akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Bakının metamorfozu | Aytac Əkbərli 22.05.2023 13:54
Bakının inkişaf tarixi haradan başlayır? Müxtəlif dövrlərdə Bakının siması necə dəyişib? Bakını digər şəhərlərdən fərqləndirən hansı xüsusiyyətlər var? Növbəti videomuzda Memar Aytac Əkbərli ilə Bakının metamorfozu haqqında danışmışıq.
Azərbaycanda qanunvericiliyin biznesə təsiri | Zalbəy Ağadadaşov 19.05.2023 25:26
Azərbaycan qanunvericiliyi sahibkarlıq üçün müasir tələblərə cavab verirmi? Bizneslər hüquqi cəhətdən hansı problemlərlə üzləşirlər? Bu sahədə atılmalı olan ilkin addımlar nələrdir? Turan Legal and Tax Services şirkətinin direktoru Zalbəy Ağadadaşovla söhbətimizi izləyə bilərsiniz
Karbon emissiyasının azaldılması üçün siyasət həlləri | Səriyyə Heydərova 17.05.2023 13:55
Qlobal istiləşməyə və iqlim böhranına nə səbəb olur? Karbon vergisi nədir və nə üçün əhəmiyyətlidir? Karbon emissiyasının azaldılması üçün mövcud siyasət həlləri hansılardır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbright təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.
Rusiyaya qarşı olan sanksiyaların Azərbaycan iqtisadiyyatına təsiri | İbrahim Niftiyev 15.05.2023 10:36
Ukraynaya qarşı müharibəyə cavab olaraq Rusiyaya tətbiq edilən sanksiyalar üçüncü ölkələrin iqtisadiyyatına necə təsir edir? Azərbaycan bu sanksiyalardan necə təsirlənib? İqtisadçı İbrahim Niftiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Vətəndaşın dövlət orqanına müraciəti və inzibati mübahisələr | Riçard İsmayılov 12.05.2023 19:29
Dövlət orqanlarına müraciətlə bağlı nələri bilməliyik? Daha operativ və effektiv fəaliyyət üçün inzibati icraatla bağlı qanunvericilikdə nələr dəyişməlidir? Vəkil Riçard İsmayılovla vətəndaşın dövlət orqanına müraciəti və inzibati mübahisələr haqqındakı videomuzu izləyə bilərsiniz.
Teatr və müasir texnologiyalar - o əjdahadan bizdə niyə yoxdur? | Elçin Cəfərov 10.05.2023 18:45
Rəqəmsal texnologiyaların teatra tətbiqi mümkündürmü? Bununla bağlı dünyada hansı nümunələr var? Növbəti videomuzda sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovla teatr və müasir texnologiyalar haqqında danışmışıq.
Metro - ən bahalı nəqliyyat infrastrukturu | Azər Axundov 08.05.2023 14:00
Bakı metrosunda ən çox rast gəlinən problemlər hansılardır? Metroda sıxlıq problemini aradan qaldırmaq üçün hansı mümkün həll yolları var? Növbəti videomuzda inşaat mühəndisi, müstəqil tədqiqatçı Azər Axundovla metro - ən bahalı nəqliyyat infrastrukturu haqqında danışmışıq.
İnsan inkişafı nədir və ya innovasiyaların bünövrəsində nə dayanır? | Şəbnəm Məmmədova 05.05.2023 19:11
İnsan inkişafının mahiyyəti nədir və niyə vacibdir? Azərbaycanda insan inkişafı ilə bağlı vəziyyət nə yerdədir? İnsan inkişafının sürətli və dayanıqlı aparılması üçün hansı mexanizmlər lazımdır? SmartNation platformasının rəhbəri Şəbnəm Məmmədova ilə söhbətimizi izləyə bilərsiniz.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya | Şəhla İsmayıl 03.05.2023 18:44
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiyanın (CEDAW) əsas prinsipləri nələrdir? Bu konvensiya ilə bağlı Azərbaycan hökumətinin üzərinə hansı öhdəliklər düşür? Şəhla İsmayılla söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Erkən yaş dövründə Autizm Spektr Pozuntusu | Aynur Hüseynli 01.05.2023 29:03
Autizm Spektr Pozuntusu nədir? Autizmlə bağlı səhv bilinən hansı miflər var? Autizmə erkən müdaxilə nə üçün vacibdir? Növbəti videomuzda Autizm Erkən Müdaxilə mərkəzinin təsisçisi Aynur Hüseynli erkən yaş dövründə Autizm Spektr Pozuntusu haqqında çıxış edib.
Statistika və onun tətbiqləri | Məhəmməd Şirinov 28.04.2023 11:02
Statistikanın hansı tətbiq növləri var? Müasir dövrdə statistik biliklərə sahib olmaq nə üçün vacibdir? Stanford universitetinin menecment elmləri və mühəndisliyi fakültəsinin magistr tələbəsi Məhəmməd Şirinovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Türkiyədə seçkilər, Azərbaycanla münasibət və Ərdoğan faktoru | Şahin Cəfərli 26.04.2023 25:59
Türkiyədəki seçkilərdə iqtidar dəyişikliyi baş verərsə, Türkiyənin Azərbaycanla bağlı xarici siyasətinə necə təsir edəcək? Müxtəlif ideologiyalara sahib partiyaların bir ittifaqda birləşməsi gələcəkdə riskli ola bilərmi? Siyasi şərhçi Şahin Cəfərli ilə söhbətimizi izləyə bilərsiniz.
Finlandiya universitetlərində tələbəyə olan yanaşma | Ayaz Kərimov 24.04.2023 15:42
Finlandiya universitetlərinin tələbələrə yanaşması necə fərqlənir? Dərs prosesində tələbələr necə dəyərləndirilir? Dərs zamanı hansı dəyərləndirmə metodlarından istifadə edilir? Jyvaskyla Universitetinin tədqiqatçısı Ayaz Kərimovu dinləyərək öyrənə bilərsiniz.
İnflyasiya: görünən və görünməyən tərəflər | Azər Mehtiyev 21.04.2023 31:17
İnflyasiya prosesinin mahiyyəti və yaranma səbəbləri nələrdir? İnflyasiya hansı sosial-iqtisadi nəticələrə gətirib çıxarır? İnflyasiyanın elan olunan göstəriciləri reallığı əks etdirirmi? İqtisadçı Azər Mehtiyevin çıxışını izləyərək öyrənə bilərsiniz.
”Ərizəni yaz, çıx” deyiləndə işçi nə etməlidir? | Araz İsmayılov 19.04.2023 18:09
Hansı hallarda işçilərin əmək müqaviləsinə xitam verilə bilər? Ərizə yazaraq işdən çıxarılmağa məcbur edilən işçilər hansı hüquqi yollara baş vura bilər? Hüquqşünas Araz İsmayılovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Azərbaycan filminin inkişafı və ya dövlət nə etməməlidir? | Hacı Səfərov 17.04.2023 28:41
Azərbaycanda film çəkmək üçün hansı mexanizmlər var? Film sektorunda dövlətin rolu nədən ibarətdir? Kinoteatrlar film sənayesinin inkişafına töhfə verə bilirmi? Kinotənqidçi Hacı Səfərovla Azərbaycan filminin inkişafı və ya dövlət nə etməməlidir mövzusunda söhbət etmişik.
”Zərdabinin iddiası çox böyük idi. O, hər şeyi dəyişmək istəyirdi” | Rəhman Bədəlov 14.04.2023 30:23
“Zərdabinin iddiası çox böyük idi. O, hər şeyi dəyişmək istəyirdi. Əkinçi yeganə qəzetimizdir ki, hamımızı qucaqladı. Bizdə sonra elə bir qəzet olmayıb.” Növbəti videomuzda mədəniyyətşünas Rəhman Bədəlovla söhbət etmişik.
Sənaye və mədəniyyət irsi obyektlərinin qorunması və yenidənqurulması | Bayram Axundov 12.04.2023 27:27
Sənaye və mədəniyyət irsi obyektlərinin qorunması nəyə görə vacibdir? Bu gün sənaye və mədəniyyət irsi obyektlərini necə istifadə edə bilərik? Dünya təcrübəsində buna dair hansı maraqlı nümunələr var? Urbanist-tədqiqatçı Bayram Axundovun çıxışını izləyərək öyrənə bilərsiniz.
Təhsildə emosional tərbiyə | Sura Ağaverdiyeva 10.04.2023 16:02
Emosional tərbiyə nə deməkdir və nə üçün əhəmiyyətlidir? Emosional tərbiyəni uşaqlara necə aşılamaq mümkündür? Müəllimlərin burada rolu nədən ibarətdir? Erkən təhsil mütəxəssisi Sura Ağaverdiyeva ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.
Valideynlik hüquqları haqda bilməli olduqlarımız | Könül İsgəndərli 07.04.2023 22:54
Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırıla bilər? Valideynlik hüququndan məhrum olunmuş şəxslərin öhdəlikləri varmı? Valideynlik hüquqlarının məhdudlaşdırılmasının hansı hüquqi nəticələri var? Vəkil Könül İsgəndərli ilə valideynlik hüquqları barəsində söhbət etmişik.
”Tısbağa Conatanın Macəraları” uşaqlar üçün hekayə kitabı | Mirvari Ağakişiyeva 05.04.2023 10:07
Ritual Mobil Teatr Laborotoriyasının “Tısbağa Conatanın Macəraları” hekayə kitabı uşaqların emosional zəkasına töhfə vermək üçün hazırlanıb. Kitabın hekayə yazarı Mirvari Ağakişiyeva ilə müsahibəmizi izləyərək Tısbağa Conatanla tanış ola bilərsiniz.
Sənədli Teatr: Burada və indi real hekayələr | Aynur Zərrintac 03.04.2023 36:18
Sənədli teatr tamaşaçılara nəyi çatdırmaq istəyir? Ənənəvi teatr tamaşaları ilə sənədli teatr tamaşaları necə fərqlənir? Burada auditoriyanın əhəmiyyəti nədən ibarətdir? Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi, teatr rejissoru Aynur Zərrintacın çıxışını izləyərək öyrənə bilərsiniz.
Artıq çəki, müalicə və qidalanma | Fidan Qulu 31.03.2023 11:58
Piylənmə hansı xəstəliklərə səbəb ola bilər? Piylənmənin qarşısını almaq üçün nə etməli? Növbəti videomuzda endokrinoloq Fidan Qulu ilə artıq çəki, müalicə və qidalanma barəsində danışmışıq.
İqtisadiyyatda Holland Sindromu – xüsusiyyətləri və mübarizə yolları | İbrahim Niftiyev 29.03.2023 22:50
Holland Sindromu nədir və iqtisadiyyata necə təsir edir? Holland Sindromundan qaçmaq mümkündürmü? Bu sindrom Azərbaycan iqtisadiyyatında özünü necə göstərir? İqtisadçı İbrahim Niftiyevlə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Şəhər dizayn kodu nədir və Bakıya nə üçün lazımdır? | Dilqəm İsmayılov 27.03.2023 15:30
Şəhər dizayn kodu nə deməkdir və Bakıya nə üçün lazımdır? Reklam lövhələri şəhərlərin simasına necə təsir edir? Bakıda dizayn kod tətbiq etmək üçün nə lazımdır? Memar Dilqəm İsmayılovla müsahibəmizi izləyərək öyrənə bilərsiniz.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.