akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
İqtisadiyyat və sosial elmlərin tədrisi səmərəli təşkil olunurmu? | İbrahim Niftiyev 01.03.2024 13:11
Sosial elmlərin tədrisini effektiv şəkildə təşkil etmək üçün nə etməli? Niyə iqtisadiyyat və sosial elmlər Azərbaycan üçün əhəmiyyətlidir? İxtisaslı kadr probleminin həlli ilə bağlı universitet və tələbələrdən nə gözlənilir? İqtisadçı İbrahim Niftiyevlə videomuzda bu haqda danışılır.
Dövlət telefon danışıqlarımızı necə dinləyir? | Səyyad Yusifli 28.02.2024 15:39
Dövlət tərəfindən telefon danışıqlarımızın dinlənilməsi hüquqidirmi? Hansı növ cinayətlər araşdırılan zaman telefon danışıqları dinlənilir? Bununla bağlı qanunvericilikdə hansı problematik məqamlar mövcuddur? Bu barədə hüquqşünas Səyyad Yusifli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
İqlim dəyişikliyinə inklüziv adaptasiya | Xalisə Şahverdi 26.02.2024 14:25
İqlim dəyişikliyi müxtəlif əhali qruplarına necə təsir edir? İqlim dəyişikliyinə adaptasiya prosesində gender həssas və inklüziv yanaşma nə üçün önəmlidir? Adaptasiya prosesinə haradan başlamaq lazımdır? Gender və inkişaf üzrə ekspert Xalisə Şahverdi ilə bu haqda danışmışıq.
Ölkədə hazırlanan strateji yol xəritələrində nə çatışmır? | Sübhan Həsənli 23.02.2024 15:38
Ölkədə qəbul olunan dövlət proqramları və strateji yol xəritələri ilə bağlı hansı problemli məqamlar mövcuddur? Bu proqramların qəbulunda ictimaiyyətin rəyi nə dərəcədə nəzərə alınır? Hüquqşünas Sübhan Həsənli ilə strateji yol xəritələrindəki çatışmazlıqlar haqqında danışmışıq.
Boşanma zamanı yaşanılan çətinliklər | Kama Əhməd 21.02.2024 11:47
Boşanma zamanı ailələr hansı çətinliklərlə üzləşirlər? Bu prosesdə hər iki tərəfin daha az zərər görməyi üçün nələrə diqqət yetirmək lazımdır? Uşaq mərkəzli boşanma dedikdə nə nəzərdə tutulur? Boşanma kouçu Kama Əhmədlə bu haqda danışmışıq.
Vergilərlə bağlı dəyişikliklər sahibkarlara necə təsir edəcək? | Nahid Tağıyev 19.02.2024 14:39
2024-cü ildən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi ödəyicilərinə necə təsir edəcək? Bu dəyişiklik zərurəti haradan yaranıb? Bu dəyişikliklərin ən çox təsir etdiyi qruplar hansılardır? Vergi üzrə mütəxəssis Nahid Tağıyevlə bu haqda danışmışıq.
Ətraf mühit məsələrində iştirakçılıq hüququ | Kənan Qayıbov 14.02.2024 13:53
Ekoloji iştirakçılıq nə deməkdir? Ətraf mühit məsələləri ilə bağlı məlumatların paylaşılmasında dövlətin hansı öhdəlikləri var? Ətraf mühitlə bağlı qərarların qəbul edilməsində vətəndaşların iştirakçılıq hüququ təmin edilirmi? Hüquqşünas Kənan Qayıbovla müsahibəmizdə bu haqda danışmışıq.
Coğrafi İnformasiya Sistemləri (GIS) nədir? | Nəzrin Qocayeva 12.02.2024 6:27
Coğrafi İnformasiya Sistemləri (GIS) nədir və tətbiq sahələri hansılardır? Azərbaycanda və digər ölkələrdə GIS-dən necə istifadə edilir? GIS təhlilçisi Nəzrin Qocayeva ilə videomuzu izləyərək məlumat əldə edə bilərsiniz.
Film sənayesini əhəmiyyətli edən nədir? | Hacı Səfərov 09.02.2024 7:17
Film sənayesinin inkişafı ölkələrə nə qazandıra bilər? Mədəniyyətin bir hissəsi kimi filmlər hansı əhəmiyyətə malikdir? Azərbaycanda film sənayesini dayanıqlı etmək üçün nə lazımdır? Kinotənqidçi Hacı Səfərovla bu haqda danışmışıq.
Ev sahibi olmaq nə üçün vacibdir? | Mərmər-Gülçin Cəfərli 07.02.2024 16:20
Ev sahibi olmaq niyə əhəmiyyətlidir? Daşınmaz əmlaka çatımlılıq dedikdə nə başa düşülür? Daşınmaz əmlaka çatımlılığı tənzimləmək üçün ölkələr nə edir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? Daşınmaz əmlak üzrə mütəxəssis Mərmər-Gülçin Cəfərli bizə bu haqda danışıb.
Tarixi-memarlıq abidələrinin bərpası və qorunması | Abdul Hüseynov 05.02.2024 8:26
Bərpa, konservasiya və yenidənqurma işləri bir-birindən nə ilə fərqlənir? Tarixi tikililərin bərpası zamanı hansı vacib məqamlar nəzərə alınmalıdır? Nə üçün tarixi abidələri təmir etmək düzgün deyil? Memar Abdul Hüseynov bizə bu barədə danışıb.
Miqrantlar və qaçqınlar üçün inteqrasiya xidmətləri | Lamiyə Rzayeva-Əhmədli 02.02.2024 15:43
Miqrasiya nə üçün əhəmiyyətli mövzudur? Azərbaycana gələn miqrantlar hansı problemlərlə üzləşirlər? Ölkədə miqrantlar və qaçqınlar üçün hansı inteqrasiya xidmətləri mövcuddur? Sosial müdafiə üzrə mütəxəssis Lamiyə Rzayeva-Əhmədli ilə müsahibəmizi izləyə bilərsiniz.
Sağlam iş mühitini necə yaradaq? | Vüqar Heydərov 31.01.2024 12:05
Sağlam iş mühiti yaratmaq üçün işəgötürənlər nə etməlidirlər? İkitərəfli açıq ünsiyyət nə üçün əhəmiyyətlidir? İnsanlar iş yeri seçimlərində hansı faktorlara diqqət yetirməlidirlər? İnsan resursları üzrə mütəxəssis Vüqar Heydərovla müsahibəmizi dinləyə bilərsiniz.
Bakıya velosiped yolları lazımdırmı? | Anar Əliyev 29.01.2024 27:01
Velosiped yolları nəqliyyatla bağlı hansı problemlərin həllinə kömək edir? Bununla şəxsi avtomobillərdən istifadənin azalmasına nail olmaq mümkündürmü? Ölkədə piyadalar üçün vəziyyət nə yerdədir? “İnsan yönümlü şəhərlər” layihəsinin təsisçisi Anar Əliyevlə müsahibəmizi dinləyə bilərsiniz.
Uşaq rifahı nədir və nəyə lazımdır? | Aytəkin Hüseynli 26.01.2024 16:21
Uşaq rifahı nədir və nəyə lazımdır? Uşaqların inkişafına xüsusi diqqət ayrılması nə üçün vacibdir? Azərbaycanda bu sahədə vəziyyət necədir? Elmlər doktoru, Sent-Luis Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli ilə müsahibəmizi dinləyərək öyrənə bilərsiniz.
Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti nədən ibarətdir? | İlahə Hüseynova 24.01.2024 17:41
Beynəlxalq Qızıl Xaç Komitəsi özündə hansı fəaliyyət istiqamətlərini ehtiva edir? Münaqişələr zamanı neytral mövqeni qoruyub saxlamaq nə üçün vacibdir? Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova ilə müsahibəmizi dinləyə bilərsiniz.
Xəzər dənizinin nə qədər əhəmiyyətli olduğunun fərqindəyikmi? | Rövşən Abbasov 22.01.2024 19:30
Xəzər dənizinin sahillərini paylaşan dövlətlər ondan necə yararlanır? Xəzərin üzləşdiyi ekoloji problemləri necə aradan qaldırmaq olar? Xəzər dənizinin nə qədər əhəmiyyətli olduğunun fərqindəyikmi? Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovla müsahibəmizi dinləyə bilərsiniz.
Kiberzorakılıq nədir? | Ayşə Abdel Qadir 18.12.2023 9:02
Kiberzorakılıq nədir və o hansı fəsadlara yola aça bilər? Azərbaycan qanunvericiliyində bununla bağlı hansı boşluqlar var? Kiberzorakılığa məruz qaldıqda nə etmək lazımdır? Vəkil Ayşə Abdel Qadirlə videomuzu izləyə bilərsiniz.
Film istehsalı və senzura | Hacı Səfərov 15.12.2023 11:45
Azərbaycanda yaradıcı təbəqə senzura ilə bağlı hansı çətinliklərlə üzləşir? Hökumət siyasəti ölkədəki film istehsalına necə təsir edir? Film sənayesinin inkişafı üçün atılmalı olan ilk addımlar hansılardır? Kinotənqidçi Hacı Səfərovla videomuzu izləyərək öyrənə bilərsiniz.
Müəllim vətəndaş formalaşdırılmasında fəal iştirakçı kimi | Əminət Diqanayeva 13.12.2023 7:59
Təhsil məsləhətçisi Əminət Diqanayeva ilə vətəndaşların formalaşmasında müəllimlərin rolu haqda söhbət etmişik.
Qanun qida təhlükəsizliyimizi necə qoruyur? | Rəşad Qasımlı 11.12.2023 10:50
Hüquqşünas Rəşad Qasımlı qida təhlükəsizliyi mövzusunda qanunvericiliyin rolu haqda danışır.
Həmidə xanımın xatirələri | Rəhman Bədəlov 08.12.2023 21:38
Həmidə Cavanşir Azərbaycanın ilk maarifçi qadınlarından biri olaraq xeyriyyəçi və tərcüməçi olaraq fəaliyyət göstərib, Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Bu dəfəki videomuzda mədəniyyətşünas Rəhman Bədəlovla Həmidə xanımın xatirələri haqqında danışmışıq.
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici