Saha A Nour

PODCAST "Ə"

Education AZ ↓ 14 episodes

Xoş gəlmisiniz “Ə” podcastına! Burada hər mövzuda danışırıq – həyat hekayələrindən, elm və texnologiyadan, mədəniyyət və sənətə, şəxsi inkişafdan, gündəlik həyat təcrübələrinə qədər. “Ə” səsi kimi hər sözümüz incə, mənalı və dərin düşüncələr doğurur. Gəlin birlikdə öyrənək, düşünək və ilham alaq. Hər bölümdə yeni bir perspektiv, yeni bir hekayə sizi gözləyir.

Author

Saha A Nour

Category

Education

Podcast website

podcasters.spotify.com

Latest episode

Dec 12, 2025

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

AVROPADA YAŞAYAN HƏMYERLİ HƏMKARIM XATİRƏ SƏRDARQIZI İLƏ | PODCAST “Ə” #14 12.12.2025

Podcast “Ə”-nin 14-cü epizodunda həmsöhbətim — Niderlandda yaşayan telejurnalist və rejissor Xatirə Sərdarqızıdır. Artıq 19 ildir Avropada yaşayır və uzun illərdir Real TV-nin Avropa bürosu kimi çalışır. İki övlad anası olan Xatirə ilə həm keçmişdən, həm də bugünün Avropa həyatından, TV, media təcrübəsindən danışdıq. Bu söhbətin ən duyğulu hissələrindən biri isə onun Şuşa ilə bağlı xatirələridir....

GENLƏRİMİZ TALEYİMİZİ YAZIRMI? – GENETİK- DOKTOR ZAKİR BAYRAMOV İLƏ | PODCAST "Ə" #13” 05.12.2025

Harada yaşamağımızdan, harada işləməyimizdən asılı olmayaraq – Azərbaycanca danışan hər kəsə salamlar. Podcast "Ə"-nin 13-cü epizodu yayımdadır. Bu günkü həmsöhbətim — Səhiyyə Nazirliyinin Genetik məsələlər üzrə ümumi eksperti, fəlsəfə doktoru Zakir Bayramovdur. Onunla genetika kimi böyük, dərin bir sahədən danışırıq. Bu söhbəti planlayanda anladım ki, genetika elmi əslində bir okeandır....

APARICI - AKTRİSA KƏMALƏ ONUR İLƏ | PODCAST "Ə" 28.11.2025

Bu dəfə Podcast "Ə" -də həmsöhbətim uzun illər əvvəl Araz FM-də bərabər çalışdığım, həm radioda, həm televiziyada tanınan aparıcı və aktrisa Kəmalə Onur oldu. Kəmalə illərdir müxtəlif reklamlarda, Taleh Yüzbəyovun və digər rejissorların filmlərində çəkilərək ekransevərlərin yaddaşında qalan simalardan biridir. O, həmçinin bir müddət Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində ba...

KEÇMİŞ NAZİR SİRUS TƏBRİZLİNİN HƏKİM QIZI SEVİNC TƏBRİZLİ İLƏ | PODCAST "Ə" 20.11.2025

Podcast "Ə" nin bu epizodunda tanınmış Həkim/Cərrah Sevinc Təbrizli ilə səmimi söhbət etdik. Sevinc xanım 80 - 90-cı illərin milli azadlıq hərəkatının fəallarından biri Sirus Təbrizlinin ictimai rolundan danışır. Uşaq yaşlarında bu məsuliyyətin ailəsində necə hiss olunması, çətinliklər və Heydər Əliyev dövrünün ölkənin taleyində oynadığı rol haqqında dəyərli fikirlər bölüşür. Söhbət həmç...

TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLI AKTRİSA TURANƏ HÜSEYNLİ İLƏ | PODCAST "Ə" 14.11.2025

PODCAST “Ə” - bu epizoddakı həmsöhbətim — Azərbaycanlı radio və televiziya aparıcısı, aktrisa Turanə Hüseynlidir. Turanə karyerasına çox gənc yaşlarında başlayıb və bir zamanlar mənim rəhbərlik etdiyim radioda da çalışıb. Mən Amerikaya köçdükdən sonra uzun illər əlaqə saxlamamışdıq. Bu günlərdə yenidən əlaqə saxladıq, danışdıq və səmimi bir podkast çəkdik. Bu epizodda Turanə özü haqqında danışır:✔...

"GƏLƏCƏYİN BİR PARÇASI OLA BİLƏRİK" - NADİR ŞƏFİYEVLƏ | PODCAST “Ə” 06.11.2025

Bu epizodda həmsöhbətim Nadir Şəfiyev ilə IT sahəsinin ən əsas istiqamətlərini — Testing, Development və RPA barədə danışdıq. IT-yə karyera dəyişikliyi etmək istəyənlər, sıfırdan başlayanlar və özünü inkişaf etdirmək istəyənlər üçün çox faydalı məqamlar var. Bu söhbətdə toxunduğumuz mövzular:✅ IT sahəsinə necə başlamaq olar?✅ Testing və QA dünyasının real tərəfləri✅ Development yol xəritəsi✅ R...

ƏMƏKDAR ARTİST RƏŞAD İLYASOVLA | PODCAST "Ə" 01.11.2025

🎧 BU BURAXILIŞDABizim Rəşadla tanışlığımız illər öncə mən çalışdığım o vaxtkı Burç FM radiosunda başlayıb. O zaman radioda qonağım idi. Daha sonra AZTV-də “Səhər” efirinin aparıcısı olaraq birlikdə çalışdıq. İllər ərzində konsertlərdə, tədbirlərdə, qastrollarda yol yoldaşı olduq, ailəvi dostluq qurduq. Mən Amerikaya köçəndən sonra da uzun məsafələr dostluğumuza mane olmadı. Və bu dəfə — onun doğu...

ABŞ İMMİQRASİYA VƏKİLİ İSMAYIL ŞAHTAXTİNSKİ İLƏ | PODCAST “Ə” 24.10.2025

Podcast Ə — ABŞ-da İmmiqrasiya Hüququ haqqında danışır:Bu epizodda mənim həmsöhbətim ABŞ-da fəaliyyət göstərən vəkil İsmayıl Şahtaxtinskidir, “I.S. Law Firm”un təsisçisi və rəhbəri. O, 20 ildən artıq təcrübəyə malik ABŞ İmmiqrasiya Hüququ üzrə mütəxəssisdir və American Immigration Lawyers Association təşkilatının üzvüdür. Söhbətimizdə ABŞ-a köçmək, yaşamaq və işləmək istəyənlər üçün immiqrasiya pr...

GREEN CARD QEYDİYYATI NİYƏ GECİKİR? YENİ QAYDALAR GÖZLƏNİLİR | PODCAST “Ə” 16.10.2025

🎙️ Bu Podcast “Ə” epizodu Green Card Lotereyası haqqındadır! Bu dəfə həmsöhbətim 3 il əvvəl Green Card Lotereyasını udaraq Amerikaya köçən Osman Əlmirzəyevdir. O, hazırda Nyu Yorkda yaşayır və ABŞ-a gəlməyin real tərəflərindən, Green Card Lotoreyası ilə bağlı keçdiyi prosesdən danışır.🗽 Bu söhbətdə siz öyrənəcəksiniz: • Green Card Lotereyasında iştirak prosesi necə olur? • Yeni qaydalar nədən iba...

YOQA,MEDİTASİYA VƏ PSİXOLOGİYA HAQQINDA PODCAST “Ə” 09.10.2025

Bu dəfə həmsöhbətim psixoloq və yoqa təlimatçısı Nərgiz Əliyeva idi. Onunla meditasiya, manifestasiya, zehin sakitliyi və insan psixologiyası haqqında çox maraqlı söhbət etdik. Hər kəsin içindəki səs, düşüncələrin təbiəti və pozitiv enerjini necə formalaşdırmaq olar — bu epizodda səmimi şəkildə danışdıq.🪷 Əgər sən də özünü daha yaxşı anlamaq, düşüncələrini idarə etməyi öyrənmək istəyirsənsə — bu...

İNSANLAR HƏKİMİ TİKTOKDAKI VİDEOLARINA GÖRƏ SEÇİR | ŞƏLALƏ MƏMMƏDOVA ilə Podcast "Ə" 02.10.2025

Podcast “Ə” – Müasir tibb və sosial medianın təsiriBu epizodda uzman ginekoloq Şəlalə Məmmədova ilə maraqlı və aktual mövzuları müzakirə edirik: • Müasir tibbdə uzmanlıq • Pasiyentlərin həkim seçiminə sosial medianın təsiri • Instagram və TikTok-da izləyici sayına görə həkim imici • Ailə münasibətləri və dəyərləri

SƏNƏT, MEDİA VƏ HƏYAT: SƏNAN ƏLLƏZ İLƏ SƏMİMİ SÖHBƏT | Podcast “Ə” 25.09.2025

Bu videoda həmsöhbətim Sənan Əlləzdir. Onunla illər əvvəl Araz FM radiosunda bir neçə layihədə birlikdə çalışmışıq. O zamanlar Sənan hələ çox gənc idi, amma artıq yaradıcı baxışları, peşəkarlığı və radioya olan sevgisi ilə seçilirdi. Bu gün isə o, peşəkar aktyor kimi filmlərdə və seriallarda çəkilir, sənət yolunu uğurla davam etdirir. Söhbətimizdə həm o dövrlərə qayıdırıq, həm də Sənanın bu günkü...

Keçmiş Radio və Tv Aparıcısı Sona Rəsulova ilə | Podcast "Ə" 18.09.2025

Bu dəfəki podkastımın qonağı Türkiyənin Muğla şəhərində yaşayan azərbaycanlı tv və radio aparıcısı Sona Rəsulovadır. Onu çoxlarınız ANS kanalındakı “Tutu gildə” və “Ana dili” verilişlərindən tanıyırsınız. Sonra isə radio aparıcısı kimi fəaliyyət göstərib. Biz Sona ilə uzaqdan söhbət etdik və bir çox mövzulardan danışdıq – media, sosial həyat, heyvan sevgisi və gündəlik həyatımız.

Podcast "Ə" - Bəxtiyar Məmmədovla köç və immiqrasiya barədə söhbət 10.09.2025

Bu ilk epizodda ABŞ- da yaşayan Bəxtiyar Məmmədov ilə köç və immiqrasiya mövzusunda söhbət edirik. Yeni ölkədə yaşamaq dəyişikliklər və təcrübələr barədə maraqlı müzakirə.

Listen to the PODCAST "Ə" podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.