akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Nə yeyirsənsə, osan - Qidalanma və zehni sağlamlıq | Nərmin Axundova 19.05.2025

Növbəti müsahibəmizdə molekulyar bioloq Nərmin Axundova qidalanmanın zehni sağlamlığımıza və beyin funksiyalarımıza necə dərin təsir etdiyini izah edir. Qonağımız bildirir ki, biz çox vaxt qəbul etdiyimiz qidanın hisslərimizə və düşüncə tərzimizə təsirini nəzərə almasaq da, hər bir qida komponenti orqanizmdə parçalanaraq enerji mənbəyinə çevrilir və ya beyin hüceyrələrinin əsas struktur hissələrin...

Tarixlə gələcək arasında: Bakıda memarlıq irsinin taleyi | Qanı Nəsirov 15.05.2025

Yeni videomuzda bələdçi Qanı Nəsirov Bakının sürətli şəhərsalma yenidənqurmaları fonunda mədəni, tarixi və memarlıq irsinin qorunmasının zəruriliyini vurğulayır. Qonağımız Bakının tarixi irsinin təkcə qala divarları ilə məhdudlaşmadığını və mədəni baxımdan əhəmiyyətli olan bir çox ətraf məhəllənin nəzərdən qaçırıldığını qeyd edir. Şəhər yenilənməsinin təhlükəsizlik, xidmətlər və turizm infrastrukt...

Qlobal düşünən gənc təşəbbüskarları necə yetişdirməli? | Yalçın İslamzadə 12.05.2025

Təhsil eksperti Yalçın İslamzadə Azərbaycan cəmiyyətində ənənə ilə yenilik arasındakı münasibətə tənqidi yanaşmasını bölüşür. O bildirir ki, ölkə müasir görünməyə çalışsa da, xüsusilə liderlik və bilik anlayışlarında hələ də dərin şəkildə ənənəçi olaraq qalır. Qonağımız əlavə edir ki, gənc liderlər yaşlarına görə tez-tez ciddiyə alınmır və müdrikliyin yalnız yaşla gəldiyi düşüncəsi hələ də yaşayır...

Sosial iş peşəsinin inkişafı niyə vacibdir? | Aytəkin Hüseynli 08.05.2025

Sosial iş xeyriyyəçilikdən başlayaraq zamanla Avropa və ABŞ-da peşəkar bir sahəyə çevrildi. Azərbaycanda isə xeyriyyəçilik fəaliyyətləri 20-ci əsrin əvvəlində təhsil və uşaq rifahına yönəlsə də, bu təşəbbüslər Sovet dövründə dayandırıldı. Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli deyir ki, Azərbaycanda bu sahə hələ də təhsil standartlarının, resursların və ixtisaslı m...

Xalça sənəti, unudulan naxışlar və mədəni irsi yaşadan dizayn | Səidə Mirzəyeva 05.05.2025

Zili brendinin təsisçisi Səidə Mirzəyeva, xalça naxışlarını dizayn vasitəsilə gündəlik həyata gətirmək missiyası haqqında danışıb. İnsanlara orijinal Azərbaycan naxışlarını yenidən tanıtmaq məqsədilə yaradılan Zili brendi, xalça naxışlarını, miniatürləri və memarlıq elementlərini dekorativ və məişət əşyalarına tətbiq edir. Qonağımız, Azərbaycanın vacib mədəni irs nümunələrindən biri olan xalçaçılı...

İlahi istedaddan öyrədilə bilən bacarığa: Yaradıcı yazının tarixi və nəzəriyyələr | Ramil Əhməd 01.05.2025

Yeni videomuz yazıçılara və yazı prosesinə baxışın zamanla necə dəyişdiyi haqdadır. Yazıçı və ədəbiyyatşünas Ramil Əhməd qeyd edir ki, XIX əsrdən etibarən yaradıcılıq ilahi ilham yox, öyrənilə və təhlil oluna bilən bir bacarıq kimi dəyərləndirilməyə başlanıb. Qonağımız hesab edir ki, müasir dövrdə, xüsusilə süni intellekt çağında yazıçılar yalnız ilhamla deyil, həm də nəzəri bilik və struktur anla...

Film çəkməyə haradan başlamalı? | Türkan Hüseyn 28.04.2025

Rejissor və prodüser Türkan Hüseyn deyir ki, film istehsalı resurs asılılığı ən yüksək olan sənət növlərindən biridir və sıfır büdcə ilə film çəkmək demək olar ki, mümkünsüzdür. O, əlavə edir ki, buna baxmayaraq, film istehsalında ilk addımlarını atan insanlar bu prosesi daha az məsrəflə həyata keçirə bilərlər. Qonağımız gənc rejissorlara məsləhət görür ki, kiçik layihələrlə başlasınlar — qısa sse...

Kənddən masaya: İddialı missiyası olan süfrə təcrübəsi | Yaqub Zeynalov 24.04.2025

ProjectFlat təşəbbüsünün qurucusu Yaqub Zeynalovla onun “fermadan süfrəyə” təcrübəsi haqqında danışdıq. Yeməyi təbiət və yaddaşın formalaşdırdığı bir ünsiyyət və sənət forması kimi dəyərləndirən aşpaz, insanları yerli məhsul və istehsalçılarla birləşdirən kiçik, amma iddialı bir məkan yaradıb. Yaqub Zeynalov fermerlərlə işləmək üçün səfərlər edir, onlara məhsullarının dəyərini anlamağa və bazara y...

Ömür boyu öyrənmə nədir? | Abbas Babayev 21.04.2025

Ömür boyu təhsil anlayışı tez-tez səhvən əlavə və ya davamlı təhsil kimi anlaşılır. Tədqiqatçı Abbas Babayev bildirir ki, əslində ömür boyu öyrənmə fərdin yaşından, əvvəlki təhsilindən və mənşəyindən asılı olmayaraq, hər kəs üçün əlçatan, çevik və mənalı öyrənmə imkanlarının yaradılmasına yönəlmiş daha geniş bir fəlsəfədir. Qonağımız vurğulayır ki, universitetlərdə ömür boyu təhsilin gerçək inteqr...

İstedadı kəşf edən, yol açan müəllimlər | Vəfa Qəhrəman 17.04.2025

Təlimçi və təhsil kouçu Vəfa Qəhrəman hər bir şagirdin öyrənmə tərzinin tanınmasının və bu tərzə uyğun sinif mühitlərinin yaradılmasının vacibliyini vurğulayır. O bildirir ki, müəllimin kiçik jestləri — məsələn, bir şagirdin maraq və həvəs dairələrinə diqqət yetirməsi — dərin yaradıcılığın və özünəinamın açarına çevrilə bilər. Qonağımız əlavə edir ki, müəllimin düşüncə tərzi və empati bacarığı çox...

Azərbaycanda dayanıqlı turizm: Bölgələrin potensialı və strateji yanaşma | Vəfa Kərəmova 14.04.2025

Turizm dayanıqlı modellər əsasında qurulmadıqda, onun törətdiyi zərər kifayət qədər ciddi olur. Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, dayanıqlı modellər turizm fəaliyyəti zamanı gəlirlərin yalnız böyük şirkətlərə deyil, yerli əhaliyə də çatmasını nəzərdə tutur. Qonağımız əlavə edir ki, hazırda Azərbaycanın unikal imkanı var – ölkə iqtisadi baxımdan səmərəli, eyni z...

Köç yolu hekayəsi: Çoban həyatının reallığı 10.04.2025

Fotoqraf Əli Rza ənənəvi köç həyatını sənədləşdirmək üçün çoban icmalarına qoşularaq piyada şəkildə 200 kilometrdən çox məsafə qət edib. Bu işdə o, insan faktoruna - nəsildən-nəslə ötürülən biliklərə, fiziki çətinliklərə və sosial reallıqlara fokuslanır. Əli Rza öz obyektivindən yalnız köç həyatının mədəni və tarixi qatlarını deyil, onun davam edən sosial təsirini də göstərir. Burada uşaqların təh...

İdeyadan reallığa: Video oyunlar necə hazırlanır? | Şahin Əliyev 07.04.2025

Kitab və filmlərdən fərqli olaraq, video oyunlar oyunçulara sadəcə müşahidəçi olmaq deyil, həmin dünyaların içində yaşamaq və qərarlar qəbul etmək imkanı verir. “Dynamic Box Studio”nun həmtəsisçisi Şahin Əliyevin sözlərinə görə, məhz bu interaktivlik video oyunları digər media növlərindən tamamilə fərqləndirir. Qonağımız bildirir ki, video oyunlar texnologiya, sənət və hekayəçilik arasında körpü r...

Şirkətlərin sosial təşəbbüslər çərçivəsində yol verdiyi piar qüsurları | Aydan Nəbiyeva 03.04.2025

Yeni müsahibəmizdə şirkətlərin həyata keçirdiyi xeyriyyə təşəbbüsləri və korporativ sosial məsuliyyət layihələri haqqında danışmışıq. Marketinq mütəxəssisi Aydan Nəbiyeva bizimlə söhbətində müxtəlif özəl qurumların bu cür təşəbbüsləri həyata keçirərkən fəaliyyətin mahiyyətindən daha çox şirkət imicinə fokuslandığını qeyd edir və bu cür fəaliyyətlərin işıqlandırılmasında qüsurlara yol verildiyini v...

Elektrikli nəqliyyat bazarında hazırkı rəqabət | Orxan Zakirov 27.03.2025

Yeni çəkilişimizdə tədqiqatçı Orxan Zakirov son 15 il ərzində həm dünyada, həm də Azərbaycanda elektrikli avtomobillərə artan marağı təhlil edib. Qonağımız Azərbaycanda bu tendensiyaya təsir göstərən dövlət siyasətləri, müxtəlif ölkələrdə həyata keçirilən yaşıl təşəbbüslər, o cümlədən ABŞ-ın Tesla şirkətinin və Çin markalarının nailiyyətləri barədə danışıb. Çıxışda, həmçinin, elektrikli avtomobill...

Süni Zəka zəngləri: Fırıldağa düşməmək üçün nə etməli? | Maral Qurbanzadə 17.03.2025

Hər keçən gün Süni Zəka vasitəsilə həyata keçirilən telefon fırıldaqçılığı haqqında eşidirik. Heç kim yeni texnologiyalardan məharətlə istifadə edən bədniyyətlilərdən sığortalanmayıb. Əhalinin həssas qruplarından tutmuş nüfuzlu şəxslərə qədər hər kəs bu cür fırıldaqçıların qurbanı ola bilər. İnsan-robot ünsiyyəti üzrə mütəxəssis Maral Qurbanzadə bu cür zənglərin tələsinə düşməmək üçün görülməli ol...

Şəhərin siması və tarixi mirasın qorunması | Dilqəm İsmayılov 13.03.2025

Memar Dilqam İsmayılov şəhər kimliyinin onun tarixi və memarlıq irsi ilə formalaşdığını deyir və əlavə edir ki, binalar sadəcə tikililər deyil, eyni zamanda tarixi, xatirələri və mədəni davamlılığı özündə daşıyan abidələrdir. Qonağımızın sözlərinə görə, Bakı, həm Şərq, həm də Qərb memarlıq üslublarının birləşdiyi bir şəhər olaraq, digər şəhərləri təqlid etməklə öz kimliyini itirmək təhlükəsi ilə ü...

Dayanıqlılıq istehlakçıları düşündürməlidirmi? | İlkin Hacıyev 10.03.2025

Dayanıqlı inkişaf bugünkü nəslin ehtiyaclarını ödəməklə gələcək nəsillərin imkanlarını təhlükəyə atmamaq deməkdir. Sustainera Solutions şirkətinin təsisçisi İlkin Hacıyevin sözlərinə görə, ətraf mühitin çirklənməsində əsas iştirakçılar şirkətlər olsa da, fərdlər də gündəlik istehlak seçimləri ilə bu prosesdə mühüm rol oynayırlar. Qonağımız məsuliyyətli istehlakçılığı, tullantıların azaldılmasını v...

Azərbaycanda məhkumların təhsilə çıxışı | Tamella Abdıyeva 06.03.2025

Yeni müsahibəmizdə tədqiqatçı Tamella Abdıyeva ilə həbsxana təhsili haqqında danışdıq. O bildirir ki, Azərbaycanda həbsxanalarda ümumi və peşə təhsilini nəzərdə tutsa da, praktikada ümumi təhsil yalnız yeniyetmə məhkumlar üçün əlçatandır, böyüklər üçün isə bu imkanlar təmin edilmir. Abdıyeva həbsxanada olan yetkin məhkumların təhsilə çıxışının vacibliyini vurğulayır. O qeyd edir ki, bir çox məhkum...

Tükənən su ehtiyatlarının səmərəli idarə edilməsi | Rövşən Abbasov 03.03.2025

Qiymətləndirmələrə görə, iqlim dəyişikliyinin təsirləri nəticəsində regionumuzda su ehtiyatlarının 15-30% azalacağı proqnoz edilir. Bu vəziyyətin gələcəyimiz üçün ciddi bir təhlükə yaratdığını bildirən ətraf mühit üzrə ekspert Rövşən Abbasov əlavə edir ki, əhali artımı, həyat tərzindəki dəyişikliklər və ərzağa olan tələbatın artması su ehtiyatlarına daha çox təzyiq göstərəcək. Qonağımız vurğulayır...

Kitablar və uşaqlarda öyrənmə instinkti | Əfsanə Yusif 27.02.2025

Bu dəfə uşaqlar və kitablar mövzusuna toxunmuşuq. “Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusif ilə söhbətimizdə kitabların uşaqlarda özünü dərk etmə və maraq hissini formalaşdırmadakı əhəmiyyəti haqda danışdıq. Qonağımız bildirir ki, kitablar sadəcə təhsil vasitəsi deyil, həm də dünyanı və insanın özünü kəşf etməsi üçün vacib bir alətdir. O, qeyd edir ki, uşaqlarda kitaba maraq yaratmaq əvəz...

Müəllimlik peşəsinə maraq yaratmaq üçün nə edilməlidir? | Aynurə Abdullayeva 24.02.2025

Keyfiyyətli öyrənmənin təmin edilməsində müəllimlərin bilik və təcrübəsi ilə yanaşı, onların bu işə olan səmimi həvəsi və göstərdikləri fədakarlıq da vacib rol oynayır. Təhsil mütəxəssisi Aynurə Abdullayeva bildirir ki, müəllimlik peşəsinə marağı olan, özünü uşaqların inkişafına həsr etmək istəyən daha çox gənc istedadı bu işə cəlb etmək lazımdır. Lakin müəllimlik peşəsinin hazırkı nüfuzu və təhsi...

Milli kimlik necə formalaşır? | Zaur Şiriyev 20.02.2025

Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimi Zaur Şiriyev müasir millət anlayışının çox vaxt XVI-XVIII əsrlərdə millət-dövlətlərinin yaranması ilə, xüsusilə İngiltərə, Fransa və ABŞ-dakı tarixi proseslərlə əlaqələndirildiyini bildirir. Qonağımız qeyd edir ki, milli kimlik kollektiv aidiyyət formasıdır və onu ortaq dil, mədəniyyət və siyasi proseslərdə iştirak müəyyən edir. Lakin onun form...

ChatGPT-nin jurnalistikada düzgün istifadəsi | Pəri Abbaslı 17.02.2025

ChatGPT 2022-ci ildən bəri gündəlik həyata sürətlə inteqrasiya olunub və məzmunun strukturlaşdırılması, eləcə də tədqiqat proseslərinin sürətləndirilməsi üçün geniş istifadə edilən bir alətə çevrilib. Jurnalist Pəri Abbaslı ilə bu alətin media sahəsinə təsiri və onun jurnalistləri əvəzləyə biləcəyi ilə bağlı narahatlıqları müzakirə etdik. Qonağımız süni intellektin bir təhlükə kimi deyil, bir vasi...

Məktəblərdə dram dərslərinin əhəmiyyəti | Aynur Zərrintac 13.02.2025

Dram dərsləri dünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai təhsil proqramının vacib bir hissəsidir. Birləşmiş Krallıq, Kanada, ABŞ, Fransa, Avstraliya, Finlandiya və digər ölkələrdə məktəblərdə tədris edilən dram dərsləri şagirdlərin istedadlarını tətbiq etməsi ilə yanaşı, onların tənqidi düşüncə, özünəinam və sosial bacarıqlarının inkişafına töhfə verir. Yeni videomuzda teatr rejissoru və R...

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.