Söhbətgah
Söhbətgah
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Zamanımızı nəyə xərcləyirik? | Münasibət | Söhbətgah 12.10.2022 1:13:45
Bu dəfə Tural Yusifov və Əli Xəyyam "zaman"dan danışdılar. Daha dəqiq desək, zamanımızı nələrə xərcləməyimizdən. Bəs sizin ən çox zamanınız nəyə gedir? Buraxılışın əsas dəstəkçisi “Azərçay”a təşəkkürlər☕ Azərçay, Doğma Çay!
80-nin 20-ə nisbəti I Pareto qanunu necə işləyir | Kitab xülasəsi | Söhbətgah 11.10.2022 4:09
Yəqin ki, siz Pareto qanunu 80-20-ə nisbəti haqqında eşitmisiniz. Pareto deyirdi ki, İtaliyada, Britaniyada var-dövlətin 80%-i 20% əhalinin əlində cəmləşib. Və 80% effektliyin 20% zəhmətdən asılı olduğunu bildirirdi. Bu gün sizə Riçard Kox-un 80-20-ə nisbəti kitabından əsas nəticələri bölüşmək istərdim.
Sağlamlıq nədir? | Doktor Aqil Axundov | Söhbətgah 09.10.2022 1:36:15
Bu dəfə @dj.tural və @alikhayyam sağlamlıqdan, gigiyenadan, həkimlikdən danışdılar. Maraqlı, informativ, məzəli söhbətə biganə qalmayın və şərhlərdə müzakirələrdə iştirak edin💚💙
Hər bir autizmli uşağın bilməyinizi istədyi 10 fakt | Bu kitabı niyə oxumalıyam? | Söhbətgah 07.10.2022 26:55
Bu dəfə "Söhbətgah"-da autizmlə bağlı kitabdan danışdılar. Ali Khayyam və Tural Yusifov Ellen Notbohm-un "Hər bir autizmli uşağın bilməyinizi istədiyi 10 fakt" kitabı haqqında fikirlərini bölüşdülər və onlara təsir edən məqamlara toxundular. Bu kitabı #Libraff kitab mağazalarından əldə edə bilərsiniz. Buraxılışın əsas dəstəkçisi “Libraff”a təşəkkürlər📚 https://www.instagram.com/libraff.az/
Gələcəyimiz üçün nə edirik? | Söhbətgah | Münasibət 05.10.2022 1:09:23
Bu dəfə @dj.tural və @alikhayyam bir şəxsin gələcəyi üçün etməli olduğu məsələlərdən söhbət açdılar. Özümüzə "münasibət"dən, mütaliədən danışdılar. Bəs siz gələcəyiniz üçün nə edirsiniz?💚💙
Emosional intellekt | Niyə İQ-dan vacibdir? | 10 dəqiqədə bir kitab | Kitab xülasəsi 04.10.2022 4:09
Bu gün "Daniel Goleman"ın "Emosional intellekt" kitabından aldığım nəticələri sizinlə bölüşmək istəyirəm. Emosional intellekt davranışlarımızı necə tənzimləyir, cəmiyyətdəki yerimizə necə təsir göstərir və necə müsbət qərarlar almağımıza kömək olur? Emosional intellekt niyə İQ-dan daha vacibdir?
Xaricdə təhsil | Nədən başlamalı? | Rüfət Hüseynzadə | Söhbətgah 02.10.2022 59:32
Bu dəfə Tural Yusifov və Əli Xəyyam-ın qonağı xaricdə təhsil üzrə ixtisaslaşmış Rüfət Hüseynzadə oldu. Xaricdə təhsil, xaricdə təhsil almaq üçün nədən başlamalı, xaricdə təhsil üçün nələr olmalıdır və bu kimi mövzularda söhbət etdilər.
Rəqəmsal liderlik | Bu kitabı niyə oxumalıyam? | Libraff | Söhbətgah 01.10.2022 28:19
Bu dəfə "Söhbətgah"da maraqlı bir kitabdan danışdıq. "Rəqəmsal Liderlik" - @libraff.az-da satışa çıxan bu kitab rəqəmsal dünyada yeri olan hər bir biznes üçün masaüstü kitabdır. Siz nələr oxuyursunuz?💚💙
Vətən nədir? | Vətənpərvərlik nədən başlayır? | Söhbətgah | Münasibət 28.09.2022 1:14:20
Bu dəfə @dj.tural və @alikhayyam "Vətən"dən danışdılar. "Münasibət"də "Vətən nədir?" sualına cavab tapmağa çalışdılar. Bəs sizcə vətən nədir? Vətənpərvərlik nədir?
10 dəqiqədə 1 kitab | Yüksək effektli insanların 7 vərdişi 27.09.2022 4:09
Yeni seriyaya start verdik! "10 dəqiqədə 1 kitab"-da bu dəfə "Yüksək effektli insanların 7 vərdişi"ndən öyrəndiklərimi sizlərlə bölüşdüm💚💙
Yalan nədir? | Biz niyə yalan danışırıq? | Psixiatr Elçin Aslanov | Söhbətgah 25.09.2022 1:24:30
Bu dəfə "Söhbətgah"da qonağımız Almaniyadandır. Regensburg Universitet klinikasının aparıcı psixiatr həkimi Elçin Aslanovla psixoterapiyadan, yalandan, niyə yalan danışmağımızdan, psixologiya, xəstələrin müalicəsindən, Alman tibbi ilə Azərbaycan tibbi arasındakı fərqlərdən danışdıq💚💙
Qarmağa keçdinsə | Bu kitabı niyə oxumalıyam? | Libraff | Söhbətgah 23.09.2022 35:03
Bu dəfə Dj. Tural və Əli Xəyyam "Qarmağa keçdinsə" kitabından danışdılar. #Bukitabıniyəoxumalıyam rubrikasında icmal etdiyimiz bu kitab istehsalçı vərdişlərini daimi müştəri qazanmağa yönələndən addımlardan bəhs edir. Burada öz şəxsi işlərimizdən də misallar çəkərək kitab haqqında dolğun məlumat verməyə çalışdıq.
TikTok gəncliyi | Sosial şəbəkə bizi poza bilərmi? | Münasibət | Söhbətgah 22.09.2022 1:32:35
"Söhbətgah"da artıq 100-cü videonu izləyirsiniz💙💚 "Münasibət"də @dj.tural və @alikhayyam "TikTok"dan, onun cəmiyyəti səhv yönəldə biləcəyi ehtimalından və orada olanlardan danışdılar. 💡Siz də fikirlərinizi şərhlərdə yazın, müzakirə edək.
Sovet Azərbaycanı (1920-1930) | Bu belə olub | Söhbətgah 20.09.2022 13:48
Bu dəfə "Bu belə olub"da Sovet Azərbaycanından bəhs edəcəyik. 1920-1930-cu illərdə baş vermiş maraqlı hadisələrdən Ayaz İlyasov danışır.
Almaniyaya necə köçək? | Miqrasiya, Almaniyada həyat və iş | Səttar Kərimov | Söhbətgah 18.09.2022 1:03:00
"Azərçay"ın dəstəyilə "Söhbətgah"ın yeni mövsümünün ilk qonaqlı buraxılışı miqrasiya haqqındadır. Münhen "Azərbaycan evi"nin rəhbəri Səttar Kərimovla Almaniyadan, alman olmaqdan, irqçilikdən, miqrasiyadan danışdıq.
Rəqəmsal dünyada uşaq böyütmək | Bu kitabı niyə oxumalıyam? | Söhbətgah 16.09.2022 41:56
"Libraff"la birgə kitab müzakirələri "Söhbətgah"da davam edir. Bu dəfə "Rəqəmsal dünyada uşaq böyütmək" kitabından danışdıq. Adət etdiyimizdən söhbət bizi bir az uzaqlara apardı. "Söhbətgah"ın ikinci mövsümünə xoş gəldiniz.
Müslüm Maqomayev haqqında ən maraqlı 10 fakt | Bu belə olub | Söhbətgah 16.08.2022 12:20
Bu dəfə Ayaz İlyasov görkəmli sənətkar Müslüm Maqomayev haqqında ən maraqlı 10 faktı təqdim edir.
Türkiyə blogerlərini o məşhur edib | Əfqan Rəsulov | Söhbətgah | 1-ci mövsümün sonu 31.07.2022 1:04:18
"Söhbətgah Türkiyə" podkast seriyasında bu dəfə Türkiyədə çox məşhur olan, oradakı blogerlərin tanınmasında rolu olmuş “Acunmedya Akademi”nin CMO-su və “YouTube” sertifikatlı mütəxəssis Əfqan Rəsulovla söhbətləşdik. Bu, "Söhbətgah" podkast seriyasının 1-ci mövsümünün sonu oldu. Mövsüm boyu bizimlə bərabər olduğunuza görə təşəkkür edirik.
Sivilizasiyaların toqquşması | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah 31.07.2022 34:34
"Libraff"ın dəstəyilə mövsümün son "Bu kitabı niyə oxumalıyıq?" buraxılışında Tural Yusifov və Ali Khayyam Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" kitabını müzakirə etdilər. Dünya xalqlarının qarşılıqlı mədəni əlaqələrindən və sivilizasiyaların qlobal miqyasda siyasətə təsir gücündən danışdılar.
Necə poliqlot olmaq olar? | 9 dil bilən Aslan Məmmədzadə | Söhbətgah 27.07.2022 1:03:27
Bu dəfə Tural Yusifov və Ali Khayyam "Söhbətgah"da 9 dil bilən poliqlot Aslan Məmmədzadə ilə söhbət etdilər. Hər kəs ingilis dili öyrənə bilərmi? Eyni anda müxtəlif dilləri öyrənmək mümkündür? Poliqlot olmaq üçün nə etmək lazımdır?
İblislərlə dolu dünya elmin şam işığında | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah 27.07.2022 27:20
Bu dəfə "Libraff"ın dəstəyilə "Bu kitabı niyə oxumalıyıq" rubrikasında Tural Yusifov və Ali Khayyam Karl Saqanın "İblislərlə dolu dünya elmin şam işığında" kitabını müzakirə etdilər. Populyar elmin psevdoelmə qarşı mübarizəsindən, "Böyük Partlayış" nəzəriyyəsindən bəhs edərək əsrarəngiz kainatın kəşfinə çıxdılar.
Qorxu nədir? | Ekstrim blogerlik | Fuad Tağı | Söhbətgah 21.07.2022 1:21:49
Bu dəfə "Söhbətgah"da Tural Yusifov və Ali Khayyamın qonağı ekstrim blogeri Fuad Tağı oldu. Onunla qorxu və ekstrim anlayışından, rəqəmsal sektorun biznesə təsirindən və data analitikasından danışdılar💙💚
Qarabağ xanlığı haqqında bilmədiyiniz ən maraqlı 10 fakt | Bu belə olub | Söhbətgah 16.07.2022 11:16
Bu dəfə Ayaz İlyasov Qarabağ xanlığının tarixinə nəzər salır. Amma bilmədiyimiz 10 ən maraqlı faktla.
Hər şeyin satıldığı mağaza Amazon erası | Niyə bu kitabı oxumalıyam? | Libraff | Söhbətgah 16.07.2022 28:21
Tural Yusifov və Ali Khayyam bu dəfə "Amazon" şirkətinin qurucusu Ceff Bezosun fəaliyyəti və uğurlarından bəhs edən "Hər şeyin satıldığı mağaza" kitabını müzakirə etdilər. Ölkəmizdə biznesə innovasiyalar təqdim edə bilən beyinlərin azlığı, uğurlu bizneslərin fəaliyyət sirləri və "Amazon"dakı korporativ mədəniyyət haqqında danışdılar.
Dəyər nədir? | Nələr bizə dəyər qatır? | Bizi dəyərli edən nədir? | Söhbətgah | Münasibət 16.07.2022 1:24:44
Bu dəfə "Münasibət"də dəyərlərdən danışırıq. Ali Khayyam və Tural Yusifov dəyərdən, bizə dəyər qatan işlərlə məşğul olmaqdan, bizi dəyərli edən məsələlərdən danışdılar.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.