akinchi

Əkinçi

Education AZ ↓ 802 episodi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com

Autore

akinchi

Categoria

Education

Sito del podcast

akinchi.podbean.com

Ultimo episodio

30 lug 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Birləşmiş Dünya Kollecləri (UWC) | Cengiz Cemaloğlu 29.09.2023

“UWC-nin 9 dəyəri var: multikulturalizm, açıq fikir, təbiətə olan hörmət, optimizm və idealism. UWC-nin məqsədi tələbələrimizin məzun olub yetkinlik yaşına çatdıqda bu 9 dəyər çərçivəsində öz həyatlarına və dünyaya təsir göstərməkləridir.” Birləşmiş Dünya Kollecləri (UWC) haqqında ətraflı məlumat almaq üçün UWC Azərbaycan Milli Komitəsinin həmtəsisçisi Cengiz Cemaloğlu ilə söhbətimizi izləyə bilər...

Qeyri-ənənəvi təhsilin universitetlərdə kredit kimi qiymətləndirilməsi | Məhin Cəbrayılova 27.09.2023

“Credit for Prior Learning” sahib olduğumuz biliklərin kolleclər və universitetlər tərəfindən tələbə krediti kimi qəbul edilməsi deməkdir. Bu sistem tələbələrə və universitetlərə necə fayda verir? Sent-Luis Universitetinin doktorantı Məhin Cəbrayılova ilə videomuzu izləyə bilərsiniz.

Azərbaycanda Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsi | Tural Ağayev 25.09.2023

Fərdi şikayətlər dedikdə nə nəzərdə tutulur? Azərbaycan Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsində vətəndaşlar hansı çətinliklərlə qarşılaşır? Bu problemləri necə həll etmək mümkündür? Hüquqşünas Tural Ağayevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Video oyunların ilk baxışdan görünməyən faydaları | Ağababa Bağırov 22.09.2023

Kompüter oyunları sosial həyatımıza necə təsir edir? Bu oyunlar sosial münasibətləri hansı üsullarla yaxşılaşdıra bilər? Azərbaycanda oyun sənayesinin inkişafı üçün nə edilməlidir? Oyun dizayneri və multidisiplinar sənətçi Ağababa Bağırovla videoumuzu izləyərək öyrənə bilərsiniz.

İnklüziv dilin qrammatikası | Elnarə Məmmədova 20.09.2023

Nitqimizdə tez-tez işlətdiyimiz hansı ifadələr, əslində, diskriminativdir? İnklüziv təhsil mütəxəssisi Elnarə Məmmədova ilə inklüziv dilin qrammatikası haqqında danışmışıq.

Cənubi Qafqaz və Vişeqrad ölkələrinin iqtisadi inkişaf müqayisəsi | Vüsal Əhmədov 18.09.2023

SSRİ dağıldıqdan sonra Cənubi Qafqaz və Vişeqrad ölkələrində fərqli iqtisadi inkişafa hansı amillər səbəb oldu? Geosiyasi faktorlar bu regionların iqtisadi strategiyalarına necə təsir edir? İqtisad elmləri doktoru Vüsal Əhmədovla videomuzu izləyərək öyrənərək öyrənə bilərsiniz.

Demokratiyada siyasi azlıqların hüquqları | Kəklik Kərimli 15.09.2023

Siyasi azlıqlar demokratik cəmiyyətlərdə hansı çətinliklərlə üzləşir? “Çoxluğun tiranlığı” anlayışı nədir və onun siyasi azlıqların hüquqlarına potensial təsiri nədən ibarətdir? Siyasi elmlər üzrə tədqiqatçı Kəklik Kərimli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Gender Resurs Mərkəzi | Ayxan Osmanlı 13.09.2023

Gender Resurs Mərkəzi iqtisadi, hüquqi, psixo-sosial və sağlamlıqla bağlı resursların LGBTQI+ və kuir icmalar üçün əlçatımlılığının artırılması məqsədilə 2020-ci ildə yaradılmış təşəbbüsdür. Həmtəsisçi Ayxan Osmanlı ilə videomuzu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz.

İnklüziya, yoxsa mərhəmət? | Nailə Həsənzadə 11.09.2023

“Əlilliyi olan uşaqların inkişafı, təhsildə davamiyyəti kiminsə mərhəmətinin ixtiyarına buraxılmamalıdır.” İnklüziya, yoxsa mərhəmət? Uşaq inkişafı üzrə mütəxəssis, Ritual Mobil Teatr Laboratoriyasında SİM uşaqlarla iş üzrə koordinator Nailə Həsənzadə ilə videomuzu izləyə bilərsiniz.

Tövsiyə sistemləri və kontekst effektləri | Emil Mirzəyev 08.09.2023

Tövsiyə sistemləri nədir və necə işləyir? Kontekst effektləri istehlakçı seçimlərinə necə təsir edir? Kontekst effektlərindən daha yaxşı agah olmaq üçün nə edə bilərik? Tədqiqatçı Emil Mirzəyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.

Polis əməkdaşların davranışı ilə bağlı hara və necə şikayət etməli? | Sübhan Əliyev 06.09.2023

Polis əməkdaşlarının davranış qaydaları necə tənzimlənir? Vətəndaşlar hansı hallarda polis əməkdaşlarının davranışı ilə bağlı şikayət edə bilərlər? Azərbaycan qanunvericiliyində bununla bağlı nə deyilir? “Sirius” vəkil bürosunun müdiri, hüquq elmləri doktoru Sübhan Əliyevlə söhbətimizi izləyə bilərsiniz.

Birbaşa və nümayəndəli demokratiya | Pünhani Əsgərli 04.09.2023

Birbaşa və nümayəndəli demokratiya bir-birindən nə ilə fərqlənir? Bu sistemlərdə vətəndaşların rolu nədən ibarətdir? Demokratik sistemlərin hansı çatışmaz xüsusiyyətləri var?  Siyasi elm mütəxəssisi Pünhani Əsgərli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Gender əsaslı zorakılıqla mübarizədə feminist yanaşma | Lalə Mahmudova 01.09.2023

Gender əsaslı zorakılıqla mübarizədə feminist yanaşma özündə nələri ehtiva edir? Gender tədqiqatlarına yatırımların artırılması nə üçün əhəmiyyətlidir? Gender əsaslı zorakılıqla mübarizənin uğurlu nümunələri hansılardır? Tədqiqatçı Lalə Mahmudova ilə videomuzu izləyə bilərsiniz.

İmkanlara əsaslanan icma inkişafında icmanın resursları | Ağalar Ağalarlı 30.08.2023

İmkanlara əsaslanan icma inkişafı nə deməkdir? Bu yanaşmanın əsas prinsipləri və istifadə üsulları hansılardır? Azərbaycanda bu yanaşmanın tətbiq imkanları hansı səviyyədədir? İcma səfərbərçisi Ağalar Ağalarlının mövzu haqqındakı təqdimatını izləyərək öyrənə bilərsiniz.

Ünvanlı sosial yardım sistemi necə işləyir? | Sübhan Həsənli 28.08.2023

Ünvanlı sosial yardım proqramı kimlərə şamil edilir? Bu proqramın işləmə prinsipində hansı problemli məqamlar var? Bu problemləri həll etmək üçün hansı addımlar atılmalıdır? Hüquqşünas Sübhan Həsənli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Yaşıl maliyyə nədir? | Aqil Hüseynli 25.08.2023

Yaşıl maliyyə nə deməkdir? Bu konsepsiya necə yaranıb? Yaşıl maliyyə ətraf mühitə təsir baxımından faydalı ola bilərmi? Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Maliyyə hüququ üzrə mütəxəssis Aqil Hüseynli ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Azərbaycanda LGBT hüquqları hansı səviyyədə qorunur? | Nisə Hacıyeva 23.08.2023

Azərbaycanda LGBT hüquqları hansı səviyyədə qorunur? LGBT icmasının hüquq-mühafizə orqanlarında və məhkəmələrdə qarşılaşdığı çətinliklər hansılardır? Bununla necə mübarizə aparılmalıdır? Gender məsələləri üzrə ekspert Nisə Hacıyeva ilə videomuzu izləyə bilərsiniz.

Diqqətimiz niyə ən dəyərli resursumuzdur? | Lalə Kişiyeva 21.08.2023

Sosial mediada gündəlik qəbul etdiyimiz məlumatlar bizə necə təsir edir? Məlumat çoxluğundan və zərərli məzmunlardan yayınmaq üçün hansı addımları ata bilərik? Diqqətimiz niyə ən dəyərli resursumuzdur? Media mütəxəssisi Lalə Kişiyeva ilə müsahibəmizi izləyə bilərsiniz.

Azərbaycanda sahə iqtisadiyyatı araşdırmaları | İbrahim Niftiyev 18.08.2023

Sahə iqtisadiyyatı nədir və nə üçün əhəmiyyətlidir? Azərbaycanda sahə iqtisadiyyatı araşdırmaları ilə bağlı vəziyyət necədir? Bu istiqamətdə keyfiyyətli araşdırmaların sayını çoxaltmaq üçün hansı addımlar atılmalıdır? İqtisadçı İbrahim Niftiyevlə videomuzu izləyə bilərsiniz.

Əlilliyi olan şəxslər - motivasiya nümunəsi və reallıq | Cəmilə Məmmədli 16.08.2023

Media və dövlət qurumları əlilliyi olan şəxslərdən necə “motivasiya” nümunəsi kimi istifadə edir? Bu, gələcəkdə hansı mənfi nəticələrə səbəb ola bilər? Əlilliyi olan şəxslərin hüquqları fəalı Cəmilə Məmmədlinin təqdimatını izləyərək öyrənə bilərsiniz.

Atalıq məzuniyyəti haqda | Yuliya Əliyeva 14.08.2023

Azərbaycan qanunvericiliyində valideynlər üçün hansı sosial müavinətlər nəzərdə tutulur? Valideynlik məzuniyyətindən kimlər istifadə edə bilər? Ataların yararlana biləcəyi məzuniyyət növü mövcuddurmu? Sosial elmlər üzrə mühazirəçi Yuliya Əliyeva ilə videomuzu izləyə bilərsiniz.

Çağdaş incəsənətə dövlət dəstəyi niyə vacibdir? | Aqil Abdullayev 11.08.2023

Azərbaycanda çağdaş incəsənət sahəsinin inkişafı üçün hansı maliyyələşmə imkanları var? Qonşu və digər ölkələrdə bu praktika necə fərqlənir? Çağdaş incəsənətə dövlət dəstəyi niyə vacibdir? Çağdaş sənətçi Aqil Abdullayevlə müsahibəmizi izləyərək məlumat ala bilərsiniz.

Mənzil sualı - çıxarış, qeydiyyat və istidadə hüququ | Aysel Əhmədova 09.08.2023

Mənzil alqısı zamanı çıxarış əldə etmək üçün hara müraciət etmək lazımdır? Çıxarışın əldə edilməsi ilə bağlı vətəndaşlar hansı problemlərlə üzləşirlər?  Vəkil Aysel Əhmədova ilə bu mövzuda söhbət etmişik.

”Hədis” animasiya filmi | Nəzrin Ağamalıyeva 07.08.2023

“Hədis” 2022-ci ildə İranda Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlar zamanı öldürülmüş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunmuş animasiya filmidir. Filmin rejissoru Nəzrin Ağamalıyeva ilə danışmışıq.

UBUNTU Sosial İş Dərnəyi | Zamin Zəki 04.08.2023

Ubuntu Sosial İş Dərnəyinin məqsədi cəmiyyətdə sosial işlə bağlı aydın təsəvvür yaratmaq, sosial işçilərin bacarıqlarını artırmaq və sosial iş icmasını mobilizə etməkdir. Dərnəyin fəaliyyəti haqqında ətraflı məlumat almaq üçün sosial işçi Zamin Zəki ilə videomuzu izləyə bilərsiniz.

Ascolta il podcast Əkinçi su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici