akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Be sure to visit the podcast's website and support the creator: akinchi.podbean.com
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Tək fərdin böyük dəyişikliyə nail olması mümkündürmü? | Altay Göyüşov 07.01.2022 15:02
Tarixçi Altay Göyuşov cəmiyyətdə dəyişiklərin baş verməsində fərdin gücü haqda danışır. QEYD: Texniki nasazlığa görə video çəkiliş zamanı səslə bağlı problem yaranıb. Buna görə izləyicilərimizdən üzr istəyirik.
Niyə bütün qadınlar feminist olmur? | Nisə Hacıyeva 07.01.2022 14:53
Feminist Nisə Hacıyeva feminizmlə bağlı olan miflərdən və anti-feminist hərəkatlarından danışır.
Xoşbəxt məktəbi necə qurmalı? | Həbib Əlizadə 07.01.2022 19:54
Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə “xoşbəxt məktəb” ideasından və daha yaxşı cəmiyyət yaratmaq üçün təhsilin əhəmiyyətindən danışır.
İstanbul Konvensiyası nədir? | Emin Abbasov 07.01.2022 20:42
Bu dəfəki videomuzda hüquqşünas Emin Abbasov İstanbul Konvensiyasının məişət zorakılığı ilə mübarizədəki rolundan danışıb və konvensiyada qeyd olunan əsas istiqamətlər üzrə məlumat verib.
Uşaqlarla sosial teatr: kukla və konstyumların əhəmiyyəti | Aynur Zərrintac 07.01.2022 18:18
Qonağımız sosial teatr təlimçisi Aynur Zərrintacdır. Aynurla kuklaların və teatr kostyumlarının uşaqların təxəyyül və yaradıcılıqlarının inkişafındakı əhəmiyyətli rolundan danışmışıq.
Ermənilər ilə birgə yaşayış necə olacaq? | Əvəz Həsənov 07.01.2022 21:45
Konfliktoloq Əvəz Həsənov deyir ki, Azərbaycan hökumətinin və cəmiyyətinin qarşısında duran ən vacib məsələlərdən biri ermənilərə qarşı indiyədək mövcud olan düşmənçilik ritorikasının dəyişdirilməsidir. Onun sözlərinə görə, bu həm regionda stabillik yaratmaq, həm də gələcəkdə baş verə biləcək münaqişələrin qarşısını almaq üçün vacibdir.
İşğaldan azad olunmuş ərazilərin bərpasına nə qədər pul lazımdır? | Toğrul Vəliyev 07.01.2022 6:31
“İşğaldan azad olunmuş torpaqların bərpası üçün yalnız minaların təmizlənməsinə 630 milyon manat lazım olacaq” - İqtisadçı Toğrul Vəliyevlə işğaldan azad olunmuş ərazilərin bərpası haqqında danışmışıq.
Dağlıq Qarabağın müstəqilliyi tanına bilərmi? | Ayaz Rzayev 07.01.2022 16:12
Dağlıq Qarabağ münaqişəsi haqqında gedən müzakirələrdə tez-tez eşitdiyimiz sözlərdən biri xalqların öz müqəddəratını təyin etmə hüququdur. Tədqiqatçı Ayaz Rzayev bu hüququn mahiyyətini və Dağlıq Qarabağ münaqişəsindəki aktuallığını izah edir.
Baydenin prezident seçilməsinin ABŞ-Türkiyə münasibətlərinə təsiri | Şahin Cəfərli 07.01.2022 11:25
Co Baydenin prezident seçilməsi ilə ABŞ-Türkiyə münasibətlərinin xarakterində bir sıra dəyişiklər gözlənilir. Siyasi şərhçi Şahin Cəfərli iki ölkə arasındakı münasibətlərin gələcəyi haqqında öz proqnozlarını bölüşür.
Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri | Fuad Çıraqov 07.01.2022 15:00
Bu yaxınlarda ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticəsində tezliklə Bayden administrasiyası Tramp administrasiyasını əvəzləyəcək. Bəs bu dəyişiklik Azərbaycan üçün nələri vəd edir? Politoloq Fuad Çırağovla müsahibəmizi izləyin.
Müharibə faciəsi və ölməyən ümid | Aynur Cəfər 07.01.2022 34:37
Ağdamdan məcburi köçkün olmuş Aynur Cəfər Qarabağ xatirələrini və məcburi köçkün kimi yaşadıqlarını bizimlə paylaşır.
Müharibə jurnalistikası | Seymur Kazımov 07.01.2022 12:16
Jurnalist Seymur Kazımov müharibə mövzusunu işləyən jurnalistlərin diqqət göstərməli olduğu əsas məqamlardan danışır.
Hərbçilərin post-müharibə dövründə psixoloji vəziyyəti | Rövşən Süleymanov 07.01.2022 17:31
Klinik-psixoloq Rövşən Süleymanov ilə müharibə iştirakçılarının müharibədən sonrakı psixoloji vəziyyəti və post-travmatik stress pozuntusundan əziyyət çəkən veteranlara kömək üçün edilməsi vacib olan işlərdən danışmışıq.
Müharibə fotoqrafçılığı | Əziz Kərimov 07.01.2022 18:44
Əziz Kərimov Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibə zamanı fotoqraf kimi mülki əhalinin ən çox zərər çəkdiyi ərazilərdə çalışırdı. Onunla bu müddət ərzində gördüklərindən və müharibə fotoqrafçılığından danışmışıq.
Media necə güvən qazanır? | Vüsalə Əlibəyli 07.01.2022 19:30
Jurnalist Vüsalə Əlibəyli son həftələr beynəlxalq media ilə bağlı olan narazılıqlardan, bu narazılıqların yaranma səbəblərindən və bütün bunların çərçivəsində jurnalistikanın təməl prinsiplərinin işləmə mexanizmindən danışır.
Beynəlxalq cinayət məhkəmələri | Ellada Abbasova 07.01.2022 16:07
Hüquqşünas Ellada Abbasova ilə Beynəlxalq cinayət məhkəmələri haqqında danışmışıq. Ellada Beynəlxalq Ruanda Tribunalında təcrübə keçib və hal-hazırda Bakı Dövlət Universitetində bu sahəni tədris edir.
Mülki əhalini müharibənin təsirlərindən necə qorumalı? | İlahə Hüseynova 07.01.2022 17:12
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova Cenevrə konvensiyalarının mahiyyəti haqqında danışır.
Könüllülüyün fərdi və ictimai faydaları | Xəyal Sadiq 07.01.2022 15:56
Baku Street Dog Rescue qrupunun könüllüsü Xəyal Sadiqlə könüllülük fəaliyyətinin həm fərdlərin özü üçün, həm də cəmiyyət üçün faydalarından söhbət etmişik.
Millət necə formalaşır? | Altay Göyüşov 07.01.2022 27:11
Tarixçi Altay Göyüşov 19-cu əsrdə Azərbaycanda başlayan maarifçilik hərəkatı və onun nəticələrini təsvir edir.
Dezinformasiya: Fəsadları və mübarizə yolları | Rəşad Hüseynov 07.01.2022 20:38
İctimaiyyətlə əlaqələr və media üzrə mütəxəssis Rəşad Hüseynovla dezinformasiyaların yaranma səbəbləri, onların törətdikləri fəsadlardan və buna qarşı necə mübarizə aparmalı olduğumuz haqqında danışdıq.
Dövlət mədəniyyətə müdaxilə etməlidirmi? | İlkin Hüseynli 07.01.2022 13:12
Tədqiqatçı İlkin Hüseynli dövlətin mədəniyyətə müdaxilə etməməli olduğu fikrini müdafiə edir və vurğulayır ki, dövlət müəyyən sənət sahələrinə müdaxilə edib digərlərinə etməməklə haqsız bir rəqabət yaradır.
Fəlsəfədə ruh və bədən dualizmi | Anar Cəfərov 07.01.2022 21:51
Əkinçinin növbəti qonağı Heydelberq Universitetinin məzunu, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Cəfərovdur. Qonağımız fəlfəsədə geniş müzakirə edilən mövzulardan biri olan ruh və bədən dualizmi cərəyanı haqqında danışdı.
Azərbaycan filmlərinin festival yollarında əngəlləri | Elvin Cəbizadə 07.01.2022 20:10
Bloger Elvin Cəbizadə ilə Azərbaycanda kino sahəsində olan problemlər, son zamanlar xarici festivallarda uğur qazanan müstəqil Azərbaycan filmləri və dövlət dəstəkli filmlərin uğursuz olmasının əsas səbəbləri barəsində danışdıq.
Submədəniyyətlər: Qərb və Azərbaycan | Səid Riad 07.01.2022 18:40
Tədqiqatçı Səid Riad ilə submədəniyyətlərin tarixi, Qərbdə və Azərbaycanda submədəniyyətlərin yaranma xüsusiyyətləri arasındakı fərqlər və Azərbaycanda submədəniyyətlərin formalaşmasını gecikdirən problemlər haqqında danışdıq.
Azərbaycanda su stressi | Şahanə Bilalova 07.01.2022 12:50
Tədqiqatçı Şəhanə Bilalova ilə Kür çayının aşağı axarının quruması və su resurslarının azalması problemlərinin səbəbləri və gələcəkdə baş verə biləcək ağır fəsadlardan danışdıq.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.