Dalğa FM

Dalğa FM

Music AZ ↓ 513 episodes

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Author

Dalğa FM

Category

Music

Podcast website

www.spreaker.com

Latest episode

Jul 10, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

Rasim Qurbanovun çoxşaxəli yaradıcılıq dünyası I Sənətin səsi 10.07.2026

"Sənətin səsi"nin qonağı çoxşaxəli yaradıcılığı ilə seçilən rəssam, dizayner, şair və musiqiçi Rasim Qurbanov oldu. Verilişdə qonağımızın incəsənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq yolu, rəssamlıq və dizayn sahəsindəki fəaliyyəti, poeziyaya və musiqiyə olan sevgisi, ilham mənbələri, həyata keçirdiyi layihələr və gələcək planları barədə söhbət etdik.

Azərbaycanda moda biznesi: Fürsətlər və çətinliklər | Günel Hüseynli I Biznes inciləri 09.07.2026

"Biznes inciləri" verilişinin qonağı “The Soft Speak” markasının təsisçisi və dizayneri Günel Hüseynli oldu. Verilişdə moda sahəsində sahibkarlığın inkişafı, şəxsi brend yaratmağın incəlikləri, dizayn prosesinin mərhələləri və yerli moda sektorunda qarşıya çıxan imkanlar və çətinliklər barədə söhbət etdik.

Araz İmanov musiqiyə necə başladı? I Sənətin səsi 09.07.2026

"Sənətin səsi" verilişinin qonağı musiqiçi Araz İmanov oldu. Verilişdə onun musiqiyə gəliş yolu, yaradıcılıq fəaliyyəti, ifaçılıq təcrübəsi, ilham aldığı məqamlar barədə danışdıq. Həmçinin sənətə baxışı, səhnə xatirələri barədə də söhbət etdik.

Atanın uşağın həyatındakı rolu I Valideyn saatı 08.07.2026

"Valideyn saatı" verilişinin qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov ilə ailədə atanın məsuliyyəti, övlad tərbiyəsində ata nümunəsinin əhəmiyyəti, ata-övlad münasibətlərinin möhkəmləndirilməsi yolları haqqında danışdıq.

Simarə İmanovanın sənət yolu və muğam yaradıcılığı I Sənətin səsi 08.07.2026

"Sənətin səsi" verilişinin qonağı xanəndə, Xalq artisti Simarə İmanova ilə sənətkarın muğam yaradıcılığına uzanan yolu, illər ərzində qazandığı uğurlar, milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, eləcə də yaradıcılığındakı yeniliklər barədə söhbət etdik.

Diksiya və ünsiyyət uğura necə təsir edir? I Biznes inciləri 07.07.2026

"Biznes inciləri" verilişinin qonağı "MentaLogical Academy"nin rəhbəri, diksiya və ünsiyyət bacarıqları üzrə mütəxəssisi Şəfiqə Xaliqova oldu. İşgüzar ünsiyyətdə ən çox edilən səhvlər, rəhbərlik və komanda münasibətlərində effektiv kommunikasiya, şəxsi brendin formalaşmasında nitqin əhəmiyyəti, sosial şəbəkələrdə və media qarşısında uğurlu çıxışın incəlikləri, eləcə də bu sahədə peşəkar inkişaf üç...

Zülfiyyə Qurbanova ilə teatr, sənət və səhnə həyatı haqqında I Sənətin səsi 07.07.2026

"Sənətin səsi" verilişinin qonağı Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova ilə sənətə gəlişindən, ilk səhnə təcrübələrindən, Bakı Bələdiyyə Teatrında keçdiyi yaradıcılıq yolundan və peşəsinin görünməyən tərəflərindən danışdıq.

Ayaz Qasımov: Sevilən mahnıların hekayələri I Sənətin səsi 06.07.2026

"Sənətin səsi" verilişində qonaq olan Ayaz Qasımov ilə sevilən ifaları, musiqi yaradıcılığı ətrafında söhbət etdik. Həmçinin, o, repertuarında xüsusi yer tutan mahnıların hekayələri, hər mahnıya yanaşma tərzi barədə danışdı.

Mikrorayon serialı: kamera arxası və gələcək planlar I Sənətin səsi 03.07.2026

"Sənətin səsi" verilişində"Mikrorayon" serialının baş prodüseri Sevinc Əliyeva, aktyorlar Orxan İskəndərli və Elşən Əskərov ilə serialın ərsəyə gəlmə prosesi, canlandırdıqları obrazlar və gələcək yaradıcılıq planları barədə söhbət etdik.

Sahibkarlıq yolunda çətinliklər və uğurlar: "iCheck Medical"ın təsisçisi Leyla Orucova I Biznes inciləri 02.07.2026

"Biznes inciləri" verilişinin qonağı "iCheck Medical" tətbiqinin təsisçisi Leyla Orucova ilə "iCheck Medical" tətbiqinin yaranma ideyası, istifadəçilərə təqdim etdiyi imkanlar, tibbi xidmətlərin daha əlçatan və rahat olmasına verdiyi töhfə, eləcə də sahibkarlıq yolunda qarşıya çıxan çətinliklər və əldə olunan uğurlar barədə danışdıq.

Fərqanə Qasımova ilə "Ana" layihəsi və milli musiqimizin gələcəyi I Sənətin səsi 02.07.2026

"Sənətin səsi"nin qonağı xanəndə, Əməkdar artist Fərqanə Qasımova ilə milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, "Ana" layihəsi, eləcə də yeni layihələri barədə söhbət etdik.

Camal Qasımov — "Sanremo Junior" Uğuru və Yaradıcılıq Yolu I Sənətin səsi 01.07.2026

"Sənətin səsi"nin qonağı gənc ifaçı, "Sanremo Junior" beynəlxalq mahnı və musiqi müsabiqəsində Azərbaycanı uğurla təmsil edən Camal Qasımov oldu. Verilişdə Camal Qasımovun musiqiyə ilk addımları, beynəlxalq səhnədə qazandığı təcrübə, "Sanremo Junior" müsabiqəsində yaşadığı anlar, gələcək yaradıcılıq planları haqqında danışdıq.

Gülər Əmirahova: Memarlıqdan biznesə gedən uğur yolu I Biznes inciləri 30.06.2026

"Biznes inciləri" verilişinin qonağı memar, "Flax Project" şirkətinin təsisçisi və rəhbəri Gülər Əmirahova ilə memarlıq sahəsində uğurlu karyera qurmağın sirlərindən, yaradıcılıqla biznesin vəhdətindən, öz brendini formalaşdırmaq yolunda atdığı addımlardan danışdıq.

Aktyor Səfa Mehdi: Yaradıcılıq yolu, teatr və kino haqqında I Sənətin səsi 30.06.2026

"Sənətin səsi" verilişinin qonağı aktyor Səfa Mehdi oldu. Söhbət zamanı onun sənətə gəliş yolundan, teatr və ekran fəaliyyətindən, rol aldığı layihələrdən, yaradıcılıq axtarışlarından danışdıq.

Uşağın inkişafı və sağlamlığı: Pediatr məsləhətləri I Valideyn saatı 29.06.2026

"Valideyn saatı"nın qonağı fəlsəfə doktoru, pediatr, "Boston Children's Hospital"ın "Developmental Pediatrics" şöbəsində elmi işçi Ülviyyə Aslanova ilə uşaqların fiziki və nevroloji inkişaf mərhələləri, erkən inkişafın qiymətləndirilməsiı, qidalanma, yuxu rejimi, immunitetin gücləndirilməsi, tez-tez rast gəlinən uşaq xəstəlikləri, profilaktik müayinələrin əhəmiyyəti haqqında danışdıq.

Xalq artisti Nəzakət Teymurova: Yaradıcılıq yolu və milli musiqimizin təbliği I Sənətin səsi 29.06.2026

"Sənətin səsi" verilişində qonaq olan xanəndə, Xalq artisti Nəzakət Teymurova ilə yaradıcılıq yolu, səhnə fəaliyyəti, yaddaqalan obrazları, eləcə də milli musiqimizin ölkəmizdə və xaricdə təbliği istiqamətində gördüyü işlər barədə söhbət etdik.

Hobbidən brendə: “Resm Jewelry” necə yarandı? I Biznes inciləri 25.06.2026

"Biznes inciləri" verilişinin qonağı Rəsminə Qürbətova – “Resm Jewelry” brendinin təsisçisi ilə zərgərlik sənətinə olan marağın uğurlu biznesə çevrilməsi, yerli brendin formalaşma prosesi, müasir dövrdə əl işlərinin bazardakı rolu və sahibkarlıq yolunda qarşıya çıxan çətinliklərdən danışdıq. Həmçinin “Resm Jewelry” brendinin yaranma hekayəsi, fərqləndirici xüsusiyyətləri, müştəri məmnuniyyətinin t...

Azərbaycan Muğamının İnkişafı: Qəzənfər Abbasov Danışır I Sənətin səsi 25.06.2026

"Sənətin səsi" verilişinin qonağı xanəndə və Əməkdar müəllim Qəzənfər Abbasov ilə qonağımızın sənət yolu, muğam ifaçılığı sahəsində qazandığı uğurlar, pedaqoji fəaliyyəti və Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söhbət açdıq.

Vətənpərvərlik uşaqlarda necə başlayır? I Valideyn saatı 24.06.2026

“Valideyn saatı” verilişində hərbi ekspert Emin Həsənli ilə uşaqlarda vətənpərvərlik ruhunun formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti barədə söhbət apardıq. Verilişdə valideynlərin bu istiqamətdə üzərinə düşən vəzifələr, eləcə də gələcək nəslin vətənə bağlı, məsuliyyətli və fəal vətəndaş kimi yetişdirilməsi mövzularını da müzakirə etdik.

Aynur İsgəndərli: Hərbi Orkestrin səsi və vətənpərvərlik ruhu I Sənətin səsi 24.06.2026

“Sənətin səsi” verilişinin qonağı Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Aynur İsgəndərli ilə hərbi orkestrin fəaliyyəti, vətənpərvərlik ruhunu aşılayan musiqi nümunələri, səhnə təcrübəsi və sənət yolunda qazandığı uğurlar barədə söhbət apardıq.

Müştəri məmnuniyyəti biznesi necə böyüdür? I Biznes inciləri 23.06.2026

"Biznes inciləri" verilişinin qonağı “Premium Beauty”nin təsisçisi Münəvvər Mustafayeva ilə gözəllik və xidmət sektorunda uğurlu biznes qurmağın sirrləri, brend yaratmaq prosesində qarşıya çıxan çətinliklər, müştəri məmnuniyyətinin əhəmiyyəti və sahibkarlıq fəaliyyətində innovativ yanaşmalar haqqında danışdıq. Qonağımız öz biznes yolundan, qazandığı təcrübədən və gələcək hədəflərindən bəhs etdi.

Dublyajın görünməyən tərəfləri: Nəzakət və Rövşən Məmmədlilərlə səmimi söhbət I Sənətin səsii 23.06.2026

"Sənətin səsi" verilişinin qonaqları aktrisa və dublyaj rejissoru Nəzakət Məmmədli, aktyor və dublyaj prodüseri Rövşən Məmmədli ilə sənətə gəliş yolu, dublyaj sahəsində qazandıqları təcrübə, bu peşənin görünməyən tərəfləri, eləcə də yaradıcılıq münasibətləri haqqında söhbət etdik

Uşaqlar və imtahan həyəcanı I Valideyn saatı 22.06.2026

"Valideyn saatı" verilişində qonaq psixoloq, NLP Master Elmir İsgəndərov ilə imtahan həyəcanının yaranma səbəbləri, onun uşaqlarda özünəinam və nəticələrinə təsiri, eləcə də valideynlərin bu prosesdə rolu barədə müzakirə etdik. Qonağımız, həmçinin imtahan stressinin idarə olunması üçün psixoloji üsullar, uşaqlara dəstək yolları barədə valideynlərə faydalı tövsiyələr verdi.

Azərbaycan Operası Dünyaya Necə Tanıdılır? İlham Nəzərov I Sənətin səsi 22.06.2026

"Sənətin səsi" verilişində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, opera ifaçısı və pedaqoq İlham Nəzərov ilə musiqi yaradıcılığı, opera sənətinin incəlikləri, milli və dünya musiqisinin sintezi, beynəlxalq səhnələrdə qazandığı uğurlar və pedaqoji fəaliyyəti barədə söhbət apardıq. Verilişdə, həmçinin gənc musiqiçilərin yetişdirilməsi, Azərbaycan musiqisinin təbliği istiqamətində görülə...

Ata və övlad münasibətləri 19.06.2026

"Valideyn saatı" verilişinin qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasətçi Amid Əliyev və qızı Gültac Əliyeva ilə ata və övlad münasibətlərinin müxtəlif tərəfləri barədə söhbət apardıq. Qonaqlarımız ailədə sevgi və hörmət mühitinin yaradılması, övladların tərbiyəsində atanın rolu, nəsillər arasında dialoqun qurulması, eləcə də bir-birini anlamağın əhəmiyyəti ilə bağlı danışdılar.

Listen to the Dalğa FM podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.