akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Kiçik bizneslər və sosial media | Lalə Kişiyeva 08.12.2025

Yeni videomuzda media mütəxəssisi Lalə Kişiyeva sosial medianın kiçik bizneslər üçün necə dönüş nöqtəsinə çevrildiyini izah edir. Onun fikrincə, sosial media böyük büdcələr olmadan bazara daxil olmağa və müştərilərlə birbaşa ünsiyyət qurmağa imkan verir. Bu, yalnız satış deyil, uzunmüddətli münasibət qurmaq deməkdir.  Qonağımız vurğulayır ki, uğurlu sosial media strategiyası auditoriyanı tanımaqda...

Tibb bacısı/qardaşı peşəsi haqda bilməli olduqlarımız | Dr. Gülşah Ünsal Jafarov 04.12.2025

Bizim söhbət zamanı Dr. Gülşah Ünsal Jafarov deyir ki, çoxları hələ də tibb bacılarını və tibb qardaşlarını yalnız iynə vuran, qan götürən, göstəriciləri ölçən və ya cərraha alət ötürən köməkçi kimi təsəvvür edir. Halbuki tibb bacılığı dərin nəzəri bilik, elmi yanaşma, klinik düşüncə və yüksək peşəkarlıq tələb edən mürəkkəb bir sahədir. Qonağımız vurğulayır ki, bu peşəyə təkcə təcrübə ilə yiyələnm...

“Təhsil üçün əl-ələ” layihəsi | Şəbnəm Məmmədli 01.12.2025

Britaniya universitetlərinin məzunları tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” təşəbbüsü artıq 9 ildir ki, ucqar məktəblərə səfər edərək şagirdlərə gələcək ixtisas və peşə seçimində yardım etməyə çalışır. “Təhsil üçün əl-ələ” könüllüləri Elm və Təhsil Nazirliyinin və Britaniya səfirliyinin dəstəyi ilə 46 rayon üzrə 60-dan çox məktəbə baş çəkib, ümumilikdə 3,000-dən çox şagirdlə görüşüblər...

Muzeylər niyə əhəmiyyətlidir? | Şirin Məlikova 27.11.2025

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova ilə muzeylərin mədəni yaddaşın qorunması və kimliyin formalaşmasında oynadığı rol haqda danışdıq. Muzeylərin sadəcə eksponatların sərgiləndiyi məkan olmadığını deyən müsahib əlavə edir ki, mədəni irsin toplanması, qorunması, bərpa edilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması muzeylərin gördüyü işlərə daxildir. Şirin Məlikov...

Diaspora nədir? | Murad Quliyev 24.11.2025

Yeni videomuzda sosial elmlər üzrə tədqiqatçı və tarixçi Murad Quliyev “diaspora” anlayışının mahiyyətini, bu anlayışın zamanla necə dəyişdiyini və bu gün niyə böyük əhəmiyyət kəsb etdiyini izah edir. “Diaspora” sözü ilk dəfə İsraildən kənarda yaşayan yəhudiləri təsvir etmək üçün istifadə olunsa da, XX əsrdən etibarən bu anlayış artıq vətənindən kənarda yaşayan istənilən etnik qrupa şamil olunmağa...

Azərbaycan Milli Hökuməti necə yarandı və niyə süqut etdi? | Qulamhüseyn Məmmədov 20.11.2025

Yeni videomuzda tarixçi, Qarabağ Universitetinin müəllimi Qulamhüseyn Məmmədovla 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrınadək İranda mövcud olmuş Azərbaycan Milli Hökuməti haqqında danışdıq. Qonağımız bu hökumətin qurulmasına aparan regional və qlobal müstəvidə baş verən tarixi prosesləri, İran, Sovet İttifaqı və digər qlobal qüvvələr arasındakı münasibətləri təsvir edir və Pişəvəri hökuməti...

Qərarların verilməsində data və instinkt arasında balans | Ağası Quliyev 17.11.2025

  Google şirkətinin data təhlilçisi Ağası Quliyevlə qərarların qəbulunda datanın, təcrübənin və instinktlərin rolu barədə söhbət etdik. O vurğulayır ki, data düzgün təhlil edildikdə bizi doğru istiqamətləndirə bilər, amma təhlil zamanı yol verilən nöqsanlar ciddi fəsadlara səbəb ola bilər. Qonağımız qeyd edir ki, şəxsi həyatda qərarlarımıza təsir edən qərəzlər, xüsusilə Təsdiq və Sağ Qalma Qərəzlə...

Kod yazmağı bacarmaq üçün universitet təhsili hələ də vacibdirmi? | Araz Yusubov 13.11.2025

Yeni müsahibəmiz kompüter elmləri sahəsində ixtisaslaşmada universitet təhsilinin nə dərəcədə vacib olub-olmamasına həsr olunub. ADA Universitetinin müəllimi Araz Yusubov qeyd edir ki, proqramlaşdırmaya çıxışın asanlaşması yanlış təsəvvür yaradır, lakin bu sahədə effektiv olmaq üçün analitik düşüncə, məlumatlılıq və yaradıcılıq olduqca önəmlidir. Araz Yusubovun fikrincə, universitetlər artıq özlər...

Su Ehtiyatlarının İdarəedilməsi üzrə Magistratura Proqramı | Martin Qodon 10.11.2025

Azərbaycan-Fransız Universiteti artıq on illik fəaliyyəti nəticəsində ölkəmizdə müasir elmi və texnoloji təhsilin mühüm mərkəzinə çevrilib. Həm Azərbaycan, həm də Fransa diplomu qazanmaq imkanı verən universitet bu payız “Su Ehtiyatlarının İdarəedilməsi” adlı yeni magistr proqramına start verib.  Universitetin baş katibi Martin Qodon bildirir ki, bu ixtisas ölkənin iqtisadi inkişaf prioritetlərinə...

Tələbələri süni zəka ilə bağlı düşündürməli olan suallar | Teymur Məlikov 06.11.2025

Süni zəka təhsildə böyük imkanlar açır, amma eyni zamanda vacib suallar doğurur. Teymur Məlikov soruşur: əgər hər şeyi hazır cavablarla əldə ediriksə, müstəqil düşünməyi necə öyrənəcəyik? Onun fikrincə, tələbələrin səsi bu müzakirələrdə eşidilməlidir, çünki süni zəkanın ən fəal istifadəçiləri elə onlardır. Müəllimlərin əsas missiyası isə onları düşünməyə və suallar verməyə təşviq etməkdir. Məlikov...

Təhsildə valideynlərin rolu | Elnur Xəlilov 03.11.2025

  Təhsil sistemi ilə bağlı narazılıqların və məktəblərdən yüksək gözləntilərin bütün ölkələrə xas xüsusiyyət olduğunu deyən riyaziyyat müəllimi və müəllif Elnur Xəlilov əlavə edir ki, valideynlər çox vaxt uşaqlarının təhsil nailiyyətlərində öz rollarını nəzərə almırlar. Müxtəlif araşdırmalara əsasən valideynlər və uşağın böyüdüyü mühit onun akademik uğurlarına məktəbdən daha çox təsir göstərir. Qo...

Bağçanın uşaqların formalaşmasında rolu | Nilufər Mehdiyeva 30.10.2025

Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva vurğulayır ki, valideynlərin bir çoxu bağçanı yalnız öz işlərini gördükləri müddətdə uşaqlarının vaxt keçirəcəyi yer kimi görür. Halbuki bağça uşağın ilk sosial mühitidir və burada o, ayrılığa dözümlü olmağı, emosiyalarını idarə etməyi, paylaşmağı və empati qurmağı öyrənir. Onun sözlərinə görə, valideynin bağçaya münasibəti uşağın adaptasiyasına...

Proqramçılıq peşəsi necə dəyişib? | Cəmaləddin Həsənov 27.10.2025

ADA Universitetinin müəllimi Cəmaləddin Həsənov ilə proqramlaşdırma ixtisasının son onilliklərdə keçdiyi transformasiya, hazırda bazarda bu ixtisas sahiblərinə olan tələbatın azalması ilə bağlı narahatlıqlar və potensial ixtisas seçərkən gənclərin nəzərə almalı olduqları məqamlar barədə danışdıq. Qonağımızın sözlərinə görə, süni intellekt və avtomatlaşdırma sayəsində proqramlaşdırma daha çox prakt...

Qadınların əmək hüquqları | Təranə Qurbanova 23.10.2025

Qadınların əmək hüquqları qanunvericilikdə xüsusi yer tutur. Məsələn, işəgötürənlər qadınların ailə vəziyyətinə və ya övlad sahibi olmasına görə onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilməzlər. Qadınlar doğuşdan əvvəl və sonra ödənişli məzuniyyət, həmçinin əlavə istirahət günləri hüququna malikdirlər. Bundan əlavə, hamilə və azyaşlı övladı olan qadınların əmək müqaviləsinə yalnız müəssisə...

Vaksinlər barədə bilməli olduqlarımız | Şahnaz Həsənova 20.10.2025

Bəşəriyyətin ən böyük ixtiralarından biri sayılan vaksinlər hər il milyonlarla insanın həyatını xilas edir. Hazırda 30 xəstəliyə qarşı peyvənd olduğunu deyən vaksinasiya kommunikasiyası üzrə mütəxəssis Şahnaz Həsənova əlavə edir ki, vaksinlər sayəsində çiçək xəstəliyi tamamilə aradan qaldırılıb, polionun isə tamamilə yox edilməsi gözlənilir. Bununla belə, son illər artan dezinformasiya bəzi valide...

Azərbaycanda aqrar sahənin potensialı və yeni dövrün çağırışları | Vüqar Mamedov 16.10.2025

Sərmayələrin idarəedilməsi strategiyası üzrə mütəxəssis Vüqar Mamedovla ölkənin kənd təsərrüfatı sektorundakı nailiyyətlər və aqrar sahənin potensialı haqqında danışdıq. Qonağımız bu sahədə yüksək texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayaraq, artıq dronların, süni intellektin və ağıllı sensorların kənd təsərrüfatını dəyişdiyini qeyd edir. Lakin spiker xəbərdarlıq edir: gələcək uğur təkcə...

Datadan yaranan xidmətlər həyatımızı necə daha rahat edir? | Yaşar Əhmədov 13.10.2025

Data elmi artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz alış-veriş edəndə, musiqi dinləyəndə, taksidən istifadə edəndə və hətta münasibətlər quranda belə. Yaşar Əhmədov qeyd edir ki, data əsasında qurulan sistemlər insanların həm vaxtına, həm də resurslarına qənaət edərək, həyat keyfiyyətini yüksəldir. Qonağımız vurğulayır ki, gələcəyin uğuru datadan necə istifadə etməyimizdən asılı olacaq.

Süni zəka, əmək bazarı və qanunvericilik | Anar Əlizamanlı 09.10.2025

Hüquqşünas Anar Əlizamanlı ilə süni zəkanın əmək bazarına və hüquqa təsirindən danışdıq. O bildirir ki, süni zəka konsultantlıq və hüquq kimi ağ yaxalı peşələri avtomatlaşdırmaqla yanaşı, çox sayda başlanğıc səviyyəli iş yerlərinin ixtisarına səbəb olub. Bu isə gənc mütəxəssislərin təcrübə qazanmaq imkanlarını məhdudlaşdıraraq, şirkətlərin və ölkələrin kadr yetişdirmə potensialını risk altına qoyu...

Sinif otağında süni zəka: Alət, müəllim, yoxsa təhdid? | Rəna Ələsgərova 06.10.2025

Bakı-Oksford Məktəbinin tam orta təhsil üzrə direktor müavini Rəna Aləsgərova ilə süni zəkanın təhsildə transformativ rolunu müzakirə etdik. Spiker qeyd edir ki, bəzi təhsil müəssisələri süni zəkanın istifadəsini qadağan edir və ya məhdudlaşdırır. Halbuki süni zəka artıq siniflərdədir və onu qadağan etmək və ya yanlış tətbiq etmək əvəzinə, düzgün şəkildə təhsilə inteqrasiya etmək vacibdir. Rəna Al...

Məktəblərdə uşaqların qorunması: İngiltərə təcrübəsi | Zeynəb Rzayeva 02.10.2025

Təhsil eksperti Zeynəb Rzayeva ilə İngiltərə məktəblərində uşaqların mühafizəsi üzrə tədbirlər planlarının necə icra edildiyini müzakirə etdik. Qonağımız vurğulayır ki, uşaqların mühafizəsi tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq məktəb heyətinin bütün üzvlərinin məsuliyyətidir. O, əməkdaşların fiziki, emosional, cinsi istismar və laqeydlik kimi müxtəlif zorakılıq formalarını tanımasını...

Ölkədə idmana daha ciddi münasibət göstərilməlidir | Nəzrin Qəribova 29.09.2025

ABŞ-da böyüyən Nəzrin Qəribova sonradan Azərbaycana köçüb. Hazırda xizək alpinizmi üzrə ölkə komandasının üzvü olan Nəzrin deyir ki, uşaq və yeniyetmə yaşlarında müxtəlif idman növləri həyatının ayrılmaz bir hissəsi olub. Onun sözlərinə görə, idman ona dözümlülük, komanda ruhu, özünəinam və intizam kimi dəyərləri aşılayıb və bu təcrübə həyatının hər mərhələsində ona faydalı olub. Qonağımızla gəncl...

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı | Nəzrin Əsgərova 25.09.2025

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı qadınlarla bağlı mövzulara diqqət çəkmək, qadınların hekayələrini önə çıxarmaq və cəmiyyət tərəfindən geniş müzakirə edilməyən  mövzuları gündəmə gətirmək üçün yaradılıb. Festival əsasən qadın rejissorların filmlərinə və ya qadınların həyat hekayələrini əhatə edən sənədli filmlərə üstünlük verir. Festivalın meneceri Nəzrin Əsgərova ilə bu təşəbbüsün mi...

Neft və qaz sərvəti ilə uşaqların gələcəyinə sərmayə | Aytəkin Hüseynli 22.09.2025

Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli qeyd edir ki, neft, qaz və mineral sərvətlə zəngin ölkələr bu resursları olmayan zəngin ölkələrlə müqayisədə sosial müdafiə, təhsil və səhiyyə sahələrində geri qalır və bunun nəticəsində həmin ölkələrdə həm həssas qruplar, həm də bütövlükdə ailələr və uşaqlar daha çətin vəziyyətlə üzləşirlər. Qonağımız bizimlə söhbət zamanı tə...

Məktəblərdə musiqi fənni niyə vacibdir? | Sara Timurova 18.09.2025

Bizimlə söhbətində musiqişünas, “Akustik Palitra” Musiqi Məktəbinin direktoru Sara Timurova musiqi təhsilinin həm fərdi, həm də ictimai inkişaf üçün həyati əhəmiyyət daşıdığını bildirir. Qonağımız izah edir ki, musiqi sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda mədəni kodların daşıyıcısı, emosiyaların dili, yaddaş, sağalma, ünsiyyət və həyata məna qatan bir vasitədir. O əlavə edir ki, estetik dəyə...

İnnovasiya ekosisteminin sütunları | Tuğra Musayeva 15.09.2025

"PAŞA Holding"in Korporativ İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva ilə Azərbaycandakı innovasiya ekosistemi, xüsusilə də bu ekosistemin səmərəli fəaliyyəti üçün istedadların yetişdirilməsi və dəstəkləyici mühitin yaradılması barədə danışdıq. Qonağımız innovasiyaların həm idxalı, həm də daxildə inkişafı ilə bağlı müxtəlif strategiyaların xüsusiyyətlərini izah etməklə yanaşı, innovasiyaların yara...

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.