akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Dünyanı dəyişən biotexnoloji startaplar | Vüqar Yaqublu 07.01.2022 21:19
Biotexnologiya fərqli məhsullar hazırlamaq üçün bioloji sistemlərdən, canlı orqanizmlərdən və ya onların hissələrindən istifadə edən texnologiyadır. Bu dəfəki videomuzda onkoloq-cərrah Vüqar Yaqublu ilə dünyanı dəyişən biotexnoloji startaplar haqqında söhbət etmişik.
Təhsil xeyriyyəçiliyi təşəbbüslərinin vacibliyi | Abbas Abbasov 07.01.2022 11:52
Kolumbiya Universiteti doktorantı Abbas Abbasovla təhsil xeyriyyəçiliyinin tarixi və əhəmiyyəti haqda danışmışıq.
Mühitin formalaşmasında memarın rolu | İlqar Manafsoy 07.01.2022 8:03
Yaşadığımız yerdəki memarlıq nümunələri həyatımıza nə qədər təsir edə bilir? Növbəti qonağımız memar İlqar Manafsoyla müsahibəmizi izləyin.
Şəhərin daha inklüziv olması üçün nə edə bilərik? | Məhəmməd Kekalov 07.01.2022 12:42
Şəhərdə gündəlik istifadə etdiyimiz nəqliyyat, ictimai binalar, xəstəxanalar və digər infrastruktur obyektləri təəssüf ki, heç də hamı üçün əlçatan deyil. Bəs şəhərlərin daha inklüziv olması üçün nə edə bilərik? Sosial sahibkar Məhəmməd Kekalovla bu mövzu haqqında söhbət etmişik.
Avropa Məhkəməsinin qərar növləri: Fərdi və ümumi tədbirlər | Emin Aslan 07.01.2022 11:03
Hüquqşünas Emin Aslan ilə Avropa İnsan Hüquqları Məhkəməsinin yaranmasının qısa tarixi, məhkəmənin fəaliyyət istiqamətləri və Azərbaycanla bağlı vəziyyət haqqında söhbət etmişik.
Elmi metod nədir? | Naqi Məhəmmədzadə 07.01.2022 10:06
“Bir neçə ildir tədqiqatçılar yaxın zamanda belə bir pandemiyayla üzləşəcəyimiz barədə kitablar yazırlar, məqalələr dərc edirlər. Təəssüf ki, bu inamsızlıq məlumatsızlıq səbəbindən hələ də davam edir.” Növbəti videomuzda bioloq Naqi Məhəmmədzadə ilə elmi metod haqqında danışmışıq.
Müharibə və sülh tədqiqatlarının inkişaf mərhələləri | Nuriyyə Həsənova 07.01.2022 8:18
Münaqişələrin transformasiyası mütəxəssisi Nuriyyə Həsənova deyir ki, münaqişə və sülh tədqiqatlarını anlamaq üçün əvvəlcə onların nəsillərini anlamaq lazımdır. Qonağımızla müharibə və sülh tədqiqatlarının inkişaf mərhələləri haqqında söhbət etmişik.
Su çatışmazlığı həm də gender məsələsidir | Elnaz Vəliyeva 07.01.2022 11:09
Tədqiqatçı Elnaz Vəliyeva deyir ki, su çatışmazlığının qadınlar üzərində təsirlərinin böyük olduğu halda, su ilə bağlı məsələlərdə qadınlar qərarvericilikdə iştirak etmirlər.
Seksual zorakılıq və ona qarşı mübarizə yolları | Sevinc Səmədzadə 07.01.2022 14:22
Gender və münaqişə araşdırmaçısı Sevinc Səmədzadə deyir ki, cinsi zorakılığa məruz qalmış insanlar nə qədər çox bu haqda danışsa və bunu ictimailəşdirsə, digər insanlar da başa düşəcək ki, onlar tək deyillər.
Nifrət nitqi nədir və ona qarşı nə tədbirlər görülə bilər? | Ayşə Abdel Qadir 07.01.2022 9:51
Bu yaxınlarda qadınlara və LGBT fərdlərinə qarşı zorakılıq çağırışı edən videoların sosial şəbəkələrdə yayılması böyük səs-küyə səbəb oldu. Belə hallarda hansı addımları ata bilərik? Hüquqşünas Ayşə Abdel Qadir ilə nifrət nitqi və ona qarşı görə biləcəyimiz tədbirlər haqqında danışmışıq.
Qidalanmanın epigenetik təsiri | Nərmin Axundova 07.01.2022 8:44
Qidalanma bizim üçün bəsit, şüurlu şəkildə fikirləşmədən hər gün həyata keçirdiyimiz bir akt olsa da, əslində, həyat keyfiyyətimizə böyük ölçüdə təsir edir. Əkinçinin növbəti qonağı molekulyar bioloq Nərmin Axundova ilə qidalanmanın həyat keyfiyyətinə təsiri haqqında söhbət etmişik.
İnternet televiziyaları lisenziyalaşdırılmalıdırmı? | Ələsgər Məmmədli 07.01.2022 9:04
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyir ki, milli tezlik resurslarından istifadə etməyən kütləvi informasiya vasitələrinin tənzimlənməsi dövlətin səlahiyyətləri çərçivəsində deyil.
LGBT hüquqları pozulduqda nə etməli | Fariz Namazlı 07.01.2022 16:55
Fariz Namazlı deyir ki, LGBT-lərə qarşı iş yerində və ya gündəlik həyatda ayrıseçkilik, zorakılıq halları baş verdikdə onlar mütləq müvafiq orqanlara şikayət etməli və bu halın məhz onların LGBT kimliklərinə görə baş verdiyini qeyd etməlidirlər.
Öyrədici oyunlar: 7 ailə oyunu | Aygün Pəncəliyeva 07.01.2022 15:36
Müxtəlif növ oyunlar şagirdlərin öyrənmə prosesinə müsbət təsir edə bilər. Qonağımız, müəllim Aygün Pəncəliyeva ilə belə oyunlardan biri - 7 ailə oyunu haqqında söhbət etmişik.
Əlillik və posttravmatik dövr | Orxan Adıgözəl 07.01.2022 14:14
Publisist Orxan Adıgözəl ilə əlillik və posstravmatik dövr haqqında danışmışıq.
Smart city və ya ağıllı şəhər nədir? | Toğrul Bayramov 07.01.2022 8:40
Memar Toğrul Bayramov deyir ki, ağıllı şəhər deyəndə bir çox insanın ağlına robotlar, göydə uçan avtomobillər gəlsə də, əslində, bu şəhərlər sadəcə olaraq, insanı mərkəzə qoyan və ona xidmət edən şəhərlərdir.
Yanlış məlumatlara qarşı xəbər savadlılığı | Rəşad Hüseynov 07.01.2022 10:07
Yalan xəbər fenomeni pandemiya və müharibə vaxtı olduqca geniş yayıldı. Yanlış məlumatlardan özümüzü necə qoruya bilərik? Növbəti videomuzda ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Rəşad Hüseynovla yanlış məlumatlara qarşı xəbər savadlılığı haqqında söhbət etmişik.
İqtisadi qərarların qəbulunda həqiqəti əks etdirən göstəricilərin əhəmiyyəti | Fərid Mehralızadə 07.01.2022 10:36
İqtisadçı Fərid Mehralızadə deyir ki, malik olduğumuz datalar və rəsmi statistik göstəricilər reallığı əks etdirmirsə və real vəziyyəti göstərmirsə, tətbiq etdiyimiz siyasət mexanizmlərinin də uğurlu olmaq şansı yoxdur.
Rəqabət nədir? | Azər Mehtiyev 07.01.2022 13:35
“Yalnız vergi güzəştləri verməklə, güzəştli kreditlər verməklə iqtisadiyyatı inkişaf etdirmək mümkün olmayacaq. İqtisadiyyata gedən yol rəqabət mexanizminin düzgün işləməsindən gedir.” İqtisadçı Azər Mehdiyevlə rəqabət haqda söhbət etmişik.
Azərbaycanda pandemiya dövrü narkotik asılılığına dəstək xidmətləri | Aysel Sultan 07.01.2022 14:54
Bütün dünyada pandemiya dövrü ən çox əziyyət çəkən qruplar cəmiyyətin həssas və marginallaşmış qrupları oldular. Bu qruplardan biri də narkotik maddələrə asılılığı olan insanlardır. Tədqiqatçı Aysel Sultan ilə narkotik asılılığına dəstək xidmətləri haqqında söhbət etmişik.
Azərbaycan kinosunda yeni dalğa | Hacı Səfərov 07.01.2022 12:05
Kinotəndiqçi Hacı Səfərov deyir ki, son zamanlar müstəqil rejissorların çəkdiyi filmlər beynəlxalq festivallarda uğur qazansa da, yerli auditoriyanın əksəriyyəti onları tanımır. Qonağımız bunun səbəbləri haqda fikirlərini bölüşür.
Bazar iqtisadiyyatına yeni baxış: Proqressiv kapitalizm | Əhliman Abbasov 07.01.2022 15:50
İqtisadçı Əhliman Abbasov deyir ki, rifah siyasətləri, əslində, iqtisadi produktivliyin və iqtisadiyyat üçün faydalı ola biləcək resursların artmasına səbəb olur.
Müəllim keyfiyyəti və müəllimlərin peşəkarlıq standartları | Yuliya Kərimova 07.01.2022 14:26
Kurikulum üzrə mütəxəssis Yuliya Kərimova deyir ki, şagird naliyyətlərinin yüksəlməsi üçün məktəblər təkmilləşməlidir, məktəblərin təkmilləşməsi üçün müəllim keyfiyyəti təkmilləşməlidir, müəllim keyfiyyətinin təkmilləşməsi üçün isə müəllimlərin peşəkarlıq standartları olmalıdır.
Eko-aktivizm nədir? | Cavid Qara 07.01.2022 16:27
İqlim böhranının get-gedə kəskinləşdiyi dövrdə dünyanın hər yerində ətraf mühit məsələlərinə qarşı biganə qalmaq istəməyən insanların sayı artır. Azərbaycanda bu proses nə yerdədir? Eko-aktivist Cavid Qara ilə Azərbaycanda və dünyada eko-aktivizm haqqında söhbətləşmişik.
Xarici dillər öyrənməyə mane olan nədir? | Aslan Məmmədzadə 07.01.2022 15:11
Poliqlot təlimçi Aslan Məmmədzadə deyir ki, yeni bir dil öyrənərkən ən vacib məqam dinləməkdir. Qrammatika, yeni sözlər öyrənmək isə işin ancaq 20-30 faizini əhatə edir.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.