Söhbətgah
Söhbətgah
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Elm bizdə niyə populyar deyil? | Elçin Abbasov və İnteraktiv Elm Muzeyi | Söhbətgah 16.07.2022 1:12:48
Bu dəfə Tural Yusifov və Ali Khayyam "Söhbətgah"ı Elçin Abbasovun "İnteraktiv Elm Muzeyi"nə daşıdı. Bizdə elm niyə populyar deyil? Təhsildə nələr dəyişməlidir? Bu kimi sualların cavabını tapmağa çalışdılar. "İnteraktiv Elm Muzeyi" "Hədəf liseyi"nin təsisçisi Şəmil Sadiqin, Pedoqoji Universitetdə yaradılmış muzey isə fizika fakültəsinin dekanı Arzu Daşdəmirovun dəstəyilə yaradılıb.
İradə Gücünün İnstinkti | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah 09.07.2022 40:32
Tural Yusifov və Ali Khayyam bu dəfə çox vacib bir mövzuya, "iradə" mövzusuna toxundular. İnsan öz iradəsini necə idarə etməlidir? İradə təkamül prosesində necə formalaşdı? Qida və idmanı necə tənzimləmək lazımdır? Bütün bu sualların cavabını "İradə gücünün instinkti" kitabında oxuyub müzakirə etdilər.
Bizi izləyirlər? | Rəqəmsal viruslardan qorunmaq mümkündür? | Müşviq Məmmədov | Söhbətgah 03.07.2022 1:32:13
Bu dəfə Tural Yusifov və Ali Khayyam kibertəhlükəsizlikdən daha geniş və ətraflı danışdılar. Onların qonağı olan "Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov rəqəmsal viruslar, bankdakı pulumuzun qorunması və bir çox təhlükəsizlik qaydalarından danışdı.
Yaradıcı düşünmə sənəti | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah 02.07.2022 33:48
Tural Yusifov və Ali Khayyam bu dəfə Rod Cadkinsin "Yaradıcı düşünmə sənəti" kitabını incələdilər. "Libraff" kitab evindən ala biləcəyiniz bu kitab yaradıcı bir işlə məşğul olan, düşüncə tərzini dəyişmək istəyən şəxslər üçün stolüstü bir kitab sayıla bilər.
Müsbət və mənfi nədir? | Neqativ durumdan pozitivə keçid | Münasibət | Söhbətgah 02.07.2022 1:47:30
Bu dəfə Tural Yusifov və Ali Khayyam neqativdən və pozitivdən, mənfi düşüncələrdən, olduğun mühitdə onu xeyrinə necə dəyişə biləcəyindən və cəmiyyətimizin problemlərindən danışdılar.
Sinan Cananla yenidən görüşdük | Beynimiz necə işləyir? | Atatürkü fərqli edən nədir? 27.06.2022 1:07:40
Ali Khayyam və Tural Yusifov Bakıya seminara gəlmiş "Açık Beyin" kanalının yaradıcılarından Sinan Cananla söhbətləşmək fürsətini qaçırmadılar. Nəticədə, çox maraqlı suallarla müzakirə alındı. İnsanın beyni necə çalışır? Verdiyimiz qərarlarda beynimizin rolu. Biz beynimizi, yoxsa beynimiz bizi idarə edir? Bu sualların cavabını tapmağa çalışdılar.
M.Ə.Rəsulzadə "Məktublar | Şəfibəyçilik" kitabı nəyi öyrədir? | Bu kitabı niyə oxumalıyıq? 25.06.2022 31:00
Dj. Tural və Əli Xəyyam "Bu kitabı niyə oxumalıyam?" rubrikasında M.Ə.Rəsulzadənin məktubları və məqalələrindən ibarət kitabı incələdilər. Bu kitab bəlkə də bu günümüzün reallığına güzgüdür. Sovet işğalından sonra mühacirlərin həyatının necə keçdiyinin nümunəsidir.
Təhsil nədir? | Təhsilimiz necə olmalıdır | Söhbətgah | Münasibət 25.06.2022 1:06:14
Təhsil necə olmalıdır? Bizim təhsilimiz hara gedir? Bizim təhsilimizi nə xilas edə bilər? Bəs siz təhsilimiz haqqında nə düşünürsünüz?
Özgür Baykut | İnsanı yaşadan nədir? | Söhbətgah 25.06.2022 52:46
"Söhbətgah"da bir qonağın ikinci dəfə qonaq olmaq təcrübəsini Özgür Baykutla yaşadıq. Bu dəfə Dj. Tural və Əli Xəyyam, Özgür Baykutun yeni kitabı, itlərin insanlardan daha sədaqətli olması və insanı yaşadan əsas məsələlərdən danışdılar.
Evini də sahmana sal, həyatını da | Səliqəli həyat necə olur? | Bu kitabı niyə oxumalıyıq? 18.06.2022 29:08
Bu dəfə Tural Yusifov və Ali Khayyam "Libraff"ın təqdimatında Mari Kondonun "Evini də sahmana sal, həyatını da" kitabını müzakirə etdilər. Həyatımızın sahmanı ilə evimizin sahmanı arasında əlaqə, səliqə nədir və səliqəli olmaq nədir suallarına cavab tapmağa çalışdılar.
Qış müharibəsi | Hitler Bakını xilas etdi | Bu Belə Olub #2 | Söhbətgah 14.06.2022 28:42
Bu dəfə Ayaz İlyasov "Bu Belə Olub" tarixi podkastında "Qış müharibəsi"ndən danışacaq. Stalinin Finlandiyanı işğal etmək cəhdi, Hitlerin Bakını xilas etməsi və finlərin az ordu ilə milyonluq Sovet ordusuna qarşı güclü dirənişi.
Tarix bizə nə öyrədir? | Emrah Safa Gürkan | Əzbərə yaşayanlar | Sohbetgah Türkiye 13.06.2022 1:07:11
Bu dəfə "Sohbetgah Türkiye"də Ali Khayyam və Tural Yusifovun qonağı məşhur tarixçi Emrah Safa Gürkan oldu. Onunla tarixdən, şəxsi inkişafdan, tarixin bizə nələri öyrətməsindən danışdıq.
"Bir şey" | Bu kitabı niyə oxumalıyıq? | Söhbətgah | Libraff 10.06.2022 34:48
Ali Khayyam və Tural Yusifov çox maraqlı bir kitabı birlikdə müzakirə etdilər. Qari Keller və Cey Papazanın "Bir şey" kitabı sizə əsas bir şeyi tapmaqda kömək edəcək.
Kibertəhlükəsizlik | Bizi harada, necə və kim izləyir? | Vüsal Salmanlı | Söhbətgah 06.06.2022 56:12
Bu dəfə Ali Khayyam və Tural Yusifov kibertəhlükəsizlik konsultantı Vüsal Salmanlı ilə kibertəhlükəsizlikdən danışdılar. Görəsən bizi kimlər, harada və necə izləyir? Smartfonumuzla haralara məlumat ötürürük?
Silahlar, Mikroblar və Polad | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah 04.06.2022 36:57
Tural Yusifov və Ali Khayyam bəşər tarixini anlamaq üçün ciddi bir bünövrəni, "Silahlar, Mikroblar və Polad" kitabını müzakirə etdilər. Həm tarix, həm fəlsəfə, həm də fərqli yanaşmaların olduğu bir söhbət oldu.
Biz niyə intihar edirik? | Ölümün adiləşməsi | Valideyn və övlad | Psixoloq Mələk Kərimova 30.05.2022 54:37
Bu dəfə Tural Yusifov və Ali Khayyam psixoloq Mələk Kərimova ilə intihardan danışdılar. Biz niyə intihar edirik? Ölümün adiləşməsi, valideyn və övlad münasibətləri, intihara gedən yol və bu kimi məsələləri müzakirə etdilər.
Müsəlmanlar nədə səhvə yol verdi? | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah 27.05.2022 39:25
Bu dəfə Ali Khayyam və Tural Yusifov "Bu kitabı niyə oxumalıyam?" rubrikasında "Müsəlmanlar nədə səhvə yol verdi?" kitabını müzakirə etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti haqqında bilmədiyiniz ən maraqlı 10 fakt | Bu belə olub | Söhbətgah 26.05.2022 15:44
Bu dəfə yeni bir rubrikanı təqdim edirik. Sakit Redaktor Ayaz İlyasov "Bu belə olub" rubrikasının ilk buraxılışını AXC-yə həsr edib. Azərbaycan Xalq Cümhuriyyəti haqqında bilmədiyiniz 10 ən maraqlı faktdan danışır.
İşləmək nədir? | Öz biznesini qurmaq | Liderlik nədir? | Münasibət #20 | Söhbətgah 26.05.2022 1:14:24
Bu dəfə Ali Khayyam və Tural Yusifov işləməkdən, öz üzərində işləmək, öz işini qurmaq, liderlik və biznes qurmaqdan danışdılar.
Milyardlıq startapı necə qurmaq olar? | Hamı ABŞ-yə niyə can atır? | Fərid İsmayılzadə 24.05.2022 1:04:27
Söhbətgah-da bu dəfə Ali Khayyam və Tural Yusifov "GoldenPay"in təsisçisi Fərid İsmayılzadə ilə milyardlıq startaplardan, özünüdərkdən, hamının ABŞ-yə niyə can atmasından danışdılar.
Özü-sözü gözəl uşaq | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah 24.05.2022 28:53
Bu dəfə Teas Press-in nəşr etdiyi "Özü-sözü gözəl uşaq" kitabı haqqında danışdıq. Uşaqlar niyə qəzəblənir? Niyə oğurluq edir, ya da zalım olurlar? Necə edək ki, gülsünlər? Necə edək ki, özlərini xoşbəxt hiss etsinlər? Biz özümüzü necə dəyişək ki, onlar da dəyişsinlər?
Oytun Erbaş | Hamımızda autizm var | Linçləmə haqqında | Söhbətgah Türkiyə 19.05.2022 1:02:38
Tural Yusifov və Ali Khayyam-ın "Sohbetgah Türkiye" podkast seriyasında bu dəfə qonaqları Oytun Erbaş oldu. Onunla autizmdən, sağlamlıqdan, linçlərdən və gördüyü işlərdən danışdılar.
Fərqlilər | Bu kitabı niyə oxumalıyıq? | Libraff | Söhbətgah 18.05.2022 29:05
Bu dəfə "Fərqlilər"i seçdik. Tariximizi bilmək niyə vacibdir? O vaciblik qədər onu sadə dillə və maraqlı formada çatdırmaq da böyük işdir. "Fərqlilər" kitabı bu işin öhdəsindən gəlib.
Komfort zonası nədir? | Komfort zonasına daxil olmaq, yoxsa oradan çıxmaq? | Münasibət 17.05.2022 1:49:58
Bu dəfə Tural Yusifov və Ali Khayyam komfort zonasından danışdılar. Komfort zonasına daxil olmaq, yoxsa o zonadan çıxmaqmı lazımdır? Bəlkə komfort zonası yoxdur və pis vərdişlərin zonası var?
Meditasiya nədir? | Meditasiya nəyimizə lazımdır? | Könül Cəlil | Söhbətgah 08.05.2022 1:06:27
Bu dəfə Tural Yusifov və Əli Xəyyam Könül Cəlil ilə meditasiyadan danışdılar💙💚 Meditasiya nədir? Xoşbəxtlik nədir? Niyə meditasiya etmləiyik? Bu suallara cavab axtardıq. Bəs siz meditasiya edirsinizmi?
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.