Dalğa FM

Dalğa FM

Music AZ ↓ Odcinki: 552

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.spreaker.com

Autor

Dalğa FM

Kategoria

Music

Strona podcastu

www.spreaker.com

Ostatni odcinek

9 paź 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

"Abşeron kəndlərinin muğam və qəzəldə rolu mövzusunda film çəkirəm". 19.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Yaponiyanın Vaseda Universitetinin dosenti, tar ifaçısı Polina Dessiatnitçenko ilə tar ifaçılığından məşhur tarzənlərdən, tar ilə ilk tanışlıqdan, Vaseda Universitetində muğamlarımızın tədrisi və təbliğindən bəhs etdik, həmçinin qonağımızın tarda canlı ifasında “Reyhan” mahnısını dinlədik.

Rəqəmlər həyatımıza necə təsir? I Səhərin Dalğası #14 18.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan numeroloq Gövhər Sulcan ilə rəqəmlərin sirlərindən, doğum xəritələrinin hesablanmasından, adların mənasından, 18 rəqəminin əhəmiyyətindən bəhs etdik.

"Üzeyir Hacıbəyli ölkəmizdə xoru inkişaf etdirmək üçün xaricdən mütəxəssislər dəvət edirdi". 18.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar müəllim, dirijor Təranə Yusifova ilə Milli Musiqi Günündən, Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyindən, Beynəlxalq musiqi festivalından bəhs etdik. Efirimizdə Cahangir Cahangirov adına xorun solistləri də iştirak etdilər. Solistlərin ifasında "Arşın mal alan" operettasından xor, "Leyli və Məcnun" operasından "Şəbi Hicran"ı dinlədik.

"Valideyinlərin tərbiyəyə müxtəlif yanaşmaları" I Valideyn saatı #5 17.09.2025

"Valideyn saatı" verilişində "Valideyinlərin tərbiyəyə müxtəlif yanaşmaları"  mövzusunun müzakirəsi zamanı valideyn tərbiyəsinin növlərindən, ana və atanın uşaq üzərində təsirindən və digər maraqlı məqamlardan bəhs edik. 

İctimai nəqliyyatdan istifadə edərkən hansı çətinliklərlə qarşılaşırsınız? I Səhərin Dalğası #13 17.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan AYNA-nın İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov ilə ictimai nəqliyyatlarda rast gəlinən çətinliklərdən, vətəndaş şikayətlərindən, marşrutların yenilənmə proseslərindən, rəqəmsal texnologiyaların ictimai nəqliyyata təsirindən, dayanacaqlardan, həmçinin avtobus zolaqlarından bəhs etdik.

"Şuşam" mənim üçün təkcə mahnı yox, böyük əsərdir". 17.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Rilaya ilə "Böyük səhnə" müsabiqəsindəki uğurundan, Madteen ilə duetindən, gələcək layihələrdən, musiqilərdən, sosial şəbəkələrin sənətçi karyerasına təsirindən, həmçinin peşəkar sənətçi olmağın üsullarından danışdıq.

"Mənim ən böyük müəllimim sonuncu səhvimdir" I "Biznes inciləri" #1 16.09.2025

"Biznes inciləri" verilişində qonağımız olan “Friends”in təsisçisi, sahibkar Vəfa İsmayılova ilə uğursuz biznesindən, "Friends"in yaranma hekayəsindən, müəllimlik fəaliyyətindən, səyahətlərinin biznesinə qatdığı yeniliklərdən, xanım sahibkarlara olan məsləhətlərindən və digər maraqlı məqamlardan bəhs etdik. 

"İsveçrədə Montre Caz Festivalında dünya ulduzları ilə çıxışımız mənə nağıl kimi gəlmişdi". 16.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Emiliya Yaqubova ilə sənətdə uğur qazanmağın yollarından, "Karvan"ın 30 illik yubileyindən, Montre Caz Festivalındakı çıxışından və "Avroviziya"da uğurlu olmağın üsullarından bəhs etdik.

Nəyi kreditlə almazlar? I Səhərin Dalğası #12 16.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan iqtisadçı Fuad İbrahimov ilə kreditin ölkə iqtisadiyyatında rolundan, biznes kreditlərindən, düzgün kredit bölgüsündən, "qənaətçilik paradoksu"ndan, kreditlə edilən səyahətlərdən, problemli kreditlərdən, maliyyə savadlılığından, həmçinin kredit götürən zaman diqqət etməli olduğumuz məqamlardan danışdıq.

"Məktəbin ilk günü: duyğular, gözləntilər, çətinliklər" I Valideyn saatı #4 15.09.2025

"Valideyn saatı" verilişində "Məktəbin ilk günü: duyğular, gözləntilər, çətinliklər"  mövzusunun müzakirəsi zamanı uşaqların psixoloji olaraq məktəbə hazırlığından, valideynlərin emosialarını necə idarə etməli olduqlarından, valideyn-müəllim münasibətinin tənzimlənməsindən və digər maraqlı məqamlardan bəhs etdik. 

Distant və əyani təhsil: fərqləri və üstünlükləri nədir? I Səhərin Dalğası #11 15.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan elm və təhsil eksperti Ramiz Fikrətoğlu ilə distant və əyani təhsilin fərqlərindən, gələcək üçün prioritet olan təhsil sistemindən, təhsildə keyfiyyətdən və ilk tədris günü ilə bağlı valideyn və tələbələrə məsləhətlərdən bəhs etdik.

"Festivalın proqramına bütün türkdilli xalqların bəstəkarlarının əsərləri daxildir". 15.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar incəsənət xadimi, musiqişünas, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov ilə Üzeyir Hacıbəylinin yaradıcılığından, dahi bəstəkarın 140 illiyinə həsr olunmuş musiqi festivalından, Üzeyir sənətinin ölməzliyindən, ideallarından, ənənələrindən, həmçinin operettalarından bəhs olundu.

"Müasir dünyada məktəb" I Valideyn saatı #3 12.09.2025

"Valideyn saatı" verilişində qonağımız olan “Landau” məktəbinin korpus rəhbəri Həsənova Gülər hər məktəbin özünə məxsus təhsil proqramından, müəllimlərin dərs planlamalarından, xaricdə olan təhsil sistemindən  və digər maraqlı məqamlardan bəhs etdik.

Gənclərin əmək bazarına inteqrasiyası necə həyata keçirilməlidir? I Səhərin Dalğası #10 12.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan insan resursları üzrə ekspert Arzu Musayeva ilə karyera mərkəzlərindən, insan resurslarının məsuliyyətli tərəflərindən, sahibkar və işçinin iş prinsipləri arasındakı fərqlərdən, CV hazırlayarkən buraxılan səhvlərdən, gənclərdən tələb olunan bacarıqlardan, müasir gənclərin əməkhaqqı gözləntilərindən və ən çox tələbatlı ixtisaslardan danışdıq.

"Uşaqların tədris proqramına mütləq teatr dərsləri əlavə olunsun". 12.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Elnur Hüseynov ilə teatr mədəniyyətindən, yeni mövsümdə Gənc tamaşaçılar teartında təşkil olunacaq tamaşalardan, "Hacı Qara" tamaşasından, film və teatrdakı oyunların fərqlərindən, həmçinin uşaqların maariflənməsində teatrın rolundan bəhs etdik.

Pulumuzu harada saxlayaq və necə artıraq? I Səhərin Dalğası #9 11.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan investisiya və maliyyə üzrə ekspert Nisə Əsgərli ilə pul qazanmağın yollarından, maliyyə savadlılığının artırılmasından, təhlükəsiz yatırım mənbələrindən, ailədə büdcə idarəetməsindən, ən çox edilən maliyyə səhvlərindən, həmçinin pulumuzu artırmağın və saxlamağın yollarından danışdıq.

"Mən özümü "Cahan xala" obrazında çox rahat hiss edirəm" 11.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Respublikası Əməkdar artisti, müğənni Firuzə İbadova, "Şəfəq" teatrının rejissoru Paşa Ağayev, və “Arşın mal alan” tamaşasının bədii rəhbəri Şəfiqə Vəliyeva ilə Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı keçiriləcək tədbirlərdən, teatr mədəniyyətindən, "Arşın mal alan" operasından, "Şəfəq" teatrının quruluşundan və tamaşa saylarından, həmçinin "Cah...

"Ekran vaxtı və rəqəmsal balans" I Valideyn saatı #2 10.09.2025

"Valideyn saatı" verilişində "Ekran vaxtı və rəqəmsal balans" mövzusunun müzakirəsi zamanı valideynlərin bu prosesə necə nəzarət etməli olduqlarından, rəqəmsal platformaların müsbət və mənfi tərəflərindən, "ekransız saat"ın necə düzgün formalaşdırılmasından və digər maraqlı məqamlardan bəhs etdik. 

Bakının inklüzivlik problemi: şəhərimizdə nələr dəyişməlidir? I Səhərin Dalğası #8 10.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ilə piyada keçidlərindən, səki infrastrukturundan, şəhər inklüzivliyindən, ictimai nəqliyyatlarda komfortluq səviyyəsindən, həmçinin yollarda piyadaların üzləşdiyi çətinliklərdən bəhs etdik.

"Mən "Koroğlu" operasında xanəndə qız obrazını canlandıracağam" 10.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyeva ilə  "Koroğlu" operasından, Vahid Əziz ilə duet ifalardan, vokal ifaçılara edilən tövsiyələrdən, Üzeyir Hacıbəyli musiqisindən və sənətkar olmaq üçün bilməli olduğumuz məqamlardan bəhs etdik.

Uşaqlara nəyi öyrətmək vacibdir? I Səhərin Dalğası #7 09.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan “ Bağçam.az ”ın təsisçisi Samirə Dünyamalıyeva ilə uşaqların tərbiyə prosesində ata və ananın rolundan, uşaqlara həmyaşıdları tərəfindən tətbiq edilən təzyiqlərdən, valideynlə uşaqları arasında ünsiyyət bağlarından və uşaqların tərbiyəsi prosesində valideynlərin etməli olduqları məqamlardan danışdıq.

"Azərbaycanın xalq rəqsi "Uzundərə"ni mən yeni quruluşda Qarabağda səhnəyə qoymuşam" 09.09.2025

"Sənətin səsi" verilişinin buraxılışında Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə ilə rəqslərimizdəki milli adətlərimizdən, milli musiqilərdən, folklordan və rəqslərimizdəki ritmin əhəmiyyətindən bəhs etdik.

"Ailədə ata və ananın rolu" I Valideyn saatı #1 08.09.2025

"Valideyn saatı" verilişinin ilk buraxılışında "Ailədə ata və ananın rolu" mövzusunun müzakirəsi zamanı uşağın formalaşmasından, bu prosesdə valideynlərin balanslı rolundan, uşaqlarda daxili hörmətin yaradılmasından və digər maraqlı məqamlardan bəhs etdik.

"Habil müəllimin ifa etdiyi bütün muğamlar bir çox kamança ifaçıları üçün böyük bir məktəbdir" 08.09.2025

"Sənətin səsi" verilişində Azərbaycan Respublikasının Əməkdar artisti, kamança ifaçısı Elnur Əhmədov ilə Azərbaycan Xalq artisti, görkəmli kaman ustası Habil Əliyevin zəngin yaradıcılığından, onunla başlayan yaradıcılıq yolundan bəhs etdik. Onun kaman sənətinə verdiyi əvəzsiz töhfələrdən, sənətkar kimi yetişdirdiyi nəsillərdən, milli musiqimizin təbliğindəki misilsiz rolundan danışdıq. Eyni zamand...

Sosial şəbəkələrdəki dezinformasiyalara qarşı necə mübarizə aparaq? I Səhərin Dalğası #6 08.09.2025

"Səhərin Dalğası" verilişində qonağımız olan jurnalist, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov ilə sosial şəbəkələrdəki dezinformasiyalardan, bu dezinformasiyalarla mübarizə üsullarından, "fake" xəbər başlıqlarından, media və informasiya "gigiyena"larından, informasiya tələlərinə düşməmək üçün diqqət etməli olduğumuz məqamlardan bəhs etdik.

Słuchaj podcastu Dalğa FM w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS