akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Anime və manqa - Yaponiyanın ən böyük mədəni ixracı haqda bilməli olduqlarımız | Elçin Nəsibov 17.11.2023

Anime və manqa Yaponiyanın mədəni kimliyinə necə töhfə verir? Nə üçün bu gün anime və manqanın çoxsaylı həvəskarları var? Azərbaycanda bu sahədə uğurlu nümunələr varmı? Anime və manqa həvəskarı Elçin Nəsibovla videomuzu izləyə bilərsiniz.

Süni zəka dizayner və rəssamların işini əlindən alacaqmı? | Rəsul Həsən 13.11.2023

Süni zəka insan yaradıcılığını əvəz edə bilər? Süni zəka alətlərinin bəzi peşələri sıradan çıxaracağı ilə bağlı qorxular əsaslıdırmı? Bu alətlərdən yaradıcılıq potensialımızı artırmaq üçün necə istifadə edə bilərik? Qrafik dizayner Rəsul Həsənlə videomuzu izləyə bilərsiniz.

Müasir dramaturgiya müsabiqəsi | İsmayıl İman 10.11.2023
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı | Zəminə Əkbərova 06.11.2023

ANİMAFİLM festivalı Azərbaycanın ilk animasiya festivalıdır. 2018-ci ildən bəri festivalda yüzlərlə animasiya filmləri nümayiş etdirilir, ustad dərsləri, konfranslar və sərgilər keçirilir. Festivalın əməkdaşı Zəminə Əkbərova ilə videomuzu izləyərək ətraflı məlumat ala bilərsiniz.

Tükənmə sindromu işimizə və həyatımıza necə təsir edir? | Sənubər Heydərova 03.11.2023

Tükənmə və ya yanma sindromu nə deməkdir? Kimlər bu sindromdan əziyyət çəkirlər? Özümüzü bundan necə qoruya bilərik? Sosial işçi Sənubər Heydərovanın tükənmə sindromunun işimizə və həyatımıza olan təsirləri haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

Hər gördüyünə inanma! Süni zəka bizi asanlıqla yanılda bilər | Cavid Ağa 01.11.2023

Süni zəka ilə yaradılmış vizuallar sosial mediada saxta xəbərlərin yayılmasında necə istifadə edilir? Belə vizuallarla bağlı daha diqqətli olmaq üçün hansı məqamlar nəzərə alınmalıdır? Sosial media tədqiqatçısı Cavid Ağa ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Məsafəli iş haqda bilməli olduqlarınız | Emil Aydınsoy 30.10.2023

Məsafəli işin müsbət və mənfi tərəfləri hansılardır? Hansı sahələr üçün məsafəli iş imkanları daha çoxdur? Bununla bağlı mövcud bazarlarda vəziyyət necədir? Budəfəki videomuzda data həlləri mütəxəssisi Emil Aydınsoyla məsafəli iş haqda bilməli olduqlarınız barəsində danışmışıq.

Hansı növ bələdiyyələrə ehtiyac duyuruq? | Anar Vəliyev 27.10.2023

Müxtəlif növ bələdiyyələrin yanaşmaları bir-birindən necə fərqlənir? Bələdiyyələr öz fəaliyyətlərini qurarkən hansı yanaşmadan istifadə edə bilərlər? Azərbaycanda hansı növ bələdiyyələrə ehtiyac var? ADA Universitetinin dosenti Anar Vəliyevin təqdimatını izləyə bilərsiniz.

Tərəkəmə həyat tərzi niyə qorunmalıdır? | Fariz Xəlilli 25.10.2023

Tərəkəmə həyat tərzi nədir və onun qorunması nə üçün əhəmiyyətlidir? Tərəkəmələr Azərbaycanda hansı ərazilərdə yaşayırlar? Tərəkəmə həyat tərzi turizmin inkişafı üçün faydalı ola bilərmi? Tarixçi-arxeoloq Fariz Xəlilli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Qadınların hüquqi yardıma çıxışı | Vəfa Rüstəm 23.10.2023

Azərbaycanda qadınlar hüquqi yardıma çıxışla bağlı hansı problemlərlə üzləşirlər? Regionlarda qadın vəkil çatışmazlığı qadınların hüquqi yardım almaq imkanlarına necə təsir edir? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə qadınların hüquqi yardıma çıxışı haqqında danışmışıq.

Azərbaycanda sosial işin hazırkı durumu | Zamin Zəki 20.10.2023

Universitetlərdə sosial iş ixtisası üzrə təhsil qənaətbəxşdirmi? Sosial işçi kimi peşəkarlaşmaq istəyən tələbələr üçün təhsildən əlavə hansı resurslar var? Vətəndaşların sosial işlə bağlı məlumatlılığı hansı səviyyədədir? Sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.

Uşaqların həyatında qığılcıma ehtiyac var | Əfsanə Yusif 18.10.2023

Uşaqlar üçün ana dilində kitablar nəşr etmək niyə vacibdir? Yerli müəlliflər tərəfindən yazılan kitabların üstünlükləri nələrdir? Azərbaycanda uşaqlar üçün yazılan kitablar oxucuları qane edirmi? Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusiflə videomuzu izləyə bilərsiniz.

Sovet Azərbaycanında gender siyasəti və onun paradoksu | Sevinc Səmədzadə 16.10.2023

Sovet dövrünün gender reformları özündə nələri ehtiva edirdi? İlkin sovetləşmə dövründə baş verən böyük dəyişikliklər niyə sonradan əhəmiyyətini itirməyə başladı? Sovet gender siyasəti sonda nə ilə nəticələndi? Feminist tədqiqatçı Sevinc Səmədzadə ilə videomuzu izləyə bilərsiniz.

Parkinq, ictimai nəqliyyat və cərimələr | Rauf Ağamirzəyev 13.10.2023

Yeni tətbiq edilən parkinq sistemi qanunsuz ödənişlərin qarşısını ala bilirmi? Bəzi küçələrdə sürət həddinin aşağı endirilməsinin hansı faydaları var? İslahatlardan sonra taksi biznesi ilə bağlı nələr gözlənilir? Nəqliyyat eksperti Rauf Ağamirzəyevlə videomuzu izləyə bilərsiniz.

Vətəndaş cəmiyyətində niyə gənc iqtisadçı liderlər azdır? | Zülfiyyə Mehdiyeva 11.10.2023

Gənc iqtisadçıların formalaşmasında hansı baryerlər mövcuddur? Sosial fəaliyyətlərdə iqtisadçıların iştirakı nə üçün vacibdir? Vətəndaş cəmiyyətində niyə gənc iqtisadçı liderlər azdır? Young Economists Network-ün həmtəsisçisi Zülfiyyə Mehdiyeva ilə videomuzu izləyə bilərsiniz.

Dünya turizm bazarı və Azərbaycanın turizm məhsulları | Qanı Nəsirov 09.10.2023

Azərbaycanın turizm bazarının böyüməsini şərtləndirən əsas amillər hansılardır? Ölkədə turizmin davamlı inkişafı üçün hansı strategiyalar qəbul edilib? Budəfəki videomuzda bələdçi Qanı Nəsirovla dünya turizm bazarı və Azərbaycanın turizm məhsulları haqqında danışmışıq.

Hekayələr, qəhrəmanlar və fotoqrafiya | Rəna Əffəndi 06.10.2023

2001-ci ildən fotoqrafiya ilə məşğul olan Rəna Əffəndi müxtəlif nüfuzlu mükafatlar qalibidir. Çəkdiyi fotolarla insan hekayələrini paylaşdığını deyən fotoqrafın işləri dünyanın aparıcı nəşrlərində dərc edilir. Rəna xanımla müsahibəmizi kanalımızda izləyə bilərsiniz.

Uşaqların məktəbəqədər təhsilinə necə dəstək ola bilərik? | Pəri Osmanova 04.10.2023

Məktəbəqədər təhsilin uşaqların inkişafında əhəmiyyəti nədən ibarətdir? Erkən yaş dönəmində uşaqların inkişafına nələr kömək edir? Uşaqların məktəbəqədər təhsilinə necə dəstək ola bilərik? Tərbiyəçi müəllim Pəri Osmanova ilə videomuzu izləyərək ətraflı öyrənə bilərsiniz.

Müasir teatr və tamaşaçı qavrayışı problemləri | Tərlan Rəsulov 02.10.2023

Azərbaycan çağdaş teatrı hansı problemlərlə üzləşir? Teatrla bağlı tamaşaçı qavrayışı necə dəyişib? Keyfiyyətli iş ortaya çıxarmaq üçün nə etmək lazımdır? Teatr rejissoru Tərlan Rəsulovla videomuzu izləyərək öyrənə bilərsiniz.

Birləşmiş Dünya Kollecləri (UWC) | Cengiz Cemaloğlu 29.09.2023

“UWC-nin 9 dəyəri var: multikulturalizm, açıq fikir, təbiətə olan hörmət, optimizm və idealism. UWC-nin məqsədi tələbələrimizin məzun olub yetkinlik yaşına çatdıqda bu 9 dəyər çərçivəsində öz həyatlarına və dünyaya təsir göstərməkləridir.” Birləşmiş Dünya Kollecləri (UWC) haqqında ətraflı məlumat almaq üçün UWC Azərbaycan Milli Komitəsinin həmtəsisçisi Cengiz Cemaloğlu ilə söhbətimizi izləyə bilər...

Qeyri-ənənəvi təhsilin universitetlərdə kredit kimi qiymətləndirilməsi | Məhin Cəbrayılova 27.09.2023

“Credit for Prior Learning” sahib olduğumuz biliklərin kolleclər və universitetlər tərəfindən tələbə krediti kimi qəbul edilməsi deməkdir. Bu sistem tələbələrə və universitetlərə necə fayda verir? Sent-Luis Universitetinin doktorantı Məhin Cəbrayılova ilə videomuzu izləyə bilərsiniz.

Azərbaycanda Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsi | Tural Ağayev 25.09.2023

Fərdi şikayətlər dedikdə nə nəzərdə tutulur? Azərbaycan Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsində vətəndaşlar hansı çətinliklərlə qarşılaşır? Bu problemləri necə həll etmək mümkündür? Hüquqşünas Tural Ağayevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Video oyunların ilk baxışdan görünməyən faydaları | Ağababa Bağırov 22.09.2023

Kompüter oyunları sosial həyatımıza necə təsir edir? Bu oyunlar sosial münasibətləri hansı üsullarla yaxşılaşdıra bilər? Azərbaycanda oyun sənayesinin inkişafı üçün nə edilməlidir? Oyun dizayneri və multidisiplinar sənətçi Ağababa Bağırovla videoumuzu izləyərək öyrənə bilərsiniz.

İnklüziv dilin qrammatikası | Elnarə Məmmədova 20.09.2023

Nitqimizdə tez-tez işlətdiyimiz hansı ifadələr, əslində, diskriminativdir? İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova ilə inklüziv dilin qrammatikası haqqında danışmışıq.

Cənubi Qafqaz və Vişeqrad ölkələrinin iqtisadi inkişaf müqayisəsi | Vüsal Əhmədov 18.09.2023

SSRİ dağıldıqdan sonra Cənubi Qafqaz və Vişeqrad ölkələrində fərqli iqtisadi inkişafa hansı amillər səbəb oldu? Geosiyasi faktorlar bu regionların iqtisadi strategiyalarına necə təsir edir? İqtisad elmləri doktoru Vüsal Əhmədovla videomuzu izləyərək öyrənərək öyrənə bilərsiniz.

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.