Söhbətgah
Söhbətgah
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Qaraqan "Art və Xaos" | Bu kitabı niyə oxumalıyam? | Söhbətgah | Libraff 10.12.2022 24:04
Bu dəfə bir çoxlarının sevimlisi #Qaraqan-ın kitabından bəhs etdik. #ArtvəXaos kitabı bir tanınmazlığa qaçan musiqiçinin özündə, xəyallarında, sevgisində, suallarının içərisində qərq olmasından bəhs edir. Bu kitabı oxumamısınızsa, Qaraqanın imza xətti sizə doğma gələcək və son səhifəyə qədər sizi həyacanda saxlayacaq.
Psixoloji sağlam insanların etmədiyi 13 şey | Amy Morin | Söhbətgah 06.12.2022 5:14
Oxuduğum kitabların xülasələrini bölüşdüyüm podkastlarıma davam edirəm. Bu dəfə kitablarını davamlı olaraq 13 rəqəmi ilə bağlayan bir yazıçının, Amy Morinin kitabını oxuyub sizlər üçün xülasə etdim💙💚
Çay nədir? | Niyə çay içirik? | Söhbətgah 04.12.2022 57:28
Qonağımız çay eksperti Nuriyyə Rəhmanova ilə "Çay nədir?" sualı ətrafında maraqlı söhbətimiz oldu. Çay niyə bizə bu qədər doğmadır? Çayın faydaları, düzgün dəmləmə metodları və ölkədən ölkəyə dəyişən qaydaları ilə bağlı qonağımızla həmsöhbət olduq.
Siz möhtəşəmsiniz | Bu kitabı niyə oxumalıyam | Söhbətgah | Libraff 04.12.2022 31:35
Bu dəfə @alikhayyam və @dj.tural yeniyetmə ədəbiyyatına müraciət etdilər. Əslində bu kitabı hər kəs oxumalıdır, nəinki yeniyetmələr. "Siz möhtəşəmsiniz" kitabı @libraff.az mağazalarında satışdadır. "Bu kitabı niyə oxumalıyam" rubrikasında biz yeniyetmə ədəbiyyatından da mütəmadi söz açacayıq💚💙
Öyrənməyi öyrənmək | Effektiv öyrənmək üsulumuz | Münasibət 30.11.2022 1:18:44
Bu dəfə Tural Yusifov və Əli Xəyyam özlərinin effektiv öyrənmək üsulundan danışdılar. Bəs siz hansı üsuldan istifadə edirsiniz?
Amerikada həyat | Amerikaya köçmək | Royal İsmayılov | Söhbətgah 27.11.2022 1:11:03
Bu dəfə #Söhbətgah-da ABŞ-da yaşaya Royal İsmayılovla Amerikaya köçməkdən, Amerikanın qaranlıq tərəfindən və oradakı həyatdan danışdıq.
Qənimət | Bu kitabı niyə oxumalıyam | Libraff | Söhbətgah 25.11.2022 38:56
Bu dəfə çox dərin və aktual bir kitabdan danışmışıq: Qənimət. Daniel Yergin bu kitabında elə hal-hazırda baş verən bütün siyasi, iqtisadi və ictimai hadisələrin kökünə gedir, onların səbəbini faktlarla izah edir. Mütləq oxunmalı kitablar siyahımızda öz yerini tapdı. Siz #bukitabıniyəoxumalıyam rubrikasını #Libraff-ın dəstəyilə izləyirsiniz💙💚 Siz bir sıra Libraff kitabevlərindən bizim stendimizə...
Heç kim normal deyil | Bar Psikoloğu | Fərhad Aydın | Söhbətgah 20.11.2022 1:06:40
Bu dəfə "Sohbetgah Türkiye" buraxılışında "Bar Psikoloğu" Fərhad Aydın-la insan psixologiyasından, normalardan və insanın verdiyi qərarların səbəblərindən danışdıq.
Erik Riss "Qənaətcil Startup" | Bu kitabı niyə oxumalıyam | Libraff | Söhbətgah 18.11.2022 31:24
Bu dəfə @dj.tural və @alikhayyam "Bu kitabı niyə oxumalıyam" rubrikasında Erik Rissin "Qənaətil startup" kitabından söhbət açdılar💙💚 Rubrikanı @libraff.az təqdim edir💚💙
Pulumuzu nəyə xərcləyirik? | Pulumuz nəyə gedir? | Söhbətgah | Münasibət 18.11.2022 1:28:51
Bu dəfə Tural və Əli "pul"dan danışdılar. Pulumuz nəyə gedir? Xərclərimizi idarə edə bilirikmi? Xərclədiyimiz vaxt və pulun əvəzini ala bilirikmi? Bu suallar ətrafında fikir mübadiləsinə siz də qoşulun və şərhlərdə fikirlərinizi yazın.
Uşaqlarda cinsi tərbiyə | Onların bədən dilini oxumaq | Aydan İsgəndərzadə | Söhbətgah 13.11.2022 1:28:53
Uşaqlar niyə utancaq olur? Uşaqların bədən dilini necə oxuyaq? Ciddi travmaların qarşısını necə almaq olar? Tural və Əli qonaqları Uşaq və Yeniyetmə Psixiatrı Aydan İsgəndərzadə ilə bu suallar ətrafında həmsöhbət oldular💚💙
Uğur qazandıran məktəblər | Bu kitabı niyə oxumalıyam | Libraff 11.11.2022 26:53
Məktəb və heyətlərini uğurlu edən nədir? Niyə bəzi məktəblər digərlərindən fərqlənir? Güclü təhsil sistemində məktəblər necə formalaşır? Bütün bu suallara "Uğur qazandıran məktəblər" kitabı əsasında cavab axtarmağa çalışdıq. Rubrikanı #Libraff təqdim edir💚💙
Azərbaycanda qadın kosmik mühəndis olmaq | Söhbətgah 10.11.2022 1:10:05
"Aura"nın dəstəyilə "Azərbaycanda Qadın" rubrikasında "Zəhra Kosmosda" layihəsinin yaradıcısı ilə həmsöhbət olduq.
Boşanma ərizəsi necə yazılır? | Boşanma niyə artıb? | Söhbətgah 06.11.2022 1:03:31
Bu dəfə "Söhbətgah"da Tural Yusifov və Əli Xəyyam son günlərin çox vacib məsələsini müzakirə etdilər. Vəkil İsrafil Əlili ilə boşanmaya gedən yol, problemlər və cütlüklərin arasında həll edə bilmədiyi məsələlərdən danışdılar.
Dünyanın arşını | Bu kitabı niyə oxumalıyam | Libraff 04.11.2022 19:52
Bu dəfə @dj.tural və @alikhayyam @libraff.az-la "Bu kitabı niyə oxumalıyam" rubrikasında "Daniel Keelman"ın "Dünyanın arşını" kitabını müzakirə etdilər. Bu rubrikada ilk dəfədir ki, bədii ədəbiyyat müzakirə edildi💙💚
Tənqid nədir? | Kimi və nəyi tənqid edirik? | Söhbətgah | Münasibət 02.11.2022 1:51:26
Bu dəfə Dj. Tural və Əli Xəyyam "tənqid"dən danışdılar. Tənqid nədir? Kimi tənqid etmək olar? Tənqid və təhqir arasındakı incə xətt. Yazıçılar Birliyinin üzvləri və onlara yönələn tənqidlər. Bu uzun söhbətimizə "Azerçay" dəmləyərək qulaq yoldaşı olun. Fikirlərinizi şərhlərdə yazmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın💚💙
CV necə hazırlanır və yazılır? | İş müsahibəsində verilən suallar | Söhbətgah 30.10.2022 1:06:34
Bu dəfə "Söhbətgah"da iş mövzusunda söhbət etdik. Ali Khayyam və Tural Yusifovun qonağı "PashaPay" şirkətinin HR koordinatoru Nisə Əbülhəsənova oldu. Onunla CV necə hazırlanır və yazılır, iş müsahibəsi, verilən suallar və işçi axtarışı haqqında danışdıq.
Müasir Azərbaycan kinosu | Bu kitabı niyə oxumalıyam? | Söhbətgah | Libraff 28.10.2022 29:33
Bu dəfə Dj Tural və Əli Xəyyam "Söhbətgah"da "Müasir Azərbaycan Kinosu" kitabı haqqında danışdılar. "Bu kitabı niyə oxumalıyam" rubrikasında müasir Azərbaycan kinosundan, bu kitabın əhəmiyyəıtindən, həm də bir az mövzudan da kənara çıxdılar. Rubrikanı Libraff təqdim edir.
Hər kəslə hər şeyi necə danışmalı | Leil Lowndes | Kitab Xülasəsi 25.10.2022 4:09
İnsan münasibətlərində bir çox texnika var, gülümsəmək, danışacağınız mövzuları seçmək və s. Elə bu mövzuda bu yaxınlarda oxuduğum və çox faydasını gördüyüm bir kitabın xülasəsini sizlərlə bölüşmək istədim💚💙
Ailələr nəyi səhv edir? | Özgür Bolat | Söhbətgah 23.10.2022 48:48
Bu dəfə @dj.tural və @alikhayyam-ın qonağı Türkiyədən elmlər doktor @dr.ozgurbolat oldu. Bu dəfə Söhbətgahda onunla ailələr nəyi səhv edər, dəyərsizlik duyğusu nədir, sağlam və xoşbəxt uşaq necə böyüdülə bilər və bu kimi mövzularda söhbət etdilər. Siz də şərhlərdə fikirlərinizi yaza bilərsiniz💚💙
Özünüqiymətləndirmənin 6 prinsipi | Bu kitabı niyə oxumalıyam? | Söhbətgah | Libraff 21.10.2022 21:57
Bu dəfə Ali Khayyam və Tural Yusifov psixologiya haqqında olan bir kitabdan bəhs etdilər. Bu kitab Nataniel Brendenin "Özünüqiymətləndirmənin 6 prinsipi" kitabıdır.
Tərbiyə nədir? 2 | Söhbətgah | Münasibət 19.10.2022 1:05:08
"Tərbiyə nədir?" mövzusuna yenidən qayıtmaq məcburiyyətində qaldıq. Çünki ehtiyac var idi. Məktəbdə baş verənlər, insanların buna və bir-birinə münasibəti haqqında "Münasibət". "Söhbətgah"a patron olmaqla yeni məzmun yaratmağımıza yardımçı ola bilərsiniz. Bizi www.sohbetgah.az vasitəsi ilə də dəstəkləyə bilərsiniz💚💙 Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
Cəld və yavaş düşünmək | Daniel Kahneman | Kitab xülasəsi 18.10.2022 4:03
Bu dəfə sizlər üçün çox sevdiyim bir kitabın xülasəsini səsləndirdim. Bu kitabın çox qalın olduğunu və çətin oxunduğunu bilirəm. Ona görə də aldığım nəticələrini bölüşürəm.
Güclü qadın kimdir? | Salatın Əsədova | Söhbətgah 16.10.2022 1:23:41
İdmandan başladıq, fəlsəfədə bitirdik😊 Bu dəfə @dj.tural və @alikhayyam fitness model @salatin_asadova-yla gücdən, idmandan, xoşbəxtlik axtarışından söhbət etdilər💚💙 Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕️ Azerçay, Doğma Çay!
Mübarizə aparan insan | Nelson Mandelanın avtobioqrafiyası | Bu kitabı niyə oxumalıyam? | Söhbətgah 14.10.2022 32:42
"Söhbətgah"da "Libraff"la birgə "Bu kitabı niyə oxumalıyam" seriyasında bu dəfə mübarizəsi ilə milyonlarla insana motivasiya olan və ideyaları uğrunda hər şeyindən vaz keçən Nelson Mandelanın avtobioqrafiyasına həsr edilmiş kitab müzakirə edildi.
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.