Söhbətgah
Söhbətgah
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Etibar Əsədli | Azərbaycanda caz təhsili niyə yoxdur? | Bayağı musiqi nədir? | Söhbətgah 01.05.2022 1:34:32
Əli Xəyyam və Tural Yusifov bu dəfə məşhur bəstəkar, mikrotonal pionuçu və prodüser Etibar Əsədli ilə müsahibə etdilər. 💡Azərbaycanda caz təhsili niyə yoxdur? Bayağı musiqi nədir? Azərbaycanda klub mədəniyyəti və digər maraqlı mövzularda söhbət etdilər. Siz də fikirlərinizi şərhlərdə yazın, müzakirə edək.
Övladlığa götürmək çətindir? | Övladlığagötürməninn şərtləri | Söhbətgah 24.04.2022 1:13:55
Bu dəfə Tural Yusifov və Əli Xəyyam övladlığa götürmədən danışdılar. Övladlığa götürmək çətindir? Övladlığa götürməninn şərtləri nədir? Övladgötürmə zamanı valideynlərdə nələrə diqqət edilir? Övladlığa götürmə zamanı hansı çətinliklər var? Nə zaman övladlığa götürmədən imtina edilə bilər? Azərbaycanda neçə uşağın valideynə ehtiyacı var? Bütün bu və digər suallar ətrafında Əmək və Əhalinin Sosial M...
Cəld və Yavaş Düşünmək | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah 22.04.2022 26:27
Qərarlarımızı necə veririk? Niyə başqaları haqqında qeybət edirik? Çünki başqalarının səhvlərini müzakirə etmək özümüzü mühakimə etməkdən daha rahatdır. Bu dəfə nobel mükafatlı Daniel Kanemanın kitabını müzakirə etdik💚💙
Biz niyə nifrət edirik? | Gecə klubundakı partlayışa münasibətə "münasibət" | Söhbətgah 22.04.2022 1:06:45
Bugünlərdə Bakı şəhərində gecə klublarının birində qaz balonunun partlaması nəticəsində insan itkisi ilə nəticələnən partlayış baş verdi. Ali Khayyam və Tural Yusifov bu partlayışa münasibətə münasibət bildirdilər.
Sinan Canan | Beyin və düşüncə gücü | İnsanı güclü edən nədir? 17.04.2022 51:51
"Sohbatgah Türkiye"nin podkastlarında bu dəfə qonağımız məşhur fizioloq Sinan Canan oldu. Bu dəfə onunla beyin gücündən, düşüncənin formalaşmasından, inanclardan danışdıq. "İnsanı güclü edən nədir?" - bu sualın cavabını tapmağa çalışdıq.
Necə ölməməli | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah 17.04.2022 34:05
Bu dəfə sağlamlıqdan danışdıq. Nələr yeməli, nələrdən imtina etməliyik? Miqdarları necə müəyyən etməliyik? Şəkərin bizə vurduğu ziyanlar nədir? Necə edək ki, uşaqlar daha sağlam böyüsün?
Şans oyunu nədir? | Şans nədir? | Söhbətgah | Münasibət 17.04.2022 1:39:07
Bu dəfə Tural Yusifov və Ali Khayyam şansa və şans oyunlarına münasibət bildirdilər. Niyə hamı oynayır, niyə kimlərsə əziyyətsiz pul qazanmaq istəyir? İnsanlar qazanmaqla nəyi isbat etmək istəyir? Ailə tərbiyəsi və dəstəyi harda lazım olacaq?
İlham Qasımov | "Cırtdan şou" böyüklər üçündür | Mədəniyyət və həyat tərzi 15.04.2022 1:29:14
Bu dəfə Tural Yusifov və Ali Khayyam-ın qonağı rejissor İlham Qasımov oldu. Onunla müxtəlif mövzularda söhbət etdik. Bu bizim ən uzun müsahibəmiz oldu.
Mifin Qısa Tarixi | Bu kitabı niyə oxumalıyıq? | Libraff 11.04.2022 26:31
Bu dəfə "Söhbətgah"da "Bu kitabı niyə oxumalyıq?" rubrikasında Əli və Tural "Mifin Qısa Tarixi" kitabından danışdılar. Mif nədir? Mif hansı suallara cavab verir? Mifin tarixi haradan gəlir və müasir həyatımıza necə təsir?
Axundzadə niyə dahidir? | Əlifba dəyişikliyi və dramaturgiya | Söhbətgah 08.04.2022 55:18
"Niyə dahidir?" buraxılışının ikinci sayı Axundzadəyə həsr edilib.
Dizayn və biz | Dizayner necə ola bilərik? | Aqşin Rəcəbov | Söhbətgah 07.04.2022 1:21:14
Bu dəfə Ali Khayyam və Tural Yusifov dizayndan danışdılar. Qonaqları Aqşin @Electronic Arts şirkəti ilə çalışır. Uzun müddət müxtəlif şirkətlərlə əməkdaşlıq edən Aqşin öz təcrübəsini bölüşdü, motivasiya və dizayn fəlsəfəsindən danışdı.
"Azərbaycan Gündəliyi" kitabı | Tomas Qoltz | Libraff | Bu kitabı niyə oxumalıyam? 01.04.2022 27:23
Qarşılayın, yeni buraxılışımız var. Artıq hər həftənin beşinci günü ən sevimli kitablarımızı "Libraff"ın təqdimatında sizlərlə müzakirə edəcəyik. Kitab bizim ən vacib qidamızdır və öz növbəmizdə nələri həzm etdiyimizə diqqət edib sizlərlə bölüşürük.
Empatiya nədir? | Niyə empat ola bilmirik? | Söhbətgah | Münasibət 31.03.2022 1:05:10
Bu dəfə Ali Khayyam və Dj Tural empatiyadan söhbət açdılar. Empat necə ola bilərik? Biz ətrafımızda olan insanları başa düşə və özümüzü onların yerinə qoya bilirikmi? 💡Bu "Münasibət" haqqında fikirlərinizi bölüşə bilərsiniz.
Qadınlar biznesdə | Tatyana Mikayılova | Təhsil | Tərbiyə | Azərbaycanda qadın 31.03.2022 1:24:36
"Aura Azerbaijan"ın dəstəyi ilə #Azərbaycandaqadın rubrikasında bu dəfə iş qadını Tatyana Mikayılova ilə söhbətləşdik. Düzdür, kameralarımızdan biri bizi pis vəziyyətdə qoysa da, bu söhbət çox maraqlı olduğundan mümkün vasitələrdən istifadə edərək onu sizinlə bölüşürük. Söhbətimiz haqqında fikirlərinizi mütləq şərhlərdə bölüşün. Bu videonu sosial şəbəkələrdə paylaşın ki, qadınlar, hətta kişilər üç...
Samir Sadıxov | Dizayn, sənət seçimi, feminizm, Azərbaycanda avtomobil istehsalı | Söhbətgah 21.03.2022 1:53:43
"Söhbətgah"da bu dəfə @alikhayyam və @dj.tural-ın qonağı məşhur avtomobil dizayneri Samir Sadıxovdur. Bu zamana qədər etdiyimiz ən uzun müsahibədir💡
Real həyatımız necə olacaq? | Metaverse nələri əvəz edəcək? | Vaqif Abbasov | Söhbətgah 13.03.2022 1:27:20
Bu dəfə "Söhbətgah"da Əli Xəyyam və Tural Yusifov Metaverse-dən danışdılar. Həyatımıza təsiri, real həyatımızın formalaşdırılması və rəqəmsal dünyanın real həyatı əvəz etməsindən bəhs etdik. Qonağımız Vaqif Abbasov bu barədə maraqlı fikirlərə sahibdir. Siz də şərhlərdə rəqəmsal həyat, metaverse haqqında nə düşünürsünüz yazın.
Celal Şengör | Elm nədir? | Təhsil necə inkişaf etməlidir? | Rusiya və biz | Söhbətgah 09.03.2022 1:18:42
#SöhbətgahTürkiyə-nin ilk qonağı Celal Şengör oldu. Ali Khayyam və Dj. Tural Cəlal Şəngörün qarşısında bir qədər həyəcanlı olsalar da maraqlı söhbət edə bildilər. Siz də bu söhbət haqqında fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz💚💙 📢Bizə Patreon-dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: https://www.patreon.com/sohbetgah 👋Söhbətgaha abunə olun: http://www.youtube.com/ch...
Qadınların startapda iştirakı | Nəzrin Quluzadə | Azərbaycanda qadın #2 08.03.2022 1:00:08
Bu dəfə #AzərbaycandaQadın rubrikasında Nəzrin Quluzadə ilə qadınların startaplarda iştirakından danışdıq. "Azərbaycanda Qadın" playlistinin sponsoru #Aura-ya bu mövzuda dəstək verdiyinə görə təşəkkür edirik.
Zərdabi niyə dahidir? | "Əkinçi" qəzeti niyə yarandı? | Söhbətgah 08.03.2022 1:00:21
#Niyədahidir buraxılışının ilk sayı Həsən Bəy Zərdabiyə həsr edilib. XIX əsr Azərbaycan mühiti, Əkinçi qəzetinin yaranması, Zərdabinin fədakarlığı haqqında bu buraxılışdan yeni məsələlərdən xali olacağınıza ümid edirik. Bu cür videoların çox olması, daha çox insana çatması üçün patronumuz olmağınız çox önəmlidir. Sizin sayənizdə daha çox insanın maariflənməsi üçün daha çox video çəkək deyə dəstəyi...
Şəxsi inkişaf nədir? | Biz niyə geri qalmışıq? | Söhbətgah | Münasibət 03.03.2022 2:24:31
Dj. Tural və Əli Xəyyam bu dəfə şəxsi inkişafdan söhbət açdılar. Şəxsi inkişaf nədir? Şəxsi inkişaf planı necə qurulmalıdır? Şəxsi inkişaf kitabları lazımdırmı? Bizi geri salan amillər hansılardır?
Startapı necə qurmaq lazımdır? | Taleh Kərimli | Söhbətgah 22.02.2022 1:01:08
Bu dəfə 0-dan startap qurub onu daha baha qiymətə satmaqdan danışırıq. Tural Yusifov və Ali Khayyam-ın #Söhbətgah-da qonağı bu işdə ilki edən #Nextsale startapının həmtəsisçisi və məhsul dizayneri Taleh Kərimlidir. Startap qurmaq üçün nədən başlamaq lazımdır? Komanda necə qurulur? İnvestoru necə tapmaq olar? Bütün bu suallara cavab tapacaqsınız.
Maliyyənin idarə edilməsi | Nə ilə məşğul olmalıyıq? | Uğur nədir? | Qafar Demirçi 16.02.2022 1:46:05
Bu dəfə sahibkar Qafar Demirçi ilə bir çox suallara cavab tapmağa çalışdıq. Biznes, sahibkarlıq, maliyyənin idarə edilməsi, bir az tarix və uğurun sirləri haqqında.
Niyə hobbimiz yoxdur? | Hobbi nədir? | Özümüzü necə məşğul edək? 11.02.2022 1:19:28
Ali Khayyam və Dj. Tural növbəti "Münasibət"də hobbilərdən danışdılar. Əslində mövzu başqa yerlərə də gedib çıxır. Təhsil, tərbiyə və s. Bəzi hallarda hobbinin olmaması insanlara mənasız işlərlə məşğul olmaq şəraiti yaradır. Bəs sizin hobbiniz nədir?
Təkamül nədir? | Viruslar dünyanı necə ələ keçirdir? | Korona öncədən bilinirdi | Söhbətgah 08.02.2022 1:31:25
Ali Khayyam və Dj. Tural molekulyar mikrobioloq, genetik Araz Zeyniyevlə #təkamül-dən, #virus-lardan və #covid-dən danışdılar. Bu maraqlı söhbəti izləyin və kanalımızın patronu olun. Siz bizə patronluq etdikcə başqaları da daha çox belə məzmun izləmək imkanı əldə edir. Şərhlərdə fikirlərinizi yazın.
Qadın Sahibkar | Azərbaycanda Qadın | Elnarə Naxmedova | Söhbətgah 08.02.2022 1:04:54
Bu dəfə qonağımız Beauttech gözəllik şəbəkələrinin sahibi Elnarə Naxmedova ilə Azərbaycanda qadın sahibkar olmaqdan, biznes mühitindən və çətinliklərindən danışdıq. Sahibkar öz övladını necə böyütməlidir, ona nələr aşılamalıdır? Dj. Tural və Ali Khayyam Elnarə xanımın əsas iş prinsiplərindən söhbət açdılar.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.