Dalğa FM

Dalğa FM

Music AZ ↓ Odcinki: 552

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.spreaker.com

Autor

Dalğa FM

Kategoria

Music

Strona podcastu

www.spreaker.com

Ostatni odcinek

9 paź 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

Sahibkarlıqda hansı sektorlar hələ kəşf edilməyib? I İnvestisiya gündəliyi #5 14.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan biznes məsləhətçisi, sahibkar Fəridə Əsgərzadə ilə birlikdə sahibkarların qarşılaşdığı çətinlikləri, uğurlu biznes strategiyalarını və bazarda rəqabət aparmaq yollarını müzakirə etdik.

"Bu sənət dalğa kimidir, səni öz axınına alıb aparır" 14.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Gülər Nəbiyeva ilə aktyorluq sənətindən, teatr fəaliyyətindən, rol aldığı tamaşalardan, kino və seriallarda canlandırdığı obrazlardan bəhs etdik.

"Tenor saksofonda bu musiqini dünyada ilk dəfə mən ifa etmişəm" 11.07.2025

"Sənətin səsi" verilişində Qədim Musiqi Alətləri Dövlət Ansamblı və "Aypara" caz-folklor ansamblının solisti, nəfəs alətləri ifaçısı Teymur Abdullayev ilə sənət yolundan, fəaliyyət göstərdiyi ansambllardan, ifa etdiyi nəfəs alətlərindən və klassik əsərləri bu alətlərdə səsləndirməsindən bəhs etdik.

Azərbaycanda hansı bölgələr investisiya üçün daha əlverişlidir? I İnvestisiya gündəliyi #4 11.07.2025

"İnvestisiya gündəliyi"ndə qonağımız olan turizm eksperti Ceyhun Aşurov ilə birlikdə Azərbaycanda və dünyada turizmə sərmayə qoyuluşunun potensialı, riskləri və gələcək imkanları barədə danışdıq.

Vençur kapitalı nədir? I İnvestisiya gündəliyi #3 10.07.2025

"İnvestisiya gündəliyi"ndə qonağımız olan "SABAH.fund" vençur kapital fondunda investisiyalar üzrə baş məsləhətçi Məsud Alısoy ilə birlikdə vençur kapitalı sahəsində risklərin necə idarə olunduğu, investorların startaplarda nə axtardığı və Azərbaycanda bu bazarın inkişaf potensialı barədə müzakirə etdik.

"Mənim sənətim dünyanın ən çətin sənətlərindən biridir" 10.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, aktyor Şövqi Hüseynov ilə teatr fəaliyyətindən, rol aldığı tamaşalardan, kino və seriallarda canlandırdığı obrazlardan, pedaqoji fəaliyyətindən, həmçinin xarici ölkələrdə təşkil olunan festivallardakı çıxışlarından bəhs etdik.

"Azad torpaqlarımızda səslənən ifam qürur mənbəyim oldu" 09.07.2025

"Sənətin səsi" verilişində müğənni İlhamə Qasımova qonağımız oldu. Veriliş zamanı İlhamə xanım yeni mahnılarından danışdı, cənab Prezidentin doğma torpaqlara səfəri zamanı “Ey Vətən” mahnısını dinləməsi ilə bağlı yaşadığı təəssüratları bölüşdü. Həmçinin sənət yoldaşları ilə əməkdaşlıq etdiyi layihələr və sənət fəaliyyətindəki yaddaqalan xatirələri barədə danışdı.

İnvestisiyaya yeni başlayanlar nəyi bilməlidirlər? I İnvestisiya gündəliyi #2 09.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan "Unicapital İnvestisiya" şirkətinin direktoru Tələt Kalayev ilə birlikdə investisiyaya yeni başlayanlar üçün risklər, gəlir gözləntiləri, doğru sahəni seçmək, diversifikasiya və ilk addımlar haqqında danışdıq.

"Mən ifa edərkən öz yanaşma tərzimi qatmağı sevirəm" 08.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, skripka ifaçısı Səlim Abbasov ilə sənət yolundan, Zeynəb Xanlarova ilə tanışlığından və onun rəhbərlik etdiyi ansamblda göstərdiyi fəaliyyətindən danışdıq. Eyni zamanda Səlim Abbasov sənətdəki maraqlı xatirələrini bölüşdü və proqram boyunca skripkada canlı ifalar etdi.

İnvestisiya harada daha çox dəyər qazanır? I İnvestisiya gündəliyi #1 08.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan "ABB İnvest" şirkətinin icraçı direktoru Nadir Babazadə ilə birlikdə investisiya risklərindən, yatırımlar zamanı diqqət etməli olduğumuz məqamlardan danışdıq.

“4 müsabiqədə "Şahnaz" muğamı ilə qalib olmuşam" 07.07.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, xanəndə Təyyar Bayramov ilə muğam sənətindən, pedaqoji fəaliyyətindən və qazandığı nailiyyətlərdən bəhs etdik.

“36 ildir səhnədəyəm, amma hər çıxışım mənim üçün hələ də bir imtahandır" 04.07.2025

"Sənətin səsi" verilişinin buraxılışı Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətovanın aktrisalıq fəaliyyətinə, canlandırdığı obrazlara və bədii qiraətlərinə həsr olundu.

"8 ildən sonra sənətə qayıdaraq qaldığım yerdən davam etdim" 03.07.2025

"Sənətin səsi" verilişinin buraxılışı xanəndə Güllü Muradovanın sənət yoluna, “Muğam” Televiziya Müsabiqəsindəki qalibiyyətinə və ifalarına həsr olundu.

"Azərbaycana üç mandallı qanunu mən gətirmişəm" 02.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar artist, qanun ifaçısı Çinarə Mütəllibova ilə sənət yolundan, qanun alətinin inkişafından və Ağdam Muğam Mərkəzinin açılışı ilə bağlı təəssüratlarından bəhs etdik.

"Bu mahnını Cıdır düzündə bəstələmişəm" 01.07.2025

"Sənətin səsi" verilişində bəstəkar Elçin İmanov ilə əsərlərindən, yaradıcılığında üstünlük verdiyi şairlərdən və Eyyub Yaqubovla olan iş birliyindən bəhs etdik.

"Bəzi müğənnilərdən fərqli olaraq məni dinləyəndə bilirlər Ceyhun oxuyur" 30.06.2025

"Sənətin səsi" verilişində müğənni Ceyhun Bakinskiy ilə Bakı şansonundan, duetlərindən və bəstəkarlarla olan iş birliyindən bəhs etdik.

"Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin yaradıcısı" 25.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin sabiq rəisi, Xalq artisti, professor Yusif Axundzadənin dövlətimizə olan xidmətlərinə, Hərbi Orkestri yaratmasının səbəblərinə, oğlu Rüfət Axundzadənin bəstələdiyi "Qələbə marşı"na və Zəfər paradı ilə bağlı təəssüratlarına həsr olundu.

"Mədəniyyətdə, musiqidə təmənna olmamalıdır" 24.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Ramil Qasımov ilə vokal sənətindən, hal-hazırda ölkəmizdə davam edən "Opera Günləri" layihəsindən və növbəti aylarda baş tutacaq tədbirlərdən bəhs etdik.

"Muğam müsabiqələri olmasaydı, indi bu sənətdə olmazdım" 23.06.2025

"Sənətin səsi" verilişində AzTV-nin və Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Günay İmamverdiyeva ilə iştirak etdiyi muğam müsabiqələrindən, təhsil aldığı müəllimlərindən və Şuşaya olan bağlılığından bəhs etdik.

"Dünyada muğamı sevməyən insan ola bilməz" 21.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, xanəndə Fərqanə Qasımova ilə muğam sənətindən, atası Alim Qasımovla olan konsert çıxışlarından və yeni interpretasiyada təqdim etdiyi retro mahnılardan bəhs etdik.

"Böyük bəstəkar Tofiq Quliyev pianoda məni müşayiət edib" 20.06.2025

"Sənətin səsi" verilişinin buraxılışı müğənni Leyla Rəhimovanın sənət yoluna, ifalarına və ustad sənətkarlarla olan xatirələrinə həsr olundu.

"Bakı Musiqi Akademiyasının 25 illik məzunları" 19.06.2025

"Sənətin səsi" verilişində Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, pianoçu Bahar Balayeva və pianoçu Ülviyyə Nağızadə ilə tələbəlik illərindən, dərs aldıqları ustad sənətkarlardan, musiqinin insanın həyatındakı rolundan və hazırda fəaliyyət göstərdikləri musiqi ocaqlarından bəhs etdik.

"Qarabağ Universitetinin ilk vokal müəllimi" 18.06.2025

"Sənətin səsi" verilişində Əməkdar artist, vokal ifaçısı Anar Şuşalı ilə vokal sənətindən, pedaqoji fəaliyyətindən, Şuşa qala divarlarının üstündə yazılan "ŞUŞA" sözünün tarixindən və bu sözün yazılmasında atasının rolundan bəhs etdik.

"Bəstəkar haqqında yalnız bəstəkar düzgün fikir deyə bilər" 17.06.2025

"Sənətin səsi" verilişində Xalq artisti, bəstəkar Eldar Mansurov ilə musiqi sənətindən, əsərlərindən və Romada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konserti ilə bağlı təəssüratlarından bəhs etdik.

"Musiqimizin zənginliyindən istifadə edərək mədəniyyətimizi yüksəltməliyik" 13.06.2025

"Sənətin səsi" verilişində müğənni Nazim Faytonçu və tələbəsi Sara Kərim ilə retro mahnıların yeni interpretasiyasından və iş birliklərindən bəhs etdik.

Słuchaj podcastu Dalğa FM w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS