akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

No dejes de visitar la web del podcast y apoyar a su creador: akinchi.podbean.com

Autor

akinchi

Categoría

Education

Web del podcast

akinchi.podbean.com

Último episodio

30 de jul. de 2026

¿Dónde escuchar?

Podcasts en la app Replaio Radio Muy pronto

Los podcasts llegarán muy pronto a la app. Instálala ahora y sé el primero en descubrir una forma totalmente nueva de vivir los podcasts

Descárgala en Google Play Instálala gratis Android casi 10 M de descargas · valoración de 4,8 iOS muy pronto

Episodios

Uşağın inkişafında oyunun rolu | Ruhəngiz Əhmədova 07.01.2022

Oyun oynamaq və oyuncaqlar uşaqların inkişafında böyük rol oynayır. Bəs uşaqlara oyuncaq seçərkən nələrə diqqət etmək lazımdır? Uşaq və ailə psixoloqu Ruhəngiz Əhmədova ilə uşağın inkişafında oyunun rolu haqqında söhbət etmişik.

Maliyyə böhranları niyə baş verir? | Əhliman Abbasov 07.01.2022

Maliyyə böhranlarının hansı növləri var? Böhranları proqnozlaşdırmaq mümkündürmü? Böhranlardan yayınmaq olarmı? Qonağımız, iqtisadçı Əhliman Abbasov öz təqdimatında bu suallara cavab verib.

Azərbaycan corabları: İtməkdə olan sənət, yoxsa sosial sahibkarlıq fürsəti? | Tereza Hamlin 07.01.2022

Azerbaijani Socks-un yaradıcısı Tereza Hamlin amerikalıdır və 17 ildir ki, Azərbaycanda yaşayır. O, bu sosial biznesi qurmaqla həm regionlardakı qadınların corab toxuyaraq əlavə gəlir qazanmalarına, həm də bu sənətin itməməyinə çalışır.

Qadınların təşkilatlanması niyə vacibdir? | Gulnara Mehdiyeva 07.01.2022

Gülnara Mehdiyeva deyir ki, icmalar təşkilatlandıqda onların çətinliklərin qarşısında dik duran bir obraz yaranır və bu da özünə hörmət hissini artırır. Qadınların təşkilatlanması niyə vacibdir? Feminist fəal ilə müsahibəmizi izləyərək öyrənə bilərsiniz.

İnnovasiya haqda suallar | Ceyhun Atayev 07.01.2022

Ceyhun Atayevin Azərbaycanda innovasiyalarla bağlı izləyicilərimizə vermək istədiyi bəzi suallar var. 

Azərbaycanda təhsil islahatları | Rüfət Əzizov 07.01.2022

Azərbaycanda təhsil sahəsində hansı islahatlar aparılır və bu islahatların mövcud durumu nədir? Qonağımız Təhsil İnstitutunun direktoru Rüfət Əzizovdur.

Robotlaşmanın gələcək peşələrə təsiri | Nəzrin Əliyeva 07.01.2022

Robotlaşma insan əməyinə necə təsir edəcək? Hansı peşə və ixtisaslar üçün gələcəkdə robotlaşma gözlənilir? Avtomatlaşdırma mühəndisi Nəzrin Əliyeva izah edir.

Memarlıq və mülkiyyət | Urfan Məmmədov 07.01.2022

Növbəti videomuzda memar Urfan Məmmədov memarlıq və mülkiyyət mövzusunda təqdimat edir.

Regionlarda şagirdlərlə tədris prosesi | Günay Rəsulova 07.01.2022

“You Will Speak” tədris mərkəzinin təsisçisi Günay Rəsulova deyir ki, uşaqlar anlamalıdırlar ki, dərslərdə aldıqları qiymətlər heç də önəmli deyil. Bunu başa düşdükləri zaman tədris prosesi onlar üçün daha əyləncəli olacaq.

Dizayn, frilanserlər və yaradıcı mühit | Röyal Paşayev 07.01.2022

Dizayner Röyal Paşayevla Azərbaycanda dizayn sahəsinin mövcud vəziyyəti, onun təkmilləşdirilməsi yolları haqda söhbət etdik.

Ailə institutu, zorakılıq və sığınacaqlar | Zümrüd Yağmur 07.01.2022

Azərbaycanda zorakılığa məruz qalmış qadınlarla bağlı ən böyük problemlərdən biri sığınacaqların az olmasıdır. "Qadın üçün" təşəbbüs qrupunun təsisçisi və yazar Zümrüd Yağmurla ailə institutu, zorakılıq və sığınacaqlar haqqında söhbət etmişik.

Quş müşahidəsi və quşların mühafizəsi | Zülfü Fərəcli 07.01.2022

Bu dəfəki videomuzda quş müşahidəçisi Zülfü Fərəcli ilə quşların eko-sistem üçün faydaları, onların üzləşdikləri təhlükələr və quşların mühafizəsi üçün atılmalı olan addımlar haqqında danışmışıq.

Elm, tədqiqat və universitetlər | Abbas Abbasov 07.01.2022

Elmi tədqiqatlar nə üçün əhəmiyyətlidir və onların məhz universitetlərdə aparılması nə kimi imkanlar yaradır? Növbəti videomuzda Kolumbiya Universitetinin doktorantı Abbas Abbasov ilə bu mövzuda söhbətləşmişik.

Blokçeyn texnologiyası və onun istifadə sahələri | Xeyransa Musayeva 07.01.2022

İnvestisiyalar üzrə analitik Xeyransa Musayeva ilə blokçeyn texnologiyası, onun xüsusiyyətləri və potensial istifadə sahələri haqda söhbət etmişik.

Azərbaycan enerji keçidinə hazırdırmı? | İnqilab Əhmədov 07.01.2022

Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru İnqilab Əhmədov deyir ki, Azərbaycan enerji keçidində konkret hədəflər müəyyənləşdirib, o hədəflərə çatmaq üçün uğurlu idarəetmə mexanizmi qurmalıdır. Azərbaycan enerji keçidinə hazırdırmı? Müsahibəni izləmək üçün keçid edin.

Uşaqların iştirak hüququ | Nərmin Əmirova 07.01.2022

Qanunvericilik uşaqlarla bağlı məsələləri necə tənzimləyir və onların hüquqları necə qorunur? Hüquqşünas Nərmin Əmirova uşaqların iştirak hüququ haqqında danışır.

Şagirdin diqqətinin dərsdə olması üçün nə etməli? | Vəfa Qəhrəman 07.01.2022

Şagirdlərin diqqətinin dərsdə olması üçün nə etmək lazımdır? Qonağımız, təlimçi Vəfa Qəhrəman izah edir.

Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayı | Aygün Azadova 07.01.2022

“Ümumdünya Səhiyyə Təşkilatının bəyanına əsasən, 2020-ci ildə 2.3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulmuşdur, 685 min şəxs xəstəlikdən dünyasını dəyişmişdir.” Molekulyar bioloq Aygün Azadova ilə süd vəzi xərçəngi maarifləndirmə ayı haqqında danışmışıq.

Menstruasiyanı normallaşdıraq | Səadət Abdullazadə 07.01.2022

Menstruasiya haqqında danışılmayan, gizli saxlanılan bir mövzu olduğu üçün onunla bağlı çoxlu miflər, səhv məlumatlar mövcuddur. Tədqiqatçı Səadət Abdullazadə ilə menstruasiyanı normallaşdırmağın yollarından və bu məqsədlə çıxardıqları menstruasiya kitabı haqqında söhbətləşmişik.

Regiondakı qadınlara dəstək üçün nə edilməli? | Ülviyyə Babayeva 07.01.2022

Ülviyyə Babayeva deyir ki, bölgələrdə qadınların toplaşa biləcəyi bir yer yoxdur. Çayxanalar, internet klublar onlar üçün nəzərdə tutulmayıb. Qonağımız bunu nəzərə alıb, Bərdədə qadınların rahat vaxt keçirə biləcəyi bir klub yaradıb. Növbəti videomuz Bərdə Women Club haqqındadır.

Hüquq, ədalət və aktivizm | Lalə Darçınova 07.01.2022

Hüquq həmişə ədalətlidirmi və aktivizm hüququn dəyişməsinə necə təsir göstərib? Mərkəzi Avropa Universitetinin magistranti Lalə Darçınova izah edir.

Binalarda enerji istehlakını necə səmərəli etməli | Könül Şirin 07.01.2022

Könül Şirin deyir ki, Avropa ölkələri ilə müqayisədə Azərbaycanda yaşayış binalarının enerji intensivliyi çox yüksəkdir, bu isə ölkənin ümumi enerji istehlakında böyük yer tutur. Qonağımızla binalarda enerji istehlakını necə səmərəli etməli mövzusunda söhbət etmişik.

Regionlarda gənclərlə sosial iş | Asiman Qocayev 07.01.2022

Asiman Qocayev deyir ki, bəzən insanlar düşünür ki, hansısa bir sahəni yaxşı bilmək o mövzuda uşaqlara və gənclərə təlim keçmək üçün kifayətdir. Lakin bu, belə deyil. Qonağımızla regionlarda gənclərlə sosial iş haqqındakı söhbətimizi izləmək üçün keçid edin.

Məişət tullantıları və təkrar istehsal zənciri | Emin İlyas 07.01.2022

Tullantıların çeşidlənməsi dünya praktikasında uzun müddətdir mövcud olsa da, Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Budəfəki videomuzda Bioropean şirkətinin təsisçisi Emin İlyasla məişət tullantıları və təkrar istehsal zənciri haqqında danışmışıq.

Ekoturizm nədir? | Tural Ömərov 07.01.2022

Ətraf mühitə ən çox ziyan vuran şeylərdən biri də kütləvi turizmdir. Buna alternativ olaraq, regionların yerli təbiətinə və icmasına zərər vurmayan ekoturizm mövcuddur. Tural Ömərov ekoturizmi izah edir.

Escucha el podcast Əkinçi en Replaio

Radio y podcasts en una sola app - gratis y sin registro. Instálala hoy y no te pierdas el estreno

Descárgala en Google Play

Replaio no es editor de podcasts; los nombres de los programas, las portadas y el audio pertenecen a sus autores y se distribuyen a través de canales RSS públicos