akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: akinchi.podbean.com

Autor

akinchi

Categoria

Education

Site do podcast

akinchi.podbean.com

Último episódio

30 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Niyə uşaqlara erkən yaşdan eksperiment etməyi öyrətməliyik? | İkram Gabiyev 30.07.2026

Süni intellekt dövründə rəqabətdə geri qalmamaq və aktuallığı itirməmək üçün təkcə nəzəri biliklər artıq kifayət etmir. Google şirkətində proqram mühəndisi kimi çalışan İkram Gabiyev hesab edir ki, uşaqlar erkən yaşlardan eksperiment aparmağı, yeni ideyaları sınaqdan keçirməyi və praktik problemləri həll etməyi öyrənməlidirlər. Qonağımız vurğulayır ki, təhsil sistemində robototexnika, proqramlaşdı...

Büdcə planlaması: Xərclərimizi nə qədər düzgün idarə edirik? | Nərgiz Əkbərova 27.07.2026

Peşəkar kouç Nərgiz Əkbərova gəlir və xərcləri düzgün idarə etməyin, eləcə də maliyyə hədəflərinə çatmağın praktik yollarını bölüşür. O deyir ki, büdcə planlaması insanın həyatını məhdudlaşdırmır, əksinə, ona daha çox maliyyə azadlığı qazandırır. Spiker impulsiv alış-verişdən yayınmağın, ehtiyacla istəyi ayırd etməyin və fövqəladə hallar üçün maliyyə ehtiyatı yaratmağın əhəmiyyətini vurğulayır. O,...

Universitetlər arasında daha yaxşı reytinq uğrunda yarış | Cavid Cəfərov 23.07.2026

Breda Universitetinin tədqiqat və strateji inkişaf üzrə mütəxəssisi Cavid Cəfərov qlobal miqyasda rəqabət üzərində formalaşmış ali təhsil ekosistemində universitet reytinqlərinin rolundan danışır. Qonağımız universitet reytinqlərinin müsbət tərəflərini qeyd etməklə yanaşı, bəzi universitetlərin dayanıqlı uğurun əsasını təşkil edən keyfiyyətli tədqiqat, akademik nəşrlər və yüksək səviyyəli təhsilə...

Asılılıq niyə yaranır və ondan qurtulmaq niyə çətindir? | Humay Eminzadə 20.07.2026

Klinik psixoloq Humay Eminzadə asılılığın beyində necə formalaşdığını, onun qərarvermə, emosiyalar və gündəlik həyata təsirini elmi əsaslarla izah edir. Spiker sosial media və telefon istifadəsindən tutmuş münasibət və maddə asılılığına qədər müxtəlif asılılıq növlərinin ortaq mexanizmlərini və risk faktorlarını müzakirə edir. Çıxışda həmçinin asılılığın ailəyə, psixi sağlamlığa və həyat keyfiyyət...

Yumşaq bacarıqların əmək bazarında artan rolu | Jalə Abbasova 16.07.2026

Yeni videomuzda kommunikasiya üzrə ekspert Jalə Abbasova yumşaq bacarıqların gələcəyin ən vacib kompetensiyalarından biri olacağını əsaslandırır. O, texniki biliklərin uğur üçün kifayət etmədiyini, effektiv ünsiyyət, liderlik, empatiya və adaptasiya bacarıqlarının real nəticələri müəyyənləşdirdiyini vurğulayır.  Çıxışda beynəlxalq araşdırmalara əsaslanaraq yumşaq bacarıqların əmək bazarında artan...

Handicraft Baku: Yaradıcı sahibkarları bir araya gətirən məkan | Jalə Nəcəfova 13.07.2026

Handicraft Baku platformasının həmtəsisçisi Jalə Nəcəfova ölkədə yerli brendlərin inkişafı üçün formalaşdırılan dəstək platformasının yaranma hekayəsini bölüşür. O, çıxışında Handicraft-ın kiçik təşəbbüsdən geniş yaradıcı icmaya çevrilməsi, yerli istehsalçıların qarşılaşdığı çətinliklər və onların inkişafı üçün yaradılan imkanlardan danışır. Qonağımız platformanın formalaşdırdığı ekosistemdən, elə...

Mental sağlamlıq: Uşaqları və gəncləri nə qədər eşidirik? | Gülsüm Məmmədova 09.07.2026

Yeni videomuzda uşaqlar və gənclərlə iş üzrə mütəxəssis, mental sağlamlıq üzrə tədqiqatçı Gülsüm Məmmədova uşaqların və gənclərin ailə, məktəb və sosial mühitdə qazandıqları təcrübələrin onların emosional rifahına necə təsir etdiyini izah edir. Qonağımız uzun illərin praktik təcrübəsindən və beynəlxalq elmi tədqiqatlardan əldə etdiyi müşahidələri bölüşərək, uşaqların hisslərini hekayələr, rəsmlər...

Şəhərsalmada təbiət əsaslı həllər | Fidan Namazova 06.07.2026

Urbanizasiya üzrə tədqiqatçı Fidan Namazova şəhərlərin insan həyatına və psixi sağlamlığa təsirindən bəhs edir. O, çıxışında neyrourbanizm, təbiətə əsaslanan həllər, yaşıllıq və parkların insan rifahına təsiri, eləcə də dünyanın uğurlu şəhərsalma nümunələrindən danışır. Fidan Namazova vurğulayır ki, şəhərlər yalnız binalar və yollardan ibarət deyil. Onun sözlərinə görə, düzgün şəhərsalma insanları...

Memarlıqda davamlı materiallar artıq seçim deyil, zərurətdir | Nərmin Qasımova 02.07.2026

Memar-dizayner Nərmin Qasımova iqlim dəyişikliyi və təbii sərvətlərin tükənməsi fonunda memarlıq və dizaynın üzərinə düşən məsuliyyətdən danışır. Qonağımız material seçiminin müasir memarlığın ən vacib qərarlarından birinə çevrildiyini və bunun həm ətraf mühitə, həm də gələcək nəsillərə təsir göstərdiyini vurğulayır. Spiker davamlılığın layihələndirmə prosesinin ilk mərhələsindən nəzərə alınmasını...

Müasirlik və arxaika arasında: XX əsrdə Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər | Elmir Mirzəyev 29.06.2026

Bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev Azərbaycan mədəniyyətinin unikallığının modernliklə ənənə arasında qurulan tarazlıqdan qaynaqlandığını bildirir. O, çıxışında bu tarazlığın milli musiqimizi və milli kimliyimizi necə formalaşdırdığını izah edir. Qonağımız Üzeyir Hacıbəylinin yaradıcılığını, Bakının yüksəlişini, texnoloji yeniliklərin musiqiyə təsirini, eləcə də imperiyaların, moder...

Qadın sahibkarlığı: Rifahın görünməyən mühərriki | Natavan Fırat 25.06.2026

United Aid for Azerbaijan (UAFA) təşkilatının biznes inkişafı meneceri Natavan Fırat deyir ki, sosial sahibkarlıq qadınlara gəlir əldə etməklə yanaşı, mənsub olduqları icmalarda müsbət dəyişikliklər yaratmaq imkanı verir. Spiker vurğulayır ki, dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı qadınların sahibkarlığa giriş risklərini azaldır və onların uğur qazanmasına şərait yaradır. Qonağı...

Uşaq ədəbiyyatı haqqında təsəvvürünüzü dəyişəcək beş fikir | Qismət Rüstəmov 22.06.2026

Uşaq ədəbiyyatı sadəcə uşaqları əyləndirmək üçün yazılır, yoxsa onların dünyagörüşünü formalaşdıran güclü bir vasitədir? Yazıçı Qismət Rüstəmov nağılların psixoloji təsirindən uşağın ədəbiyyatda necə təmsil olunmasına, inklüzivlikdən vizual savadlılığa qədər uşaq ədəbiyyatına baxışımızı dəyişən beş mühüm nəzəriyyədən danışır. Bu nəzəriyyələr həm böyüklərin uşaqlar üçün necə yazdığını, həm də uşaql...

Rəqəmsal vətəndaşlıq: Müasir dövrün vacib həyat bacarığı | Ülfanə İsmayıllı 18.06.2026

Yeni videomuzda Ülfanə İsmayıllı rəqəmsal vətəndaşlığın nə olduğunu və onun rəqəmsal savadlılıqdan necə fərqləndiyini izah edir. Qonağımız dezinformasiya, kibertəzyiq, şəxsi məlumatların paylaşılması və onlayn təhlükəsizlik kimi mövzuların məktəblərdə müzakirəsinin əhəmiyyətindən danışır. Gələcəyin daha da rəqəmsallaşacağını vurğulayan spiker bildirir ki, məsuliyyətli və məlumatlı rəqəmsal vətənda...

Süni intellekt dövründə təhsil: daha az əzbər, daha çox eksperiment | İkram Gabiyev 15.06.2026

Növbəti videomuz süni intellektin təhsildə yaratdığı yeni imkanlara həsr olunub. İkram Qəbiyev bildirir ki, süni intellekt mürəkkəb mövzuları şagirdlərin yaşına və qavrama səviyyəsinə uyğun şəkildə izah etməyə, eləcə də fərdiləşdirilmiş öyrənməni daha əlçatan etməyə imkan yaradır. Qonağımız vurğulayır ki, gələcəyin təhsilində əsas məqsəd hazır cavabları əzbərləmək deyil, eksperiment aparmaq, probl...

Kibercinayət qurbanı olmamaq üçün nələri bilməliyik? | Elçin Məmmədov 11.06.2026

Müxtəlif hesablarımız və şəxsi məlumatlarımız rəqəmsal həyatımızın ayrılmaz hissəsinə çevrildikcə, onların təhlükəsizliyi də hər zamankından daha vacib olur. Yeni videomuzda kibertəhlükəsizlik mütəxəssisi Elçin Məmmədov insanların ən çox hansı kiber risklərlə üzləşdiyini və kibercinayətkarların insan psixologiyasından necə istifadə etdiyini izah edir. Spiker həmçinin hər bir istifadəçinin tətbiq e...

Hərbi sənayedə süni intellekt yarışı: “Hayp”, yoxsa reallıq? | Zakir Rzazadə 08.06.2026

Tədqiqatçı Zakir Rzazadə süni intellekt və yeni texnologiyaların hərbi müdafiə sənayesində yaratdığı dəyişikliklərdən danışır. Onun sözlərinə görə, əsasən ABŞ-da fəaliyyət göstərən süni intellekt əsaslı müdafiə startapları təkcə yeni məhsullar yaratmır, həm də gələcəyin müharibəsi haqqında təsəvvürləri formalaşdırmağa çalışırlar. Qonağımız bu çıxışında ənənəvi müdafiə sənayesi ilə yeni texnologiya...

Rəqəmsal platformalarda nəyi görəcəyimizə kim qərar verir? | Pəri Abbaslı 04.06.2026

Sosial media platformaları hansı paylaşımların silinəcəyinə, hansılarının isə milyonlarla insana göstəriləcəyinə necə qərar verir? Süni intellekt və alqoritmlər istifadəçiləri qorumağa çalışsa da, bəzən satira, aktivizm və ictimai əhəmiyyətli mövzuların da görünməz olmasına səbəb ola bilir. Bəs təhlükəsizliklə söz azadlığı arasındakı sərhəd harada başlayır və harada bitir? Jurnalist və media tədqi...

Qədimdən bəri bitməyən şikayət: “Ah, bu indiki gənclər…” | Yalçın İslamzadə 01.06.2026

“İndiki gənclər əvvəlkilərdən daha pisdir” fikri doğrudanmı həqiqətdir, yoxsa hər nəslin təkrarladığı köhnə bir stereotipdir? Təhsil eksperti Yalçın İslamzadə hesab edir ki, problemin əsas səbəbi gənclərin dəyişməsi deyil, cəmiyyətin və təhsil sisteminin dəyişən dövrün reallıqlarına uyğunlaşa bilməməsidir. Niyə gənclər özlərini anlaşılmamış hiss edirlər? Məktəb və valideynlər harada səhv edirlər?...

Süni intellektin ağıllı söhbətləri arxasında gizlənən həqiqət | Adnan Axundov 28.05.2026

Adnan Axundov həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə texnologiya sahəsində 25 ildən artıq təcrübəyə malikdir. Son 10 ildə fəaliyyətini süni intellekt üzərində cəmləşdirən Adnan, Münhen Texniki Universitetində süni intellekt və maşın öyrənməsi üzrə təhsil aldıqdan sonra Volkswagen-in Süni İntellekt Tədqiqat Laboratoriyasında çalışıb. Daha sonra Facebook, Instagram və WhatsApp platformalarını...

Təbii qida bazarındakı boşluqdan yaranan təşəbbüs | Maya Səbzəliyeva 25.05.2026

SM Fresh Oil brendinin təsisçisi Maya Səbzəliyeva öz çıxışında aldığı tibb təhsilinin və sağlam qidalanmaya olan marağının onu təbii məhsullar sahəsinə gətirməsindən danışır. Qonağımız bazarda keyfiyyətli və təzə yağ tapa bilmədiyi üçün bu məhsulları özü istehsal etməyə başladığını və zamanla bunun uğurlu biznesə çevrildiyini izah edir. Spiker həmçinin sağlam yağlar, trans yağlar və insanların qid...

Sahibkarlıq ruhu və bacarıqları uşaqlıqdan inkişaf etdirilə bilər | Günel Yaşar 21.05.2026

“Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin və Unicorn Academy-nin təsisçisi Günel Yaşar hesab edir ki, süni intellekt dövründə uşaqların innovativ düşüncə, təşəbbüskarlıq və texnologiya bacarıqlarını erkən yaşlardan inkişaf etdirməsi vacibdir. Qonağımız vurğulayır ki, gələcəyin peşələri və iş prinsipləri sürətlə dəyişdiyi üçün uşaqların yaradıcılıq və təşəbbüskarlıq düşüncəsi ilə böyüməsi böyük üstünl...

Məsafədən iş modeli: müvəqqəti trenddən yeni reallığa doğru | Nərmin Elçin 18.05.2026

Nərmin Elçin rəqəmsal marketinq sahəsində regional müştəri təmsilçisidir. Peşəkar fəaliyyəti dövründə həm ofisdən, həm də hibrid çalışma təcrübəsi olsa da, son iki ildə tam məsafədən çalışır. Yeni videomuzda qonağımız pandemiyadan sonra geniş yayılmağa başlayan məsafədən iş modelinin zamanla bir çox insan üçün prioritetə çevrilməsindən danışır. Spiker bu modelin zaman və coğrafi azadlıq, rahat iş...

Təhsil biliyi və təcrübəni önə çəkir, bəs emosiyalarımızı idarə etmək necə? | Elmina Kazımzadə 14.05.2026

Təhsil psixoloqu və Bakı Dövlət Universitetinin dosenti Elmina Kazımzadə deyir ki, uşaqlara sadəcə bilik vermək kifayət deyil. Onların emosiyalarını anlamağı, stresi idarə etməyi, başqalarının fikirlərinə və hisslərinə hörmət etməyi öyrənməsi ən azı akademik təhsil qədər önəmlidir. Spikerin fikrincə, bu məsuliyyət yalnız məktəb psixoloqlarının deyil, müəllimlərin və valideynlərin də üzərinə düşür....

Yazı bacarığı olmayan cəmiyyət tərəqqidən geri qalır | Günel Kərimova 11.05.2026

ADA Universitetinin müəllimi Günel Kərimova yeni videomuzda akademik yazının əhəmiyyəti və kölgə yazarlığı probleminə toxunub. Spiker deyir ki, son illərdə sosial media vasitəsilə akademik yazı xidmətlərinin sayının artması, o cümlədən süni intellektdən bu sahədə fəal istifadə olunması akademik yazı bacarıqlarının zəifləməsinə səbəb olur. Qonağımız vurğulayır ki, akademik yazı yalnız qiymət almaq...

Gözəllik tələsi: Niyə hamı eyni görünməyə çalışır? | Lalə Kişiyeva 07.05.2026

Media mütəxəssisi Lalə Kişiyeva ilə yeni videomuzu sosial medianın və gözəllik sənayesinin necə yeni gözəllik standartları formalaşdırdığına həsr etmişik. Qonağımız müxtəlif tətbiqlərin, alqoritmlərin və davamlı müqayisənin insanların psixologiyasına təsiri haqqında danışıb. Spiker vurğulayır ki, sosial media vasitəsilə bu cür gözəllik standartlarının geniş təşviq olunması yeniyetmələrdə özgüvən p...

Ouça o podcast Əkinçi no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos