Söhbətgah
Söhbətgah
Tural və Əli hər həftə fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edir və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandırır.
Where to listen?
Podcasts in the app Replaio Radio Coming soonPodcasts are coming to the app soon. Install now and be the first to see a whole new take on podcasts
Episodes
Vicdan nədir? İçimizdəki səsi nə zaman eşidirik? 21.10.2021 1:24:44
Vicdan nədir? İçimizdəki səsi nə zaman eşidirik? Vicdan emosionaldır, yoxsa rasional? Fəlsəfədə bunun cavabı varmı? Bütün bu suallar ətrafındakı müzakirədə siz də iştirak edin. Düşüncələrinizi şərhlərdə bildirin, yazın. Sizin üçün vicdan nədir?
Azərbaycanda işsizlikdir, yoxsa işçisizlik? | İxtisas necə seçilməlidir? | CV yazılması | Söhbətgah 17.10.2021 1:18:33
Bu dəfə #Söhbətgah-da qonağımız Toğrul Ələkbərlə #ixtisasseçimi, #CVnecəyazılmalıdır, bizdə işsizlikdir, yoxsa işçisizlik mövzusunda söhbət etdik. İş necə axtarılmalıdır, ixtisas seçimi edərkən nələrə diqqət etmək lazımdır və s. suallarının cavabını bu podkastda tapa bilərsiniz. Videoya şərh yazmağı və bölüşməyi unutmayın. Sizcə, bizdə işsizlikdir, yoxsa işçisizlik?
Rəsul Həsən-in yeni kitabı | Söhbətgah | Nə var, nə yox? 13.10.2021 25:26
#Söhbətgah kanalımızda daha bir kiçik rubrika - #NəvarNəyox rubrikası. Bu rubrikada biz ölkədə çıxan yeni kitablar, dərgilər, musiqi reliz və albomlar, podkastlar və kinolar haqqında danışırıq. İlk qonağımız qrafik dizayner Rəsul Həsən-dir. Onun "Qrafik dizaynın əsasları" və "Bir brendin hekayəsi" kitabı çapdan çıxıb. Rəsulla bu kitab haqqında və ümumiyyətlə dizayn haqında bir balaca söhbət etdik.
Söhbətgah - Foreks nədir? | Pul qazanmağın yolları | Dövlətin və vətəndaşın kreditləri | Bitcoin 10.10.2021 1:50:47
Bu dəfə #Söhbətgah-da #pul-dan danışırıq. Pulun idarə edilməsi, varlılar necə varlanır, kredit nədir və dövlətlər niyə borclanır, foreks və qiymətli kağızlar birjası, #bitcoin niyə bahadır kimi suallara cavab axtardıq. Maliyyə məsləhətçisi Orxan Bağırov bizə pulun sirrini açdı. Şərhləriniz, paylaşmağınız və bəyənmələrinizlə bizə dəstək olsanız sevinərik.
Söhbətgah - Münasibət - İnanc nədir? Niyə inanmaq lazımdır? İslam Fəlsəfəsi 07.10.2021 1:27:30
#Söhbətgah-dakı söhbətləri artırmaq qərarına gəldik. Qonaqlı söhbətlərimizdən savayı ətrafda olanlara, həyata, baş verənlərə və fəlsəfəyə münasibətimizi bildirəcəyik. İlk söhbətimiz inancla bağlı oldu. İnanc nədir? Niyə inanmaq lazımdır? İslam Fəlsəfəsi haqqında danışırıq. Bu sizi bizi daha yaxından tanımaq imkanı verəcək. Siz də danışdıqlarımızla bağlı fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz. "...
Söhbətgah - Nə zaman öləcəyimizi bilmək mümkündür, genetik test 03.10.2021 1:28:58
Bu dəfə #söhbətgah-da sitogenetika bioloqu Vüsalə Əliyeva ilə genimizdən danışmışıq. Genetik testlər bizə nə verir? Genimizdə nələr gizlənib? Nə qədər yaşayacağımızı bilə bilərik? Vaksinlər bizim genimizi dəyişə bilərmi? DNT-də nələr gizlənib?
Söhbətgah: Səyahət etmək | Viza almaq | Ərəblər və yağış turizmi 27.09.2021 1:30:08
Bu dəfə səyahətdən danışırıq. Haralara vizasız getmək olar? Azərbaycanda gəzməli yer varmı? Ucuz səyahət və ərəb turistlər üçün yağış turizminin təşkili.
Söhbətgah: Kofe yoxsa çay, biznes qurmaq, təhsil lazımdır? 19.09.2021 1:23:42
Söhbətgahın üçüncü buraxılışında Pərviz Dadaşovla kofedən, çaydan, biznesin qurulmasından, təhsildən və bir çox mövzudan danışdıq.
Söhbətgah: Vasif İsmayıl, kişi sağlamlığı, seksual güc, masturbasiya və testosteron 12.09.2021 1:35:59
Qonağımız uroloq Vasif İsmayılla birgə bir çox mövzular ətrafında həmsöhbət olduq. Testosteron nədir? Hansı idman növlərinin kişilərə xeyri var? Seksual həyatın azadlığı və düzgünlüyü necə olmalıdır? Instagram: https://www.instagram.com/sohbatgah/
Söhbətgah: Depressiyanın əlamətləri, antidepressant, tükənmişlik və onun rəngi 06.09.2021 1:41:48
Qonaqlarımız Mələk Kərimova və Şəbnəm Sadıqova ilə birgə depressiyadan, tükənməkdən, sindromlardan və antidepresantlardan danışdıq. Depressiya nədir? Onu necə müalicə etmək olar? Yaxınlarımızı necə qorumalı və ya yardımçı olmalıyıq? Dərmanlar faydalıdırmı? Şəbnəm Sadıqovanın tövsiyələri: Patrick Melrose, Susie Orbach - Terapi odasında Mələk Kərimovanın tövsiyələri: Irvin D. Yalom - Güneşe Bakmak
Similar podcasts
Replaio is not a podcast publisher; show names, artwork and audio belong to their authors and are distributed through public RSS feeds.