akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Ətraf mühit məsələrində iştirakçılıq hüququ | Kənan Qayıbov 14.02.2024

Ekoloji iştirakçılıq nə deməkdir? Ətraf mühit məsələləri ilə bağlı məlumatların paylaşılmasında dövlətin hansı öhdəlikləri var? Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində vətəndaşların iştirakçılıq hüququ təmin edilirmi? Hüquqşünas Kənan Qayıbovla müsahibəmizdə bu haqda danışmışıq.

Coğrafi İnformasiya Sistemləri (GIS) nədir? | Nəzrin Qocayeva 12.02.2024

Coğrafi İnformasiya Sistemləri (GIS) nədir və tətbiq sahələri hansılardır? Azərbaycanda və digər ölkələrdə GIS-dən necə istifadə edilir? GIS təhlilçisi Nəzrin Qocayeva ilə videomuzu izləyərək məlumat əldə edə bilərsiniz.

Film sənayesini əhəmiyyətli edən nədir? | Hacı Səfərov 09.02.2024

Film sənayesinin inkişafı ölkələrə nə qazandıra bilər? Mədəniyyətin bir hissəsi kimi filmlər hansı əhəmiyyətə malikdir? Azərbaycanda film sənayesini dayanıqlı etmək üçün nə lazımdır? Kinotənqidçi Hacı Səfərovla bu haqda danışmışıq.

Ev sahibi olmaq nə üçün vacibdir? | Mərmər-Gülçin Cəfərli 07.02.2024

Ev sahibi olmaq niyə əhəmiyyətlidir? Daşınmaz əmlaka çatımlılıq dedikdə nə başa düşülür? Daşınmaz əmlaka çatımlılığı tənzimləmək üçün ölkələr nə edir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? Daşınmaz əmlak üzrə mütəxəssis Mərmər-Gülçin Cəfərli bizə bu haqda danışıb.

Tarixi-memarlıq abidələrinin bərpası və qorunması | Abdul Hüseynov 05.02.2024

Bərpa, konservasiya və yenidənqurma işləri bir-birindən nə ilə fərqlənir? Tarixi tikililərin bərpası zamanı hansı vacib məqamlar nəzərə alınmalıdır? Nə üçün tarixi abidələri təmir etmək düzgün deyil? Memar Abdul Hüseynov bizə bu barədə danışıb.

Miqrantlar və qaçqınlar üçün inteqrasiya xidmətləri | Lamiyə Rzayeva-Əhmədli 02.02.2024

Miqrasiya nə üçün əhəmiyyətli mövzudur? Azərbaycana gələn miqrantlar hansı problemlərlə üzləşirlər? Ölkədə miqrantlar və qaçqınlar üçün hansı inteqrasiya xidmətləri mövcuddur? Sosial müdafiə üzrə mütəxəssis Lamiyə Rzayeva-Əhmədli ilə müsahibəmizi izləyə bilərsiniz.

Sağlam iş mühitini necə yaradaq? | Vüqar Heydərov 31.01.2024

Sağlam iş mühiti yaratmaq üçün işəgötürənlər nə etməlidirlər? İkitərəfli açıq ünsiyyət nə üçün əhəmiyyətlidir? İnsanlar iş yeri seçimlərində hansı faktorlara diqqət yetirməlidirlər? İnsan resursları üzrə mütəxəssis Vüqar Heydərovla müsahibəmizi dinləyə bilərsiniz.

Bakıya velosiped yolları lazımdırmı? | Anar Əliyev 29.01.2024

Velosiped yolları nəqliyyatla bağlı hansı problemlərin həllinə kömək edir? Bununla şəxsi avtomobillərdən istifadənin azalmasına nail olmaq mümkündürmü? Ölkədə piyadalar üçün vəziyyət nə yerdədir? “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi Anar Əliyevlə müsahibəmizi dinləyə bilərsiniz.

Uşaq rifahı nədir və nəyə lazımdır? | Aytəkin Hüseynli 26.01.2024

Uşaq rifahı nədir və nəyə lazımdır? Uşaqların inkişafına xüsusi diqqət ayrılması nə üçün vacibdir? Azərbaycanda bu sahədə vəziyyət necədir? Elmlər doktoru, Sent-Luis Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə müsahibəmizi dinləyərək öyrənə bilərsiniz.

Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti nədən ibarətdir? | İlahə Hüseynova 24.01.2024

Beynəlxalq Qızıl Xaç Komitəsi özündə hansı fəaliyyət istiqamətlərini ehtiva edir? Münaqişələr zamanı neytral mövqeni qoruyub saxlamaq nə üçün vacibdir? Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova ilə müsahibəmizi dinləyə bilərsiniz.

Xəzər dənizinin nə qədər əhəmiyyətli olduğunun fərqindəyikmi? | Rövşən Abbasov 22.01.2024

Xəzər dənizinin sahillərini paylaşan dövlətlər ondan necə yararlanır? Xəzərin üzləşdiyi ekoloji problemləri necə aradan qaldırmaq olar? Xəzər dənizinin nə qədər əhəmiyyətli olduğunun fərqindəyikmi? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi dinləyə bilərsiniz.

Biomüxtəlifliyin mühafizəsi və nəsil tükənmə prosesi | Zülfü Fərəcli 22.12.2023
İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi | Fuad Şahbazov 20.12.2023
Kiberzorakılıq nədir? | Ayşə Abdel Qadir 18.12.2023

Kiberzorakılıq nədir və o hansı fəsadlara yola aça bilər? Azərbaycan qanunvericiliyində bununla bağlı hansı boşluqlar var? Kiberzorakılığa məruz qaldıqda nə etmək lazımdır? Vəkil Ayşə Abdel Qadirlə videomuzu izləyə bilərsiniz.

Film istehsalı və senzura | Hacı Səfərov 15.12.2023

Azərbaycanda yaradıcı təbəqə senzura ilə bağlı hansı çətinliklərlə üzləşir? Hökumət siyasəti ölkədəki film istehsalına necə təsir edir? Film sənayesinin inkişafı üçün atılmalı olan ilk addımlar hansılardır? Kinotənqidçi Hacı Səfərovla videomuzu izləyərək öyrənə bilərsiniz.

Müəllim vətəndaş formalaşdırılmasında fəal iştirakçı kimi | Əminət Diqanayeva 13.12.2023

Təhsil məsləhətçisi Əminət Diqanayeva ilə vətəndaşların formalaşmasında müəllimlərin rolu haqda söhbət etmişik.

Qanun qida təhlükəsizliyimizi necə qoruyur? | Rəşad Qasımlı 11.12.2023

Hüquqşünas Rəşad Qasımlı qida təhlükəsizliyi mövzusunda qanunvericiliyin rolu haqda danışır.

Həmidə xanımın xatirələri | Rəhman Bədəlov 08.12.2023

Həmidə Cavanşir Azərbaycanın ilk maarifçi qadınlarından biri olaraq xeyriyyəçi və tərcüməçi olaraq fəaliyyət göstərib, Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Bu dəfəki videomuzda mədəniyyətşünas Rəhman Bədəlovla Həmidə xanımın xatirələri haqqında danışmışıq.

Azərbaycanda elektrik mühərrikli avtomobillər: gözləntilər və reallıq | Orxan Zakirov 06.12.2023
İtkini olan ailələrin görünməz yaraları | Südabə Əliyeva 04.12.2023

İtkin düşmüş şəxslərin ailələri qeyri-müəyyənlik və çətinliklərlə necə mübarizə aparırlar? Belə ailələrə kömək üçün hansı resurslar mövcuddur? Azərbaycanda itkin düşmüş şəxslərin ailələri ilə bağlı vəziyyət necədir? Klinik psixoloq Südabə Əliyeva ilə videomuzu izləyə bilərsiniz.

Nə üçün incəsənətlə maraqlanmalıyıq? | Tayyiba Heydərova 01.12.2023

İncəsənət emosional zəkamızın inkişafına necə dəstək olur? İncəsənətlə məşğul olmaq yaradıcılıqdan kənar sahələrdə uğur qazanmağa kömək edirmi? Azərbaycanda incəsənətə maraq hansı səviyyədədir? Sənətşünas Tayyiba Heydərova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Post-qəhrəman cəmiyyəti necə olur? | Cavid Ağa 29.11.2023

Post-qəhrəman cəmiyyət nə deməkdir? Qəhrəman və post-qəhrəman cəmiyyətlər arasında hansı fərqlər var? Azərbaycan post-qəhrəman cəmiyyətidirmi? Post-qəhrəman cəmiyyətlər gələcəkdə necə dəyişəcək? Sosial media tədqiqatçısı Cavid Ağanın çıxışını izləyərək öyrənə bilərsiniz.

İsrail-Fələstin münaqişəsi tarixçinin gözü ilə | Fərda Əsədov 24.11.2023

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov İsrail-Fələstin münaqişəsinin qədim tarixi haqda danışır.

Sosial təşəbbüslərə dəstək nə üçün azdır? | Etibar Xıdırov 22.11.2023

"Dəstəkçi" sosial sahibkarlıq platformasının təsisçisi Etibar Xıdırov xeyriyyəçilik təşəbbüsləri ilə sosial sahibkarlıq təşəbbüslərinə olan fərqli münasibət, müxtəlif sahələrində irəliləyişin təmin edilməsində qrupların rolu, o cümlədən təmsil etdiyi platformanın yaratdığı fürsətlər haqda danışır.

Elmin kütləviləşməsinə ehtiyac nədən qaynaqlanır? | Yalçın İslamzadə 20.11.2023

Elmin kütləviləşməsi niyə vacibdir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? 21-ci əsrin bacarıqları hansıdır? Mövcud təhsil sistemi tələbələrə elmin mahiyyətini aşılayırmı? Təhsil mütəxəssisi Yalçın İslamzadə ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.