akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Dünyada və Azərbaycanda ”Fakt Yoxla” trendi | Əhəd Əhədli 07.01.2022 14:52
Sosial şəbəkələrdə gördüyümüz xəbərlər, siyasətçilərin çıxışları, inandığımız miflərin doğru olub olmadığını necə bilə bilərik? “Fakt Yoxla” məhz bunun üçün mövcuddur. Qonağımız Əhəd Əhədli ilə dünyada və Azərbaycanda “Fakt Yoxla” trendi haqqında danışmışıq.
Rəqəmsal dünyada hüquqlarımız | Ayşə Abdel Qadir 07.01.2022 13:10
Sosial şəbəkələrdə təhqir, təhdid və böhtanla üzləşmək bizə qarşısı alınması mümkün olmayan bir hal kimi görünsə də, bu əslində, belə deyil. Real həyatda olduğu kimi rəqəmsal dünyada da hüquqlarımız var.
Vətəndaş cəmiyyətini necə inkişaf etdirməli | Akif Qurbanov 07.01.2022 18:45
Demokratik sistemlərdə vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. Bəs Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti nə yerdədir? Hüquqşünas Akif Qurbanov ilə vətəndaş cəmiyyətini necə inkişaf etdirməli mövzusunda söhbət etmişik.
Brendlər cəmiyyətdə dəyişikliyin aparıcı qüvvəsi ola bilərmi? | Fərdi Rəhimli 07.01.2022 20:06
İnsanların əksəriyyəti brendlərdən sosial məsələlərə, ayrıseçkiliyə qarşı mövqe qoymaqlarını tələb edir. Bəs istehlakçılar olaraq, öz üzərimizə düşən məsuliyyətimizi nə qədər dərk edirik? Marketoloq Fərdi Rəhimli ilə brendlərin cəmiyyətdəki dəyişikliklərdə rolundan danışmışıq.
Dayanıqlı inkişaf məqsədləri | Rəşad Həsənov 07.01.2022 20:49
İqtisadçı Rəşad Həsənov deyir ki, pandemiyadan əvvəl dayanıqlı inkişaf məqsədləri istiqamətində müəyyən bir yol qət edilmişdisə, pandemiya dövrü bütün bu prosesləri bir xeyli arxaya atdı. Yoxsulluq dərəcəsinin yenidən artmasını buna misal göstərmək olar.
Gənclər niyə sosial sahibkarlıqla məşğul olmalıdırlar? | Sara Rəcəbli 07.01.2022 6:16
“Bizim gənclər sosial məsələlərə biganə qalmırlar. Əgər həmin o niyyətlər varsa, biz tamamilə fərqli düşüncə tərzi ilə sosial problemləri cəmiyyətimizdə həll edə bilərik.” Gənclər niyə sosial sahibkarlıqla məşğul olmalıdırlar? Sosial sahibkar Sara Rəcəbli danışır.
Veqan olmaq çətindirmi? | Vüsalə Məhərrəmova 07.01.2022 14:03
Vüsalə Məhərrəmova deyir ki, veqanlıq haqqında ən böyük miflərdən biri veqan həyat tərzinin bahalı olmasıdır. Halbuki günlük istifadə etdiyimiz meyvə, tərəvəz, çərəzlər və digər onlarla məhsul veqandır və ət, süd məhsullarından qat-qat daha ucuzdur.
Oxuyub anlamaq nədir? | İlahə Rəsulova 07.01.2022 14:25
Təhsil İnstitutunun layihə rəhbəri İlahə Rəsulova deyir ki, oxuduğumuz sözlərin mənasını başa düşürüksə, bu həm də oxuduğumuzu anlayırıq mənasına gəlmir, oxuyub anlama çox daha mürəkkəb bir bacarıqdır.
Pozitiv valideynlik | Vüsalə Əhməd 07.01.2022 12:23
Valideynlərimizlə olan münasibətimiz həyatımıza böyük ölçüdə təsir edən ən vacib insan münasibətlərindən biridir. Sağlam valideyn-övlad münasibəti qurmaq üçün nə lazımdır? Uşaq inkişafı üzrə ekspert və təlimçi Vüsalə Əhmədlə pozitiv valideynlik haqqında söhbət etmişik.
Autizmdə müalicə və müdaxilə metodları | Nərmin Rəhimli 07.01.2022 16:53
Psixoloq Nərmin Rəhimli deyir ki, insanlar autizmin xəstəlik yox, fərqlilik olduğunu qəbul etsələr, autizmli uşaqların həyatı daha da asanlaşar. Onunla autizmdə müalicə və müdaxilə metodları haqqında müsahibəmizi buradan izləyə bilərsiniz.
İnsan yönümlü şəhərlər | Anar Əliyev 07.01.2022 10:12
Yaşadığımız şəhərlər daha çox insanlara, yoxsa avtomobillərə xidmət edir? Bloger-urbanist Anar Əliyevlə insan yönümlü şəhərlər haqqında söhbət etmişik.
Rəqəmsal maliyyə trendləri: Elektron valyuta | Günel Musayeva 07.01.2022 19:32
Elektron valyutalar gələcəkdə ənənəvi pulu əvəzləyə bilərmi? Rəqəmsal maliyyə üzrə mütəxəssis Günel Musayeva ilə rəqəmsal maliyyə trendləri haqqında danışmışıq.
Trans-sərhəd çayların təhlükəli tullantılarla çirklənmə problemləri | Rövşən Abbasov 07.01.2022 11:36
Azərbaycan ərazisindən keçən trans-sərhəd çayları müxtəlif tullantılarla çirklənir və ətraf mühitə böyük ölçüdə zərər vurur. Bəs bu tullantıları tənzimləmək üçün hansı tədbirlər görülür? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov izah edir.
Mental sağlamlıq nədir? | Cəmilə Rəhimli 07.01.2022 15:35
Mental sağlamlıq vəziyyətimiz həyat keyfiyyətimizə böyük ölçüdə təsir göstərir. Bəs özümüzün və ətrafımızdakıların mental sağlamlığı haqqında nə qədər bilirik? Psixoloq Cəmilə Rəhimli ilə müsahibəmizi izləyin.
İran Azərbaycanı kinosu və mədəni körpü | Elvin Cəbizadə 07.01.2022 17:31
“Hər iki tərəfdə eyni dil danışılır, eyni problemlərdən əziyyət çəkir insanlar, eyni mədəni köklərə sahibdir. Bu əlaqələri qurmaq hər iki tərəfə ancaq fayda verər.” Bloger Elvin Cəbizadə ilə İran Azərbaycanı kinosu və iki ölkə arasında mədəni körpü haqqında danışmışıq.
Müasir Azərbaycan ədəbiyyatının problemləri | Cavid Ramazanov 07.01.2022 17:03
Azərbaycanda ədəbiyyat və sənət qonşu ölkələrlə müqayisədə daha az inkişaf edib. Bəs bunun səbəbi nədir? Yazıçı Cavid Ramazanovla müasir Azərbaycan ədəbiyyatının problemləri haqqında söhbət etmişik.
Necə memar olmaq olar? | Urfan Məmmədov 07.01.2022 15:15
“Çalışmaq lazımdır ki, səndən sonrakı insanlar üçün yaratdığın məkanlarda onların xatirələri formalaşmış olsun.” Necə memar olmaq olar? Memar Urfan Məmmədov ilə söhbətimizi izləyin.
Şəxsi həyata hörmət hüququ | Zibeydə Zəkəriyyəyeva 07.01.2022 14:14
Vəkil Zibeydə Zəkəriyyəyeva ilə son həftələr müzakirə mövzusuna çevrilmiş şəxsi həyata hörmət hüququ haqda söhbət etmişik.
Azərbaycanda caz musiqisinin vəziyyəti | Afşin Əlizadə 07.01.2022 11:51
Caz musiqisi Azərbaycanın musiqi tarixində yeni bir ənənə deyil, Sovet dövründən bəri bu musiqi inkişaf edərək öz xüsusi auditoriyasını tapa bilib. Bəs bu gün caz musiqisinin Azərbaycandakı vəziyyəti nə yerdədir? Bəstəkar Afşin Əlizadə ilə bu mövzu haqqında söhbətləşmişik.
İnklüziv inkişaf və innovasiya | Təhmasib Əlizadə 07.01.2022 15:11
“Mühafizəkar cəmiyyətlər başda olmaqla, dünyanın əksər ölkələrində hələ də qadınların və fərqli sosial statusa malik insanların innovasiya fəaliyyətlərində nəticələr arzuolunan deyil.” İqtisadçı Təhmasib Əlizadə ilə inklüziv inkişaf və innovasiya haqqında danışmışıq.
Azərbaycanda su probleminin kənd təsərrüfatına təsiri | Ramil Azməmmədov 07.01.2022 13:27
Azərbaycan beynəlxalq hesabatlarda gələcəkdə çox ciddi su problemi yaşayacaq ölkələrdən biri kimi göstərilir. Buna baxmayaraq, dövlət bu problemi çox gec, 2020-ci ildə Kür çayında baş verən quraqlıq hadisəsindən sonra başa düşməyə başlayıb. Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis Ramil Azməmmədovla su probleminin kənd təsərrüfatına təsiri haqqında danışmışıq.
Trollinq nədir? | Cavid Ağa 07.01.2022 15:54
“Trollinqin əsas təhlükəsi kimisə yamsılamaqla həmin insanın etibarsızlaşmasına xidmət etmək, bir qrupu nifrət nitqinə tabe tutaraq onlara cəmiyyətdə mənfi münasibət yaratmaqdır.” Trollinq nədir? Sosial media tədqiqatçısı Cavid Ağa izah edir.
Taktiki urbanizm | Səbinə Abbasova 07.01.2022 10:32
Şəhərlərdə ictimai zonalardan necə faydalanmaq olar? Memar Səbinə Abbasova ilə taktiki urbanizmdən danışmışıq.
İnam və sosial kapital | Anar Vəliyev 07.01.2022 17:59
Ətrafımızdakı insanlara olan inamımız bizə necə təsir edir? Bu inamdan faydalanmaq mümkündürmü? ADA Universitetinin dekanı Anar Vəliyev sosial kapitalın nə olduğunu izah edir.
”Debüt” film studiyası və ”INTERNact” təcrübə proqramı | Orxan Abbasov 07.01.2022 32:56
"Debüt" film studiyasının direktoru Orxan Abbasovla studiyanın fəaliyyəti və "INTERNact" təcrübə proqramı haqqında söhbət etdik.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.