akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Müharibə dövründə sosial sahibkarlıq | Sara Rəcəbli 23.01.2023 19:41
Müharibə dövründə sosial sahibkarlıq özünü necə göstərir? Müharibədən əziyyət çəkən regionlarda uğurlu sosial sahibkarlıq nümunələri hansılardır? Sosial sahibkar Sara Rəcəbli müharibə dövründə sosial sahibkarlığın önəmi və sosial bizneslərin cəmiyyətə faydası haqqında çıxış edir.
İnternet, dövlət və insan hüquqları | Səyyad Yusifli 20.01.2023 11:01
Azərbaycanda internetə çıxışla bağlı hansı problemlər var? Bu sahədə dövlətin öhdəlikləri nələrdir? Hüquqşünas Səyyad Yusifli ilə internet, dövlət və insan hüquqları barəsində danışmışıq.
Azərbaycanda məhkəməyə çatımlılıq | Babək Həmidov 18.01.2023 22:53
Azərbaycanda məhkəməyə çatımlıqla bağlı vəziyyət qənaətbəxşdirmi? Elektron məhkəmə sistemi ilə bağlı vətəndaşlar hansı problemlərlə qarşılaşırlar? Vəkil Babək Həmidovla söhbətimizi izləyərək ətraflı məlumat ala bilərsiniz.
Azərbaycan teatr tarixində qadının mövqeyi | Fidan Rzayeva 16.01.2023 14:08
Azərbaycan teatr tarixində qadın obrazların səhnəyə gəlməsi necə müqavimətlə üzləşib? Müasir teatr tamaşalarında qadın məsələləri haqqında nə qədər danışılır? Ritual Mobil Teatr Laboratoriyasının teatr təlimçisi, aktrisa Fidan Rzayeva ilə söhbətimizi izləyə bilərsiniz.
İctimai maraq, təmsilçilik və lobbiçilik | Turqut Qəmbər 13.01.2023 31:09
Vətəndaşların həyatına önəmli dərəcədə təsir edən qanun layihələri, qərarlar necə formalaşır? Cəmiyyətin müxtəlif həssas qrupları öz problemlərini hakimiyyətin gündəminə necə gətirə bilərlər? Tədqiqatçı Turqut Qəmbərlə ictimai maraq, təmsilçilik və lobbiçilik haqqında söhbət etmişik.
Uşaqlarla kitaba nə vaxt başlamalı və necə həvəs oyatmalı? | Şəbnəm Həsənəlizadə 11.01.2023 15:50
Uşaqlara kitab oxumağa nə vaxtdan başlamalı? Azyaşlı uşaqlara hansı kitabları oxumaq tövsiyyə edilir? Hansı metodlarla uşaqlara kitab oxuma həvəsini aşılamaq olar? “Audio Nağıllar” YouTube kanalının təsisçisi Şəbnəm Həsənəlizadə ilə söhbətimizi izləyə bilərsiniz.
Memarlıq irsi nədir və onu qorumaq niyə lazımdır? | Müslüm İmranlı 09.01.2023 27:11
Memarlıq irsi nədir? Onu qorumaq və inkişaf etdirmək niyə lazımdır? Memarlıq irsinin qorunmasını dayanıqlı və geridönüşlü etmək üçün nə etməli? Memar Müslüm İmranlının çıxışını izləyərək öyrənə bilərsiniz.
Şəffaflıq və araşdırma jurnalistikası | Sevinc Vaqifqızı 23.12.2022 10:27
Absaz Medianın baş redaktoru Sevinc Vaqifqızı: “Araşdırma jurnalistikasının bir məqsədi də odur ki, kimsə qanunsuz pul əldə etdikdə düşünməsin ki, bu ancaq onun və yaxın çevrəsinin bildiyi bir sirrdir.” Şəffaflıq və araşdırma jurnalistikası haqqındakı videomuzu izləyə bilərsiniz.
Startaplar, hüquqi baza və Abşeron vadisi | Anar Əlizamanlı 21.12.2022 27:10
Startaplar ənənəvi bizneslərdən nə ilə fərqlənir? Startaplar üçün dünyada və Azərbaycanda hansı güzəştlər mövcuddur? Abşeron vadisi nələri vəd edir? Hüquqşünas Anar Əlizamanlı ilə startaplar, hüquqi baza və Abşeron vadisi haqqında söhbət etmişik.
Uşaqlarda şəxsi sərhəd anlayışı | Nailə Həsənzadə 19.12.2022 9:13
Uşaqlarla çalışan müxtəlif mütəxəssislər hansı normalara riayət etməlidirlər? Uşaqlara qarşı həssas yanaşma nə üçün əhəmiyyətlidir? Uşaq inkişafı üzrə mütəxəssis Nailə Həsənzadə ilə uşaqlarda şəxsi sərhəd anlayışı barəsində söhbət etmişik.
Şəhər, mobillik və ictimai nəqliyyat | Rauf Ağamirzəyev 16.12.2022 26:09
Dayanıqlı şəhər mobilliyi nə deməkdir? Azərbaycanda ictimai nəqliyyatın maliyyələşməsi ilə bağlı vəziyyət nə yerdədir? Bu dəfəki videomuzda nəqliyyat eksperti Rauf Ağamirzəyevlə şəhər, mobillik və ictimai nəqliyyat haqqında söhbət etmişik.
Dram dərsləri uşaqlara nə öyrədir? | Günel Yaşar 14.12.2022 12:42
Dram dərsləri uşaqların öyrənmə prosesinə necə təsir edir, hansı bacarıqlarının artmasına kömək edir? “Nağılçı” uşaq yaradıcılıq atelyesinin təsisçisi Günel Yaşarla müsahibəmizi izləyə bilərsiniz.
Qanunvericilikdə avtoxuliqanlıq haqda nə deyilir? | İsrafil Əlili 12.12.2022 22:07
Avtoxuliqanlıq dedikdə nə nəzərdə tutulur? Avtoxuliqanlıq əməli törədənləri hansı məsuliyyət gözləyir? Qanunvericilikdə avtoxuliqanlıq haqda nə deyilir? Vəkil İsrafil Əlili ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda siyasi elm | Pünhani Əsgərli 09.12.2022 15:08
Azərbaycanda siyasi təhsilin zəif olmasının səbəbləri nələrdir? Siyasi elm sahəsində işləmək istəyən şəxslər hansı problemlərlə qarşılaşırlar? Budəfəki videomuzda siyasi elm mütəxəssisi, müəllim Pünhani Əsgərli ilə Azərbaycanda siyasi elm barəsində söhbət etmişik.
Qadınların siyasətdə təmsil olunması nə üçün vacibdir? | Kəklik Kərimli 07.12.2022 20:41
Qadınların siyasətdə təmsilçiliyi deyəndə nə nəzərdə tutulur? Qadınların siyasi təmsilçiliyi üzrə mövcud vəziyyət necə xarakterizə olunur? Siyasi və sosial elmlər üzrə tədqiqatçı Kəklik Kərimli qadınların siyasətdə təmsil olunmasının vacibliyi haqqında çıxış edib.
Kənd təsərrüfatında suvarma suyunun səmərəli istifadəsi | Nicat Quluzadə 05.12.2022 18:31
Kənd təsərrüfatında suvarma sistemləri ilə bağlı hansı problemlər var? Suvarma suyundan səmərəli şəkildə istifadə necə mümkündür? Suvarma üzrə mütəxəssis Nicat Quluzadə ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycanda doktorantura təhsili | Araz Əliyev 02.12.2022 24:39
Azərbaycanda doktorantura təhsili ilə bağlı vəziyyət nə yerdədir? Doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı hansı problemlər mövcuddur? Növbəti qonağımız, fəlsəfə tarixi üzrə doktorant Araz Əliyevlə Azərbaycanda doktorantura təhsili haqqında söhbət etmişik.
Siyasi elitaların dövlət idarəçiliyində rolu | Fuad Şahbazov 30.11.2022 17:45
Siyasi elita nə deməkdir? Siyasi elitaların rolu demokratik və avtoritar rejimlərdə necə fərqlənir? Bu dəfəki videomuzda siyasi tədqiqatçı Fuad Şahbazovla siyasi elitaların dövlət idarəçiliyində rolu haqqında danışmışıq.
Qadın haqları üçün məlumatların toplanması və tədqiqatlar | Vəfa Rüstəm 28.11.2022 36:02
Qadın haqları uğrunda səmərəli mübarizə və pozuntuları aradan qaldırmaq üçün toplanacaq məlumatlar, inzibati və sorğu məlumatlarının kateqoriyaları, bu sahədə tədqiqatlar və uğurlu təcrübələr haqqında hüquqşünas Vəfa Rüstəmin çıxışını izləyə bilərsiniz.
Dairəvi iqtisadiyyat nədir? | Nigar Əzizova 25.11.2022 19:04
Dairəvi iqtisadiyyat nədir və xətti iqtisadiyyatdan nə ilə fərqlənir? Dairəvi iqtisadiyyat cəmiyyətə necə təsir edir? İqtisadçı Nigar Əzizova ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Məktəblərdə bullinqə qarşı necə mübarizə aparmalı? | Sevinc Əliyeva 23.11.2022 30:06
Azərbaycan qanunvericiliyində və dünya təcrübəsində bullinqə qarşı necə mübarizə aparılır? Bullinqə məruz qalmış uşaqlar kimə müraciət etməlidirlər? Vəkil Sevinc Əliyeva ilə məktəblərdə bullinqə qarşı mübarizə aparmağın yolları haqqında söhbət etmişik.
Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi | Orxan Zakirov 21.11.2022 14:05
Bakıda hansı yol-nəqliyyat problemləri qəza hadisələrinə səbəb olur? Bu problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır? Növbəti videomuzda tədqiqatçı Orxan Zakirovla Azərbaycanda yol-nəqliyyat təhlükəsizliyi haqqında danışmışıq.
İqlim dəyişikliyi ilə bağlı miqrasiyanın idarə edilməsi | Nicat Eldarov 18.11.2022 24:13
İqlim böhranı ilə bağlı miqrasiyanın qeyri-müəyyən xarakteri hansı yeni təhlükəsizlik məntiqlərinin yaranmasına gətirib çıxarır? Bu təhlükəsizlik məntiqlərinin iqlim böhranından əziyyət çəkən əhali üçün mənfi təsirləri nələrdir? Tədqiqatçı Nicat Eldarovun çıxışını izləyə bilərsiniz.
Şagirdlərin motivasiyasını artırmağın bəzi yolları | Aygün Pəncəliyeva 16.11.2022 16:57
Şagirdləri dərslərə necə həvəsləndirmək lazımdır? Hansı üsullarla şagirdlərin motivasiyalarını artırmaq olar? Müəllim Aygün Pəncəliyeva öz təcrübəsində istifadə etdiyi metodlar haqqında danışır.
Qrossmeyster olmaq üçün nə etməli? | Vasif Durarbəyli 14.11.2022 31:39
Şahmata başlamaq üçün yaşın önəmi varmı? Uğurlu şahmatçı olmaq üçün istedad vacibdirmi? Qrossmeyster olmaq üçün nə etmək lazımdır? Qrossmeyster Vasif Durarbəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.