akinchi

Əkinçi

Education AZ ↓ 802 episodi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com

Autore

akinchi

Categoria

Education

Sito del podcast

akinchi.podbean.com

Ultimo episodio

30 lug 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

İtkini olan ailələrin görünməz yaraları | Südabə Əliyeva 04.12.2023

İtkin düşmüş şəxslərin ailələri qeyri-müəyyənlik və çətinliklərlə necə mübarizə aparırlar? Belə ailələrə kömək üçün hansı resurslar mövcuddur? Azərbaycanda itkin düşmüş şəxslərin ailələri ilə bağlı vəziyyət necədir? Klinik psixoloq Südabə Əliyeva ilə videomuzu izləyə bilərsiniz.

Nə üçün incəsənətlə maraqlanmalıyıq? | Tayyiba Heydərova 01.12.2023

İncəsənət emosional zəkamızın inkişafına necə dəstək olur? İncəsənətlə məşğul olmaq yaradıcılıqdan kənar sahələrdə uğur qazanmağa kömək edirmi? Azərbaycanda incəsənətə maraq hansı səviyyədədir? Sənətşünas Tayyiba Heydərova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Post-qəhrəman cəmiyyəti necə olur? | Cavid Ağa 29.11.2023

Post-qəhrəman cəmiyyət nə deməkdir? Qəhrəman və post-qəhrəman cəmiyyətlər arasında hansı fərqlər var? Azərbaycan post-qəhrəman cəmiyyətidirmi? Post-qəhrəman cəmiyyətlər gələcəkdə necə dəyişəcək? Sosial media tədqiqatçısı Cavid Ağanın çıxışını izləyərək öyrənə bilərsiniz.

İsrail-Fələstin münaqişəsi tarixçinin gözü ilə | Fərda Əsədov 24.11.2023

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov İsrail-Fələstin münaqişəsinin qədim tarixi haqda danışır.

Sosial təşəbbüslərə dəstək nə üçün azdır? | Etibar Xıdırov 22.11.2023

"Dəstəkçi" sosial sahibkarlıq platformasının təsisçisi Etibar Xıdırov xeyriyyəçilik təşəbbüsləri ilə sosial sahibkarlıq təşəbbüslərinə olan fərqli münasibət, müxtəlif sahələrində irəliləyişin təmin edilməsində qrupların rolu, o cümlədən təmsil etdiyi platformanın yaratdığı fürsətlər haqda danışır.

Elmin kütləviləşməsinə ehtiyac nədən qaynaqlanır? | Yalçın İslamzadə 20.11.2023

Elmin kütləviləşməsi niyə vacibdir? Azərbaycanda bununla bağlı vəziyyət necədir? 21-ci əsrin bacarıqları hansıdır? Mövcud təhsil sistemi tələbələrə elmin mahiyyətini aşılayırmı? Təhsil mütəxəssisi Yalçın İslamzadə ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Anime və manqa - Yaponiyanın ən böyük mədəni ixracı haqda bilməli olduqlarımız | Elçin Nəsibov 17.11.2023

Anime və manqa Yaponiyanın mədəni kimliyinə necə töhfə verir? Nə üçün bu gün anime və manqanın çoxsaylı həvəskarları var? Azərbaycanda bu sahədə uğurlu nümunələr varmı? Anime və manqa həvəskarı Elçin Nəsibovla videomuzu izləyə bilərsiniz.

Süni zəka dizayner və rəssamların işini əlindən alacaqmı? | Rəsul Həsən 13.11.2023

Süni zəka insan yaradıcılığını əvəz edə bilər? Süni zəka alətlərinin bəzi peşələri sıradan çıxaracağı ilə bağlı qorxular əsaslıdırmı? Bu alətlərdən yaradıcılıq potensialımızı artırmaq üçün necə istifadə edə bilərik? Qrafik dizayner Rəsul Həsənlə videomuzu izləyə bilərsiniz.

Müasir dramaturgiya müsabiqəsi | İsmayıl İman 10.11.2023
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı | Zəminə Əkbərova 06.11.2023

ANİMAFİLM festivalı Azərbaycanın ilk animasiya festivalıdır. 2018-ci ildən bəri festivalda yüzlərlə animasiya filmləri nümayiş etdirilir, ustad dərsləri, konfranslar və sərgilər keçirilir. Festivalın əməkdaşı Zəminə Əkbərova ilə videomuzu izləyərək ətraflı məlumat ala bilərsiniz.

Tükənmə sindromu işimizə və həyatımıza necə təsir edir? | Sənubər Heydərova 03.11.2023

Tükənmə və ya yanma sindromu nə deməkdir? Kimlər bu sindromdan əziyyət çəkirlər? Özümüzü bundan necə qoruya bilərik? Sosial işçi Sənubər Heydərovanın tükənmə sindromunun işimizə və həyatımıza olan təsirləri haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

Hər gördüyünə inanma! Süni zəka bizi asanlıqla yanılda bilər | Cavid Ağa 01.11.2023

Süni zəka ilə yaradılmış vizuallar sosial mediada saxta xəbərlərin yayılmasında necə istifadə edilir? Belə vizuallarla bağlı daha diqqətli olmaq üçün hansı məqamlar nəzərə alınmalıdır? Sosial media tədqiqatçısı Cavid Ağa ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Məsafəli iş haqda bilməli olduqlarınız | Emil Aydınsoy 30.10.2023

Məsafəli işin müsbət və mənfi tərəfləri hansılardır? Hansı sahələr üçün məsafəli iş imkanları daha çoxdur? Bununla bağlı mövcud bazarlarda vəziyyət necədir? Budəfəki videomuzda data həlləri mütəxəssisi Emil Aydınsoyla məsafəli iş haqda bilməli olduqlarınız barəsində danışmışıq.

Hansı növ bələdiyyələrə ehtiyac duyuruq? | Anar Vəliyev 27.10.2023

Müxtəlif növ bələdiyyələrin yanaşmaları bir-birindən necə fərqlənir? Bələdiyyələr öz fəaliyyətlərini qurarkən hansı yanaşmadan istifadə edə bilərlər? Azərbaycanda hansı növ bələdiyyələrə ehtiyac var? ADA Universitetinin dosenti Anar Vəliyevin təqdimatını izləyə bilərsiniz.

Tərəkəmə həyat tərzi niyə qorunmalıdır? | Fariz Xəlilli 25.10.2023

Tərəkəmə həyat tərzi nədir və onun qorunması nə üçün əhəmiyyətlidir? Tərəkəmələr Azərbaycanda hansı ərazilərdə yaşayırlar? Tərəkəmə həyat tərzi turizmin inkişafı üçün faydalı ola bilərmi? Tarixçi-arxeoloq Fariz Xəlilli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Qadınların hüquqi yardıma çıxışı | Vəfa Rüstəm 23.10.2023

Azərbaycanda qadınlar hüquqi yardıma çıxışla bağlı hansı problemlərlə üzləşirlər? Regionlarda qadın vəkil çatışmazlığı qadınların hüquqi yardım almaq imkanlarına necə təsir edir? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə qadınların hüquqi yardıma çıxışı haqqında danışmışıq.

Azərbaycanda sosial işin hazırkı durumu | Zamin Zəki 20.10.2023

Universitetlərdə sosial iş ixtisası üzrə təhsil qənaətbəxşdirmi? Sosial işçi kimi peşəkarlaşmaq istəyən tələbələr üçün təhsildən əlavə hansı resurslar var? Vətəndaşların sosial işlə bağlı məlumatlılığı hansı səviyyədədir? Sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.

Uşaqların həyatında qığılcıma ehtiyac var | Əfsanə Yusif 18.10.2023

Uşaqlar üçün ana dilində kitablar nəşr etmək niyə vacibdir? Yerli müəlliflər tərəfindən yazılan kitabların üstünlükləri nələrdir? Azərbaycanda uşaqlar üçün yazılan kitablar oxucuları qane edirmi? Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusiflə videomuzu izləyə bilərsiniz.

Sovet Azərbaycanında gender siyasəti və onun paradoksu | Sevinc Səmədzadə 16.10.2023

Sovet dövrünün gender reformları özündə nələri ehtiva edirdi? İlkin sovetləşmə dövründə baş verən böyük dəyişikliklər niyə sonradan əhəmiyyətini itirməyə başladı? Sovet gender siyasəti sonda nə ilə nəticələndi? Feminist tədqiqatçı Sevinc Səmədzadə ilə videomuzu izləyə bilərsiniz.

Parkinq, ictimai nəqliyyat və cərimələr | Rauf Ağamirzəyev 13.10.2023

Yeni tətbiq edilən parkinq sistemi qanunsuz ödənişlərin qarşısını ala bilirmi? Bəzi küçələrdə sürət həddinin aşağı endirilməsinin hansı faydaları var? İslahatlardan sonra taksi biznesi ilə bağlı nələr gözlənilir? Nəqliyyat eksperti Rauf Ağamirzəyevlə videomuzu izləyə bilərsiniz.

Vətəndaş cəmiyyətində niyə gənc iqtisadçı liderlər azdır? | Zülfiyyə Mehdiyeva 11.10.2023

Gənc iqtisadçıların formalaşmasında hansı baryerlər mövcuddur? Sosial fəaliyyətlərdə iqtisadçıların iştirakı nə üçün vacibdir? Vətəndaş cəmiyyətində niyə gənc iqtisadçı liderlər azdır? Young Economists Network-ün həmtəsisçisi Zülfiyyə Mehdiyeva ilə videomuzu izləyə bilərsiniz.

Dünya turizm bazarı və Azərbaycanın turizm məhsulları | Qanı Nəsirov 09.10.2023

Azərbaycanın turizm bazarının böyüməsini şərtləndirən əsas amillər hansılardır? Ölkədə turizmin davamlı inkişafı üçün hansı strategiyalar qəbul edilib? Budəfəki videomuzda bələdçi Qanı Nəsirovla dünya turizm bazarı və Azərbaycanın turizm məhsulları haqqında danışmışıq.

Hekayələr, qəhrəmanlar və fotoqrafiya | Rəna Əffəndi 06.10.2023

2001-ci ildən fotoqrafiya ilə məşğul olan Rəna Əffəndi müxtəlif nüfuzlu mükafatlar qalibidir. Çəkdiyi fotolarla insan hekayələrini paylaşdığını deyən fotoqrafın işləri dünyanın aparıcı nəşrlərində dərc edilir. Rəna xanımla müsahibəmizi kanalımızda izləyə bilərsiniz.

Uşaqların məktəbəqədər təhsilinə necə dəstək ola bilərik? | Pəri Osmanova 04.10.2023

Məktəbəqədər təhsilin uşaqların inkişafında əhəmiyyəti nədən ibarətdir? Erkən yaş dönəmində uşaqların inkişafına nələr kömək edir? Uşaqların məktəbəqədər təhsilinə necə dəstək ola bilərik? Tərbiyəçi müəllim Pəri Osmanova ilə videomuzu izləyərək ətraflı öyrənə bilərsiniz.

Müasir teatr və tamaşaçı qavrayışı problemləri | Tərlan Rəsulov 02.10.2023

Azərbaycan çağdaş teatrı hansı problemlərlə üzləşir? Teatrla bağlı tamaşaçı qavrayışı necə dəyişib? Keyfiyyətli iş ortaya çıxarmaq üçün nə etmək lazımdır? Teatr rejissoru Tərlan Rəsulovla videomuzu izləyərək öyrənə bilərsiniz.

Ascolta il podcast Əkinçi su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici