Mirvari Həşimli
səsli məktublar
Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.
Author
Mirvari Həşimli
Category
Podcast website
Latest episode
Jul 6, 2026
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
sarı pərdəli pəncərə və vişnəli brownie 06.07.2026 26:38
son zamanlarda nələr olur deyə danışmaq istədim, sizdən və bura səsli məktub buraxmaqdan ötrü darıxmışam, ən qısa zamanda yenidən görüşəkk!!
bütün güllər anamın bağçasındandır 02.05.2026 27:20
nə vaxt solacağını bilmədiyimiz tək şey insanın ömrüdür, ona görə şansınız varkən bir-birinizə solub gedəcəyini bildiyiniz gülləri hədiyyə edin.
robotlar mənim insanlarım deyil 14.02.2026 33:34
uşaqkən düşünürdüm ki bəlkə də ətrafımdaki insanlar robotdu və sadəcə mən insanam, zaman keçdi özüm gün keçdikcə daha az insan hiss etdiyimi görməyə başladım. indi isə nə çevrəmizdəki robotları, nə də robotlaşmağı istəmirəm. mən robotları deyil insanlarımı istəyirəm.
sadəcə bir mesajdır 31.12.2025 5:59
bu səfər uzun-uzun söhbət etmirik, amma “səsli məktublar”-ın ağlımda olduğunu bildirmək istədim. dinlədiyiniz və var olduğunuz üçün təşəkkür edirəm! yaxşı ki varsınız! yeni iliniz mübarək!
Həyatıma bir gün qazandırmaq 03.10.2025 26:48
Kaş'a gedən yolda yenidən podcast bölümü qeydə almaq istəyimlə başlayıb, həyatımla və həyatımda nələr etmək istədiyimin fərqinə vardığım və hiss etdiyim , hər yaşadığımız gün barəsində, niyə "Ömrümüzdən bir gün getdi" deyirik amma "Ömrümə bir gün daha qazandırdım" demirik deyə sorğulayıb, bütün bunları bir araya topladığım bir bölümdür.
qonaqlıqdan söhbətlər: kim sağalır? 15.09.2025 1:02:03
ötən günlərdə Aygüngilə qonaq getmişdim, söhbətlərimiz öz axışında davam edərkən qərara gəlmişdik ki, mikrofonu açaq və bir bölüm qeydə alaq. beləliklə podcast-ın ilk qonaqlı bölümü Aygünlə oldu🩷 yaxşı ki belə oldu. Aygünlə sağalmaqla bağlı fikirlərimizi, hislərimizi bölüşdüyümüz bir bölüm qeydə aldıq, qarşılıqlı bir-birimizi qonaq etdiyimiz gün, indi isə sizləri də söhbətimizə qonaq etmək istəyi...
məni kimdən öyrənməliyəm? 22.06.2025 35:54
bu aralar yeni bir yerə, yeni bir həyata və rutinə öyrəşməyə çalışarkən, özümlə bağlı çox sualım yaranır və hər dəfə cavablarını axtarışa çıxanda bundan bir-iki ay öncə beynimdə canlanmış suala geri qayıdıram, məni kimdən öyrənməliyəm? bu bölümdə bu sual üzərinə düşündüyüm həftələrdən, hətda aylardan ibarət fikirlərimi toplamışam və sonunda cavabı deyəsən tapa və qəbullana bilmişəm. neçə müddətdir...
dostum üçün 04.05.2025 41:34
artıq iki ildir mesajlarıma geri dönüş ala bilmirəm, bu səbəbə görə bu səs qeydini sənə yollayıram. görüşəcəyimiz günə qədər bunu etməyə davam edəcəm.
uzaqdan şeirləri xatırlamaq 12.04.2025 40:20
insanın uzaqda olanda düşünmək, xatırlamaq üçün daha çox yeri və zamanı olur sanki. mən də bu zamanımın daxilində məni çox qınayan və uğursuz olacağımdan çox əmin olan birini kofe içməyə dəvət etdim. bəlkə bu səfər ətəyindəki daşları tökər və ikimizi də batırmağa çalışmaq əvəzinə, bunları niyə etdiyini açıqlayar deyə.
konfet kağızlarının arasında gizlənmək 18.01.2025 30:07
Yaşamaq, yaratmaq, hiss etmək, bəslənmək, var olmaq, zövq almaq, yer tutmaq üçün yaradılmış bədənlərimizi limitləməli olduğumuzu dünyanı öyrəndiyim zamanlardan bəri deyirdilər deyə, elə bilirdim haqlıdırlar. Uzun müddətdir danışmağı istədiyim, amma içdən-içə utanc duyduğum hekayələrdən ibarət bölümdür, zövq almaq, var olmaq, varlığımızın yer tutmasından qorxmamaq haqqında fikirlərimi danışmışam. B...
bir az söhbət edək ? 12.01.2025 29:59
Yeni il başlamışkən biraz söhbət etmək, 2024-dən danışmaq, 2025 üçün nələr düşündüyümü demək və ümumi axışa göz gəzdirmək istədim. “ Demək istədiyim odur ki verdiyin ilk şansda da, bu sənin seçimin olmasa belə, ikinci şansda da, çətin olsa belə, səni aramızda görə bildiyim üçün və bu məktubu dinləyə bildiyin üçün şadam. Yaşama və hər saniyəsində verdiyin bütün şanslara dəyər olduğunu və səni sevdi...
kameralarla qeydə alınmış nostalgiya 08.12.2024 28:17
uşaqkən atam birlikdə keçirdiyimiz günlərdə, kamerası ilə bölüşdüyümüz anları qeydə alırdı. böyüyərkəndə evdə film lentlərini, kameraları görürdüm. o zamanlar anları qeydə almağın önəmini, anları qeydə almağın insanı necə o anın içində saxlaya biləcəyini, anı və detalları tamlıqla dadmasına kömək edə biləcəyinin fərqində deyildim. taki, illər sonra öz günlərimi qeydə ala bilməyim üçün, anamın mənə...
Özləri var idi, amma üzləri yox idi 09.11.2024 42:59
əsrlərdir qadınları bədəni, seçimləri üzərindən qoyulan, müzakirə edilən qaydalarda, qanunlarda, fikirlərdə, zarafatlarda qadınlar xaricindəki hər kəsin fikrinin olması, zərrə-zərrə qazandığımız azadlıqların əlimizdən alınmasının asan olduğuna inanılması, 21-ci əsrdə hələ də dünyanın fərqli yerlərində ən təməl insan haqlarının qadağa olunması “yavaş-yavaş” insanı boğaza yığıb. bu qədər şey boğazım...
2 yaşın qeydi və yeni dönəmin başlaması 24.10.2024 30:56
bu bölüm, iki il ərzində podcastın həyatımda yaratdığı və sahib olduğu dəyəri, həyatımda, zehnimdə baş verən dəyişiklikləri qeyd etdiyim güvənli yer olması haqqında danışmışam. Bu zamana qədər dinləyən və dinləməkdə olan hər kəsə bolluca təşəkkürlərimi və sevgilərimi yollayıram. Var olmağa, yenilikləri həvəs və sevgi ilə qucaqlamağa davam edək!
Kollajlamaq və zehnimizin axışı 22.08.2024 18:33
Bu bölüm kollajlamaq və zehnimin axışı haqqında danışdığım bir bölümdür. Bölüm kollajın bir sənət növü olduğunu öyrənmə, onu istifadə etmə, zehin axışımda fərqindəlik yaşama, bu fərqindəliklərlə ehtiyaclarımı və daxili ilham qaynaqlarımı tapma proseslərim haqqında söhbətlərdən ibarətdir. Bu podcast bölümünün videolu formatıda mövcuddur.
21 29.07.2024 46:52
Sənin bacaracağına inanırdılar, sənin bacaracağına inanırsan. Sənə, sən var olduğun müddətcə heç solmayacaq qırmızı bir çiçək hədiyyə etmişəm. Ona yaxşı baxacağını bilirəm. İndi 21-dəyik. 21 ilə birlikdəyik. Gülüşünü özüm ilə hər zaman daşımışam və daşımağa da söz verirəm. Yeni yaşın, yeni yaşımız mübarək. 21 hər zaman səninlə bizimlə idi, hər zaman da elə olmağa davam edəcək.
səyahətə başlayarkən 13.07.2024 34:26
yeni bir səyahətə başlayarkən, bu səyahətin anlarını qeydə almağı və yayımlamağı istəyirəm. bu bölümü səyahətimə başlamazdan iki gün öncə qeydə almışam, axışda hiss etdiyim, düşündüyüm və danışmaq istədiyim şeyləri sizlə bölüşürəm. xoş dinləmələr :)
Görüşlərdən söhbətlər 04.07.2024 20:41
Özümə verdiyim tətil arasından sonra gəlib söhbətləşmək, görüşlərimdəki söhbətlərdən çıxarılan mənalar haqqında danışmaq istədim, xoş dinləmələr, yaxın zamanda görüşənədək, bolluca sevgilər
torpaqdan böyümək 05.05.2024 59:13
yaşamaq üçün, yaşada bilmək üçün, yola davam etmək, əvvəlki mənlərlə bağ yarada bilmək, qısacıq zamanımızda var ola bilmək üçün.
bir əlin beş barmağı 15.04.2024 43:45
bu bölümü kiminsə yaxşısı ola bilməyənlər, olmayanlar üçün qeydə almışam. xoş dinləmələr:)
Əmək vermək və itirmək qorxusu 07.04.2024 21:08
Bu səs qeydində dispanserdə tanış olduğum rəssamın, yenidən sevdiyim şeylər üçün əmək verməyimə ilham olması və itirmək qorxumun məni həyatdan necə qopardığının fərqinə varmağımın hekayəsini danışıram.
Saçıma düşən ilk ağ 14.03.2024 11:17
bu gün aynadaki əksimdə fərqinə vardım ki, mən saçıma ağ düşəcək qədər yaşaya bilmişəm, bu bölümü qeydə almazdan bir müddət öncə niyə yaşamalı olduğumun fərqinə varmışdım. illər keçir, saçımıza ağ düşür və biz yaşamağı istəyə bilirmişik, bu gün anladım bunu mən, sizlədə bölüşmək istədim, dinlədiyiniz üçün təşəkkür edirəm.
Sərbəst atış: Ortaya qarışıq 08.03.2024 41:28
Salam, bu bölümün daxilində son zamanlarda beynimdə olan suallar, qərara gəldiyim və gəlmədiyim fikirlər, ortaya qarışıq, bir-biri ilə başda və sonda bağlılığı olan mövzular haqqındaki fikirlərimi danışmışam, qarmaşadaki sakitliyə xoş gəldiniz :) xoş dinləmələr.
Qara qarğa və korellanın hekayəsi 19.02.2024 34:54
Əvvəlki evimizdə bizlə birlikdə yaşayan corellanın(Boss) hekayəsindən və qara qarğalardan danışdığım bölüm oldu. Açıqlamada yaza biləcəyim tək şey “Dayanmak kolaysa bırak onlar da yansın” :) xoş dinləmələr arzu edirəm, görüşənədək.
Narahatlıqlarla yaşamağa çalışarkən kəşf etdiyim gözəl şeylər 17.02.2024 44:07
Uzun müddətdir narahatlıqlarla əl-ələ yaşayıram. Bəzən artıq davam edə bilməyəcəyimi düşündüyüm belə olur. Son zamanlarda narahatlıqlarıma və onları sakitləşdirmək üçün etdiklərimi analiz etdikcə, məni yaxşı və bütün hiss etdirən yeni amma köhnədən var olan şeyləri kəşf edirəm, bunların bəzilərini sizinlədə bölüşmək istədim🤍
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.