Dalğa FM

Dalğa FM

Music AZ ↓ Odcinki: 552

"Dalğa FM" 92.5 FM "Dalğa"nı tut, fərqi hiss et

Koniecznie odwiedź stronę podcastu i wesprzyj twórcę: www.spreaker.com

Autor

Dalğa FM

Kategoria

Music

Strona podcastu

www.spreaker.com

Ostatni odcinek

9 paź 2026

Gdzie słuchać?

Podcasty w aplikacji Replaio Radio Już wkrótce

Podcasty trafią do aplikacji już wkrótce. Zainstaluj teraz i jako pierwszy zobacz nowe podejście do podcastów

Pobierz z Google Play Zainstaluj za darmo Android prawie 10 mln pobrań · ocena 4,8 iOS niedługo

Odcinki

"Neftin qiymətinin artımını gözləyə bilərik" I İnvestisiya gündəliyi #18 01.08.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan iqtisadçı ekspert Emin Qəribli ilə birlikdə neft qiymətlərindəki dəyişikliklərdən, iqtisadiyyata təsirindən, dünya bazarındakı tendensiyalardan danışdıq. Neftin yalnız enerji deyil, eyni zamanda siyasi və iqtisadi alət kimi rolunu da dəyərləndirdik.

"Bu serial mənim həm xeyrimə, həm də ziyanıma oldu 01.08.2025

"Sənətin səsi" verilişində aktrisa Günəş Tegin ilə sənət yolundan, canlandırdığı obrazlardan, teatrdakı fəaliyyətindən və "Vətəndaş A" serialı ilə bağlı təəssüratlarından bəhs etdik.

Müəssisə iqtisadiyyatı nədir? I İnvestisiya gündəliyi #17 31.07.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov ilə birlikdə müəssisə iqtisadiyyatından, xarici investisiya sistemlərinin mahiyyəti və bu sistemlərin Azərbaycana necə və hansı yollarla cəlb oluna biləcəyindən danışdıq.

"Biz bu sənət üçün çalışırıq" 31.07.2025

"Sənətin səsi" verilişində "Qaya" Dövlət Ansamblının solistləri Günay Əhmədova və Boris Bayramov ilə ansamblın fəaliyyətindən, ifalarından, xarici ölkələrdəki çıxışlarından və xatirələrindən bəhs etdik.

"Qarşıdakı 5 ildə bu xətlərin yenidən qurulması gözlənilir" I İnvestisiya gündəliyi #16 30.07.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan "Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev ilə birlikdə dəmir yolu nəqliyyatında baş verən yeniliklərdən, istifadəyə verilən qatarlardan, sərnişinlər üçün yaradılan rahatlıqlardan və yeni istiqamətlər üzrə planlaşdırılan marşrutlardan, gələcəkdə bölgələri birləşdirəcək layi...

"Bir çox mahnılarımın söz və musiqi müəllifi özüməm" 30.07.2025

"Sənətin səsi" verilişində müğənni Pərviz Ağayevlə sənət yolundan, musiqi savadından və aktyorluq təhsilindən bəhs olundu. Qonağımız sənətinə yön verən ustadlardan və onlarla bağlı xatirələrindən danışdı.

“Pul nə qədər çox olsa da, idarə edə bilmirsənsə...” I İnvestisiya gündəliyi #15 29.07.2025

“İnvestisiya gündəliyi” verilişində qonaq olan rəqəmsal marketinq mütəxəssisi, investisiya və maliyyə məsləhətçisi İbrahim Osmanov ilə birlikdə pulun idarə olunması, maliyyə savadlılığı, gəlir və xərclərin planlanmasından tutmuş, uzunmüddətli investisiyalara, qənaət strategiyalarına və büdcə intizamına qədər bir çox vacib məsələyə toxunduq.

"Nə edirəmsə Azərbaycan musiqisi adına edirəm" 29.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat ilə pedaqoji fəaliyətindən, solo konsertindən, teatrdakı səhnə fəaliyyətindən və bəstəkarlarla əməkdaşlığından bəhs etdik. Veriliş zamanı müğənni "Azərbaycanım" mahnısını canlı ifa etdi.

“Ölkəmizdə elə bir texnologiya olmalıdır ki,...” I İnvestisiya gündəliyi #14 28.07.2025

“İnvestisiya gündəliyi “ verilişində qonaq olan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzininin şöbə müdiri, iqtisadçı Nicat Hacızadə ilə birlikdə Azərbaycanın ixrac potensialı, ölkəmizin qeyri-neft sektorunda artan imkanları, dövlətin dəstək mexanizmləri haqqında danışdıq.

"Bu tamaşaya görə Krit adasında işıqları söndürdülər" 28.07.2025

"Sənətin səsi" verilişində aktyor, Azərbaycan Dövlət Kukla Teatrının artisti, Fəxri mədəniyyət işçisi Rəhim Rəhimov ilə teatrdakı fəaliyyətindən, yaratdığı obrazlardan və xarici ölkələrdəki çıxışlarından bəhs etdik. O, studiyamıza gətirdiyi oyuncaqlarla kiçik səhnəcik də göstərdi.

"Dinamik olmalıdır, amma uzunmüddətli olmamalıdır" I İnvestisiya gündəliyi #13 25.07.2025

"İnvestisiya gündəliyi" verilişində qonaq olan iqtisadçı ekspert Elman Sadıqov ilə birlikdə dövlətlərin investisiya cəlbi uğrunda mübarizəsi, kapital gəliri və borclanmanın müsbət və mənfi təsirlərindən danışdıq. 

"Təməl məhz klassik vokalla qoyulur" 25.07.2025

"Sənətin səsi" verilişində ifaçı, pedaqoq Humay Aslanova ilə vokal sənətindən, pedaqoji fəaliyyətindən və səsin texniki xüsusiyyətlərindən, həmçinin iştirak etdiyi xarici layihələrdən bəhs etdik.

"Bəmdə ifa tarın sarı simidir” 24.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tarzən Səxavət Məmmədov ilə tar sənətinə olan bağlılığından, pedaqoji fəaliyyətindən, xarici ölkələrdəki səfərlərindən və Qarabağ torpaqlarında keçirilən tədbirlərdəki çıxışlarından danışdıq. Veriliş boyu kompozisyalarını və canlı ifalarını dinlədik.

”Jurnalistika artıq dövrə ayaq uydursun” I İnvestisiya gündəliyi #12 24.07.2025

“İnvestisiya gündəliyi”ndə qonaq olan iqtisadi jurnalist Rahim Tarıverdiyev ilə birlikdə süni intellektin müasir media sahəsinə təsirindən danışdıq. Jurnalistikanın dəqiqliyi, operativliyi və etibarlılığı süni intellektlə dəyişir?

Treydinqdə risk və qazanc balansı I İnvestisiya gündəliyi #11 24.07.2025

“İnvestisiya gündəliyi”ndə qonaq olan treyder Qismət Salayev ilə birlikdə ticarət bazarlarının ritmini, səhmdən kriptovalyutaya qədər sərmayə imkanlarını və uğurlu qərarların arxasındakı analitik düşüncə tərzini müzakirə etdik.

"Ən ulu sevgi vətən sevgisidir" 23.07.2025

"Sənətin səsi" verilişində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Kəmalə Abıyeva ilə yazdığı şeir kitablarından, poeziya yolundan, sözlərinə bəstələnmiş mahnılardan və bəstəkarlarla olan iş birliyindən bəhs etdik.

"Milli Mətbuatın 150 illiyi" 22.07.2025

"Sənətin səsi" verilişində aparıcı Vüsalə Səid və Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili ilə mətbuatın cəmiyyətdəki rolu, jurnalistikanın bugünkü durumu, medianın ictimai rəy formalaşdırmasına təsirindən, həmçinin jurnalistlərin üzləşdiyi çətinliklərə qədər bir çox mühüm məsələlərə toxunduq.

"Yatırım riskli fəaliyyətdir" I İnvestisiya gündəliyi #10 22.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan iqtisadçı ekspert Fizuli Əliyev ilə birlikdə səhmlərin aktuallığı, yerli və qlobal bazarlardakı tendensiyalar, sərmayə qoyarkən diqqət edilməli məqamlardan danışdıq.

Yaşıl satınalma nədir? I İnvestisiya gündəliyi #9 18.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan satınalmalar üzrə ekspert Orxan Abıyev ilə birlikdə dövlət və özəl sektorda satınalma proseslərindən, ekoloji məsuliyyətli iqtisadi davranışlardan biri olan yaşıl satınalma haqqında danışdıq.

Klasterləşmə niyə vacibdir? I İnvestisiya gündəliyi #8 18.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan iqtisadçı ekspert Ruslan Atakişiyev ilə birlikdə KOB (Kiçik və Orta Biznes) klasterləri anlayışını, sahibkarlara olan üstünlüklərini, əməkdaşlıq modelinin biznesə faydasını, tətbiqi və gələcək perspektivlərini müzakirə etdik.

"Bu, ruhumu əks etdirən yeganə nəğmədir" 17.07.2025

"Sənətin səsi" verilişində müğənni Naid Şadxanın sənət yolundan, duet və ifalarından, “Səs Azərbaycan” layihəsindəki çıxışları və təəssüratlarından danışdıq.

"Mən böyük səhnələr üçün yaradılmış insanam" 16.07.2025

"Sənətin səsi" verilişində müğənni Nərmin Kərimbəyova ilə musiqi yolundan, sənət dünyasındakı çağırışlardan, şəxsi inkişafından, maraqlı xatirələri və musiqiyə olan sevgisi haqqında danışdıq. 

"Bitkionə 1 dollar qoysaydınız..." I İnvestisiya gündəliyi #7 16.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan kriptovalyuta üzrə ekspert, UNEC Biznes məktəbinin müəllimi, "Crypto Consulting" şirkətinin direktoru Elnur Quliyev ilə rəqəmsal investisiyaları, onların mexanizmlərini, bazarın dəyişkənliyini və gələcək trendləri müzakirə etdik. Bitkoin, altkoinlər, blokçeyn texnologiyası və kripto sərmayənin riskləri barədə danışdıq.

"Yaradıcı insan azad olmalıdır" 15.07.2025

"Sənətin səsi" verilişində tar ifaçısı Humay Qədimova ilə tar ifaçılığı sənətinin incəlikləri, bu yola necə qədəm qoymağı, sənətkar kimi formalaşmasında rol oynamış ustad müəllimləri və yaratdığı musiqi qrupu haqqında ətraflı söhbət etdik. O həmçinin Laçına səfəri zamanı keçirdiyi duyğuları bölüşdü və tarda məşhur “Qara dəniz” mahnısını canlı ifa etdi.

"Bu, gəlirli sahədir" I İnvestisiya gündəliyi #6 15.07.2025

"İnvestisiya gündəliyi"ndə qonaq olan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, idman sahəsində vəkil Elcan Həsənli ilə birlikdə idman hüququ, müqavilələri, idman klublarına edilən investisiyalar və bu sahədəki boşluqlardan danışdıq, idmanın təkcə oyun və nəticədən ibarət olmadığı, arxa planda ciddi hüquqi və maliyyə mexanizmlərinin olduğu haqqında müzakirə etdik.

Słuchaj podcastu Dalğa FM w Replaio

Radio i podcasty w jednej aplikacji - za darmo, bez zakładania konta. Zainstaluj już dziś i nie przegap premiery

Pobierz z Google Play

Replaio nie jest wydawcą podcastów; nazwy audycji, okładki i audio należą do ich autorów i są rozpowszechniane przez publiczne kanały RSS