Dalğa FM

Dalğa FM

Music AZ ↓ Odcinki: 552

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.spreaker.com

Autor

Dalğa FM

Kategoria

Music

Strona podcastu

www.spreaker.com

Ostatni odcinek

9 paź 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

“Qələbədən sonra Şuşada, Cıdır düzündə ilk çıxış edənlərdən biri mən idim” 14.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist, xanəndə Almaz Orucova ilə ustadı, böyük müğənni Şövkət Ələkbərova ilə olan xatirələrdən,  Şuşada Xarıbülbül Festivallarındakı yadda qalan çıxışlarından, xanəndəlik sənətinin incəliklərindən və digər maraqlı məqamlardan bəhs etdik.

"Ailədaxili mübahisələr" I Valideyn saatı #15 13.10.2025

"Valideyn saatı" verilişində qonağımız olan “Beauty” və “lifestyle” influenser Nərmin Məmmədova ilə ⁠"Ailədaxili mübahisələr" mövzusunun müzakirəsi zamanı münaqişədə “sakitləşmə və barışmaq" prosesindən, uşağa valideynlər arasında fikir ayrılığının düzgün formada izahından, mübahisələrin uşağın yanında aparılmamalı olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.

"Özümü bütün janrlarda sınamışam" 13.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında vokalçı, Rəşid Behbudov adına MahnıTeatrının solisti, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Aynur İsgəndərli ilə kaman ifaçılıq sənətindən,  Mahnı Teatrının yeni mövsümdə keçirdiyi yeni layihələrdən, təşəbbüskarı olduğu üçlükdən və digər maraqlı məqamlardan bəhs etdik. 

"Uşaqlar və onların seçim imkanı" I Valideyn saatı #14 10.10.2025

"Valideyn saatı" verilişində "Uşaqlar və onların seçim imkanı"  mövzusunun müzakirəsi zamanı uşaqlara seçim haqqı verməyin vacibliyindən, uşaqlara hansı yaş aralığında seçim haqqı verməli olduğumuzdan, aşırı seçim haqqı verdikdə onların ərköyünləşməsindən və digər maraqlı məqamlardan bəhs etdik.

Müasir tikinti layihələrində memarın rolu dəyişibmi? | Təmir studiyası #10 10.10.2025

"Təmir studiyası"nda qonağımız olan memar Sevda Süleymanova ilə memarlıqda müasir üslubla milli elementləri birləşdirməkdən, ən çox qarşılaşdığı layihə xətalarından, şəhərsalma baxımından Bakıdakı ən böyük problemlərdən və digər maraqlı məqamlardan bəhs etdik.

“Zülfiyyə Xanbabayevanın mənə duet təklif eləməsi mənə çox təsir etmişdi” 10.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında  müğənni və  bəstəkar Cavid Məmmədov ilə sənətdə fəth etmək istədiyi zirvədən, müharibə illərində təsəlli verən “Qarabağdan salam var” mahnısından, Zülfiyyə Xanbabayeva  ilə uğurlu iş birliyindən, bəstələdiyi mahnılardan və digər maraqlı məqamlardan bəhs etdik.

"Bir şirkətin beynəlxalq bazara çıxması üçün nə etməsi lazımdır? I"Biznes inciləri" #7 09.10.2025

"Biznes inciləri" verilişində qonağımız olan "Bloom Group" marketinq agentliyinin təsisçisi Səbinə Pərvizi ilə beynəlxalq bazarda fəaliyyət göstərmək üçün "Bloom Group"un gələcək planlarından, xanım sahibkar olaraq qarşılaşdığı maneələrdən  və digər maraqlı məqamlardan bəhs etdik. Qonağımız, həmçinin Azərbaycanda biznes qurmaq istəyən gənclərə marketinq baxımından ilkin tövsiyələr verdi. 

"Xəyyam Mirzəzadə öz prinsiplərindən heç vaxt kənara çıxmırdı" 09.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında musiqişünas, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə ilə Xalq artisti Xəyyam Mirzəzadənin 90 illik yubileyindən, bəstəkarın sənət yolundan, yaradıcılığından, kinoya olan münasibətindən və digər maraqlı məqamlardan bəhs etdik.

Dizaynın tətbiq olunması prosesinə başlayarkən ilkin olaraq nədən başlamaq vacibdir? | Təmir studiyası #9 09.10.2025

"Təmir studiyası"nda qonağımız olan tikinti işlərinin rəhbəri, prorab Nurəddin Behbudov ilə evin istilik təchizatı sistemlərinin quraşdırılmasından, təmir prosesində ən çox qarşılaşılan problemlərdən, bu problemlərin həllərindən və digər maraqlı məqamlardan bəhs etdik.

"Ailə büdcəsi- Maliyyə savadlılığı" I Valideyn saatı #13 08.10.2025

"Valideyn saatı" verilişində qonağımız olan "Developia Engineering Academy" MMC-nin icraçı direktor Cəfərzadə Şamxal ilə ⁠"Ailə büdcəsi- Maliyyə savadlılığı" mövzusunun müzakirəsi zamanı maliyyə savadlılığının mənasından, uşağın maliyyə düşüncəsinə təsir edən əsas nüanslardan, ailədə büdcə planı hazırlamağın uşağa verdiyi həyat dərsindən və digər maraqlı məqamlardan bəhs etdik.

"Sənətdə nəzəriyyə təcrübədən daha önəmlidir" 08.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında aktrisa, müğənni Gültac Əlili ilə yeni mövsümdə olacaq tamaşalardan və yeni layihələrdən, Laçın və Şuşa çəkilişlərindən, sənətdə önəmli olan keyfiyyətlərdən və digər maraqlı məqamlardan bəhs etdik.

Dizayn zövq, yoxsa funksionallıq üzərində qurulmalıdır? | Təmir studiyası #8 08.10.2025

"Təmir studiyası"nda qonağımız olan interyer-dizayner Fatimə Quliyeva ilə “smart home” sistemləri, yeni işıqlandırma texnologiyalarının dizayna inteqrasiyasından, Azərbaycanda insanların interyer-dizayna yanaşmasından, rəng seçiminin insanın ruh halına təsirindən və digər maraqlı məqamlardan bəhs etdik. 

"Turizm agentliyini risksiz biznes qrupuna daxil etmək olarmı?" I"Biznes inciləri" #6 07.10.2025

"Biznes inciləri" verilişində qonağımız olan  "Asfly" şirkətinin təsisçisi Sürəyya Axundova ilə “travel” şirkəti açmaq qərarından, turizm agentliyi açmaq üçün sahibkarın bilməli olduğu vacib nüanslardan, viza almaqda çətinlik yaradan amillərdən  və digər maraqlı məqamlardan bəhs etdik. 

“Biz Yaponiyada çalışdıq ki, öz milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi təbliğ edək” 07.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında qonağımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST  İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili departamentinin müdiri Elvin İbrahimov, sosial agent Səbinə Əsgərova və benefisiar Anara Məmmədova oldu.  Buraxılışımızda Mərkəzin üzvlərinin fəaliyyətindən, dünyada təbliğ edən ifaçılarından, Ya...

Azərbaycan ailələrinin ev dekorunda ən çox buraxdığı səhv nədir? | Təmir studiyası #7 07.10.2025

"Təmir studiyası"nda qonağımız olan memar, interyer-dizayner Nübar Həbibova ilə  memarlıq və interyer-dizayn arasında əsas fərqlərdən, ev və ya ofis interyerində ən çox rast gəlinən dizayn səhvlərindən, Azərbaycan ailələrinin ev dekorunda ən çox buraxdığı səhvlərdən və digər maraqlı məqamlardan bəhs etdik. 

"Uşaq kimdir?" I Valideyn saatı #12 06.10.2025

"Valideyn saatı" verilişində "Uşaq kimdir?"⁠ mövzusunun müzakirəsi zamanı uşağın kimliyindən, bu mövzuya Şərq və Qərb yanaşmasından, uşaqla ünsiyyətdə ən çox buraxdığımız səhvlərdən, müasir dünyada uşaqların çox vaxt layihəyə çevrilməsindən və digər maraqlı məqamlardan bəhs etdik.

"Tələbələrimin qəlbində bir taxt qura bilirəmsə, deməli, dünyanın ən dövlətli insanıyam" 06.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar artist Fəridə Məlikova ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr etdiyi əsərlərdən, kaman ifaçılığında etdiyi yeniliklərdən, tələbələri ilə verdiyi solo konsertdən, kaman ifaçılıq sənətinin milli musiqimizdəki rolundan və digər maraqlı məqamlardan bəhs etdik

Divar kağızının keyfiyyətini necə ayırd etmək olar? | Təmir studiyası #6 06.10.2025

"Təmir studiyası"nda qonağımız olan "Euro Decor" mağazasının sahibi İlqar Zeidquliyev ilə divar kağızının keyfiyyətini ayırd etmək üçün diqqət etməli olduğumuz əsas meyarlardan, Azərbaycanda divar kağızı bazarında əsas çətinliklərdən, divar kağızının düzgün yapışdırılması və saxlanması üçün mağazanın müştərilərə verdiyi məsləhətlərdən və digər maraqlı məqamlardan bəhs etdik.

"Müəllim və valideyn münasibəti" I Valideyn saatı #11 03.10.2025

"Valideyn saatı" verilişində qonağımız olan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova ilə müəllim və valideyn arasında anlaşılmazlığın uşaqlara təsirindən, müəllim və valideyn münasibətinin önəmindən, müəllim-valideyn münasibətində ən çox rast gəlinən problemlər və digər maraqlı məqamlardan bəhs etdik.

“Bu festivalda bizim millət vəkillərimiz, nazirlərimiz, komitə rəhbərlərimiz iştirak etdilər, hətta açılışda ombutsmanın çıxışı belə oldu” 03.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında şair, yazıçı İlqar Fəhmi ilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisindən, kitab sərgilərinin əhəmiyyətindən, xaricdən dəvət olunan fəxri qonaqlardan, kitabın, müxtəlif janrlı əsərlərin gənclərin maariflənməsində rolundan və digər maraqlı məqamlardan bəhs etdik.

İnsanın xarakterinə uyğun interyer necə seçilməlidir? | Təmir studiyası #5 03.10.2025

"Təmir studiyası"nda qonağımız olan interyer-stilist Sima Safar ilə evin dəyərini artırmaq üçün ən çox istifadə olunan dizayn dəyişikliklərindən, təmirə ehtiyac qalmadan sadəcə dekorasiya ilə evin görünüşünün dəyişdirilməsindən, insanın xarakterinin interyer-dizayna təsirindən və digər maraqlı məqamlardan bəhs etdik. 

Salon biznesinin idarə olunmasının hansıçətinlikləri var? I"Biznes inciləri" #5 02.10.2025

"Biznes inciləri" verilişində qonağımız olan "Beauttech" gözəllik salonları şəbəkəsinin rəhbəri Elnarə Nəhmedova ilə salon biznesindən,  salon biznesinin asan və çətin tərəflərindən, yerli rəqabətdən və digər maraqlı məqamlardan bəhs etdik.

"Röya və Xəyyamın ifası olan “Sənə ehtiyacım var” mahnısı birinci mənə təklif olunmuşdu” 02.10.2025

"Sənətin səsi" verilişinin buraxılışında müğənni Sevda Yahyayeva ilə yeni mahnısının təqdimatından, Şuşada olan çıxışlarından, xarici ölkələrdəki səfərlərindən, sənətdə vacib olan əsas keyfiyyətlərdən və digər maraqlı məqamlardan bəhs etdik.

Alçıpanla bağlı ən çox rast gəlinən problemlər | Təmir studiyası #4 02.10.2025

"Təmir studiyası"nda qonağımız olan alçıpan ustası Kamran Hüseynov ilə alçıpanla bağlı ən çox rast gəlinən problemlərdən, insanların daha çox hansı məqsədlə alçıpan işlərinə üstünlük verməsindən, hazırda tikinti və təmir bazarında materialların qiymətindən və digər maraqlı məqamlardan bəhs etdik.

"Valideyn-ailə, iş və balans" I Valideyn saatı #11 01.10.2025

"Valideyn saatı" verilişində "Valideyn-ailə, iş və balans"⁠ mövzusunun müzakirəsi zamanı övladı ilə az zaman keçirən valideynin iş yükündən, iş həyatında uğurlu olmağın ailə həyatına necə təsirindən, işləyən valideynlərin uşaqları ilə keyfiyyətli vaxtı necə keçirməli olduqlarından və digər maraqlı məqamlardan bəhs etdik.

Słuchaj podcastu Dalğa FM w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS