Kandar Kanal

Kandar

Society AZ ↓ 30 episodes

Kandar müsahibə kanalıdır. İctimai-siyasi və incəsənət istiqamətlərində maraqlı fiqurların bioqrafiya və yaradıcılığını əks etdirən video kontentdir.

Author

Kandar Kanal

Category

Society

Podcast website

www.spreaker.com

Latest episode

Mar 20, 2026

Where to listen?

Podcasts in the app Replaio Radio Coming soon

Podcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts

Get it on Google Play Install for free Android 5M+ downloads · 4.8 rating iOS soon

Episodes

UÇURUM #2 - Konspirologiya 20.03.2026

Əli fakta çatmayan nəzəriyyəçilərin və məzlumların yeganə düşünmə metodu konspirologiyadır. Adətən bu dünyagörüşünü qəsdən düz dünyaya, yadplanetlilərə inanmaq kimi irrasional fikirlərlə qarışdırır, suyu bulandırırlar. Lakin konspirologiya ilk növbədə siyasi instinktdir. Fuko da, yeri gəlsə, konspiroloqdur, amma o nəhayi nəticəyə çatana qədər dünyagörüşünü rasional şəkildə əsaslandırır. Nəzarət si...

UÇURUM #1 - Proqres ideyası 06.03.2026

Uçurum adlı podkastlara start veririk! Artıq genişhəcmli müsahibələrlə yanaşı bəzi mövzular haqda podkastlarımızı da izləyə biləcəksiniz. Hər dəfə bir anlayış ətrafında söhbətlər edəcəyik. Proqres ideyasından başladıq. Neokonservativ sosioloq Robert Nisbetin iddiasına görə proqres/irəliləmə bəşər yaranandan mövcud olmuş və müəyyən fasilələrlə, yüksələn xətlə davam etmişdir. Onun əksinə, ingilis tə...

Mübariz Əsgərov - "Qulp"un tarixçəsi 11.02.2026

Növbəti söhbətimiz Mübariz Əsgərovla baş tutdu. Onunla "Qulp"un tarixçəsindən və jurnalist fəaliyyətində yer alan Moskva, AZTV və ANS dövrlərindən danışdıq. O, Qulp kimi satirik verilişlə yanaşı ömürlük məhbuslarla intervyü etdiyi "Rezonans" adlı layihənin də müəllifidir.  Mübariz Əsgərov 1962-ci ildə,  20 yanvarda doğulub. Onun jurnalist karyerası satira ilə faciənin tən ortasında yer alır. Beləc...

Hilal Baydarov - Venesiyaya Qayıdış 05.10.2025

Bu dəfəki həmsöhbətimiz "Boşluğa Xütbə" filmi ilə ikinci dəfə Venesiya Film Festivalında iştirak edən rejissor Hilal Baydarovdur.  Kino haqda ümumi qəbul olunmuş populyar fikirlərin əksinə, Hilal düşünür ki, kino hekayənin bitdiyi yerdə başlayır. Rejissor öz komandası ilə birlikdə sükut, uzun kadrlar və rəsm sənəti vasitəsilə sanki dünyaya məna yükləmək əvəzinə onu dinləməyə cəhd edir. Baydarovun...

Memarlıq: İqtidarların Leqosu 24.07.2025

Şellinqin təbirincə, memarlıq daşlaşmış, yaxud donmuş musiqidir. Bu ifadə memarlığın ritm, harmoniya və müəyyən ölçülərə malik olmasına dəlalət edir. Biz də memarlığın Bakı kontekstində vacibliyini anlamaq üçün urbanist və memarlarla bu mövzunu əhatə etməyə çalışdıq.  Urbanizmin yaranması, Bakının keçdiyi tarixi prosesdə şəhərin necə dəyişməsi və indi sökülməkdə olan Bayırşəhər haqda danışdıq.  İb...

Sonuncu Nərə 02.06.2025

Qubalı yazıçı Rahim Dünyamalı "Tərsinə Addımlayan Kölgələr" romanından sonra çoxsaylı təhdidlərə məruz qalır. Romanın içindəki antaqonist obrazlar reallıqda ona yaşamağa imkan vermirlər. Lakin Rahim bunlara məhəl qoymayıb daha qlobal, ictimai-siyasi mövzuları əhatə edən "Sonuncu Nərə"ni yazır və bu əsərin əlyazması ilə Bakıya yollanır. Bakıda romanı oxuduqdan sonra onu çap etməkdən imtina edirlər...

Qismət Rüstəmov - Romantizm, horror və "ChatGPT" 30.03.2025

Bu dəfə həmsöhbətimiz yazıçı və tənqidçi Qismət Rüstəmov oldu. Onunla ədəbi birliklərin əhəmiyyəti, manifest dövrü və romantizmdən başlayaraq postmodernə qədər Avropanın müxtəlif cərəyanları haqqında danışdıq. Həmçinin müsahibədən sonra müəllifin bioqrafiyası barəsində və siyasətə baxışını da öyrənmiş olacaqsınız.  Müasir romanların keyfiyyəti necədir və ChatGPT dövründə yazıçı kimdir? Xoş seyrəda...

Zümrüd Dadaşzadə - Totalitar rejimdə sənət 25.02.2025

Növbəti qəhrəmanımız musiqişünas Zümrüd Dadaşzadədir. O, məşhur ədəbiyyatşünas Məmməd Arifin nəvəsi, "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaktoru olmuş Araz Dadaşzadənin qızıdır. Bu müsahibə onun bioqrafiyası fonunda Bakının 50-80-ci illərinin ictimai-siyasi həyatını əks etdirir. Sovetlərdən müasir dövrə qədər sənətin keçdiyi mərhələlərin ümumi xəritəsini təsvir etməyə çalışdıq. Xoş seyrəda...

Qar Adamı / Yeti 30.12.2024

Dünyanın müxtəlif ölkələrində Qar adamını gördüyünü iddia edən insanlar var. Bu misteriya ilə bağlı çoxsaylı fərziyyələr mövcuddur. Kimsə onları qədim əsatirlərə bağlayır, kimsə elmi izahatlar verməyə çalışır, bir başqa insanlar isə Yeti fenomeninin kultural qarabasma olduğunu vurğulayırlar.  Biz də Xınalıq sakini Babəli Babəliyevin şahid olduğu bu qəribə hadisəni çəkmək və olduğu kimi göstərmək i...

Tofiq Bakıxanov - Şifahi tarix: Bağırov, Hacıbəyov, Bakıxanovlar 06.12.2024

1950-ci illər yaddaş xronikası silsilə müsahibələrdən növbətisi Tofiq Bakıxanovla baş tutdu. T.Bakıxanov Simberovdan skripka, Qarayevdən isə bəstəkarlıq dərsləri almışdır.  O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər") və bir çox simfoniya, musiqili komediya və romansların müəllifidir. Bununla yanaşı, o, Vaqif Mustafayevlə birlikdə cazın yaranmasına da töhfə vermişdir. Qəhrəman...

Rəhman Bədəlov - 1950-80-ci illərdə Bakıda ictimai-siyasi həyat 31.10.2024

68-ci il Praqa hadisələrindən əvvəl və sonra Bakının ictimai-siyasi mühitində nələr baş vermişdi? Düşünmək və nəyəsə iddia etmək dərdi olan insanlar harada toplanır və nələri müzakirə edirdilər? Rus dili hələ də Azərbaycanda təfəkkürün dilidirmi? Bu barədə qəhrəmanımız kulturoloq Rəhman  Bədəlovla söhbətləşmişik.  Azərbaycanda Sovet və yeni dövrlə bağlı xatirələr çox az  və əsasən qeyri-azərbaycan...

Helikopteri Kəşf Edən İnsan 09.09.2024

Adil Salehov Azərbaycanda öz gücünə, emalatxanada sıfırdan helikopteri kəşf edən insandır. Bəli, o özünü mükaşif adlandırır və ixtira anlayışını kəşfdən ayırır. İxtira tarix boyu müxtəlif alimlərin səyi nəticəsində pilləli şəkildə inkişaf etdirilən və sonda bir alimin ayağına yazılan fenomendir. Kəşf isə bir dəfə ixtira olunan şeyin öz ölkəndə yenidən elmi əsaslarla ortaya qoyulmasıdır. Bu mənada...

Quşu Duman Apardı 08.07.2024

"Quşu duman apardı" ifadəsi Bakı kəndlərində quşbazlar arasında çox məşhurdur. Bəs bu cümlənin arxasında hansı hekayə dayanır? Bu sənədli müsahibədə quşbazların peşələrinə olan ehtirasını, quşların nəsil növlərini,  itərkən onları üzüklərindən tanımaq məharətlərini və öz daxili terminlərini göstərmək istədik. Quş saxlamaq avara olmaqdır, yoxsa nəsil həvəsidir? Şəhərləşmənin quşbazlığa təsiri nələr...

Ultras-kultura və "Neftçi" 19.04.2024

Bu müsahibəmiz "Neftçi" futbol klubunun tarixi fanat ənənəsinə həsr olunub. Ultras-kulturanı təmsil edən İlqar Məmmədov və Elnur Allahverdiyevlə Bakıda azarkeşin yaşadıqları problemlərdən bəhs etmişik. "Qarabağ"ın uzun müddətdir dominant klub olduğu ölkədə "Neftçi" azarkeşləri nələr yaşayır və tənqidləri kimlərədir? Tribunalarda hansı hadisələr baş verir? Müsahibədə bu məsələlərə şahid olacaqsınız...

Şəfaqət Məmmədova - Müasir musiqinin yaranması / Repressiyalar və donosbazlar 27.02.2024

Növbəti qəhrəmanımız musiqi tarixçisi Şəfaqət Məmmədovadır.  Müsahibənin ilk hissəsində müasir musiqinin Avropada və Azərbaycanda yaranmasından, dodekafoniya və böhran musiqisindən, ikinci hissədə isə 30-50-ci illər Sovet Azərbaycanında repressiya qurbanlarından danışmışıq. Həmçinin Qarayev, Hacıbəyov fiqurlarından və onlara yazılan donoslardan bəhs etmişik.  Xoş seyrədalmalar! 0:00 İntro 0:48 Avr...

Ağali Şirvanlı - Sələfilik, əxilik, vəhhabizm 14.12.2023

Bu dəfə Ağali Şirvanlı ilə sələfi icması mövzusuna toxunmuşuq. Azərbaycanda sələfiliyin yaranması, inkişafı, əxilik və vahhabizm adlandırmalarının nə mənaya gəlməsi məsələsi barəsində, həmçinin ümumən İslamın ictimai-siyasi baxışına nəzər yetirmək üçün qəhrəmanımızla söhbətləşmişik. Xoş seyrədalmalar! 0:00 İntro 0:10 Adətlər, xurafatlar 7:23 Filosoflara münasibət və qeybi məsələlər 15:58 Şeyx Hələ...

Cahangeşt Balaxanılı - "Meyxana hər zaman yenidir - tərdir" 23.11.2023

Bu dəfə mövzumuz meyxanadır. Qəhrəmanımız isə Rəşad Dağlının tələbəsi və yeni meyxanaçılar arasında məşhur olan Cahangeşt Balaxanılıdır. Onunla meyxananın mətbəxindən Əliağa Vahidin müzarə bəhrinə qədər uzanan söhbətimiz oldu. Xalq arasında fenomen olan bu şifahi ədəbiyyata başqa bucaqdan baxmaq fürsətiniz olacaq. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi: 0:00 İntro 0:21 İlk qafiyə 6:05 Meyxananın...

Руслан Айсин - Что такое государство? / Радикализм Джемаля 04.10.2023

Руслан Айсин - историк, политолог и руководитель концептуальной площадки «ТатПолит». Он является учеником Гейдара Джемаля, так же создателем интеллектуальной платформы «Поистине». Признан иноагентом за высказывание политических мыслей о войне в Украине. В этом интервью мы попытались поговорить о политических особенностях Турции, o будущем России, и конечно же о персоне Джемаля. Приятного созерцани...

Həmid Herisçi - Meyxana və ya immoralist ədəbiyyat 13.09.2023

Nasir, şair Həmid Herisçi növbəti həmsöhbətimizdir. Onunla meyxananın performativ tərəfindən, dekadans və epiqonçu Azərbaycan ədəbiyyatından, İran inqilabından, Heydər Camal və Mirzə İbrahimovla yoldaşlığından, istedadın təbiətindən və s. mətləblərdən danışmışıq. Tamaşaçı da bu müsahibə vasitəsilə bizim nəzəri gəzintimizə qoşulub Herisçinin eynəklərindən keçmişə və gələcəyə səyahət edə biləcəkdir....

Məmməd Süleymanov - "Realist olun, mümkün olmayanı arzulayın!” 10.08.2023

Marksist yazıçı, həkim, jurnalist Məmməd Süleymanov Kandarın növbəti qəhrəmanıdır. Bu müsahibədə Koronavirusun dünyaya siyasi təsiri, inqilabçı ilə qiyamçının fərqi, vətəndaş cəmiyyəti, postmodern dünyaya klassik marksizmin baxışı barəsində müəllifin fikirlərini öyrənəcəksiniz. Məmməd Süleymanov "Çe Gevaranın son sirri" və "Ədəbi portretlər" kitablarının müəllifidir. Müsahibədə həmçinin yazıçının...

Rizvan Hüseynov - "Tarix iqtidarın quludur" 20.07.2023

Kandarın növbəti qonağı Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik Rizvan Hüseynovdur. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və güc strukturlarında hərbi xidmət edib, kapitan rütbəsinə qədər yüksəlib. Həmçinin YUNESKO-nun kafedrasının Şimali Qafqaz bölməsinin dosenti seçilib. Bu müsahibədə qəhrəmanın ilk dəfə Azərbaycan dilində bioqrafiyasından, rok musiqiçi keçmişindən məlum...

Səid Riad - Qalstuklu reper / Narkotik və incəsənət / Gənc yazarların Nobel sevdası 14.06.2023

Kandarda növbəti qəhrəman Səid Riaddır! O, Bakıda hip-hopun müxtəlif istiqamətlərinin - breyk-dans, rep, qraffiti - inkişaf etdiyi dövrlərdə həmin məkanlarda olub, proseslərdə fəal iştirak edib və beləcə, müşahidə etdiyi anları bu intervyüdə bizimlə bölüşür... Səid Riad həmçinin replə bağlı Azərbaycanda ilk kitabların müəllifidir - "İNTRO: repin tarixi" və "OUTRO: repin təhlili". Bununla yanaşı, i...

Rasim Qaraca - İnqilabi şeir / AYO-dan dönənlər / Melanxoliyanı qovmaq 17.05.2023

Şair, nasir, AYO ədəbi birliyinin və Alatoran yayınlarının təsisçisi Rasim Qaraca ilə şeirin inqilabiliyi və gənc yazıçıların entuziazmı barədə söhbət etmişik. AYO-nun vaxtilə yaratdığı qığılcımın miqyası, sonradan isə bəzi üzvlərinin metamorfozası sualları ətrafında gəzişmişik. Eləcə də, müəllifin ədəbiyyatımızın vacib bir dövründə qarşılaşdığı simalar da az deyil və "Zülmətdə bir alatoran" kitab...

Zakir Əsədov - Əllərin yaddaşı 09.04.2023

Pianoçu Zakir Əsədov növbəti qəhrəmanımızdır. Müsahibədə Sebastyan Baxın yaradıcılığı, Azərbaycan musiqisinin kökləri, pianoçunun məziyyəti və virtuozluq barədə söhbət açmışıq. "Əllərin yaddaşı"na şahidlik etmək üçün sizi nəzəri gəzintiyə dəvət edirik. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi: 0:00 İntro 0:10 Virtuozluq 4:54 Absolyut eşitmə 8:06 Folk və trubadurlar 11:54 Georgi Şaroyev 15:20 Rusiy...

Qiyas İbrahim - "Qəhrəmanın son major notu onun ölümüdür" 03.03.2023

İctimai-siyasi fəal, anarxist, 2016-cı ildə siyasi həbs yatmış Qiyas İbrahim növbəti həmsöhbətimizdir. Siyasi şüurun yaranmasından məhbəs dövrünə, oradan isə politik nəzəriyyələrə qədər geniş mövzuda danışmışıq. Hər hansı aktdan daha çox onun motivi, niyyəti əsasdır. Odur ki, bizimlə bu müsahibəyə baş vuraraq fərqli mətləbləri özünüz üçün aşkara çıxara bilərsiniz. Xoş seyrədalmalar! 0:00 Kim? Hara...

Listen to the Kandar podcast in Replaio

Radio and podcasts in one app - free, with no sign-up. Install today and do not miss the launch

Get it on Google Play

Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.