akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı | Rəşid Ağamalıyev 07.01.2022

ANİMAFİLM Beynəlxalq Animasiya Film Festivalı Azərbaycanın ilk animasiya film festivalıdır. Festivalın direktoru Rəşid Ağamalıyevlə bu festival haqqında söhbətləşmişik. ANİMAFİLM haqqında ətraflı məlumat əldə etmək üçün festivalın vebsaytına daxil ola bilərsiniz - www.animafilm.az

Gənclər siyasəti niyə dəyişilməlidir? | Nəcmin Kamilsoy 07.01.2022

Azərbaycanda müstəqil gənclər təşkilatları dövlətin yaratdığı bir sıra çətinliklə üzləşir. Tədqiqatçı Nəcmin Kamilsoy deyir ki, bu, gənclər siyasətinin məqsədi ilə dövlətin göstərdiyi praktika arasında ciddi təzad yaradır.

Dövlət, bürokratiya və islahatlar | Rəşad Şirin 07.01.2022

“Dövlət yeni mənada başqa şeyləri ehtiva etməlidir. Müxalifət partiyaları, vətəndaş cəmiyyəti, media. Bunlar hamısı dövləti təşkil edir.” Siyasi təhlilçi Rəşad Şirinlə siyasi idarəetmə, bürokratiya və islahatlar haqda söhbət etdik.

”Petrikor” sosial layihəsi | Təhminə Əhmədzadə 07.01.2022

“Petrikor” sosial layihəsi evdar qadınların öz əl işlərini hazırlayaraq gəlir əldə etməklərinə kömək edən bir təşəbbüsdür. Layihənin rəhbəri Təhminə Əhmədzadə ilə gördükləri işlər haqda söhbət etdik.

Dövlətin sosiallaşmasından irəli gələn çətinliklər | İnqilab Əhmədov 07.01.2022

Pandemiya dövründə iş yerləri bağlanan, gəlirləri azalan insanları ən çox maraqlandıran mövzulardan biri sosial yardımlar və müavinətlər məsələsi oldu. Bəs ümumiyyətlə, dövlətin ayırdığı sosial yardımlar nə dərəcədə effektivdir?

Azərbaycanda startap məktəbləri nə üçün lazımdır | Camal Ağayev 07.01.2022

İnnovasiyalar üzrə mütəxəssis Camal Ağayevlə Azərbaycanda startap inkişafı mühiti haqda danışdıq. Qonağımız düşünür ki, universitetlərdə sahibkarlıqla bağlı da fənlər tədris olunmalıdır ki, tələbələrə öz ideyalarını reallaşdırmaq daha asan olsun.

Texnologiya, data və təhsil | Ülvi Aslanov 07.01.2022

Code Academy-nin təsisçisi və baş direktoru Ülvi Aslanovla müasir texnologiyalar, texnologiya istiqamətində təhsil və texnologiyanın ictimai siyasətdə tətbiqi haqda söhbət etdik.

İnnovativ tədris prosesinin əsas meyarları | Günay Rəsulova 07.01.2022

Müasir insanın yeni məlumatları öyrənmə bacarığı 20 il öncəki dövrlə eyni deyil. Bəs necə edək ki, öyrənməkdən bezməyək, əksinə, zövq ala bilək? “You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova innovativ tədris prosesinin əsas meyarları haqqında danışır.

İqtisadi bərabərsizlik və rifah | Təhmasib Əlizadə 07.01.2022

Zənginlər daha zəngin, yoxsullar daha yoxsul oldu. İllər keçdikcə bu ifadə daha çox aktuallaşır. Xüsusilə də son bir il ərzində yaşadığımız pandemiya mühitində dünya əhalisinin böyük əksəriyyətinin maliyyə çətinlikləri çəkdiyi halda, əhalinin ən zəngin təbəqəsinin gəliri və sərvəti artmağa davam edib. Nədir iqtisadi bərabərsizlik? İqtisadçı Təhmasib Əlizadə izah edir.

Qərbin qlobal ideoloji üstünlüyü | Rəşad Şirin 07.01.2022

“İkinci Qarabağ müharibəsi dövründə Qərb təsisatları, mediası və siyasətçilərindən bir gözlənti yarandı ki, onlar bizim haqqımızda daha yaxşı, dürüst və obyektiv danışmalıdırlar.” Siyasi təhlilçi Rəşad Şirin ilə Qərbin qlobal ideoloji üstünlüyü haqda danışır.

Həqiqət, məsuliyyət və daxili senzura | Qulu Məhərrəmli 07.01.2022

Tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli ilə cəmiyyət, həqiqət və tənqid mövzularında maraqlı söhbətimiz oldu.

Xəbər biznesində media etikası | Aynur Kərimova 07.01.2022

“Medianın etik standartlarını hər dəfə reytinqə görə aşağı saldıqca bizim yaradıcı qabiliyyətimiz azalır.” Media tədqiqatçısı Aynur Kərimova xəbər biznesində media etikasından danışır.

Bir daha qadın qətllərinin siyasi olduğu haqda | Anar Məmmədli 07.01.2022

“Dövlət strukturları mühafizəkar dəyərləri, mürtəce fikirləri, ailənin gənclərə total nəzarətini təlqin edən hallarla bağlı mövqe ortaya qoya bilmir.” Siyasi təhlilçi Anar Məmmədli ilə qadın qətlləri haqqında danışmışıq.

Millət araşdırmaları nəyi öyrənir? | Mirkamran Hüseynli 07.01.2022

Bolonya Universiteti və Mərkəzi Avropa Universitetinin magistrı, ixtisasca millətşünas Mirkamran Hüseynli millət araşdırmalarının öyrəndiyi predmet və bu akademik disiplinin nəzəri-metodikasından danışır.

İntellektual oyunlar, analitik düşüncə və yayım | Fateh 07.01.2022

Televiziya və radio aparıcısı Fateh ilə intellektual oyunlar haqda söhbət etmişik.

Qadın qətlləri niyə siyasidir? | Səməd Rəhimli 07.01.2022

Bu yaxınlarda məişət zorakılığı ilə bağlı baş vermiş hadisələrin fonunda hüquqşünas Səməd Rəhimli ilə söhbət etmişik.

Azərbaycan kinosu xalqın həyatında iştirak edirmi? | Əli İsa Cabbarov 07.01.2022

Budəfəki qonağımız rejissor, prodüser Əli İsa Cabbarovdur.

Azad media, sosial şəbəkələr və peşəkarlıq | Vüsalə Əlibəyli 07.01.2022

Jurnalist Vüsalə Əlibəyli ilə jurnalitika təhsili və yerli medianın çətinlikləri haqda söhbət etdik.

Homoseksuallıq və təbliğat | Səməd İsmayılov 07.01.2022

Qürur yürüşləri propaqanda məqsədi daşıyırmı? Təbliğatla insanların cinsi oriyentasiyasını dəyişmək mümkündürmü? LGBT aktivisti Səməd İsmayılov izah edir.

Nostalgiya nədir? | Araz Bağırov 07.01.2022

Tarixçi Araz Bağırovla nostalgiyanın haqqında danışmışıq. Qonağımız düşünür ki, nostalgiya təhlükəlidir və çox asanlıqla mühafizəkar və mürtəce dəyərlərlə əlaqələndirilə bilər.

Covid-19 əleyhinə vaksin bizə necə kömək edəcək? | Vasif Əliyev 07.01.2022

Artıq bir neçə müddətdir ki, bütün dünyada koronavirus əleyhinə vaksinlərin vurulmasına başlanılıb. Bəs Covid-19 əleyhinə vaksin bizə necə kömək edə bilər? Həkim-infeksionist Vasif Əliyevlə müsahibəmizi izləyin.

Kino, insan kapitalı və liberallaşma | Rüfət Həsənov 07.01.2022

Növbəti müsahibimiz rejissor, Mədəniyyət Nazirliyinin Kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur. Qonağımızla kino sənayesinin mövcud durumu və bu sektorun inkişafı üçün atılmalı olan addımlardan danışdıq.

Pandemiya dövrü teatr | Günel İmanova 07.01.2022

Aktrisa Günel İmanova pandemiya dövründə teatr aktyorlarının üzləşdiyi çətinliklərdən danışır.

Breykdans necə yarandı, necə populyarlaşdı? | Səid Riad 07.01.2022

Bir neçə ay öncə breykdansın olimpiya oyunlarının proqramına daxil olunduğu elan edildi. Bu rəqs növünün ilk olimpiya debütü 2024-cü ildə Parisdə keçiriləcək oyunlar zamanı baş tutacaq. Breykdans necə yarandı və necə populyarlaşması? Bu haqda tədqiqatçı Səid Riad ilə söhbət etmişik.

Dilimiz və dilçiliyimiz | Günel Orucova 07.01.2022

Əkinçinin növbəti qonağı şərqşünas Günel Orucovadır. Günellə Azərbaycan dilinin qısa inkişaf tarixi, dilin saflığının saxlanması, dilin lüğət tərkibinin dəyişməsi və digər maraqlı mövzular ətrafında söhbətləşmişik.

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.