akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
Qadın futbolu | Ağasəf Osmanlı 24.10.2024 17:36
Dünyada və Azərbaycanda qadın futbolunun tarixi haradan başlayır? Futbolla məşğul olmağın hansı faydaları var? Məktəbli qızları futbola cəlb etmək üçün nə etmək mümkündür? “Baku Juniours Women” futbol klubunun meneceri Ağasəf Osmanlı ilə videomuzu izləyə bilərsiniz.
Müasir şəhərlərin inkişaf yolunun elmi interpretasiyaları | Bayram Axundov 21.10.2024 25:11
Klassik şəhərsalma nəzəriyyələri hansılardır? Bu nəzəriyyələr müasir şəhərlərin formalaşmasında necə rol oynayıb? Azərbaycanda şəhərsalma sahəsində hansı fundamental problemlər mövcuddur? Urbanist tədqiqatçı Bayram Axundovla videomuzu izləyə bilərsiniz.
Tələbələrin ixtisas seçimi | Vəfa Kazdal 17.10.2024 15:18
Tələbələrin ixtisas seçimi ilə bağlı düzgün yanaşma hansıdır? Gənclərə öz seçimlərini etmələri üçün imkan yaratmaq nə üçün əhəmiyyətlidir? Düzgün ixtisas seçimi etmək üçün hansı trendləri izləmək lazımdır? ADA Universitetinin prorektoru Vəfa Kazdalla bu haqda danışmışıq.
Trans fərdlərin qarşılaşdığı çətinliklər | Miray Dəniz 14.10.2024 8:39
Azərbaycandakı trans fərdlərin qarşılaşdığı əsas çətinliklər hansılardır? Bu çətinlikləri yaradan səbəblər haradan qaynaqlanır? Trans kimliklərin mediada daha çox görünən olmağı nə üçün əhəmiyyətlidir? Rejissor Miray Dənizlə bu haqda danışmışıq.
116-111 Uşaq Qaynar Xətti | Kəmalə Aşumova 10.10.2024 15:11
116-111 Uşaq Qaynar Xətti hansı fəaliyyətləri həyata keçirir? Qaynar xətt xidməti regiondakı uşaqlar üçün əlçatandırmı? Qaynar xəttə gələn müraciətlərdə məxfilik prinsipi necə qorunur? Kəmalə Aşumova rəhbərlik etdiyi Azərbaycan Uşaq Qaynar Xətt xidməti haqda danışır.
Elmi jurnallar və elmi məqalələr | Aytəkin Hüseynli 07.10.2024 12:37
Elmi jurnallarda məqalələrin çap edilməsi üçün hansı prosesdən keçmək lazımdır? Sosial sahələrdə elmi məqalələrin yazılması üçün hansı tələblər var? Elmi jurnalların təsir qüvvəsi dedikdə nə nəzərdə tutulur? Vaşinqton Universitetinin elmi işçisi Aytəkin Hüseynli bizimlə bu haqda danışıb.
İşəgötürənlərin əmək münasibətlərində qarşılaşdıqları problemlər | Araz İsmayılov 03.10.2024 18:47
İşəgötürənlər əmək münasibətlərində hansı problemlərlə qarşılaşırlar? İşçilərin müqaviləsinə xitam verərkən hansı məqamlara diqqət edilməlidir? Müəssisələrdə daxili intizam qaydalarının hazırlanması nə üçün vacibdir? Hüquqşünas Araz İsmayılov bu mövzuda təcrübəsini bölüşür.
Uşaqlar məktəbdə xoşbəxtdirlərmi? | Ülviyyə Mikayılova 23.09.2024 13:35
Təhsilin inkişafında həmrəylik pedaqogikası nə üçün əhəmiyyətlidir? Rəqabətyönümlü pedaqogika hansı mənfi nəticələrə səbəb ola bilər? Şagirdlər məktəbdə xoşbəxtdirlərmi? Təhsil mütəxəssisi Ülviyyə Mikayılova bu haqda danışmışıq.
Təhsilə yanaşma necə olmalıdır? | Coana Braun 19.09.2024 9:57
Neyromüxtəliflik nədir və təhsil prosesində nə üçün nəzərə alınmalıdır? Yaradıcılığın təhsil üçün əhəmiyyəti nədən ibarətdir? Öyrənmə müxtəlifliklərinin hansı faydaları ola bilər? Təhsil mütəxəssisi Coana Braun ilə bu haqda danışmışıq.
Əlilliyi olan şəxslərin müstəqil həyat fəlsəfəsi | Aydın Xəlilov 16.09.2024 12:07
Müstəqil həyat tərzi fəlsəfəsi nə deməkdir? Əlilliyi olan şəxslərin qanunvericiliyin təkmilləşdirilməsində iştirakı nə üçün vacibdir? Müyəssərliyin təmin edilməsi üçün nələrə diqqət etmək lazımdır? “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbəri Aydın Xəlilovla videomuzu izləyə bilərsiniz.
İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması | Elif Günce 09.09.2024 16:16
İtkin düşmüş şəxslərin ailələrinin hansı ehtiyacları var? Beynәlxalq Qızıl Xaç Komitәsi itkin düşmüş şəxslərin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycanda hansı işləri görür? Beynәlxalq Qızıl Xaç Komitәsinin nümayəndəsi Elif Günce ilə videomuzu izləyə bilərsiniz.
Xaricdə təhsil və diqqətdən kənar qalan məsələlər | Emil Mirzəyev 29.08.2024 19:01
Azərbaycandakı təhsillə xaricdəki təhsil arasında əsas fərqlər nələrdir? Şəxsiləşdirilimiş təhsil prosesi nə deməkdir? Xaricdə təhsillə bağlı diqqətdən kənarda qalan məsələlər hansılardır? Tədqiqatçı Emil Mirzəyevlə bu haqda danışır.
Müəllimlərin şərəf və ləyaqət hüququ | Aygün Pəncəliyeva 26.08.2024 15:38
“Cinsindən, oriyentasiyasından, etnik mənsubiyyətindən, yaşından, xarici görünüşündən, sosial statusundan və təcrübəsindən asılı olmayaraq, bütün müəllimlərə hörmətlə yanaşılmalıdır.” Təhsil mütəxəssisi Aygün Pəncəliyeva ilə müəllimlərin şərəf və ləyaqət hüququ barəsində danışmışıq.
Məktəbəqədər yaşda oyun və oyuncaqların əhəmiyyəti | Pəri Osmanova 22.08.2024 13:20
Məktəbəqədər yaşda olan uşaqların tərbiyəsində oyuncaqların rolu nədən ibarətdir? Oyuncaqları seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır? Uşaqlar üçün faydalı ola biləcək oyunları evdə necə hazırlaya bilərik? Tərbiyəçi müəllim Pəri Osmanova bu haqda danışır.
Uşaqlıqdan aktivlərin yaradılması üçün uşaq inkişaf fondları | Aytəkin Hüseynli 19.08.2024 12:40
Uşaq inkişaf fondlarının işləmə mexanizmi necədir? Belə proqramlar uşaq rifahına necə dəstək olur? Azərbaycanda uşaq inkişafı fondlarının yaradılması hansı problemlərin həllində rol oynaya bilər? Elmlər doktoru Aytəkin Hüseynli izah edir.
Orta Dəhlizin perspektivləri | Vüsal Quliyev 15.08.2024 14:10
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) digər ticarət marşrutlarından nə fərqləndirir? Ələt Azad İqtisadi Zonasının əsas funksiyası nədir? Orta Dəhliz marşrutunu təkmilləşdirmək üçün hansı addımların atılması vacibdir? Şərqşünas tədqiqatçı Vüsal Quliyevlə videomuzu izləyərək öyrənə bilərsiniz.
Məişət zorakılığı riskinin qiymətləndirilməsi | Vəfa Rüstəm 12.08.2024 10:48
Məişət zorakılığı ilə mübarizədə risk qiymətləndirilməsi effektiv vasitə ola bilərmi? Karseral metodun hansı çatışmayan cəhətləri var? Risk qiymətləndirilməsi prosesində dövlət qurumlarının üzərinə hansı öhdəliklər düşür? Qadın haqları üzrə hüquqşünas Vəfa Rüstəmlə videomuzu izləyə bilərsiniz.
Süni zəka və etika | Cavid Ağa 08.08.2024 12:47
Süni zəkada etika ilə bağlı hansı problemlər ortaya çıxa bilər? Süni zəkanın qərarvermə mexanizmi necədir? Süni zəka qərəzli ola bilərmi? Sosial media tədqiqatçısı Cavid Ağa ilə süni zəka və etika barəsində videomuzu izləyərək öyrənə bilərsiniz.
Arxeoloji irs və onun idarə olunması | Fariz Xəlilli 05.08.2024 16:38
Azərbaycanda hazırda hansı bölgələrdə arxeoloji tədqiqatlar aparılır? Dövlət mülkiyyətində olan ərazilərdə qanunsuz qazıntı aparmağın cəzası nədir? Arxeoloji irsin qorunması üçün hansı tədbirlər görülür? Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fariz Xəlilli bu suallara cavab verir.
Karbon idarəetməsinin iqlim dəyişikliyi ilə mübarizədə rolu | Ayan Şamçıyeva 01.08.2024 17:24
Karbon xərcləri nədir və ətraf mühitə necə təsir edir? İqlim dəyişikliyi ilə mübarizədə individualların rolu nədən ibarətdir? Karbon kreditləri effektiv mübarizə üsuludurmu? İqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçıyeva ilə videomuzu izləyərək öyrənə bilərsiniz.
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici