Söhbətgah
Söhbətgah
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Rəqəmsal həyat | Toksik insanlar | Zəhərli profillər | Münasibət #13 08.02.2022 1:30:24
Celal Şengör hocayla müsahibədən çıxıb "Münasibət"i yazdıq, çox yorğunuq, səsimizə görə üzrlü hesab edin🙂 Bu dəfə rəqəmsalda davranışlardan, zamanı idarə etməkdən danışdıq. İnternetdəki toksik insanlardan, mənasız və zəhərli şərhlərindən danışdıq.
Fəlsəfə nədir? | Niyə fəlsəfə oxumalıyıq? | Azərbaycan fəlsəfəsi varmı? | Söhbətgah S2E3 23.01.2022 1:14:36
Bu dəfə Tural Yusifov və Ali Khayyam fəlsəfədən söhbət etdilər. Qonaqları fəlsəfə elmləri doktoru Anar Cəfərov oldu. Fəlsəfə nədir? Filosoflar kimlərdir? Kim filosof ola bilər? Yaradılışın fəlsəfəsi nədir? və s. bu kimi suallara cavab axtarmağa çalışdılar. Bu və bu kimi buraxılışlara dəstək olmaq üçün Patreon hesabımızdan bizə dəstək olun. Videonu bəyənməyi və kanalımıza abunə olub xəbərdarlıq düy...
Mədəniyyət nədir? | Dialoq mədəniyyəti | Din, tarix və mentalitet | Münasibət #12 21.01.2022 1:46:36
Bu dəfə Dj tural və Ali Khayyam mədəniyyət, dialoq mədəniyyəti, din, tarix və mentalitetə öz münasibətlərini bildirdilər. Avropalılar həqiqətən də insan haqlarına nümunədirmi? Elm və mədəniyyət arasında necə bir bağlantı var?
Korporativ mədəniyyət nədir? | Elşən Bədirxanov | Söhbətgah 16.01.2022 1:23:56
Dj Tural və Əli Xəyyamın qonağı biznes məsləhətçi Elşən Bədirxanov Söhbətgahda korporativ mədəniyyətdən danışdı. Niyə bizim şirkətlərdə korporativ mədəniyyət zəifdir? Bu mədəniyyəti yaratmaq üçün biznesmenlər nə etməlidirlər? Niyə yaponlarda alınır, bizdə yox?
Cəhalət nədir? | Kimə cahil demək olar? | Münasibət #11 12.01.2022 1:10:28
Cəhalət nədir? Kimə axmaq, kimə cahil demək olar? Niyə cahil qaldıq? Get-gedə axmaqlaşırıqmı? Bu dəfə Dj. Tural və Ali Khayyam bu suallara öz münasibətlərini bildirdilər.
Orxan Aslanov | Niyə səyahət etməliyik? | Azərbaycanda turizm | Söhbətgah 09.01.2022 1:15:12
Bu dəfə Əli Xəyyam və Tural Yusifov qonaqları fotoqraf və səyahətçi Orxan Aslanovla turizmdən, həyatının 0 nöqtəsindən və fotoqrafiyadan danışdılar💚💙
Yoqa nədir? | Yoqa fəlsəfəsi | Yoqanın faydaları | Söhbətgah 26.12.2021 1:07:23
💡Yeni buraxılış artıq yayımda! Bu dəfə @dj.tural və @alikhayyam-ın qonağı yoqa masteri @lagoayogabaku oldu. Yoqa nədir? Yoqa fəlsəfəsi və onun faydaları haqqında danışdılar. Bu söhbət haqqında siz də fikirlərinizi şərhlərdə yaza bilərsiniz💙💚
Millətçilik nədir? | Türkçülük, yoxsa Azərbaycançılıq? | Münasibət #10 23.12.2021 1:32:25
Bu dəfə Dj Tural və Əli Xəyyam millətçilik haqqında danışdılar. Bizə millətçilik lazımdırmı? Türkçü olmalıyıq, yoxsa Azərbaycançı?
Taleh Yüzbəyov | Azərbaycan kinosu | "Zəhər Tuluğu" niyə filmə çevrildi? | Söhbətgah 19.12.2021 1:35:04
Bu dəfə Əli Xəyyam və Dj Turalın qonağı zəhər tuluğu Taleh Yüzbəyov oldu. Azərbaycan kinosu, reallıqlar, kinoya xərclənən dövlət pulları, "Zəhər Tuluğu"-nun filmə çevrilmə hekayəsindən danışdılar💙💚
🎙Radio döyər, yoxsa podkast? | Dj Fateh niyə gülmür? | Söhbətgah 12.12.2021 1:41:03
Bu dəfə Dj Tural və Ali Khayyam-ın qonağı Dj Fatehdir. Fatehin bir neçə işlə eyni anda məşğul olması, niyə podkast etmədiyi və radio, televiziyanın indiki vəziyyətindən söhbət etdik.
Sevgi nədir? | Eyni anda bir neçə nəfəri sevmək mümkündürmü? | Söhbətgah | Münasibət 09.12.2021 1:14:28
Bu dəfə @dj.tural və @alikhayyam sevgiyə öz #münasibət-lərini bildirdilər. Sevgi nədir? Onun hansı mərhələləri var? Sevgidə bağışlamaq mümkündürmü? Sevginin geopolitikası, ölkələrə görə paylanması və vətən sevgisindən danışdılar. 💡Siz də öz fikirlərini şərhlərdə bildirin. Bu arada, @unitedcoffeebeans "Münasibət"-in kofe tərəfdaşıdır💚💙
⭕️18+ Seks nədir? | Seksual narahatlıq psixologiyaya təsir edirmi? | Nəyi düz etmirik? | Söhbətgah 06.12.2021 1:11:35
Bu dəfə @dj.tural və @alikhayyam seksdən danışdılar. Seksin psixologiyaya təsiri, münasibətlərdə seksin rolu, partnyorların bir-birilə etdikləri səhvlərdən @sadigovashabnam ilə söhbət açdılar.
⏰ Zaman nədir? | Zamanın idarə edilməsi | Azərbaycanda zaman necə çalışır? | Söhbətgah | Münasibət 02.12.2021 1:30:33
Bu dəfə zamandan danışdıq. Zaman nədir? Zamanı necə faydalı keçirməliyik? Tural Yusifov öz qaydalarından danışır. Ali Khayyam isə zamanını necə böldüyünü ətraflı izah edir. Bəs ölkələr arasında zaman anlayışı necə dəyişir? Bütün suallara bu buraxılışda cavab tapa bilərsiniz.
Keçmişdə aldığımız travmaların indiki qərarlarımıza təsiri | Aysel Allahverdiyeva | Söhbətgah 28.11.2021 1:16:02
Bu dəfə "Söhbətgah"da uşaqlıq travmalarının indi verdiyimiz qərarlara təsirindən söhbət açdıq. Bu mövzuda qonağımız @paar.la Instagram səhifəsinin müəllifi və #thetahealing praktikası ilə məşğul olan Aysel Allahverdiyeva oldu. Theta healing nədir? Nələr uşaqlıq travmaları hesab edilə bilər? Bu travmalardan necə qurtulmaq olar? Bu kimi sualların cavabını bu buraxılışdan tapacağınıza əminəm. Çox seh...
⭕️ 18+ | Söhbətgah | Namus nədir? | Kişi və qadın dost ola bilərmi? Münasibət #7 25.11.2021 1:29:34
Bu dəfə "Münasibət"də namusdan və kişi qadın dostluğundan danışdıq. Bəs sizin üçün namus anlayışı nədir? Kişi və qadın dostluğu mümkündürmü?
Söhbətgah | Niyə bəzi xalqlar varlı, digərləri kasıbdır? | Sakit Səmədov 21.11.2021 1:21:26
Bu dəfə @Söhbətgah-da qonağımız iqtisadçı Sakit Səmədov-dur. Onunla biznesdən, sahibkar kimi düşünməkdən, iqtisadi nizam-intizamdan, bəzi xalqların niyə varlı, digərlərinin niyə kasıb olmasından danışdıq. Şərhlərdə fikirlərinizi mütləq bölüşün və kanalımıza abunə olmağı, paylaşmağı, hər kəsə tövsiyə etməyi unutmayın. Söhbətgahın sevimli patronu Kamil Niftalieve xüsusi təşəkkürlər. Patronlarımız Jo...
Mütaliə etmək | Niyə kitab oxumalıyıq? | Hansı kitabları mütləq oxumalıyıq? | Münasibət #6 17.11.2021 1:22:44
Bu dəfə kitab oxumaqdan, mütaliədən danışdıq. Niyə kitab oxumalıyıq? Hansı kitabları mütləq oxumalıyıq? Uşaqlara kitabı necə sevdirməli? Bədii ədəbiyyat, yoxsa elmi-kütləvi kitablar?
Sağlam qidalanmaq nədir? | Sağlam yaşamaq haqqında həkim-dietoloq Tutu Zeynalova | Söhbətgah 14.11.2021 1:19:46
Bu dəfə Söhbətgah-da sağlam qidalanmadan danışdıq. Həkim-dietoloq #TutuZeynalova doğru formada arıqlamağın üsullarından danışdı. Sağlam qidalanmaq nədir? Yeyərək arıqlamaq mümkündürmü? Çörək yemək lazımdırmı? Bu və ya digər suallarımıza cavab tapa bildik. Kanalımızı bəyənin və dostlarınıza tövsiyə edin. Bizə Patreon-dan dəstək olaraq özəl kontentlər əldə edə bilərsiniz: https://www.patreon.com/soh...
Tərbiyə nədir? | Uşaqlara necə tərbiyə verməliyik? | Söhbətgah | Münasibət #5 11.11.2021 1:12:28
Bu gün Söhbətgahda Ali Khayyam və Dj. Tural #Tərbiyə-dən, #əxlaq-dan danışıb ona #Münasibət-lərini bildirdilər. Uşaqlarımızı necə tərbiyə etməliyik? Araşdırmaçı uşaq, uşaqlıq travmaları, kitabların tərbiyədə rolu, tərbiyədə rol model kim ola bilər? Bu suallar ətrafında fikir mübadiləsi apardılar. Söhbətdə adı keçən kitablar və müəllifləri: Stiv Biddalf "Oğlan uşağı nədir" Yanuş Korçak "Kral Matiuş...
Nə var, nə yox? #2 | Onlayn rəssamlıq kursu | Söhbətgah 09.11.2021 23:37
Bu dəfə #NəvarNəyox-da onlayn rəssamlıq kursundan danışırıq. Ləman xanım öz dərslərini rəqəmsala daşıyıb. Siz də bu kurslardan faydalana bilərsiniz. Kursa keçid: https://projectlyschool.com/granaty
Özgür Baykut | Z nəsli və rəqəmsal həyat | Söhbətgah 08.11.2021 1:14:01
Bu dəfə qonağımız Türkiyədən gəlib - Özgür Baykut. Onunla həyatdan, rəqəmsallaşmadan, Z nəslindən danışdıq. Özgür Baykutun kitabları: "40", "Artırılmış deneyim çağı", "Tanrının oyunu". Söhbətimizlə bağlı münasibətinizi şərhlərdə bölüşə bilərsiniz.
Linç etmək | İnsanların düşüncəsinə görə təklənməsi | Söhbətgah | Münasibət #4 04.11.2021 1:33:42
Bu dəfə #Söhbətgah-da linçləmə, insanların düşüncəsinə görə təkləməkdən danışırıq. #CancelCulture son 4 ilin kəşfidir. Bir şəxsin etdiklərinə görə (pis və ya yaxşı fərq etməz) insanların onu təkləməsi, linç etməsi, ləğv etməsi və ya imtina etməsidir. İnsanlar niyə belə amansızdırlar? Bir-birinin yazdığını lağlağıya qoymaq, ələ salmaq və ya digərlərinin hisslərilə oynamaq niyə yarandı? Siz də öz fi...
Bizdə və onlarda kino | Amerikada oxumuş aktrisa Gulie Shannon | Söhbətgah 31.10.2021 1:37:36
Bu dəfə #Söhbətgah-da #kino-dan danışırıq. Gülşən Salamlı Los-Angeles Kino Akademiyasının məzunudur, həm də ingilis dilində şeirlər yazır. Onunla ABŞ-a getməsindən, kino sənayesindən və şeirlərdən danışdıq. Bu videonu biz studiyamızın təmirindən öncə yazmışıq. Səs və görüntünü üzrlü sayın😊 Şərhlərdə sevdiyiniz kinoların adını yazın. Baxmadıqlarımızı izləyək.
Tənhalıq, yoxsa təklik? | Biz əslində təkikmi? | Söhbətgah | Münasibət #3 27.10.2021 1:25:33
Bu gün #Münasibət -də #tənhalıq -dan danışdıq. Tənhalıq nədir? Tərk edilmişlik duyğusu, yoxsa zirvədə təklikdir? Tənha insan güclü ola bilərmi? Biz əslində təkikmi? Bütün bunlar haqqında #Söhbətgah -da söhbətləşdik. Siz də tənhalıq haqqında fikirlərinizi yazın. Müəlliflərlə razılaşmadığınız və özünüzün başa düşdüyünüz tərzdə tənhalıqdan danışın. Bütün şərhləri oxuyuruq.
Hansı idman yaxşıdır? | Hansı idman qidaları qəbul edilməlidir? | Zeynal Zeynalov 24.10.2021 1:15:00
Bu dəfə #Söhbətgah-da idmandan danışdıq. #Crossfit məşqçisi Zeynal Zeynalova çoxlu sualımız oldu. Hansı idman qidaları qəbul edilməlidir? Niyə hoppanmalı və niyə qaçmalıyıq? Niyə idmançılar dindar olur? Arıqlamaq üçün nə etmək lazımdır?
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.