akinchi

Əkinçi

Education AZ ↓ 802 episodi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com

Autore

akinchi

Categoria

Education

Sito del podcast

akinchi.podbean.com

Ultimo episodio

30 lug 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Korporativ iqlim addımları | Səriyyə Heydərova 08.05.2024

Böyük korporasiyalar ekoloji problemlərin yaranmasında nə qədər rol oynayır? Greenwashing nə deməkdir? Korporasiyalar qarşısında hansı tələblər qoyulmalıdır? Dayanıqlı enerji və ətraf mühit üzrə Fulbrayt təqaüdçüsü Səriyyə Heydərova ilə videomuzu izləyə bilərsiniz.

COP29 Azərbaycana və dünyaya nə verəcək? | Rövşən Abbasov 06.05.2024

Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr sənədində hansı məsələlər yer alır? Yaşıl maliyyə mexanizmi dedikdə nə nəzərdə tutulur? COP29 Azərbaycana və dünyaya nə verəcək? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla videomuzu izləyə bilərsiniz.

Azərbaycanda açıq ictimai məkanların təhlili | Əfsun Mehmani 29.04.2024

İctimai məkanlar nə üçün əhəmiyyətlidir? Azərbaycandakı ictimai məkanların hansı çatışmazlıqları var? Açıq məkanlar qadınlar üçün nə qədər təhlükəsizdir? Bu məkanlar necə təşkil olunmalıdır? Memar və şəhərsalma üzrə mütəxəssis Əfsun Mehmani ilə videomuzu izləyə bilərsiniz.

PİSA nəticələri Azərbaycan təhsili ilə bağlı nə deyir? | Fərid Mehralızadə 26.04.2024

Beynəlxalq şagird qiymətləndirmə proqramı PİSA nəticələrində Azərbaycanla bağlı hansı məqamlar var? Pandemiya şagirdlərin akademik göstəricilərinə necə təsir edib? Şagirdlər sinif otağında özlərini nə qədər təhlükəsiz hiss edir? İqtisadçı Fərid Mehralızadə ilə videomuzu izləyə bilərsiniz.

Riyaziyyat bizim nəyimizə lazımdır? | Afərin Əkbərli 24.04.2024

Riyaziyyat icad yoxsa kəşfdir? Riyazi modelləşdirmə nə üçün əhəmiyyətlidir? Riyaziyyatı hər kəs öyrənə bilərmi? Riyaziyyatçı Afərin Əkbərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Beynəlxalq inkişaf və Dünya Bankının rolu | Zaur Rzayev 22.04.2024

Beynəlxalq inkişaf özündə nələri ehtiva edir? Dünya Bankının missiyası nədir və hansı istiqamətlərdə fəaliyyət göstərir? Bu dəfə Dünya Bankının xarici əlaqələr üzrə müşaviri Zaur Rzayevlə beynəlxalq inkişaf və Dünya Bankının rolu haqqında danışmışıq.

Bakının baş planı və idarəetmə | Dilqəm İsmayılov 19.04.2024

Bakının inkişaf tarixi haradan başlayır? Yeni təsdiq edilmiş baş planda hansı maraqlı məqamlar var? Bakını kimlər idarə etməlidir? Növbəti videomuzda memar Dilqəm İsmayılovla Bakının baş planı və idarəetmə barəsində danışmışıq.

XXI əsrin Bakısında nə dəyişdi və nə dəyişməlidir? | Sean Barry 17.04.2024

“Azərbaycan haqqında mətbuatda eşidirsinizsə, bu, keçmiş Sovet Respublikası, neft və qazla zəngin Azərbaycandır. Amma bu, ölkənin, onun xalqının, mədəniyyətinin üçölçülü mənzərəsi deyil.” 23 ildir Azərbaycanda yaşayan müəllim Sean Barry ilə müsahibəmizi dinləyə bilərsiniz.

Əmək bazarı və təhsil dünyası arasında əməkdaşlıq | Nərmin Şahbazova 15.04.2024

Ömür boyu öyrənmə konsepsiyası dedikdə nə nəzərdə tutulur? Milli kvalifikasiya çərçivəsinin əsas məqsədi nədir? Peşə standartları və kvalifikasiyaları necə hazırlanır? Kvalifikasiyaların hazırlanması üzrə ekspert Nərmin Şahbazova ilə videomuzu izləyə bilərsiniz.

İnnovativ sahibkarlıq | Asif İbrahimov 12.04.2024

İnnovativ sahibkarlığın ənənəvi sahibkarlıqdan əsas fərqi nədədir? Data toplanması nə üçün sahibkarlar üçün önəmlidir? İnnovasiyalar sahibkarlığa necə kömək olur? Sahibkar Asif İbrahimovla videomuzu izləyərək öyrənə bilərsiniz.

Mənzil ehtiyacı və gəlir səviyyəsi | Rəşad Həsənov 10.04.2024

Nə üçün daşınmaz əmlak qiymətləri əhali üçün əlçatan deyil?  Daşınmaz əmlakın ənənəvi investisiya aləti olmasının əsas səbəbi nədir? Bakı ətrafı ərazilərdə mənzil sayının artırılması daşınmaz əmlak problemini həll edə bilərmi? İqtisadçı Rəşad Həsənovla bu haqda söhbətimizi dinləyə bilərsiniz.

Uşaq zorakılğının gizli növü - Zorakı tərbiyə | Aytəkin Hüseynli 07.04.2024

Zorakı tərbiyə nədir və hansı növləri var? Zorakı tərbiyə uşaqların inkişafında hansı fəsadlara səbəb ola bilər? Valideynlər uşaq inkişafı ilə bağlı nələri bilməlidirlər? Elmlər doktoru və Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Sosial media asılılığından necə qurtulmaq olar? | Lalə Kişiyeva 04.04.2024

Rəqəmsal asılılıq dedikdə nə nəzərdə tutulur? Bu asılılıqdan qurtulmaq üçün hansı addımları atmaq lazımdır? Media mütəxəssisi Lalə Kişiyeva ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

Məktəbəqədər təhsildə effektiv öyrənmə | İlahə Rəsulova 03.04.2024

Məktəbəqədər yaş dövründəki uşaqların öyrənmə prosesinə hansı amillər təsir edir? Mükafatlandırmanın uşaqlar üzərində hansı müsbət və mənfi nəticələri ola bilər? Necə etmək olar ki, uşaqlar öyrənmə prosesindən zövq alsınlar? Tədqiqatçı İlahə Rəsulova ilə videomuz bu haqdadır.

Tələbənin bacarıq və istedadını reallaşdırması üçün nə çatmır? | Rüqayə Abbaslı 01.04.2024

Tələbələrin özünü inkişafına nə mane olur? Valideynlər övladlarının ixtisas seçimlərinə necə təsir edir? Bakalavr təhsilində dəyişilməsi ən vacib məqamlar hansılardır? Magistr tələbəsi Rüqayə Abbaslı ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Doktorantura təhsili: Müraciətçi üçün bələdçi | Xətai Alıyev 29.03.2024

Doktorantura təhsilinin üstünlükləri nələrdir? Kimlər doktorantura dərəcəsi ala bilər? Azərbaycanda doktorantura təhsilinin çatışmayan tərəfləri hansılardır? Doktorantura təhsilinə başlamaq istəyənlər nələri bilməlidir? İqtisadçı Xətai Alıyev bu suallara cavab verir.

"Cadenza" orkestrinin məktəblilərlə görüşləri | Şəfaqət Məmmədova 27.03.2024

“Cadenza” orkestri məktəblilərin musiqi biliyini artırmaq və onları musiqiyə həvəsləndirmək məqsədilə məktəblərdə müxtəlif tədbirlər həyata keçirir. Bu videomuzda layihənin koordinatoru və musiqişünas Şəfaqət Məmmədova ilə orkestrin məktəblilərlə görüşləri haqqında danışmışıq.

Şəhər və kənd kontekstlərində uşaq meydançalarının təşkili | Səbinə Abbasova 25.03.2024

Uşaq meydançalarının əhəmiyyəti nədən ibarətdir? Kənd və şəhərlərdə yaşadığımız mühiti yaxşılaşdırmaq üçün nələr edə bilərik? Təbiətlə təmasda olmaq nə üçün vacibdir? Memar Səbinə Abbasova ilə bu haqda danışmışıq.

Kino niyə müstəqil sənət növü sayılır - Kinonun ifadə dili | Elvin Cəbizadə 18.03.2024

“Əgər bir sinefili incitmək istəyirsinizsə, ona deməyiniz kifayətdir ki, kino ədəbiyyatın davamıdır və ya vizualizasiyasıdır. O, mütləq bu hökmə qarşı çıxacaq.” Budəfəki videomuzda bloger və rejissor Elvin Cəbizadə ilə kinonun nə üçün müstəqil sənət növü sayılması haqda danışmışıq.

Oxu bacarığı, fikrin ifadəsi və tərcümələr | Qismət Rüstəmov 15.03.2024
Bələdiyyələr - gözləntilər və reallıq | Ülviyyə Babayeva 13.03.2024

Bələdiyyələr vətəndaşların gözləntilərini doğruldurmu? Bələdiyyələrdə effektiv idarəçiliyə mane olan nədir? Bələdiyyələr hansı problemlərin həllində əhəmiyyətli rol oynayır? Bərdə Qadın Klubunun təsisçisi Ülviyyə Babayeva ilə videomuzda bu haqda danışmışıq.

Sindromlu uşaqların diaqnostikası və valideyn təcrübəsi | Aysel Mirzoyeva 11.03.2024

Erkən və düzgün diaqnostika sindromlu uşaqların inkişafına necə təsir göstərir? Valideynlər sindromlu uşaqlara diaqnoz qoyulması prosesində hansı çətinliklərlə üzləşirlər? Bloger Aysel Mirzoyeva ilə bu haqda danışmışıq.

Məşğulluqda və təhsildə gender məhdudiyyətlərinin aradan qaldırılması | Şəmsiyyə Mustafayeva 08.03.2024
Azərbaycanda dövlət və özəl məktəblərinin fərqi | Nazlı Pəncəliyeva 06.03.2024

Azərbaycandakı dövlət və özəl məktəblərində əsas fərqlər nələrdir? Özəl məktəblərin kurikulumları necə dizayn edilir? Dövlət məktəbləri özəl məktəblərdən hansı təcrübələri öyrənə bilər? Nazlı Pəncəliyeva ilə videomuzda bu haqda danışılır.

Sosial şəbəkələr və siyasət | Nəcmin Kamilsoy 04.03.2024

Sosial şəbəkələrdən istifadə ilə siyasi fəallıq arasında hansı əlaqə var? Bu əlaqə demokratik və qeyri-demokratik ölkələrdə necə fərqlənir? Sosial şəbəkələr siyasi fəallar üçün hansı təhlükələri yarada bilir? Bu barədə tədqiqatçı Nəcmin Kamilsoyla videomuzu izləyərək öyrənə bilərsiniz.

Ascolta il podcast Əkinçi su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici