akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Neft və şəhərləşmə | Qanı Nəsirov 07.01.2022 9:43
Əkinçinin qonağı, Bakı şəhərində mədəni turlar təklif edən bələdçi Qanı Nəsirov şəhərin inkişaf tarixinə qısa ekskurs edir.
DanceAbility Azərbaycan təşəbbüsü | Nigar Sultanova 07.01.2022 17:05
Bəzən insanlar DanceAbility təşəbbüsünün əlilliyi olan şəxslərə hədəfləndiyini və ya terapiya olduğunu düşünür. Amma Nigar deyir ki, DanceAbility terapiya deyil, onların niyyəti hər kəsə açıq olan sağlam mühit yaratmaqdır.
Qadınlar və IT sektoru | Nigar Hacıbabayeva 07.01.2022 11:37
İKT sektorunda qadınların inkişafı və gender bərabərsizliyini aradan qaldırmağa kömək üçün yaradılmış Girls Code Azərbaycan platformasının rəhbəri Nigar Hacıbabayeva deyir ki, cəmiyyətdə İKT təhsili almış qadınlardan maksimum riyaziyyat müəlliməsi olması gözləntisi var.
Dağlıq Qarabağ danışıqları hara(sa) aparır? | Zaur Şiriyev 07.01.2022 24:26
Dağlıq Qarabağ danışıqları hansı istiqamətdə inkişaf edəcək? Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev Ermənistanda son hakimiyyət dəyişikliyindən sonra yaranmış ən vacib gözləntini bu sual formasında xarakterizə edir.
Təhsildə gender mövzusunun əhəmiyyəti | Səadət Abdullazadə 07.01.2022 14:37
Azərbaycan gender əsaslı zorakılıq, bərabərsizlik və ya ayrı-seçkiliyə görə bəzi hallarda dünya, bəzi hallarda isə Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Əgər effektiv fəaliyyət planı yerinə yetirilməsə, erkən nikahlar, selektiv abortlar və yeniyetmə hamiləliyi kimi hallar daha da arta bilər. Gender məsələləri üzrə mütəxəssis Səadət Abdullazadə Əkinçi ilə söhbətində bunları deyir.
Gender bərabərliyi güc/nüfuz məsələsidir | Şəmsiyyə Mustafayeva 07.01.2022 14:51
Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva dünyadakı sosial, iqtisadi və siyasi quruluşun kişilər tərəfindən kişilər üçün yaradıldığını və qadınların bu dünyaya sanki sonradan əlavə olunduğunu bildirir.
Rəqəmsal Zəka nədir? | Rəşad Əliyev 07.01.2022 22:33
İntellektual Zəka (IQ) və Emosional Zəka (EQ) ilə yanaşı indi həm də Rəqəmsal Zəka (DQ) insanların cəmiyyətdə və iqtisadi həyatda iştirakında mühüm rol oynamağa doğru gedir. 20 ildən çox İKT mütəxəssisi kimi çalışan Rəşad Əliyev bu anlayış və onun müasir dünyamızda əhəmiyyəti barəsində danışır.
”ArtGarden Gəncə” layihəsi | Murad Nəbiyev 07.01.2022 16:10
Azərbaycanın bölgələrində yaradıcı gənclərin özlərini reallaşdırması üçün ehtiyac duyduğu alternativ məkanları necə yaratmaq olar? Gəncədə fəaliyyət göstərən Art Garden Ganja layihəsinin rəhbəri Murad Nəbiyev bu barədə öz təcrübəsini Əkinçi ilə bölüşür.
Gizlədilən insanlar və həssas təbəqə | Sənubər Heydərova 07.01.2022 45:42
Azərbaycanda sosial iş son 15 ildə öz yerində sayır, yüksək gözləntilərə baxmayaraq sosial iş praktikası başladığı nöqtədən çox da irəli addım atmayıb. Bu mövzuda sosial işçi Sənubər Heydərova ilə söhbət etdik.
”Zərdabi və Əkinçi qəzeti bizim hər şeyimizdir” | Rəhman Bədəlov 07.01.2022 17:40
Filosof və mədəniyyətşünas Rəhman Bədəlov hesab edir ki, Zərdabi və Əkinçi qəzeti Azərbaycan mədəniyyətində qeyri-adi hadisədir.
Blogerin sosial məsuliyyəti olmalıdırmı? | Vəfa Əli 07.01.2022 17:12
Vəfa Əli bizimlə özünün blogerlik təcrübəsini və bu barədə düşüncələrin bölüşür, eyni zamanda yeni başlayan blogerlərə öz tövsiyələrini verir.
İqtisadiyyat: Dövlət-bazar tandemi | Azər Mehtiyev 07.01.2022 43:46
Dövlət və bazar qarşı-qarşıya qoyulmalıdır, yoxsa onlar tandem şəklində hərəkət etməlidir? İqtisadçı Azər Mehtiyev hesab edir ki, iqtisadi inkişaf üçün həm dövlət, həm də bazar vacibdir və onlar bir-birini balanslaşdırmalıdır.
Universitetdə dərs demək mənə nə verdi? | Zümrüd Cəlilova 07.01.2022 15:12
Xaricdə təhsil alıb ölkəyə geri qayıdan gənclərin öz bilik və bacarıqlarını azərbaycanlı tələbələrlə bölüşməsi, universitet auditoriyalarına müəllim kimi daxil olması nə üçün vacibdir? Gender məsələləri üzrə mütəxəssis, müəllim Zümrüd Cəlilova bu suala ətraflı cavab verməklə yanaşı, həm də öz müəllimlik təcrübəsi haqda ətraflı söhbət açır.
Psixi və cinsi sağlamlıqla bağlı cəmiyyətdəki stiqmalar | Şəbnəm Sadıqova 07.01.2022 9:36
Qapalı cəmiyyətlərdə psixi və cinsi sağlamlıq problemləri ilə üzləşən insanlar mütəxəssis axtaran zaman çətinliklərlə üzləşirlər, çünki cəmiyyətdə bu məsələlərlə bağlı ciddi stiqmalar var. Psixoterapevt Şəbnəm Sadıqova bu stiqmaların təhlükəli nəticələri haqda danışır.
Bir kəndin misalında sosial sahibkarlıq nümunəsi | Vəfa Nağı 07.01.2022 16:35
Neftçalanın Xol Qaraqaşlı kənd bələdiyyəsinin üzvü, sosial aktivist Vəfa Nağı hesab edir ki, depressiv əhval-ruhiyyəli kənd yerlərində böyük dəyişikliklər üçün kiçik büdcəli və kiçik miqyaslı layihələr də bəzən yetərli olur.
İctimai-siyasi mövzulara toxunan filmlərin sayı nə üçün artır? | Hacı Səfərov 07.01.2022 17:58
Son zamanlar bədii filmlərdə ictimai-siyasi mövzuların artması nə ilə bağlıdır? 2015-ci ildən başlayaraq Oskar mükafatlarının təqdim olunmasında həyata keçirilən dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Tarantino və Skorseze kimi rejissorlar üçüncü dünya ölkələrinin rejissorlarından nələri öyrənir? Kinotənqidçi Hacı Səfərov bu mövzuda fikirlərini bizimlə paylaşdı.
Koronavirus haqda bilməli olduqlarımız | Vasif Əliyev 07.01.2022 15:08
Son günlər ərzində dünyanın diqqəti Çində baş qaldıran yeni koronavirus epidemiyasına yönəlib. Bu mövzu haqda həkim-infeksionist Vasif Əliyevlə söhbət etdik.
Maskulinlik və ənənələr | Nisə Hacıyeva 07.01.2022 1:02:25
Əkinçi bu dəfə feminist fəal Nisə Hacıyeva ilə Azərbaycanda feminizm və qadın fəallığı, qadın və kişi münasibətləri, ənənə və müasirlik barəsində söhbət apardı.
Narkotik maddələrə dair sosial və siyasi müzakirələr | Aysel Sultan 07.01.2022 29:43
Almaniyada Goethe adına Frankfurt Universitetdə tədqiqatçı və dosent olan Dr. Aysel Sultan narkotik maddələrə sosial-siyasi yanaşmanın əhəmiyyəti haqqında danışır
Musiqi reallığın təzahürü kimi | PRoMete 07.01.2022 25:56
Repçi, H.O.S.T qrupunun yaradıcılarından biri olan PRomete qrupun necə bir araya gəlməsindən və musiqinin cəmiyyətdəki rolundan danışdı.
Ədəbiyyat, mükafatlar və məhrumiyyətlər haqda | Mirmehdi Ağaoğlu 07.01.2022 49:02
Əkinçinin növbəti həmsöhbəti yazıçı və jurnalist Mirmehdi Ağaoğlu oldu. O, yaradıcı insanların qarşılaşdığı çətinlikləri və problemləri dilə gətirdi.
Rifahı ölçməyin hansı yolları var? | İlahə Abbaslı 07.01.2022 10:38
İnkişaf iqtisadiyyatı üzrə tədqiqatçı İlahə Abbaslı iqtisadiyyatda geniş istifadə edilən Ümumi Daxili Məhsul göstəricisinin müasir dövrdə nə üçün aktual olmadığını izah edir.
Yoxsulluq və təzahürləri: Bunu necə hiss edirik? | Orxan Əli 07.01.2022 20:43
Sosial-iqtisadi inkişaf üzrə mütəxəssis Orxan Əli yoxsulluq anlayışı, onun necə müəyyən edilməsi və dövlətin bununla mübarizədə rolu haqda danışdı.
Tarix, mədəniyyət və yeni nəsil | Elmir Mirzəyev 07.01.2022 44:15
Bəstəkar və musiqişünas Elmir Mirzəyevlə söhbət etdik.
Kino, festivallar və YouTube haqda | Hacı Səfərov 07.01.2022 31:45
Budəfəki həmsöhbətimiz film tənqidçisi və Youtube-da FilmAç kanalının müəllifi Hacı Səfərov oldu.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.