akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Azərbaycanda dizayn: yerli mühit və qlobal imkanlar | Rəsul Həsən 10.02.2025 19:30
Qonağımız, qrafik dizayner və tədqiqatçı Rəsul Həsən bildirir ki, çoxları dizaynı sadəcə estetika ilə əlaqələndirir, lakin dizaynın funksionallıq tərəfi tez-tez unudulur. Onun fikrincə, Azərbaycanda ictimai məkanlar vizual xaos və qeyri-funksionallıq səbəbindən insanların rifahına mənfi təsir göstərir. Yeni videomuzda dizayn təhsilindəki çatışmazlıqlar, ölkədə yaradıcı rəqabətin və yeni ideyaların...
Suyun ədalətli, səmərəli və dayanıqlı idarə ediləməsi | Şəhanə Bilalova 06.02.2025 8:28
Su böhranı dünyanın müxtəlif yerlərində icmalara və iqtisadiyyatlara ciddi təhlükələr yaradır. Lakin bu böhranın səbəblərinə baxdıqda, əksər hallarda problemin suyun yoxluğu deyil, su idarəetməsinin düzgün aparılmaması olduğu görünür. Növbəti qonağımız Şahanə Bilalova su idarəçiliyi üzrə tədqiqatçıdır. Onunla həm iqlim dəyişikliyi, həm də kənd təsərrüfatında istifadə olunan suya tələbatın artması...
Şəhər mobilliyi: piyadalar, nəqliyyat və təhlükəsizlik | Rauf Ağamirzəyev 03.02.2025 15:22
Yeni videomuzda qonağımız, nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakının şəhər mobilliyindəki irəliləyişlərdən, o cümlədən rəqəmsal transformasiya, dayanıqlı nəqliyyat və infrastruktur təkmilləşdirmələrinin əhəmiyyətindən danışıb. Qonağımız avtomobil mərkəzli siyasətdən səmərəli yol hərəkətinin idarə olunmasına keçidin vacibliyini vurğulayaraq, bu çərçivədə ayrılmış avtobus zolaqları, velosiped infr...
Sağlam iş mühitini necə qurmalı? | Səbinə Qulamzadə 30.01.2025 8:44
Yəqin ki, bir çoxunuz toksik iş mühitində çalışmağın nə demək olduğunu bilirsiniz. Müxtəlif araşdırmalara görə, işçilərin işdən çıxmasının və ya başqa iş axtarmasının əsas səbəblərindən biri qeyri-sağlam korporativ mədəniyyətdir. İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə müsbət və sağlam iş mədəniyyətinin yaradılmasının bu səbəbdən nə qədər vacib olduğunu deyir. Onunla toksik iş mühitinin səbə...
Bakını necə insanyönümlü şəhərə çevirə bilərik? | Anar Əliyev 27.01.2025 12:11
“İnsan yönümlü şəhərlər” təşəbbüsünün təsisçisi Anar Əliyevlə Bakının insanı mərkəzdə olduğu şəhərə çevrilməsi üçün atılmalı olan addımlar barədə danışdıq. Avtomobil sahiblərinin çoxuna xoş səslənməsə də, insan mərkəzli şəhər modelində avtomobillər əhəmiyyət baxımından piyada, velosipedçi və ictimai nəqliyyatdan sonra gəlir. Qonağımız COP29 ərəfəsində görülən işlərin yaxşı bir başlanğıc olduğunu q...
Azərbaycan turizm sənayesinin tutduğu mövqe | Qanı Nəsirov 23.01.2025 19:00
Azərbaycan turizm sənayesinin hazırkı durumu necədir? Bələdçi Qanı Nəsirov verdiyi müsahibədə pandemiyadan sonra turizm sənayesinin üzləşdiyi çətinliklərdən, Azərbaycan üçün ənənəvi və qeyri-ənənəvi turizm bazarlarından, ölkədə keçirilən tədbirlərin turizmə təsirindən danışıb. O, mövcud nailiyyətlərə baxmayaraq, keyfiyyət üzərində işlərin görülməsinin vacibliyini də vurğulayıb.
“Post-truth” və ya faktlara barmaqarası baxışın səbəbi nədir? | Qismət Rüstəmov 16.01.2025 11:59
Yeni videomuzda yazıçı Qismət Rüstəmovla müasir dünyada rasional düşüncəyə, intellektual müzakirələrə və elmi təfəkkürə olan inamın azalması mövzusunda söhbət etdik. Bu tendensiyanın mistik inanclara, konspirasiya nəzəriyyələrinə və psevdointellektual baxışlara olan marağın artması ilə müşayiət olunduğunu vurğulayan yazıçı, çıxışında internet və sosial şəbəkələrin yüksəlişinin media mühitinə necə...
İfrat sağın yüksəlişi və demokratiyaların üzləşdiyi çətinliklər | Rəşad Şirin 13.01.2025 24:01
Yeni müsahibəmiz qlobal müstəvidə ifrat sağ hərəkatların yüksəlişi mövzusundadır. Beynəlxalq seçki eksperti Rəşad Şirin bildirir ki, ifrat sağın populist ritorikası tez-tez liberal demokratiyanın legitimliyini sual altına qoyur. Bu hərəkatlar iddia edir ki, ənənəvi siyasi sistemlər immiqrasiya, iqtisadi çətinliklər və mədəni mübahisələr kimi problemləri həll etməkdə acizdir. Qonağımız əlavə edir k...
İş mühitində uşaqlı qadınların üzləşdiyi çətinliklər | İnara Camal 19.12.2024 12:58
İş müsahibələrində qadınlara və kişilərə verilən suallar arasında fərqlər haqqında yəqin ki, eşitmisiniz. Xüsusən də qadın namizədin evlilik statusu, uşaqlarının olub-olmaması və ya ana olmağı planlaşdırıb-planşdırmaması kimi mövzularla bağlı. İşəgötürən bu suallara ümid etdiyi cavabları eşitməyəndə qadın namizədin seçilmə şansları azalır, işə götürüldüyü halda isə karyera irəliləyişi imkanları mə...
Mövcud təhsil sistemi şagirdlərin inkişafına necə mane olur? | Yalçın İslamzadə 16.12.2024 14:30
Yeni müsahibəmizdə Azərbaycan təhsil sisteminin qarşısında duran vəzifələr, tələbələrin inkişafına və həyata hazır olmalarına necə kömək edə biləcəyindən danışdıq. Təhsil eksperti Yalçın İslamzadə bizimlə söhbətində son beynəlxalq testdə göstərilən zəif nəticələr, kurikulumların təkmilləşdirilməsi, təhsildə valideynlərin rolu, şagirdlərin üzləşdiyi emosional çətinliklər və digər məqamlara toxundu.
İlk nəsil tələbələr kimlərdir? | Abbas Abbasov 12.12.2024 10:34
Ailələrində ilk dəfə universitet təcrübəsi yaşayan gənclər digər tələbələrdən fərqlənirlər. Ali təhsil tədqiqatçısı Abbas Abbasov deyir ki, əksər hallarda ilk nəsil tələbələr “sosial kapitala” malik deyillər və bu, onlara həm universitetdə, həm də gələcək həyatlarında maneələr yaradır. Qonağımız ilk nəsil tələbələrin nə üçün dəstəyə ehtiyac duyduğu və bu dəstəyin cəmiyyət üçün faydaları haqda danı...
Qohumlar arasında nikah | Vəfa Rüstəm 09.12.2024 13:13
Dünyanın müxtəlif yerlərində qohum evliliyinə münasibət fərqlidir. Bir çox coğrafiyalarda ortaq nənə və babaları olan şəxslər arasında nikah kifayət qədər yayılmış haldır. Azərbaycanda ümumi nikahların təxminən 4-5 faizi qohumlar arasında olduğu təxmin edilir. Qadın hüquqları üzrə hüquqşünas Vəfa Rüstəmlə uşaqlarda irsi xəstəlik hallarını artıran bu cür nikahların səbəbləri və məhdudlaşdırılması ü...
Dezinformasiyanın yaranması və yayılması mexanizmi | Lalə Kişiyeva 02.12.2024 13:41
Dezinformasiya yeni şey deyil. Lakin sosial media və müasir texnologiyalar bu cür xəbərlərin daha geniş yayılmasına təsir edib. Bizimlə söhbət edən media mütəxəssisi Lalə Kişiyeva deyir ki, dezinformasiya bir-birimizə qarşı inanmsızlıq, institutlara etibarsızlıq və geniş apatiyaya səbəb ola bilər. Qonağımız dezinformasiyanın siyasi manipulyasiya və maliyyə qazancı kimi məqsədlərini qeyd edir və əl...
Wikipedia nədir və nə deyil? | Cavid Ağa 28.11.2024 17:39
Wikipedia-nı ənənəvi ensiklopediyalardan fərqləndirən əsas xüsusiyyət onun hər kəs tərəfindən rədaktə edilə bilən, dinamik və açıq resurs olmasıdır. Bununla bərabər, Wikipedia şəxsi fikirlər və ya tərəf tutmaq üçün yer deyil. Bu resursun məqsədi çoxsaylı perspektivləri təqdim edərək, mövzu haqda hansı qənaətə gəlməyi oxucunun öhdəsinə buraxmaqdır. Bizim platformamızda tez-tez çıxış edən sosial med...
Elmi tədqiqat nədir və nə üçün əhəmiyyətlidir? | Aytəkin Hüseynli 25.11.2024 12:28
Elmi tədqiqat konkret suallara cavab vermək və ya problemləri həll etmək üçün məlumat toplamaq və təhlil etmək üçün strukturlaşdırılmış, sistemli bir prosesdir. Yeni müsahibəmizdə Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli ilə elmi tədqiqatın əhəmiyyət və onun düzgün aparılması şərtləri haqda danışmışıq. Qanağımız deyir ki, akademik şəraitdə tədqiqat müstəqil araşdırma...
Çinin yumşaq güc siyasəti | Vüsal Quliyev 21.11.2024 14:06
Siyasi müzakirələrdə tez-tez işlədilən Yumşaq Güc (Soft Power) terminini məcbur edilmə əvəzinə cəlbedicilik vasitəsilə əməkdaşlığın təmin olunması kimi ifadə edə bilərik. Xarici siyasətdə bu aləti istifadə edən ölkələr daha çox öz mədəniyyətlərinin qlobal səhnədə tanınmasından bəhrələnirlər. Yumşaq Gücün üstünlüyünə malik olan ölkələr dedikdə, ağla ilk Birləşmiş Ştatlar və Birləşmiş Krallıq gəli...
Rəqəmsallaşma və rəqəmsal savadlılıq | Mədinə Paşayeva 28.10.2024 13:36
Rəqəmsal savadlılıq nə deməkdir və nə üçün əhəmiyyətlidir? Rəqəmsallaşma sahibkarlığın inkişafında necə rol oynayır? Proqramlaşdırma bacarıqlarına hər kəs yiyələnə bilərmi? “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva ilə danışdıq.
Qadın futbolu | Ağasəf Osmanlı 24.10.2024 17:36
Dünyada və Azərbaycanda qadın futbolunun tarixi haradan başlayır? Futbolla məşğul olmağın hansı faydaları var? Məktəbli qızları futbola cəlb etmək üçün nə etmək mümkündür? “Baku Juniours Women” futbol klubunun meneceri Ağasəf Osmanlı ilə videomuzu izləyə bilərsiniz.
Müasir şəhərlərin inkişaf yolunun elmi interpretasiyaları | Bayram Axundov 21.10.2024 25:11
Klassik şəhərsalma nəzəriyyələri hansılardır? Bu nəzəriyyələr müasir şəhərlərin formalaşmasında necə rol oynayıb? Azərbaycanda şəhərsalma sahəsində hansı fundamental problemlər mövcuddur? Urbanist tədqiqatçı Bayram Axundovla videomuzu izləyə bilərsiniz.
Tələbələrin ixtisas seçimi | Vəfa Kazdal 17.10.2024 15:18
Tələbələrin ixtisas seçimi ilə bağlı düzgün yanaşma hansıdır? Gənclərə öz seçimlərini etmələri üçün imkan yaratmaq nə üçün əhəmiyyətlidir? Düzgün ixtisas seçimi etmək üçün hansı trendləri izləmək lazımdır? ADA Universitetinin prorektoru Vəfa Kazdalla bu haqda danışmışıq.
Trans fərdlərin qarşılaşdığı çətinliklər | Miray Dəniz 14.10.2024 8:39
Azərbaycandakı trans fərdlərin qarşılaşdığı əsas çətinliklər hansılardır? Bu çətinlikləri yaradan səbəblər haradan qaynaqlanır? Trans kimliklərin mediada daha çox görünən olmağı nə üçün əhəmiyyətlidir? Rejissor Miray Dənizlə bu haqda danışmışıq.
116-111 Uşaq Qaynar Xətti | Kəmalə Aşumova 10.10.2024 15:11
116-111 Uşaq Qaynar Xətti hansı fəaliyyətləri həyata keçirir? Qaynar xətt xidməti regiondakı uşaqlar üçün əlçatandırmı? Qaynar xəttə gələn müraciətlərdə məxfilik prinsipi necə qorunur? Kəmalə Aşumova rəhbərlik etdiyi Azərbaycan Uşaq Qaynar Xətt xidməti haqda danışır.
Elmi jurnallar və elmi məqalələr | Aytəkin Hüseynli 07.10.2024 12:37
Elmi jurnallarda məqalələrin çap edilməsi üçün hansı prosesdən keçmək lazımdır? Sosial sahələrdə elmi məqalələrin yazılması üçün hansı tələblər var? Elmi jurnalların təsir qüvvəsi dedikdə nə nəzərdə tutulur? Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli bizimlə bu haqda danışıb.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.