akinchi

Əkinçi

Education AZ ↓ 802 episodi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com

Autore

akinchi

Categoria

Education

Sito del podcast

akinchi.podbean.com

Ultimo episodio

30 lug 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Yeni Media dövründə jurnalistika | Səbinə İzzətli 29.07.2024

Yeni Media dedikdə nə nəzərdə tutulur? Ənənəvi jurnalistika ilə Yeni Media arasında hansı əsas fərqlər var? Yeni Media texnologiyalarının üstünlükləri nələrdir?  Hansı daha vacibdir: məzmun, yoxsa vasitə? Yeni Media üzrə tədqiqatçı Səbinə İzzətli ilə videomuzu izləyə bilərsiniz.

Memarlıq və süni intellekt | Urfan Məmmədov 25.07.2024

Texnologiyanın memarlığa inteqrasiyası necə baş verir? Süni intellektin yaradıcı prosesə təsiri necədir? Memarlığın hansı tərəflərini süni intellekt əvəz edə bilər? Memar Urfan Məmmədovla videomuzu izləyə bilərsiniz.

Azərbaycanda startapların inkişafı üçün hüquqi çərçivə | Zalbəy Ağadadaşov 22.07.2024

Azərbaycanda startaplar üçün hansı güzəştlər nəzərdə tutulur? Bu güzəştlər startap ekosisteminin inkişafı üçün yetərlidirmi? Startapların inkişafı üçün qanunvericilikdə nələr dəyişməlidir? Turan Legal and Tax Services şirkətinin təsisçisi və direktoru Zalbəy Ağadadaşovla bu haqda danışmışıq.

Kino və ədəbiyyat | Leylaxanım Qəmbərli 18.07.2024

Kino digər incəsənət sahələrindən necə fərqlənir? Sürrealist kinonun yaranması hansı amillərlə bağlıdır? Müasir kino izləyicisinin gözləntiləri nələrdir? Hekayə olmadan kino mövcud ola bilərmi? Kinorejissor və rəssam Leylaxanım Qəmbərli ilə bu haqda danışdıq.

Sənətşünas kimdir? | Ayna Moazzen 15.07.2024

Sənətşünasın rolu nədən ibarətdir? Universitet təhsili müasir incəsənət tələbləri ilə üst-üstə düşürmü? Sənətşünaslıq tələbələrinin tez-tez qarşılaşdığı problemlər hansılardır? Sənətşünas Ayna Moazzen bizə bu haqda danışıb.

Müəllimlərin peşəkarlığını artıra bilirikmi? | Ülviyyə Mikayılova 11.07.2024

Müəllimlərin peşəkar inkişafı nə üçün əhəmiyyətlidir? Azərbaycanda təhsil sektorunda bu istiqamətdə hansı islahatlar aparılıb? Digər ölkələrdə müəllimlərin peşəkar inkişafı ilə bağlı hansı uğurlu nümunələr var? Təhsil mütəxəssisi Ülviyyə Mikayılova ilə bu haqda danışmışıq.

Dünyada və ölkəmizdə video oyun sənayesi | Şahin Əliyev 08.07.2024

Müasir oyun sənayesi necə inkişaf edib? Qlobal video oyun bazarını idarə edən əsas tendensiyalar hansılardır? Azərbaycanın bu sahədə uğur əldə etmək potensialı nə qədərdir? “Dynamic Box Studio”-nun həmtəsisçisi Şahin Əliyevlə bu haqda danışmışıq.

Mədəniyyətə dəstəyin hansı modelləri var? | Qismət Rüstəmov 04.07.2024

Mədəniyyət siyasəti dedikdə nə nəzərdə tutulur? Mədəniyyətə dəstək modelləri hansılardır? Bu modellərin hansı çatışmayan tərəfləri var? Azərbaycanda mədəniyyət siyasəti ilə bağlı aktual məsələlər nələrdir? Yazıçı Qismət Rüstəmovla mədəniyyətə dəstək modelləri haqda videomuzu təqdim edirik.

Məişət zorakılığı və dövlətin öhdəliyi | Fariz Namazlı 01.07.2024

Məişət zorakılığı cinayətləri dövlətin üzərinə hansı öhdəlikləri qoyur? Azərbayan qanunvericiliyində bununla bağlı hansı çatışmazlıqlar var? Avropa Məhkəməsinin məişət zorakılığı cinayətləri ilə bağlı yanaşması necədir? Vəkil Fariz Namazlı ilə videoumuzda bu suallara cavab tapa bilərsiniz.

Rəqabət Məcəlləsi iqtisadiyyata nə verəcək? | Azər Mehtiyev 27.06.2024

Yeni Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Məcəllədə hansı məsələlərin tənzimlənməsi nəzərdə tutulub? Rəqabət siyasətinin əsas prinsipləri hansılardır? Rəqabət Məcəlləsi iqtisadiyyata nə qazandıracaq? İqtisadçı Azər Mehtiyev izah edir.

Sosial-iqtisadi layihələrin hazırlanması | Nicat Qarayev 24.06.2024

Sosial layihələr dedikdə nə nəzərdə tutulur? Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrinin dizaynında hansı çatışmazlıqlar var? Yaxşı layihə dizayn edə bilmək üçün nələri öyrənməyə ehtiyac var? İqtisadi inkişaf üzrə mütəxəssis Nicat Qarayevlə bu haqda danışmışıq.

Tələbələrin öyrənməyə cəlb olunması | Razia İsayeva 20.06.2024

Tələbələrin öyrənməyə cəlb olunmasında vacib amillər nələrdir? Bu prosesdə qlobal və yerli səviyyədə hansı çətinliklər var? Tələbələrin öyrənməsində universitetlərin üzərinə hansı öhdəliklər düşür? Tədqiqatçı Razia İsayeva ilə bu haqda danışmışıq.

Yaradıcı təbəqə və gələcək | Anar Vəliyev 17.06.2024

Yaradıcı təbəqə ölkələrin inkişafına necə dəstək olur? Bakıda yaradıcı təbəqənin sayını necə artırmaq olar? Dövlət yaradıcı fəaliyyəti tənzimləməlidirmi? ADA universitetinin dosenti Anar Vəliyevlə söhbətimizdə bu haqda danışmışıq.

İnsan resursları haqda bilməli olduqlarımız | Səbinə Qulamzadə 05.06.2024

İnsan resursları bizneslər üçün nə qədər əhəmiyyətlidir? Azərbaycanda insan resursları sahəsi nə vaxt inkişaf etməyə başlayıb? Bu sahədə mütəxəssis olmaq üçün hansı bacarıqlara ehtiyac var? İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə ilə söhbətimizi dinləyin.

Travma haqda bilməli olduqlarımız | Loğman Qasımov 03.06.2024

Posttravmatik stress pozuntusunun öhdəsindən necə gəlmək mümkündür? Yaşadığımız bütün ağır hadisələr travmalara səbəb olurmu? Düzgün diaqnostika nə üçün əhəmiyyətlidir? Psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla söhbətimizi dinləyə bilərsiniz.

Kuir feminist sosial iş | Aida Mirzəyeva 31.05.2024

Sosial işdə hansı yanaşmalar mövcuddur? Ənənəvi sosial işin çatışmazlıqları nələrdir? Kuir feminist sosial iş necə meydana çıxıb? Sosial işçi Aida Mirzəyeva ilə müsahibəmizdə bu haqda danışmışıq.

Özəl sektorun ictimai məkanlara təsiri | Ucal Qorçu 29.05.2024

“İctimai məkanın uğuru onun estetik gözəlliyi deyil, cəmiyyətin fərqli təbəqələrinin səslərini duyurması üçün bir platforma olmağıdır.” Budəfəki videomuzda urbanist tədqiqatçı Ucal Qorçu ilə özəl sektorun ictimai məkanlara təsiri haqqında danışmışıq.

Kouçluq nədir? | Günel Mehdiyeva 27.05.2024

Kouçluq insanlara nə vəd edir? Kouçluğun hansı texnikaları var? Bu texnikalar insanlarda nə kimi dəyişikliklər yarada bilir? Kouçluqla bağlı hansı yanlış fikirlər mövcuddur? Kouç və Beynəlxalq Kouçinq Federasiyasının üzvü Günel Mehdiyeva ilə müsahibəmizi dinləyə bilərsiniz.

Generativ süni intellekt və produktivlik | Emil Mirzəyev 24.05.2024

Süni intellekt modellərindən istifadə produktivliyə necə təsir edir? Süni intellekt modellərinə effetkiv tapşırıq vermə üsulları hansılardır? Bu modellərdən istifadənin hansı mənfi və müsbət cəhətləri var? Süni intellekt üzrə tədqiqatçı Emil Mirzəyevlə söhbətimizi dinləyə bilərsiniz.

Kibertəhlükəsizlik və innovasiya | Günay Məmmədli 22.05.2024

Tədqiqat və inkişaf sahəsinə investisiya etmək nə üçün vacibdir? Rəqəmsal platformalarda məxfiliyimizi necə təmin edə bilərik? Texnologiya sahəsində qlobal bazarla necə rəqabət aparmalıyıq? Kibertəhlükəsizlik üzrə mütəxəssis Günay Məmmədli ilə söhbətimizi dinləyə bilərsiniz.

Post-müharibə dövründə sosial xidmətlərin rolu | Zamin Zəki 20.05.2024

Müharibədən əziyyət çəkmiş insanlar üçün sosial xidmətlər necə təşkil edilməlidir? Azyaşlı uşaqlara müharibəni necə başa salmaq lazımdır? Azərbaycanda post-müharibə dövrü üçün nəzərdə tutulmuş sosial xidmətlərdə nələr çatışmır? Sosial işçi Zamin Zəki ilə söhbətimizi dinləyə bilərsiniz.

Rəqəmsal diplomatiya | Zümrüd Paşkin 17.05.2024

Ənənəvi və rəqəmsal diplomatiya bir-birindən nə ilə fərqlənir? Rəqəmsal diplomatiyanın müsbət və mənfi cəhətləri nələrdir? Azərbaycanda rəqəmsal diplomatiyadan necə istifadə edilir? Xarici siyasət müxbiri və tədqiqatçı Zümrüd Paşkinlə müsahibəmizdə bu haqda danışmışıq.

Xüsusi qrup uşaqlar və onların qarşılaşdığı çətinliklər | Nuranə İsmayılova 15.05.2024

“Fiziki çətinliklər bir tərəfə, insan özünü pis hiss edir ki, uşaqla bir yerdə valideyn də cəmiyyətdən uzaqlaşdırılır.” Bu dəfəki müsahibəmizdə serebral iflici olan uşağın valideyni Nuranə İsmayılova ilə xüsusi qrup uşaqlar və onların qarşılaşdığı çətinliklər barəsində danışmışıq.

Bizə tədqiqat universitetləri niyə lazımdır? | Abbas Abbasov 13.05.2024

Tədqiqat universitetləri necə yaranıb və bizə nə üçün lazımdır? Tədqiqat universitetlərin hansı missiyaları var? Əhəmiyyətli ixtiraların yaranmağında tədqiqat universitetləri necə rol oynayıb? Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasovla bu haqda danışmışıq.

Reproduktiv sağlamlıq və hüquqlar | Nərgiz Muxtarova 10.05.2024

Reproduktiv sağlamlıq və hüquqlar dedikdə nə nəzərdə tutulur? Azərbaycanda reproduktiv sağlamlıq və hüquqlarla bağlı vəziyyət nə yerdədir? Əhali arasında kontraseptiv vasitələrdən istifadə nə üçün aşağıdır? Tədqiqatçı Nərgiz Muxtarova ilə müsahibəmizi dinləyə bilərsiniz.

Ascolta il podcast Əkinçi su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici