təsəvvürlər | Leyla Surxayzadə 30.03.2026 16:31
Son illərdə tez-tez adı çəkilən kouçluq anlayışı bu sahə ilə bağlı müxtəlif və bəzən də yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olub. Erickson Coaching Azərbaycan təmsilçisi Leyla Surxayzadə ilə söhbətimiz izləyicilərə kouçluğun nə olduğunu və necə işlədiyini anlamağa kömək edir. Qonağımız Azərbaycanda bu sahədə qeyri-peşəkar yanaşmaların geniş yayıldığını və düzgün kouçu seçməyin vacibliyini...
Valideynin uşağın təhsilində iştirakının vacibliyi və reallıqlar | Ülviyyə Mikayılova 19.03.2026 21:22
Təhsil mütəxəssisi Ulviyyə Mikayılova deyir ki, pedaqogikada valideyn uşağın ilk müəllimi hesab olunur, lakin bu rolu yerinə yetirmək üçün cəmiyyətimizdə kifayət qədər dəstək yoxdur. Qonağımız bildirir ki, araşdırmalar valideynlərlə ünsiyyətin və birgə vaxt keçirməyin uşaqların təhsil nəticələrinə ciddi təsir etdiyini göstərir. Təhsil mütəxəssisinin sözlərinə görə, Azərbaycan ailə modeli dəyişir v...
Çörək həqiqətən sağlamlığa zərərlidirmi? | Lalə Yaqubova 16.03.2026 11:48
Çörəyin sağlamlığa zərər verdiyi və rasiondan çıxarılmalı olduğu barədə tövsiyələrə tez-tez rast gəlirik. Dietoloq Lalə Yaqubova qeyd edir ki, bu cür yanaşmalar hər zaman elmi və praktik əsaslara söykənmir və problemi yalnız bir qidanın üzərinə yükləmək doğru deyil. Qonağımızın sözlərinə görə, həkimlər daha çox ümumi həyat tərzinə və balanslı qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. O əlavə e...
Azərbaycanda moda sənayesinin potensialı | Könül Quliyeva 12.03.2026 12:15
Chenille Fashion School-un qurucusu Könül Quliyeva Azərbaycanda moda təhsilinin problemləri və bu sahənin gələcək potensialı haqqında danışır. O qeyd edir ki, ölkədə istedadlı və kreativ gənclər çoxdur, lakin əsas məsələ bu yaradıcılığı peşəyə çevirmək üçün sistem qurmaqdır. Qonağımız həmçinin dizaynerlərin təkcə yaradan deyil, həm də iqtisadi qərarlar verən mütəxəssislər olmasının vacibliyini vur...
Millətçilik təhlükəlidirmi? | İsmayıl Zeynallı 09.03.2026 21:44
Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq. Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır. Eyni zaman...
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə 05.03.2026 19:21
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir. Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib. Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütm...
Məktəbdə sosial-emosional mühit niyə vacibdir? | Elmina Kazımzadə 02.03.2026 12:58
Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır. Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasınd...
Erkən yaşlarda qidalanma, hərəkət və sağlam vərdişlər | Nilufər Mehdiyeva 26.02.2026 10:14
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır. Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə öv...
Niyə yalan həqiqətdən daha sürətlə yayılır? | Pəri Abbaslı 23.02.2026 17:32
Araşdırmalar göstərir ki, emosiyalarımıza toxunan və təşviş yaradan məzmunlar faktlara əsaslanan məlumatlardan dəfələrlə daha tez paylaşılır. Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı deyir ki, nəticədə alqoritmlər həqiqətə əsaslanan məzmuna deyil, insanların həssas hisslərinə toxunaraq onları reaksiya verməyə təhrik edən paylaşımlara üstünlük verir. Qonağımız vurğulayır ki, təkrar olunan yalan...
Media və reklam mesajlarında əlçatanlığın əhəmiyyəti | Əliyar Hüseynov 19.02.2026 7:15
Reklamda əlçatanlıq mövzusunun diqqətdən kənarda qaldığını deyən Əliyar Hüseynov vurğulayır ki, görmə və eşitmə məhdudiyyətli insanlar üçün məzmuna bərabər çıxış sosial inklüzivlik, informasiya hüququ və məsuliyyətli brend davranışının ayrılmaz hissəsidir. Subtitrlər, səs təsviri, işarə dili, oxunaqlı dizayn və inklüziv qablaşdırma kimi yanaşmalar brendlərə etimadı gücləndirməyə və beynəlxalq stan...
Turizmdə insan kapitalının rolu | Vəfa Kərəmova 16.02.2026 10:56
Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, turizm Azərbaycanda məşğulluğu dəstəkləyən və regionların inkişafına birbaşa təsir göstərən mühüm sahəyə çevrilə bilər. Lakin o əlavə edir ki, sahənin rəqabət qabiliyyəti xidmət keyfiyyəti, innovasiya və planlı kadr inkişafından asılıdır. Qonağımız vurğulayır ki, yerli mütəxəssislərin rolunun artmasına baxmayaraq, gələcək inkiş...
Səhiyyə menecmentinin önəmi | Fəqan Həsənzadə 12.02.2026 15:28
Səhiyyə menecmenti üzrə doktorant və Universal Hospitalın direktoru Fəqan Həsənzadə bildirir ki, güclü səhiyyə yalnız peşəkar həkimlərlə deyil, düzgün qərar verən və məsuliyyət daşıyan idarəetmə ilə qurulur. Qonağımız vurğulayır ki, müasir dövrdə data təhlili, planlama və kompleks idarəetmə yanaşmaları səhiyyə idarəçiliyinin ayrılmaz hissəsinə çevrildikcə, səhiyyə menecerlərinin maliyyə, statistik...
Tarixi irsin qorunması ilə müasir inkişaf arasında balans | Murad Mir-Zadə 09.02.2026 14:33
Memar Murad Mir-Zadə deyir ki, tarixi irsin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil, əksinə, şəhərin gələcəyini formalaşdıran paralel proseslərdir. Qonağımız çıxışında Paris, Venesiya, İstanbul, Kopenhagen, Dubay və Bakı nümunələri üzərindən həm nəzarətsiz modernləşmənin, həm də şəhərlərin “yaşayan muzeyə” çevrilməsinin risklərini ortaya qoyur. Bu müsahibə sizi şəhərlərin öz kimliyini v...
Rəqəmsal medianın gender müzakirələrində rolu | Vəfa Əli 05.02.2026 16:52
Sosial şəbəkələrin ictimai müzakirələrin aparıcı məkanına çevrilməsinin gender normalarına necə təsir etdiyindən danışan gender və media üzrə araşdırmaçı Vəfa Əli vurğulayır ki, medianı cəmiyyətin sadəcə güzgüsü kimi təqdim etmək onun gender təsəvvürlərini müəyyənləşdirmək gücünü görməzdən gəlmək deməkdir. Qonağımız qeyd edir ki, rəqəmsal platformalar sayəsində yaranan #MeToo kimi hərəkatlar görün...
Sosial sahibkarlığın inkişafında formal və qeyri-formal institutların rolu | Turan Nağıyeva 02.02.2026 20:01
Sosial sahibkarlıq cəmiyyətdə həqiqi dəyişiklik yarada bilərmi? Stratklayd Universiteti doktorantı Turan Nağıyeva çıxışında sosial sahibkarlığın icmalar, mədəniyyət və institutlarla necə sıx bağlı olduğunu izah edir. Qonağımız formal və qeyri-formal institutların sosial təşəbbüslərin uğurunda oynadığı həlledici rola diqqət çəkir. Bu çıxış sosial dəyərin necə müəyyən olunduğunu və niyə təkcə iqtisa...
Səhnə və texnologiya: İnsan, maşın və təxəyyül | Aynur Zərrintac 29.01.2026 20:07
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissor Aynur Zərrintac interaktiv medianın müasir teatrı necə transformasiya etdiyini öz təcrübələri əsasında izah edir. Qonağımız qeyd edir ki, texnologiyanın teatra cəlb edilməsi tamaşaçının passiv izləyicidən prosesin bir hissəsinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, Zərrintac əldə edilən yeni imkanlarla bərabər et...
Xaricdə təhsil: miflər, reallıqlar və gənclərin buraxdığı səhvlər | Jalə Ələkbərova 26.01.2026 14:28
Jalə Ələkbərova çıxışında gənclərə xaricdə təhsilə status və ya qaçış yolu kimi baxmağı dayandırmağı tövsiyə edir. Qonağımız vurğulayır ki, bu qərar emosiyalar və sosial medianın təsiri ilə deyil, rasional və strateji düşüncə əsasında verilməlidir. Uzun illər gənclərlə çalışaraq əldə etdiyi müşahidələrə əsaslanan Ələkbərova bildirir ki, bir çox gənc xaricdə təhsil almaq istəyir, lakin bu istəyin s...
Ədəbiyyatı necə öyrətməliyik? | Ramil Əhməd 22.01.2026 11:20
Ramil Əhməd ədəbiyyatın nə olduğu barədə təsəvvürlərimizin onun necə tədris olunmasına birbaşa təsir etməsindən danışır. Qonağumuz bildirir ki, xüsusilə məktəb proqramlarında hakim olan dar yanaşmalar şagirdlərin təxəyyülünü və tənqidi düşünmə qabiliyyətini məhdudlaşdırır. Ramil Əhməd həmçinin vurğulayır ki, ədəbiyyat bu gün tez-tez cansıxıcı və aktuallığını itirmiş bir fənn kimi qəbul olunur. Məh...
Kino sənayesində süni zəka | Hacı Səfərov 19.01.2026 14:50
Süni intellekt son bir neçə ildə müxtəlif istiqamətlərdə gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. Yaradıcı sahələrdə bu alətlərin tətbiqi prosesin məntiqli davamı kimi görünsə də, onlara qarşı müqavimət hələ də kifayət qədər güclüdür. Kinotənqidçi Hacı Səfərovla müsahibədə süni intellektin yaradıcı sənayenin lokomotivi sayılan kinoya təsiri, eləcə də doğurduğu yaradıcı və etik suallar bar...
Keyfiyyəti şübhə doğuran elmi məqalələr | Anar Vəliyev 15.01.2026 18:02
ADA Universitetinin dosenti Anar Vəliyev çıxışında qlobal miqyasda universitetlər arasında reytinq rəqabətinin necə yanlış istiqamət aldığını izah edir. Qonağımızın sözlərinə görə, reytinqləri yüksəltmək cəhdi bir çox ali məktəbdə elmi keyfiyyətdən çox, elmi məqalə sayının artırılmasına fokuslanmağa səbəb olub. Bu boşluğu fürsətə çevirən şirkətlər isə bu məqalələrin standartlardan kənar şəkildə, s...
ABŞ-Avropa münasibətləri və NATO-nun böhranı | Rəşad Şirin 12.01.2026 16:33
Radboud Universiteti (Niderland) araşdırmaçısı Rəşad Şirin hesab edir ki, ABŞ-Avropa münasibətlərində mövcud gərginliklərin əsas səbəbi NATO-nun rolunda yaranmış böhrandır. Qonağımızın sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra NATO-nun mövcudluq məqsədi ilə bağlı suallar, o cümlədən üzv ölkələrin müdafiə xərclərindəki fərqlər uzun illərdir mübahisə mövzusu olub. Xarici siyasətdə təcridçili...
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.