akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Author

akinchi

Category

Education

Podcast website

akinchi.podbean.com

Latest episode

Jul 9, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Azərbaycanda heyvan haqları ilə bağlı vəziyyət necədir? | Mehriban Məmmədova 24.03.2023

Qanunvericilikdə heyvanlarla pis rəftara görə hansı sanksiyalar nəzərdə tutulur? Heyvan haqları ilə bağlı pozuntulara rast gəldikdə hansı qurumlara müraciət etmək lazımdır? Vəkil Mehriban Məmmədova ilə Azərbaycanda heyvan haqları ilə bağlı vəziyyət haqqında söhbət etmişik.

Təhlükə hər zaman fəlakətə çevrilirmi? | Rövşən Abbasov 23.03.2023

Təhlükə hər zaman fəlakətə çevrilirmi? Təbiətdən gələn təhlükələrin fəlakətə çevrilməməsi üçün hansı addımları atmaq lazımdır? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Azərbaycanda sosial iş: hazırkı durum və gedilməli yol | Elnur Musayev 22.03.2023

Azərbaycandakı sosial işin hazırkı durumu nə yerdədir? Bu istiqamətdə əsas hansı dəyişikliklərə və resurslara ehtiyac var? Bu dəfəki videomuzda sosial işçi Elnur Musayev Azərbaycanda sosial iş: hazırkı durum və gedilməli yol mövzusunda çıxış edib.

Müəllim rifahı nə üçün vacibdir? | Aynurə Abdullayeva 17.03.2023

Xüsusi və inklüziv təhsil üzrə mütəxəssis Aynurə Abdullayeva: “Biz istəyiriksə ki, məktəb uşaqlar üçün inkişaf etməyə ən yaxşı yer olsun, onda o, müəllim üçün işləməyə və inkişaf etməyə ən yaxşı yer olmalıdır.” Növbəti videomuzda müəllim rifahının vacibliyi haqqında danışmışıq.

Mənəvi zərər və təzminat | Fariz Namazlı 15.03.2023

Qanunvericilikdə mənəvi zərərlə bağlı nə deyilir? Məhkəmə mənəvi zərərlə bağlı kompensasiyanı necə müəyyənləşdirir? Məhkəmə praktikasında mənəvi zərərlə bağlı hansı işlər olub? Növbəti videomuzda vəkil Fariz Namazlı ilə mənəvi zərər və təzminat barəsində söhbət etmişik.

İnsan hüquqları və seçkilər | Murad Rüstəmbəyli 13.03.2023

İnsan hüquqları seçki prosesinə necə təsir göstərir? İnsan hüquqlarının qorunduğu mühitdə seçkilər dövründə hansı xüsusiyyətlər önə çıxır? Növbəti videomuzda insan hüquqları tədqiqatçısı Murad Rüstəmbəyli ilə insan hüquqları və seçkilər barəsində danışmışıq.

Neft və qaz hasilatı - köhnə problemlər, yeni fürsətlər | Toğrul Vəliyev 10.03.2023

Son illər neft hasilatında müşahidə olunan azalmanın səbəbi nədir? Azərbaycan Avropa bazarında Rusiyanın enerji təminatını əvəz edə bilərmi? Mövcud resurslarımız yaşıl enerjiyə keçidə imkan verirmi? İqtisadçı Toğrul Vəliyevlə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Professional öyrənmə qrupları | Əminət Diqanayeva 08.03.2023

Professional öyrənmə qrupları nədir və tədris prosesinə necə töhfə verir? Bu qruplar müəllimlərin peşəkar inkişafına yönələn digər təlim proqramlarından nə ilə fərqlənir? Bu dəfəki videomuzda təhsil məsləhətçisi Əminət Diqanayeva ilə professional öyrənmə qrupları haqqında danışmışıq.

Gənc universitet müəllimləri, tədris materialları və azadlıq | Pünhani Əsgərli 06.03.2023

Ali təhsil müəssissələrində tədris materialları ilə bağlı hansı problemlər var? Universitetlərdə tədqiqat mühitini yaxşılaşdırmaq üçün nə etməli? Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə gənc universitet müəllimləri, tədris materialları və azadlıq barəsində söhbət etmişik.

Velosiped Azərbaycanda nəqliyyat vasitəsi ola bilərmi? | Arzu Süleymanov 03.03.2023

Velosiped Azərbaycanda nəqliyyat vasitəsi ola bilərmi? Bunun üçün şəhərlərin infrastrukturunda hansı müvafiq dəyişikliklər edilməlidir? “İnsan yönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Torpağın yaratdığı dəyərləri necə qorumalı? | Rövşən Abbasov 01.03.2023

Torpaq insanlar və digər canlılar üçün hansı fərqli dəyərləri yaradır? Bu dəyərləri qorumaq nə üçün vacibdir? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar | Ruslan Əliyev 27.02.2023

Həssas qruplar dedikdə kimlər nəzərdə tutulur? Həssas qruplara aid olan şəxslər Azərbaycanda hansı çətinliklərlə qarşılaşırlar? Bu dəfəki videomuzda hüquqşünas Ruslan Əliyevlə həssas qrupların qarşılaşdığı çətinliklər və hüquqlar barəsində söhbət etmişik.

Oyun pedaqogikası [Finlandiya təcrübəsi] | Sura Ağaverdiyeva 24.02.2023

Oyun pedaqogikası nədir? Uşaqlarla hansı növ oyunları oynamaq daha effektivdir? Erkən təhsil mütəxəssisi, Finlandiyada uşaqların erkən inkişafı sahəsində çalışan müəllim Sura Ağaverdiyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Erasmus+ imkanları | Pərviz Bağırov 22.02.2023

Erasmus+ proqramı nədir? Proqramın təklif etdiyi imkanlardan necə yararlanmaq olar? Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırovla müsahibəmizi izləyərək ətraflı məlumat ala bilərsiniz.

Vərəsəlik haqda tez-tez verilən suallar | Aysel Əhmədova 20.02.2023

Vərəsəlik institutu nədir və hansı məqsədlərə xidmət edir? Qanunla kimlər vərəsə hesab edilir? Mirasla bağlı yanlış bilinən məlumatlar hansılardır? Növbəti videomuzda vəkil Aysel Əhmədova ilə vərəsəlik haqda tez-tez verilən suallar barəsində söhbət etmişik.

Cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər | Sevda Məhərrəmova 15.02.2023

Cinsi zorakılığa məruz qalmış şəxslər ilkin olaraq hansı quruma müraciət etməlidir? Hüquq-mühafizə orqanlarının zərərçəkmişlərlə davranış qaydaları necə olmalıdır? Vəkil Sevda Məhərrəmova ilə cinsi zorakılıq, ictimai təfəkkür və görülməli tədbirlər haqqında söhbət etmişik.

İmkanlara əsaslanan icma inkişafı | Ağalar Ağalarlı 13.02.2023

İcma quruculuğu nədir və nəyə görə əhəmiyyətlidir? İcma inkişafı ilə bağlı həyata keçirilən layihələrdə hansı vacib prinsiplər nəzərə alınmalıdır? İcma səfərbərçisi Ağalar Ağalarlı ilə imkanlara əsaslanan icma inkişafı haqqındakı videomuzu izləyərək öyrənə bilərsiniz.

“İcazəli media istəmirik” kampaniyası niyə keçirilir? | Aynur Elgünəş 10.02.2023

Sosial mediada “Media haqqında” yeni qanun layihəsinə etiraz olaraq müstəqil jurnalistlər tərəfindən “İcazəli media istəmirik” kampaniyası başladılıb. Jurnalistlər nə üçün etiraz edirlər və tələbləri nələrdir? Jurnalist Aynur Elgünəşlə söhbətimizi izləyərək məlumat ala bilərsiniz.

Bakıda yaşayış keyfiyyətinin və mühitinin yaxşılaşdırılmasında mobilliyin rolu | Rauf Ağamirzəyev 08.02.2023

Bakıda tıxac problemini həll etmək üçün hansı həll variantları var? Az mobilli insanların küçə-yol şəbəkəsində rahat hərəkətini necə təmin etməli? Budəfəki videomuzda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə Bakıda yaşayış keyfiyyətinin və mühitinin yaxşılaşdırılmasında mobilliyin rolu haqqında danışmışıq.

Gig-iqtisadiyyat, əmək münasibətləri və istismar | Fərid Rustamzadə 06.02.2023

Platforma işçilərinin son zamanlar baş verən etirazları nə ilə nəticələndi? Bu işçilərin hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır? Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun rəhbəri Fərid Rüstəmzadə ilə gig-iqtisadiyyat, əmək münasibətləri və istismar haqqında danışmışıq.

Əlilliyi olan şəxslər və işsizlik | Məhəmməd Kekalov 03.02.2023

Azərbaycanda əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə bağlı hansı problemlər mövcuddur? Digər ölkələrin təcrübəsində bu problemlər necə həll olunur? Növbəti videomuzda sosial sahibkar Məhəmməd Kekalovla əlilliyi olan şəxslər və işsizlik mövzusunda danışmışıq.

Müasir dövrdə məktəb, müəllimlər və islahatlar | Aynurə Abdullayeva 01.02.2023

Məktəb şagirdlərə hansı bilik və bacarıqları qazandırmalıdır? Keyfiyyətli və dayanıqlı təhsil modeli qurmaq üçün ən vacib addım nə olmalıdır? Xüsusi və inklüziv təhsil üzrə mütəxəssis Aynurə Abdullayeva ilə müasir dövrdə məktəb, müəllimlər və islahatlar barəsində danışmışıq.

Müharibə sonrası psixoloji dəstək xidmətlərinə əlçatanlıq | Nisə Hacıyeva 30.01.2023

İkinci Qarabağ müharibəsinin təsirlərindən əziyyət çəkən insanlar üçün psixoloji dəstək xidmətləri nə qədər əlçatandır? Bu xidmətin keyfiyyəti ilə bağlı vəziyyət qənaətbəxşdirmi? Tədqiqatçı Nisə Hacıyeva ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Təhsil təqaüdü, motivasiya və yüksək nəticə stressi | Xətai Alıyev 27.01.2023

Azərbaycanda təqaüd sistemi tələbələrin ehtiyaclarına cavab verirmi? Hazırkı sistemdə tələbələr hansı problemlərlə üzləşir? İqtisadçı Xətai Alıyelə təhsil təqaüdü, motivasiya və yüksək nəticə stressi haqqında söhbət etmişik.

Alıcı kimi qərarlarımızı özümüz veririkmi? | Vüqar Mehdiyev 25.01.2023

Gündəlik verdiyimiz qərarlarımıza hansı xarici faktorlar təsir edir? Bir istehlakçı kimi reklam kampaniyalarının, təbliğatın qurbanı olmamaq üçün nə etməliyik? Marketoloq Vüqar Mehdiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

Listen to the Əkinçi podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.