akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
No dejes de visitar la web del podcast y apoyar a su creador: akinchi.podbean.com
Autor
akinchi
Categoría
Web del podcast
Último episodio
30 de jul. de 2026
¿Dónde escuchar?
Podcasts en la app Replaio Radio Muy prontoLos podcasts llegarán muy pronto a la app. Instálala ahora y sé el primero en descubrir una forma totalmente nueva de vivir los podcasts
Episodios
STEAM bizə nə vəd edir? | İqrar Nəzərov 21.01.2022 21:53
STEAM təhsil metodu nədir və nəyi hədəfləyir? Bu təhsil metodunun ənənəvi təhsildən üstünlüyü nədədir? "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərovla söhbətimizi izləyərək STEAM-lə yaxından tanış ola bilərsiniz.
Mental sağlamlıq: Davranışlarımız və hisslərimiz | Cəmilə Rəhimli 19.01.2022 37:35
“Günlük yaşamda münasibətlərdəki çətinliklərimiz, problemlərlə mübarizə apara bilməyimiz, özümüzü aktuallaşdırmağımız, bütün bunlar mental sağlamlıq dərəcəmiz artdıqca yaxşılaşır.” Psixoloq Cəmilə Rəhimli ilə mental sağlamlıq, davranışlarımız və hisslərimiz haqqında danışmışıq.
Mediaya inam niyə yoxdur və onu necə bərpa edək? | Seymur Kazımov 17.01.2022 30:54
Kütləvi informasiya vasitələri və məlumatlandırma kanallarına nə üçün etimad edilmir? Etibar və inamı təsis etmək üçün jurnalistlər nə etməlidir? Növbəti videomuzda media eksperti Seymur Kazımov mediaya inamı necə bərpa etməli mövzusunda çıxış edib.
Dərs metodu, resurslar, müəllimlərin təlimi | Günay Rəsulova 14.01.2022 30:28
“Tələbənin dərs prosesində əziyyət çəkdiyi görünürsə, mütləq onu bildirmək lazımdır. Bu, insanla insan arasında gözəl bir siqnaldır ki, mən səni görürəm, mən başa düşürəm sən nələrdən keçirsən.” Günay Rəsulova ilə dərs metodu, resurslar və müəllimlərin təlimi haqqında danışmışıq.
İnklüziv kurikulumun məktəb və siniflərdə dizaynı | Elnara Məmmədova 12.01.2022 19:11
İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova deyir ki, təhsildə bərabər imkanlar yaratmaq üçün uşaqların müxtəlifliyi nəzərə alınmalı və buna uyğun alternativlər təklif olunmalıdır. İnklüziv kurikulumun məktəb və siniflərdə dizaynı haqqında videomuzu buradan izləyə bilərsiniz.
Səhiyyə islahatları və icbari tibbi sığorta | Azər Mehtiyev 10.01.2022 27:21
“Təəssüf ki, Azərbaycanda hələ də səhiyyə qurumları arasında maraqlar, ziddiyət çox güclüdür. Məsələn, Səhiyyə Nazirliyi hələ də səhiyyə siyasətini həyata keçirən əsas qurum olduğunu unudub sanki.” İqtisadçı Azər Mehtiyevlə səhiyyə islahatları və icbari tibbi sığorta haqqında danışmışıq.
“Media haqqında” yeni qanun layihəsi haqqında bilməli olduqlarımız | Ələsgər Məmmədli 07.01.2022 23:58
Son günlər gündəmdə olan əsas mövzulardan biri yeni hazırlanmış “Media haqqında” qanun layihəsidir. Bu qanun layihəsinin əhəmiyyətli məqamları və potensial təsirləri nədən ibarətdir? Hüquqşünas Ələsgər Məmmədlinin bu mövzudakı təqdimatını izləyərək öyrənə bilərsiniz.
Mediasiya nədir və Azərbaycanda necə tətbiq olunur? | Zibeydə Sadıqova 07.01.2022 27:03
Mediasiya nədir və Azərbaycanda necə tətbiq olunur? Mediasiya qanunvericiliyində hansı problemlər var? Vəkil Zibeydə Sadıqova çıxış edir.
Posthumanizm nədir və niyə əhəmiyyətlidir? - Nicat Eldarov 07.01.2022 30:12
“İnsan mərkəzçilik ekoloji böhranların fonunda ekosistemin rifahını ləngidir və istər təbiətdə, istərsə də cəmiyyətdə baş verən güc münasibətlərini dərindən başa düşməkdə maneələr törədir.” Posthumanizm nədir və niyə əhəmiyyətlidir? Tədqiqatçı Nicat Eldarov danışır.
Əmək bazarı, məşğulluq və pensiya | Toğrul Vəliyev 07.01.2022 33:53
“Mərkəzi Bank deyir ki, bahalaşma xaricdən idxal inflyasiyası ilə bağlıdır. Lakin ən yüksək artım yerli məhsul olan tərəvəz məhsullarındadır. Problem bizim daxili iqtisadi münasibətlərdədir.” İqtisadçı Toğrul Vəliyev ilə əmək bazarı, məşğulluq və pensiya haqqında söhbət etmişik.
Yaddaş-Şifahi Tarix və Dağlıq Qarabağ münaqişəsi kontekstində sülh quruculuğu | Bəxtiyar Aslanov 07.01.2022 21:32
Berghof fondunun layihə meneceri Bəxtiyar Aslanov ilə Dağlıq Qarabağ müharibəsindən əziyyət çəkmiş şəxslərin şifahi tarix metodologiyası vasitəsilə hekayələrinin bölüşülməsi və sülh quruculuğu prosesi haqqında danışmışıq.
Dördüncü sənaye inqilabı iqtisadiyyatı necə dəyişdirir? | Təhmasib Əlizadə 07.01.2022 25:52
Dördüncü sənaye inqilabının əsas mahiyyəti və iqtisadi təsirləri nələrdir? Yeni texnologiyalar əmək bazarında bəzi iş yerlərini sıradan çıxara, yeni iş yerləri yarada bilərmi? İqtisadçı Təhmasib Əlizadənin dördüncü sənaye inqilabı haqqındakı çıxışını izləyərək öyrənə bilərsiniz.
Universitet-biznes əməkdaşlığı: tələbələrin təşəbbüskar ruhda yetişdirilməsi | Məhin Cəbrayılova 07.01.2022 17:47
Universitetlərlə bizneslərin əməkdaşlığı bizə nə kimi fayda verə bilər? Tələbələri təşəbbüskar ruhda yetişdirmək nə üçün lazımdır? Tədqiqatçı və UNEC müəllimi Mehin Cəbrayılova bu mövzu haqqında danışır.
Jurnalistika elmi, gənc kadrlar və peşəkar kontent | Seymur Kazımov 07.01.2022 27:44
“Media menecerlərinin peşəkar jurnalist çatışmazlığından şikayət etməyə heç bir haqqı yoxdur. Çünki özləri o mühiti yaratmayıblar.” Budəfəki videomuzda media eksperti Seymur Kazımovla jurnalistika elmi, gənc kadrlar və peşəkar kontent haqqında söhbət etmişik.
Məişət zorakılığı: Qanunvericilik və reallıq | Rövşanə Rəhimli 07.01.2022 35:14
Məişət zorakılığı ilə bağlı atılmalı olan ən vacib addımlar hansıdır? Qonağımız, vəkil Rövşanə Rəhimli ilə qanunvericilik və reallıq haqqında söhbət etmişik.
Həbs olunan şəxslərin görüntülərini yaymaq doğrudurmu? | Fariz Namazlı 07.01.2022 19:16
Həbs olunan şəxslərin mediada görüntülərinin yayılması qanunidirmi? Bu görüntülər cəmiyyət üçün maraqlıdırmı? Belə görüntülər yayıldıqda nə etməli? Hüquqşünas Fariz Namazlının bu mövzudakı təqdimatını izləyə bilərsiniz.
İnklüziv yanaşmanın tarixi | Elnara Məmmədova 07.01.2022 21:31
Elnarə Məmmədova deyir ki, əlilliyi olan şəxslərin qarşılaşdığı çətinliklər onların əlilliklərindən yox, cəmiyyətin yaratdığı bariyerlərlərdən irəli gəlir. Bu dəfəki videomuzda inklüziv yanaşmanın tarixi haqqında danışmışıq.
Qrafik dizayn, Molla Nəsrəddin və rəssamlıq məktəbi | Rəsul Həsən 07.01.2022 33:46
Qonağımız, dizayner Rəsul Həsən deyir ki, Azərbaycanın əsas qrafik dizayn bünövrəsi məhz Molla Nəsrəddindir. Molla Nəsrəddinlə bərabər daha oturuşmuş, rəngli qrafika və illüstratorlar araya girdi və bundan sonra Azərbaycanın rəssamlıq məktəbi formalaşmağa başladı.
Inclusion Festival: Kekalove Adaptive Fashion Show | Məhəmməd Kekalov 07.01.2022 9:06
Sosial sahibkar, “Kekalove Adaptive”-in təsisçisi Məhəmməd Kekalov əlilliyi olan şəxslər üçün moda şousu keçirməyə hazırlaşır. Tədbir 3 dekabr tarixində baş tutacaq.
Azərbaycanda korporativ hüquq | Nail Axundzadə 07.01.2022 26:06
“Hökumət bələdçi qaydalar və korporativ standartlar müəyyən edə bilər. Bu həm qanunvericilik üzərindəki yükü azaldacaq, həm də biznesin inkişafı üçün daha ideal mühit yaradacaq.” Hüquqşünas Nail Axundzadə ilə Azərbaycanda korporativ hüquq haqqında danışmışıq.
Əxlaq fəlsəfəsi nədir? | Tinay Muşdiyeva 07.01.2022 26:54
“Əxlaqçılığı inkar etməyin özü bir əxlaqi mövqedir. Necə yaşamaq lazımdır sualını inkar etmiriksə, avtomatik hər hansı bir əxlaqi mövqedə durmuş oluruq.” Tədqiqatçı Tinay Muşdiyeva ilə əxlaq fəlsəfəsi haqqında söhbət etmişik.
Nəsillər üzrə istehlakçı davranışlarında fərqlər | Vüqar Mehdiyev 07.01.2022 20:37
Baby boomers, Generation X, Millennials, Generation Z, Generation Alpha. Bu nəsillərin hansı xarakterik xüsusiyyətləri var? Bu dəfəki videomuzda Marketoloq Vüqar Mehdiyev müxtəlif nəsillər üzrə istehlakçı davranışlarındakı fərqlər haqqında danışıb.
Uşaqlarla səyahət | Həvva Səfərova 07.01.2022 22:32
Uşaqlarla stressiz səyahət etmək üçün nələrə diqqət etmək lazımdır? Turizmçi-bloger Həvva Səfərova izah edir.
Qadınlara qarşı ayrıseçkiliyin iqtisadi nəticələri | Fərid Mehralızadə 07.01.2022 23:04
“Ölkədə milyonlarla insan əlavə dəyər yaratmaq potensialındadır, amma ayrıseçkilik səbəbindən iqtisadi fəaliyyətə qoşula bilmir. Bu ayrıseçkiliyə ən çox məruz qalan sosial qruplardan biri də qadınlardır.” İqtisadçı Fərid Mehralızadənin təqdimatını buradan izləyə bilərsiniz.
Azərbaycan səhiyyə sisteminin 5 vacib istiqaməti | Tural Qulu 07.01.2022 17:39
“Həyəcan təbili çalınmalı olan məsələ gənc həkimlərin ölkəni tərk etməsidir. Savadlı həkim yetişdirmək çox çətindir və yetişmiş kadrların itirilməsi beyin axınıdır.” İctimai sağlamlıq və səhiyyənin təşkili üzrə mütəxəssis Tural Qulu səhiyyə sisteminin problemləri haqqında danışır.
Podcasts similares
Replaio no es editor de podcasts; los nombres de los programas, las portadas y el audio pertenecen a sus autores y se distribuyen a través de canales RSS públicos