akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Qərarların qəbulunda datanın rolu | Adnan Hacızadə 07.01.2022 17:32
Hal-hazırda Sietl şəhərində yaşayan və üç ildən artıqdır ki, ictimai sektorda konsaltinq sahəsində çalışan Adnan Hacızadə qərarvermə prosesində məlumatların düzgün istifadəsi haqda danışır.
Televiziyanın manipulyasiya imkanları və ona qarşı mübarizə üsulları | Seymur Kazımov 07.01.2022 15:42
Media eksperti Seymur Kazımov kütləvi informasiya vasitələ ictimai fikrin manipulyasiya edilməsi imkanları və buna qarşı mübarizə üsulları haqda danışır.
Konspirasiya nəzəriyyələri necə yaranır? | Skot Radnits 07.01.2022 14:05
ABŞ-ın Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin beynəlxalq araşdırmalar məktəbinin dosenti Skot Radnits uzun illərdir ki post-sovet məkanında konspirasiya nəzəriyyələri haqda tədqiqat aparır. Bizimlə söhbətdə Skot konspirasiya nəzəriyyələrinin mənşəyi və onlarla mübarizə yolları haqda danışdı.
Narazılığın səfərbərliyə təsiri | Ramin Cabbarlı 07.01.2022 11:25
ABŞ-ın Sietl şəhərində Vaşinqton Universitetində sosiologiya üzrə doktorantura tələbəsi Ramin Cabbarlı narazılıqların və repressiyaların siyasi səfərbərliyə təsiri haqda tədqiqatı haqda danışır.
COVID-19: Vaksinlər və son durum | Murad Məmmədov 07.01.2022 17:03
Bir neçə ay öncə ABŞ-da tədqiqat aparan immunoloq Murad Məmmədovla koronavirus pandemiyası haqda söhbət etmişdik. Keçən həftə Muradla görüşərək, COVID-19 xəstəliyi ilə bağlı son vəziyyəti və vaksinlər haqda ümidlər barəsində ətraflı danışmaq imkanımız oldu. Murad 10 yaşında ailəsi ilə bərabər ABŞ-a köçüb. Tibb təhsilini Corctaun Universitetində aldıqdan sonra Stenford Universitetində immunologiya...
Tədris prosesində oyunların rolu | Aygün Pəncəliyeva 07.01.2022 14:14
Aygün Pəncəliyeva müəllimdir. On ildən çoxdur ki, orta siniflərə fransız dili dərsi deyir. Onun sözlərinə görə, dərslərin səmərəli keçməsi və dərsin müxtəlif elementlərini daha yaxşı qavranmasında oyunlar çox əhəmiyyətli rol oynayır.
Yerli televiziyanın problemləri | Hüsniyə Məhərrəmova 07.01.2022 16:08
Əkinçinin növbəti qonağı tanınmış televiziya aparıcısı Hüsniyə Məhərrəmova yerli televiziyaların mövcud problemləri haqda danışır.
Qadınların siyasi iştirakçılığı | Nurlana Cəlil 07.01.2022 13:41
Gender məsələləri üzrə tədqiqatçı Nurlana Cəlil qadınların siyasi iştirakçılığının əhəmiyyəti və buna nail olmaq üçün nəyin edilməli olduğu haqda danışır.
Banklara inamı necə bərpa etməli? | Toğrul Vəliyev 07.01.2022 10:49
Bu ilin əvvəli Azərbaycanda bir neçə bankın bağlanması ölkədə inamla bağlı ciddi problemi olan bank sistemini daha da çətin vəziyyətə saldığını bildirən iqtisadçı Toğrul Vəliyev, bu inamın bərpası üçün həyata keçiriləcək işlər haqda danışır.
Sosial mövzuların teatr vasitəsilə tədrisi | Aynur Zərrintac 07.01.2022 16:49
Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintac sosial mövzuların tədrisində teatrın verdiyi imkanlardan danışır.
Memarlıqda yerin ruhu | Müslüm İmranlı 07.01.2022 15:14
Memar Müslim İmranlı memarlıq layihələrinin reallaşdırılmasından öncə həmin yerin konteksti, tarixi və ruhunu anlamağın əhəmiyyətindən danışır.
Kiçik və orta sahibkarlıq - çətinliklər və həllər | Əhliman Abbasov 07.01.2022 10:19
İqtisadçı Əhliman Abbasov Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında duran əngəllər və rəqabət mühitinin gücləndirilməsi yolları haqda danışır.
Azərbaycanda qrafik dizayn tarixi | Rəsul Həsən 07.01.2022 19:04
Qrafik dizayner Rəsul Həsən Azərbaycanda qrafik dizayn tarixi haqda araşıdırma aparıb və bu araşdırmanın nəticələrini kitab halına salıb. İndi isə o, aşkarladıqlarını Əkinçi auditoriyası ilə paylaşır.
Ali təhsildə institusional dəyişikliyə baxış | Elvin Yusifli 07.01.2022 12:47
Azərbaycan Turizm və Menecment Universitetinin rektor müşaviri Elvin Yusifli ölkəmizdə ali təhsildə mövcud olan çağırışlar və bu çağırışlara cavab vermək üçün lazım olan dəyişikliklərlə bağlı danışır.
Siyasətdə nifrət nitqi | Anar Məmmədli 07.01.2022 13:56
Əkinçinin qonağı, siyasi təhlilçi və vətəndaş cəmiyyəti fəalı Anar Məmmədli siyasətdə nifrət nitqindən, onun yaratdığı problemlərdən və ifadə azadlığı ilə münasibətlərindən söhbət açır.
İnklüziv cəmiyyət | Rahim Ağayev 07.01.2022 12:35
“Tez-tez cəmiyyətdəki problemlər haqda danışan insanları dinləyərək, əksəriyyətin daha mütərəqqi, hər kəs üçün bərabər imkanların mövcud olduğu bir cəmiyyətin arzusunda olduğunu anlayırsan.” Çıxışına bu sözlərlə başlayan ictimai siyasət mütəxəssisi Rahim Ağayev belə bir cəmiyyətin iklüziv cəmiyyət olduğunu deyir.
Hərbi münaqişələrin gender aspekti | Sevinc Səmədzadə 07.01.2022 10:41
Azərbaycanda son illərin iki ən mübahisəli mövzusu feminizm və sülh mövzularıdır. Əkinçinin qonağı Sevinc Səmədzadə bu iki mübahisəli mövzusun kəsişməsində araşdırma aparır.
”Cəmiyyəti dəyişmək istəyirsinizsə, uşaqlara münasibətinizi dəyişin” | Qven Börçell [İngilis dilində] 07.01.2022 15:27
Uşağın erkən yaşları, xüsusən də 0-5 yaş arası onun gələcək inkişafının təməl illəri hesab olunur, çünki bu müddətdə onun beyni formalaşır. Əkinçinin qonağı, UAFA - Uşaqlara Dəstək təşkilatının təsisçisi və direktoru Qven Börçell belə deyir. Buna görə də uşağın mümkün qədər çox təcrübə yaşaması üçün ona çoxlu fürsətlər yaradılmalıdır.
Qısa olaraq fandreyzinq haqda | Zakir Soltanov 07.01.2022 13:46
Əkinçinin qonağı, Azərbaycanda SOS Usaq Kəndlərinin baş korporativ fandreyzing meneceri Zakir Soltanov ölkəmizdə fandreyzinqin tarixi, növləri və bugünkü vəziyyəti haqqında söhbət açır.
Data jurnalistikası və onun əhəmiyyəti | Emin Hüseynzadə 07.01.2022 13:23
İnformasiya texnologiyaları və yeni media eksperti Emin Hüseynzadə son illərdə dünyada data jurnalistikasının niyə bu qədər populyarlaşması haqda söhbət açır.
Azərbaycanda submədəniyyətlər | Səid Riad 07.01.2022 17:25
Əkinçinin qonağı, Azərbaycanda submədəniyyətlər mövzusunun araşdırmaçısı və Azərbaycanda repin tarixi haqda kitabın müəllifi Səid Riad submədəniyyətlər, onların yaranması, tarixi və formaları haqqında ətraflı söhbət açır.
Azərbaycanda gənclər siyasəti | Namiq Abdullayev 07.01.2022 10:28
Əkinçinin qonağı, Y-PEER şəbəkəsinin Azərbaycan təmsilçisi Namiq Abdullayev deyir ki, gənclər ən azından özlərinə aid olan məsələlərdə qərarverici olmalıdırlar.
Ənənəvi uşaq müəssisələri və alternativ xidmətlər | Sara Ağayeva 07.01.2022 21:00
Azərbaycanda SOS Uşaq Kəndlərinin Proqram İnkişaf Direktoru Sara Ağayeva kimsəsiz uşaqlar üçün alternativ qayğı növlərinin təklif olunmasının vacibliyindən danışır.
”Xoşbəxt valideyn xoşbəxt övlad deməkdir” | Nərmin Qəniyeva 07.01.2022 8:12
“Üçüncü bahar” təşəbbüsü haqqında Əkinçiyə danışan Nərmin Qəniyeva deyir ki, burada yaşlı insanların maraq dairəsinə görə maarifləndirici, sağlamlıq və yaradıcılıq istiqamətində fəaliyyətlər təklif olunur.
Kraudfandinq nədir? | Toğrul İsmayılov 07.01.2022 12:30
Azərbaycanda ilk kraudfanding platforması olan toxum.org-un həmtəsisçisi, sosial sahibkar Toğrul İsmayılov Əkinçi üçün kraudfanding fenomeni, onun tarixi və formaları, önündəki əngəllər və fürsətlər haqqında danışır.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.