akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Não deixe de visitar o site do podcast e apoiar quem o produz: akinchi.podbean.com

Autor

akinchi

Categoria

Education

Site do podcast

akinchi.podbean.com

Último episódio

30 de jul de 2026

Onde ouvir?

Podcasts no app Replaio Radio Em breve

Os podcasts estão chegando ao app. Instale agora e seja o primeiro a descobrir um jeito totalmente novo de curtir podcasts

Baixe no Google Play Instale grátis Android 5 mi+ downloads · nota 4,8 iOS em breve

Episódios

Just Bread: Sağlam çörəklə başlayan biznes hekayəsi | Fidan Axundova 04.05.2026

Just Bread çörək evinin həmtəsisçisi Fidan Axundova sağlam qida ideyasının necə real biznesə çevrildiyini izah edir. O, Bakıda keyfiyyətli və faydalı çörək çatışmazlığını görərək bu sahədə dərin biliklər əldə etdiklərini və hər şeyi sıfırdan qurduqlarını qeyd edir. Bu hekayədə kiçik bir ideyanın necə isti icmaya çevrildiyini, müştərilərlə qurulan etibarın gücünü görəcəksiniz. Qayğı və dəyərlər üzə...

Xaricdə təhsil: akademik uğur və kölgədə qalan sosial bacarıqlar | Anar Vəliyev 30.04.2026

ADA Universitetinin dosenti Anar Vəliyev ölkədə uşaqlarını xaricdə oxutmaq istəyən valideynlərin sayının artmasından və onların əsasən akademik hazırlığa fokuslanaraq uşaqların xaricdə müstəqil həyata hazırlığını diqqətdən kənarda qoymalarından danışır. Spiker qeyd edir ki, bu səbəbdən bir çox gənc xaricdə təhsil almaq imkanı əldə etsə də, həyat bacarıqları yetərli olmadığı üçün müxtəlif çətinlikl...

Sənətin özünüifadə və düşüncənin formalaşmasındakı rolu | Soltan Soltanlı 27.04.2026

Rəssam Soltan Soltanlı sənəti həm şəxsi çağırış, həm də ictimai məsuliyyət kimi dəyərləndirir. Gənc yaşlarından rəssamlığa bağlı qalan və öz yaradıcılıq yolunu müstəqil şəkildə formalaşdıran spiker vurğulayır ki, sənətdə ən vacib məsələ orijinallıqdır və hər bir sənətkar öz üslubunu, öz baxışını yaratmalıdır.  Qonağımız qeyd edir ki, ciddi sənət davamlı dövlət və ictimai dəstək olmadan inkişaf edə...

Təbiətin gücü: kəşf edərək öyrənmək | Pəri Osmanova 23.04.2026

Məktəbəqədər təhsil mütəxəssisi Pəri Osmanova uşaqların öyrənmə prosesində təbiətin rolundan danışır. O deyir ki, öyrənmək yalnız sinif otağı ilə məhdudlaşmır və təbiət uşaqlar üçün ən güclü resurslardan biridir. Spikerin fikrincə, yağışa toxunmaq, torpağın qoxusunu hiss etmək, qarışqaları izləmək kimi sadə təcrübələr uşaqlarda yaradıcılığı, səbr və problem həll etmə bacarığını inkişaf etdirir. Pə...

Dronlar müharibələri necə dəyişdi? | Zakir Rzazadə 20.04.2026

Tədqiqatçı Zakir Rzazadə müasir döyüşlərdə dron texnologiyasının artan rolunu və “dron inqilabı” anlayışının nə dərəcədə əsaslı olduğunu analiz edir. Qonağımız bildirir ki, dronlar həm əlçatanlıq, həm də ucuzluq baxımından müharibənin dinamikasını dəyişsə də, bu dəyişikliklər bəzən şişirdilmiş şəkildə təqdim olunur. Dronların effektivliyinin zamanla dəyişdiyini və qarşı tərəfin bu təhdidlərə uyğun...

İnfluenserlər jurnalist kimi: məsuliyyət harada başlayır və harada bitir? | Pəri Abbaslı 16.04.2026

İnfluenserlər ictimai fikrə necə təsir edir və bu güc onlara hansı məsuliyyətləri yükləyir? Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı bizimlə söhbətində bu sualları təhlil edir.  O vurğulayır ki, sosial media platformalarında böyük auditoriyaya sahib olmaq jurnalist olmaq demək deyil. Belə ki, jurnalistika peşəkar standartlar, redaksiya nəzarəti və fakt yoxlama mexanizmlərinə əsaslanır. Bununla...

Şəhərlər və iqlim böhranı: artan yük və çıxış yolları | Rövşən Abbasov 13.04.2026

Ətraf mühit eksperti Rövşən Abbasovla şəhərləşmə, iqlim dəyişmələri və urban həyatın yaratdığı çoxşaxəli təsirlər haqqında danışdıq. O, çıxışında dünya əhalisinin böyük hissəsinin şəhərlərdə yaşamasının və istehlakın əsasən burada cəmlənməsinin şəhərləri istixana qazlarının, çirklənmənin və iqlim dəyişmələrinin əsas mənbəyinə çevirdiyini izah edir. Spiker qeyd edir ki, plansız urbanizasiya, gecəqo...

Niyə innovativ gənclər ölkəni tərk etməyə meyllidir? | Yalçın İslamzadə 09.04.2026

Təhsil eksperti Yalçın İslamzadə ilə Azərbaycanda innovasiyanın niyə ləng getdiyi haqqında danışdıq. O, çıxışında dəyişiklikdən qorxunun, keçmişə həddindən artıq bağlılığın və zəif institutların gənc potensialı necə məhdudlaşdırdığını vurğulayır. Spiker əlavə edir ki, təhsil sistemində əzbərçiliyin üstünlük təşkil etməsi tənqidi düşüncənin formalaşmasına mane olur. Qonağımızın fikrincə, çıxış yolu...

Gənc alimlərin çətinlikləri: mühit və resurs çatışmazlığı | Murad Mir-Zadə 06.04.2026

Milan Politexnik Universitetinin doktorantı Murad Mir-Zadə Azərbaycanda gənc tədqiqatçılar üçün elmi gündəliyin əsas istiqamətləri haqqında öz müşahidələrini bölüşür. O, universitetlərin qlobal müstəvidə rəqabətə diqqət ayırması ilə yanaşı, yerli elmi icma üçün uyğun mühitin formalaşdırılmasının vacibliyini vurğulayır. Qonağımız qeyd edir ki, tədqiqat yoluna çıxan gənc alimlər yüksək hədəflərə bax...

Regionlarda yaradıcı gənclər: çətinliklər və fürsətlər | Kafiyə Eyvazova 02.04.2026

Rəssam Kafiyə Eyvazova regionlarda yaşayan yaradıcı gənclərin üzləşdiyi problemlərə işıq salır. O qeyd edir ki, erkən yaşlardan istedad göstərsələr də, imkanların, rol modellərinin və düzgün istiqamətləndirmənin çatışmazlığı onların inkişafını məhdudlaşdırır. Akademik təhsil imkanlarının azlığı, incəsənət məkanlarının və sərgilərin olmaması, eləcə də incəsənətə qeyri-ciddi peşə kimi yanaşma gənclə...

Kouçluq peşəsi və bazardakı yanlış təsəvvürlər | Leyla Surxayzadə 30.03.2026

Son illərdə tez-tez adı çəkilən kouçluq anlayışı bu sahə ilə bağlı müxtəlif və bəzən də yanlış təsəvvürlərin geniş yayılmasına səbəb olub. Erickson Coaching Azərbaycan təmsilçisi Leyla Surxayzadə ilə söhbətimiz izləyicilərə kouçluğun nə olduğunu və necə işlədiyini anlamağa kömək edir. Qonağımız Azərbaycanda bu sahədə qeyri-peşəkar yanaşmaların geniş yayıldığını və düzgün kouçu seçməyin vacibliyini...

Valideynin uşağın təhsilində iştirakının vacibliyi və reallıqlar | Ülviyyə Mikayılova 19.03.2026

Təhsil mütəxəssisi Ulviyyə Mikayılova deyir ki, pedaqogikada valideyn uşağın ilk müəllimi hesab olunur, lakin bu rolu yerinə yetirmək üçün cəmiyyətimizdə kifayət qədər dəstək yoxdur. Qonağımız bildirir ki, araşdırmalar valideynlərlə ünsiyyətin və birgə vaxt keçirməyin uşaqların təhsil nəticələrinə ciddi təsir etdiyini göstərir. Təhsil mütəxəssisinin sözlərinə görə, Azərbaycan ailə modeli dəyişir v...

Çörək həqiqətən sağlamlığa zərərlidirmi? | Lalə Yaqubova 16.03.2026

Çörəyin sağlamlığa zərər verdiyi və rasiondan çıxarılmalı olduğu barədə tövsiyələrə tez-tez rast gəlirik. Dietoloq Lalə Yaqubova qeyd edir ki, bu cür yanaşmalar hər zaman elmi və praktik əsaslara söykənmir və problemi yalnız bir qidanın üzərinə yükləmək doğru deyil. Qonağımızın sözlərinə görə, həkimlər daha çox ümumi həyat tərzinə və balanslı qidalanmaya diqqət yetirməyi tövsiyə edirlər. O əlavə e...

Azərbaycanda moda sənayesinin potensialı | Könül Quliyeva 12.03.2026

Chenille Fashion School-un qurucusu Könül Quliyeva Azərbaycanda moda təhsilinin problemləri və bu sahənin gələcək potensialı haqqında danışır. O qeyd edir ki, ölkədə istedadlı və kreativ gənclər çoxdur, lakin əsas məsələ bu yaradıcılığı peşəyə çevirmək üçün sistem qurmaqdır. Qonağımız həmçinin dizaynerlərin təkcə yaradan deyil, həm də iqtisadi qərarlar verən mütəxəssislər olmasının vacibliyini vur...

Millətçilik təhlükəlidirmi? | İsmayıl Zeynallı 09.03.2026

Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq. Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır. Eyni zaman...

Məhəmmədəli İbrahimli Təqaüd Proqramı | Ziya Kazımzadə 05.03.2026

Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir. Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib. Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütm...

Məktəbdə sosial-emosional mühit niyə vacibdir? | Elmina Kazımzadə 02.03.2026

Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır. Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasınd...

Erkən yaşlarda qidalanma, hərəkət və sağlam vərdişlər | Nilufər Mehdiyeva 26.02.2026

Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır. Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə öv...

Niyə yalan həqiqətdən daha sürətlə yayılır? | Pəri Abbaslı 23.02.2026

Araşdırmalar göstərir ki, emosiyalarımıza toxunan və təşviş yaradan məzmunlar faktlara əsaslanan məlumatlardan dəfələrlə daha tez paylaşılır. Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı deyir ki, nəticədə alqoritmlər həqiqətə əsaslanan məzmuna deyil, insanların həssas hisslərinə toxunaraq onları reaksiya verməyə təhrik edən paylaşımlara üstünlük verir. Qonağımız vurğulayır ki, təkrar olunan yalan...

Media və reklam mesajlarında əlçatanlığın əhəmiyyəti | Əliyar Hüseynov 19.02.2026

Reklamda əlçatanlıq mövzusunun diqqətdən kənarda qaldığını deyən Əliyar Hüseynov vurğulayır ki, görmə və eşitmə məhdudiyyətli insanlar üçün məzmuna bərabər çıxış sosial inklüzivlik, informasiya hüququ və məsuliyyətli brend davranışının ayrılmaz hissəsidir. Subtitrlər, səs təsviri, işarə dili, oxunaqlı dizayn və inklüziv qablaşdırma kimi yanaşmalar brendlərə etimadı gücləndirməyə və beynəlxalq stan...

Turizmdə insan kapitalının rolu | Vəfa Kərəmova 16.02.2026

Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, turizm Azərbaycanda məşğulluğu dəstəkləyən və regionların inkişafına birbaşa təsir göstərən mühüm sahəyə çevrilə bilər. Lakin o əlavə edir ki, sahənin rəqabət qabiliyyəti xidmət keyfiyyəti, innovasiya və planlı kadr inkişafından asılıdır. Qonağımız vurğulayır ki, yerli mütəxəssislərin rolunun artmasına baxmayaraq, gələcək inkiş...

Səhiyyə menecmentinin önəmi | Fəqan Həsənzadə 12.02.2026

Səhiyyə menecmenti üzrə doktorant və Universal Hospitalın direktoru Fəqan Həsənzadə bildirir ki, güclü səhiyyə yalnız peşəkar həkimlərlə deyil, düzgün qərar verən və məsuliyyət daşıyan idarəetmə ilə qurulur. Qonağımız vurğulayır ki, müasir dövrdə data təhlili, planlama və kompleks idarəetmə yanaşmaları səhiyyə idarəçiliyinin ayrılmaz hissəsinə çevrildikcə, səhiyyə menecerlərinin maliyyə, statistik...

Tarixi irsin qorunması ilə müasir inkişaf arasında balans | Murad Mir-Zadə 09.02.2026

Memar Murad Mir-Zadə deyir ki, tarixi irsin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil, əksinə, şəhərin gələcəyini formalaşdıran paralel proseslərdir. Qonağımız çıxışında Paris, Venesiya, İstanbul, Kopenhagen, Dubay və Bakı nümunələri üzərindən həm nəzarətsiz modernləşmənin, həm də şəhərlərin “yaşayan muzeyə” çevrilməsinin risklərini ortaya qoyur. Bu müsahibə sizi şəhərlərin öz kimliyini v...

Rəqəmsal medianın gender müzakirələrində rolu | Vəfa Əli 05.02.2026

Sosial şəbəkələrin ictimai müzakirələrin aparıcı məkanına çevrilməsinin gender normalarına necə təsir etdiyindən danışan gender və media üzrə araşdırmaçı Vəfa Əli vurğulayır ki, medianı cəmiyyətin sadəcə güzgüsü kimi təqdim etmək onun gender təsəvvürlərini müəyyənləşdirmək gücünü görməzdən gəlmək deməkdir. Qonağımız qeyd edir ki, rəqəmsal platformalar sayəsində yaranan #MeToo kimi hərəkatlar görün...

Sosial sahibkarlığın inkişafında formal və qeyri-formal institutların rolu | Turan Nağıyeva 02.02.2026

Sosial sahibkarlıq cəmiyyətdə həqiqi dəyişiklik yarada bilərmi? Stratklayd Universiteti doktorantı Turan Nağıyeva çıxışında sosial sahibkarlığın icmalar, mədəniyyət və institutlarla necə sıx bağlı olduğunu izah edir. Qonağımız formal və qeyri-formal institutların sosial təşəbbüslərin uğurunda oynadığı həlledici rola diqqət çəkir. Bu çıxış sosial dəyərin necə müəyyən olunduğunu və niyə təkcə iqtisa...

Ouça o podcast Əkinçi no Replaio

Rádio e podcasts em um só app - grátis e sem cadastro. Instale hoje e não perca o lançamento

Baixe no Google Play

O Replaio não é o publicador dos podcasts; os nomes dos programas, as capas e o áudio pertencem aos seus autores e são distribuídos por feeds RSS públicos