akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

İşəgötürənlərin əmək münasibətlərində qarşılaşdıqları problemlər | Araz İsmayılov 03.10.2024

İşəgötürənlər əmək münasibətlərində hansı problemlərlə qarşılaşırlar? İşçilərin müqaviləsinə xitam verərkən hansı məqamlara diqqət edilməlidir? Müəssisələrdə daxili intizam qaydalarının hazırlanması nə üçün vacibdir? Hüquqşünas Araz İsmayılov bu mövzuda təcrübəsini bölüşür.

Azərbaycan və Avropa İttifaqı: Kim kimə daha çox ehtiyac duyur? | Şücaət Əhmədzadə 30.09.2024
Tayvan məsələsini mürəkkəb və təhükəli edən nədir? | Vüsal Quliyev 26.09.2024
Uşaqlar məktəbdə xoşbəxtdirlərmi? | Ülviyyə Mikayılova 23.09.2024

Təhsilin inkişafında həmrəylik pedaqogikası nə üçün əhəmiyyətlidir? Rəqabətyönümlü pedaqogika hansı mənfi nəticələrə səbəb ola bilər? Şagirdlər məktəbdə xoşbəxtdirlərmi? Təhsil mütəxəssisi Ülviyyə Mikayılova bu haqda danışmışıq.

Təhsilə yanaşma necə olmalıdır? | Coana Braun 19.09.2024

Neyromüxtəliflik nədir və təhsil prosesində nə üçün nəzərə alınmalıdır? Yaradıcılığın təhsil üçün əhəmiyyəti nədən ibarətdir? Öyrənmə müxtəlifliklərinin hansı faydaları ola bilər? Təhsil mütəxəssisi Coana Braun ilə bu haqda danışmışıq.

Əlilliyi olan şəxslərin müstəqil həyat fəlsəfəsi | Aydın Xəlilov 16.09.2024

Müstəqil həyat tərzi fəlsəfəsi nə deməkdir? Əlilliyi olan şəxslərin qanunvericiliyin təkmilləşdirilməsində iştirakı nə üçün vacibdir? Müyəssərliyin təmin edilməsi üçün nələrə diqqət etmək lazımdır? “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilovla videomuzu izləyə bilərsiniz.

Müstəqil sənətçilər və maliyyə problemi | Emin Əliyev 12.09.2024
İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması | Elif Günce 09.09.2024

İtkin düşmüş şəxslərin ailələrinin hansı ehtiyacları var? Beynәlxalq Qızıl Xaç Komitәsi itkin düşmüş şəxslərin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanda hansı işləri görür? Beynәlxalq Qızıl Xaç Komitәsinin nümayəndəsi Elif Günce ilə videomuzu izləyə bilərsiniz.

Sülh mövzusunun təhsil sisteminə inteqrasiyası | Günay Qasımova 05.09.2024
İnvaziv radiologiya və onun tibb sahəsinə təsiri | Nicat Alışev 02.09.2024
Xaricdə təhsil və diqqətdən kənar qalan məsələlər | Emil Mirzəyev 29.08.2024

Azərbaycandakı təhsillə xaricdəki təhsil arasında əsas fərqlər nələrdir? Şəxsiləşdirilimiş təhsil prosesi nə deməkdir? Xaricdə təhsillə bağlı diqqətdən kənarda qalan məsələlər hansılardır? Tədqiqatçı Emil Mirzəyevlə bu haqda danışır.

Müəllimlərin şərəf və ləyaqət hüququ | Aygün Pəncəliyeva 26.08.2024

“Cinsindən, oriyentasiyasından, etnik mənsubiyyətindən, yaşından, xarici görünüşündən, sosial statusundan və təcrübəsindən asılı olmayaraq, bütün müəllimlərə hörmətlə yanaşılmalıdır.” Təhsil mütəxəssisi Aygün Pəncəliyeva ilə müəllimlərin şərəf və ləyaqət hüququ barəsində danışmışıq.

Məktəbəqədər yaşda oyun və oyuncaqların əhəmiyyəti | Pəri Osmanova 22.08.2024

Məktəbəqədər yaşda olan uşaqların tərbiyəsində oyuncaqların rolu nədən ibarətdir? Oyuncaqları seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır? Uşaqlar üçün faydalı ola biləcək oyunları evdə necə hazırlaya bilərik? Tərbiyəçi müəllim Pəri Osmanova bu haqda danışır.

Uşaqlıqdan aktivlərin yaradılması üçün uşaq inkişaf fondları | Aytəkin Hüseynli 19.08.2024

Uşaq inkişaf fondlarının işləmə mexanizmi necədir? Belə proqramlar uşaq rifahına necə dəstək olur? Azərbaycanda uşaq inkişafı fondlarının yaradılması hansı problemlərin həllində rol oynaya bilər? Elmlər doktoru Aytəkin Hüseynli izah edir.

Orta Dəhlizin perspektivləri | Vüsal Quliyev 15.08.2024

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) digər ticarət marşrutlarından nə fərqləndirir? Ələt Azad İqtisadi Zonasının əsas funksiyası nədir? Orta Dəhliz marşrutunu təkmilləşdirmək üçün hansı addımların atılması vacibdir? Şərqşünas tədqiqatçı Vüsal Quliyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Məişət zorakılığı riskinin qiymətləndirilməsi | Vəfa Rüstəm 12.08.2024

Məişət zorakılığı ilə mübarizədə risk qiymətləndirilməsi effektiv vasitə ola bilərmi? Karseral metodun hansı çatışmayan cəhətləri var? Risk qiymətləndirilməsi prosesində dövlət qurumlarının üzərinə hansı öhdəliklər düşür? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə videomuzu izləyə bilərsiniz.

Süni zəka və etika | Cavid Ağa 08.08.2024

Süni zəkada etika ilə bağlı hansı problemlər ortaya çıxa bilər? Süni zəkanın qərarvermə mexanizmi necədir? Süni zəka qərəzli ola bilərmi? Sosial media tədqiqatçısı Cavid Ağa ilə süni zəka və etika barəsində videomuzu izləyərək öyrənə bilərsiniz.

Arxeoloji irs və onun idarə olunması | Fariz Xəlilli 05.08.2024

Azərbaycanda hazırda hansı bölgələrdə arxeoloji tədqiqatlar aparılır? Dövlət mülkiyyətində olan ərazilərdə qanunsuz qazıntı aparmağın cəzası nədir? Arxeoloji irsin qorunması üçün hansı tədbirlər görülür?   Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlilli bu suallara cavab verir.

Karbon idarəetməsinin iqlim dəyişikliyi ilə mübarizədə rolu | Ayan Şamçıyeva 01.08.2024

Karbon xərcləri nədir və ətraf mühitə necə təsir edir? İqlim dəyişikliyi ilə mübarizədə individualların rolu nədən ibarətdir? Karbon kreditləri effektiv mübarizə üsuludurmu? İqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçıyeva ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Yeni Media dövründə jurnalistika | Səbinə İzzətli 29.07.2024

Yeni Media dedikdə nə nəzərdə tutulur? Ənənəvi jurnalistika ilə Yeni Media arasında hansı əsas fərqlər var? Yeni Media texnologiyalarının üstünlükləri nələrdir?  Hansı daha vacibdir: məzmun, yoxsa vasitə? Yeni Media üzrə tədqiqatçı Səbinə İzzətli ilə videomuzu izləyə bilərsiniz.

Memarlıq və süni intellekt | Urfan Məmmədov 25.07.2024

Texnologiyanın memarlığa inteqrasiyası necə baş verir? Süni intellektin yaradıcı prosesə təsiri necədir? Memarlığın hansı tərəflərini süni intellekt əvəz edə bilər? Memar Urfan Məmmədovla videomuzu izləyə bilərsiniz.

Azərbaycanda startapların inkişafı üçün hüquqi çərçivə | Zalbəy Ağadadaşov 22.07.2024

Azərbaycanda startaplar üçün hansı güzəştlər nəzərdə tutulur? Bu güzəştlər startap ekosisteminin inkişafı üçün yetərlidirmi? Startapların inkişafı üçün qanunvericilikdə nələr dəyişməlidir? Turan Legal and Tax Services şirkətinin təsisçisi və direktoru Zalbəy Ağadadaşovla bu haqda danışmışıq.

Kino və ədəbiyyat | Leylaxanım Qəmbərli 18.07.2024

Kino digər incəsənət sahələrindən necə fərqlənir? Sürrealist kinonun yaranması hansı amillərlə bağlıdır? Müasir kino izləyicisinin gözləntiləri nələrdir? Hekayə olmadan kino mövcud ola bilərmi? Kinorejissor və rəssam Leylaxanım Qəmbərli ilə bu haqda danışdıq.

Sənətşünas kimdir? | Ayna Moazzen 15.07.2024

Sənətşünasın rolu nədən ibarətdir? Universitet təhsili müasir incəsənət tələbləri ilə üst-üstə düşürmü? Sənətşünaslıq tələbələrinin tez-tez qarşılaşdığı problemlər hansılardır? Sənətşünas Ayna Moazzen bizə bu haqda danışıb.

Müəllimlərin peşəkarlığını artıra bilirikmi? | Ülviyyə Mikayılova 11.07.2024

Müəllimlərin peşəkar inkişafı nə üçün əhəmiyyətlidir? Azərbaycanda təhsil sektorunda bu istiqamətdə hansı islahatlar aparılıb? Digər ölkələrdə müəllimlərin peşəkar inkişafı ilə bağlı hansı uğurlu nümunələr var? Təhsil mütəxəssisi Ülviyyə Mikayılova ilə bu haqda danışmışıq.

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.