Dalğa FM

Dalğa FM

Music AZ ↓ Odcinki: 552

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.spreaker.com

Autor

Dalğa FM

Kategoria

Music

Strona podcastu

www.spreaker.com

Ostatni odcinek

9 paź 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

"Layihəmizlə sübut etdik ki, əsr türkün əsridir". 01.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında  Əməkdar artist, xanəndə Gülüstan Əliyeva və telejurnalist, türkçülüyə həsr olunan layihənin rəhbəri Səidə İbrahimli ilə "Yeni Türkçülük" layihəsindən, layihənin yaranmasından, çəkiliş meydançasında olan maraqlı məqamlardan, türkçülük ideologiyasından, tarixi faktlardan və digər maraqlı məqamlardan bəhs etdik.

Təmirdə düzgün planlaşdırma necə olmalıdır? | Təmir studiyası #3 01.10.2025

"Təmir studiyası"nda qonağımız olan memar Rəna Novruzlu ilə təmir sektorunda memarın vacibliyindən, təmir zamanı tez-tez rast gəlinən planlaşdırma səhvlərindən, dizayn tendensiyalarından və düzgün təmir strategiyalarından bəhs etdik.

Sahibkar uğurlu olmaq üçün biznesə başlamazdan öncə hansı nüansları bilməlidir? I"Biznes inciləri" #4 30.09.2025

"Biznes inciləri" verilişində qonağımız olan Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədir müavini Jalə Əmirbəyova ilə məhsulun keyfiyyətinin önəmindən, biznesə başlamazdan öncə bilinməli olunan nüanslardan, Azərbaycan fermerlərinin əsas güclü tərəflərindən və digər maraqlı məqamlardan bəhs etdik.

"İspaniyada 15 ölkənin iştirak etdiyi festivalda "Qran-pri" mükafatı qazandıq". 30.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında balaban ifaçısı Anar Vəlizadə ilə balabanı dünyada təbliğ edən musiqiçilərdən, "Simurq" və "Kaelvell" qruplarından, "Şərq təranələri" ("Şark taronalari") adlı müsabiqədən bəhs etdik. Həmçinin qonaq ilə "Cornegie Hall"da çıxışı və uğur qazandığı festivallar haqqında da söhbət etdik.

Təmir zamanı düzgün ustanı necə seçək? I Təmir studiyası #2 30.09.2025

“Səhərin Dalğası” verilişinin “Təmir Studiyası” rubrikasında qonağımız olan universal usta Kənan Ağayev ilə təmir zamanı düzgün ustanın seçilməsindən və düzgün büdcə planlaşdırılmasından, təmir üçün lazımi avadanlıqlardan, ustaların ən çox rastlaşdığı problemlərdən və təmirdə ağıllı ev sistemindən bəhs etdik.

"Yalan nədir? Uşaqlar niyə yalan danışırlar?" I Valideyn saatı #10 29.09.2025

"Valideyn saatı" verilişində qonağımız olan psixoloq Ayşən Rəfiyeva ilə uşaqların yalan danışma səbəblərindən, uşaq yalan danışanda valideyn necə reaksiya verməli olduğundan, valideyn yalanının uşağa təsirindən və digər maraqlı məqamlardan bəhs etdik.

"Beynəlxalq kitab sərgisində dünya ölkələrinin müxtəlif nəşriyyatları ən maraqlı və dəyərli əsərlərini stendlərdə təqdim edirlər". 29.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında yazıçı, psixoloq Rövşən Abdullaoğlu ilə XI Bakı Beynəlxalq Kitab Sərgisindən, sərgidə imza günündən, kitabın insan həyatındaki rolundan və kitab sərgisinin keçiriləcəyi məkanlar, tarixlər və mövzulardan danışdıq.

Təmir və dizayn prosesində doğru bilinən yanlışlar | Təmir studiyası #1 29.09.2025

"Təmir Studiyası"nda qonağımız olan interyer-dizayner Rafiq Abbasov ilə ev dizaynında ən çox rast gəlinən trendlərdən, minimum xərclə funksional dizayn keyfiyyətinin mümkünlüyündən, interyer dizaynın insanların ruh halına təsirindən, gələcəkdə ev və ofis interyer dizaynında baş verəcək yeniliklərdən bəhs etdik.

Uşaqlarda emosional intellektin inkişafı I Valideyn saatı #9 26.09.2025

"Valideyn saatı" verilişində "⁠⁠Uşaqlarda emosional intellektin inkişafı" mövzusunun müzakirəsi zamanı uşaqlarda emosional intellektin inkişafının önəmindən, emosional intellekti zəif inkişaf etmiş uşaqlarda düşünmə qabiliyyətindən,valideynlərin uşaqlarında empatiya qurmaq bacarığını neçə yaşdan öyrətməli olmasından və digər maraqlı məqamlardan bəhs etdik. 

"Mən çox xoşbəxtəm ki, dünyanın ən mötəbər festivalı olan Puççini festivalında çıxış etmişəm". 26.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist, opera ifaçısı Afaq Abbasova ilə vokal sənətinin məşhur ifaçıları və vokal ifaçılığı haqqında, opera sənətində önəmli olan keyfiyyətlərdən, səsdən düzgün istifadə qaydasından, Azərbaycan opera günləri və festivallarından danışdıq. Həmçinin qonağımızdan vokal məktəbinin bugünkü ifaçılarına tövsiyələrini dinlədik.

Bakıda parklanma: ayda parkinqə nə qədər pulunuz çıxır? I Səhərin Dalğası #20 26.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız AYNA-nın Media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov ilə ölkədə parklama problemlərindən, parklanmaya xərclənən puldan, ictimai nəqliyyatdakı şikayətlərdən, əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobil saxlayan sürücülərdən danışdıq.

"Əgər sahibkarsansa, mütləq 10 sahəni gözəl bilməlisən" I "Biznes inciləri" #3 25.09.2025

"Biznes inciləri" verilişində qonağımız olan "Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva ilə sahibkarlıq fəaliyyətinə başlayanlar üçün motivasiya mənbəyindən, kadr potensialını genişləndirmək üçün gördüyü işlərdən, sahibkar qadın olmağın çətinliklərindən və digər maraqlı məqamlardan bəhs etdik.

Ailə qurmaq üçün ideal yaş neçədir? I Səhərin Dalğası #19 25.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız psixoloq Günay Kərimi ilə evlilik üçün ideal yaşdan, xəyanətin əsas səbəblərindən, valideyn-övlad münasibətlərindən, münasibətdə bir-birini tanımağın önəmindən, gec yaşda ailə qurmağın fəsadlarından bəhs etdik.

"Cənab Prezidentlə Ağdamdakı görüşümü hər gün qürurla xatırlayıram". 25.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında xanəndə Əhəd Ağayev ilə IX “Muğam” Televiziya Müsabiqəsinin finalı, “Xudayar təsnifi”, Ağdam Muğam Mərkəzinin açılışı, Laçında və digər bölgələrdə keçirilən konsertlərdəki çıxışları haqqında söhbət etdik. Həmçinin qonağımızın canlı ifasında “Güllü qafiyə” mahnısını dinlədik.

⁠Ailə daxili ünsiyyət necə olmalıdır? I Valideyn saatı #8 24.09.2025

"Valideyn saatı" verilişində "⁠Ailədaxili ünsiyyət necə olmalıdır?" mövzusunun müzakirəsi zamanı ailələrdə gündəlik ünsiyyətin önəmindən, sosial media və texnologiyanın ailəiçi ünsiyyətə təsirindən, uşaqlarla hansı yaşdan etibarən “böyük kimi” danışmaq lazım olmasından və digər maraqlı məqamlardan bəhs etdik.

Sənədsiz evlər problemi: həlli gözlənilirmi? I Səhərin Dalğası #18 24.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı ilə sənədsiz evlərin yaranma tarixindən, əmlak amnistisayından, çıxarış və sənədləşdirmə problemlərinin həllindən bəhs etdik.

"Eldar Mansurovun solo konsertimə gəlməyi mənim ən böyük uğurumdur". 24.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Aygün Cahangir ilə sənət fəaliyyətindən, solo konsertlərindən, yeni mahnı layihələrindən və musiqiyə olan sevgidən bəhs etdik.

Uğurlu biznesin konkret formulu varmı? I "Biznes inciləri" #2 23.09.2025

"Biznes inciləri" verilişində qonağımız olan biznesin inkişafı üzrə konsultant Günel İmamova ilə biznes qurarkən maliyyənin önəmindən, uğurlu sahibkar olmaq üçün bilməli olduğumuz  nüanslardan, uğurlu biznesin formulundan və digər maraqlı məqamlardan bəhs etdik. 

Onlayn alış-verişdə istehlakçı hüquqları necə qorunur? I Səhərin Dalğası #17 23.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli ilə istehlakçı hüquqlarının ən çox pozulduğu məqamlardan, zədəli məhsulların geri qaytarılması prosesindən, post terminallarla ödənişdə yaşanan çətinliklərdən, məhsul geri qaytarılan zaman sahibkar ilə müştəri arasında baş verən anlaşılmazlıqlardan danışdıq.

"Hindistanda canlandırdığım kişi obrazı ilə qalib oldum". 23.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında teatr və kino aktrisası Oksana Rəsulova ilə sənət yolundan, rol aldığı filmlərdən, tamaşa və seriallardan, həmçinin uğur qazandığı festival haqqında danışdıq.

Ailədə qida vərdişləri və sağlam həyat tərzi I Valideyn saatı #7 22.09.2025

"Valideyn saatı" verilişində "Ailədə qida vərdişləri və sağlam həyat tərzi" mövzusunun müzakirəsi zamanı uşaqlar üçün qidalanmanın yaş mərhələlərindən, balanslı qidalanmanın tənzimlənməsindən və digər maraqlı məqamlardan bəhs edik, həmçinin bu mövzu ilə bağlı mütəxəssis fikrini dinlədik.

Sürücülər ən çox hansı qaydanı pozurlar? I Səhərin Dalğası #16 22.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız beynəlxalq dərəcəli təlimçi, nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev ilə sürücülərin ən çox pozduğu qaydalardan, zolaqlardakı istiqamətlərdən, dönmə işığının zamanında yandırılmasından, ara məsafəsinin saxlanılmasından, həmçinin piyadalara yol verilməsinin vacibliyindən bəhs etdik.

"Mən sənətə Brilyant xanım və "Qaytağı" ansamblı ilə başladım". 22.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında viola ifaçısı, “Melodiya” instrumental ansamblının rəhbəri Ramin Həsənov ilə viola ifaçılarından, "Qaytağı" ansamblından, sənətə olan sevgidən, musiqi təhsilindən bəhs etdik. Efir zamanı qonağımızın ifasında skripkada "Laçın" ifasını, mahnılarından isə "Miraj" və "Səni sevdim" musiqilərini dinlədik.

Sağlam qidalanmaq nədir? Əməl edə bilirikmi? I Səhərin Dalğası #15 19.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan həkim-diyetoloq, "Qarabağ" FK-nın diyetoloqu İlqar Şamilov ilə sağlam qidalanmağın üsullarından, monoton qidalanmanın orqanizmə təsirlərindən, kalori miqdarından, pəhriz zamanı kofe və çörəyin əhəmiyyətindən bəhs etdik.

Nəsil fərqləri dünyagörüşümüzə necə təsir edir? I Valideyn saatı #6 19.09.2025

"Valideyn saatı" verilişində "Nəsil fərqləri dünyagörüşümüzə necə təsir edir?" mövzusunun müzakirəsi zamanı nəsil fərqlərinin düşüncə tərzimizə təsirindən, nəsillərin xarakterik xüsusiyyətlərindən, yeni nəsil üçün valideynlərin yanaşmasından və digər maraqlı məqamlardan bəhs edik. 

Słuchaj podcastu Dalğa FM w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS