akinchi

Əkinçi

Education AZ ↓ 802 episodi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com

Autore

akinchi

Categoria

Education

Sito del podcast

akinchi.podbean.com

Ultimo episodio

30 lug 2026

Dove ascoltare?

I podcast nell'app Replaio Radio In arrivo

I podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast

Scaricala su Google Play Installala gratis Android quasi 10 mln di download · valutazione 4,8 iOS in arrivo

Episodi

Tükənən su ehtiyatlarının səmərəli idarə edilməsi | Rövşən Abbasov 03.03.2025

Qiymətləndirmələrə görə, iqlim dəyişikliyinin təsirləri nəticəsində regionumuzda su ehtiyatlarının 15-30% azalacağı proqnoz edilir. Bu vəziyyətin gələcəyimiz üçün ciddi bir təhlükə yaratdığını bildirən ətraf mühit üzrə ekspert Rövşən Abbasov əlavə edir ki, əhali artımı, həyat tərzindəki dəyişikliklər və ərzağa olan tələbatın artması su ehtiyatlarına daha çox təzyiq göstərəcək. Qonağımız vurğulayır...

Kitablar və uşaqlarda öyrənmə instinkti | Əfsanə Yusif 27.02.2025

Bu dəfə uşaqlar və kitablar mövzusuna toxunmuşuq. “Roller Bird” nəşriyyatının təsisçisi Əfsanə Yusif ilə söhbətimizdə kitabların uşaqlarda özünü dərk etmə və maraq hissini formalaşdırmadakı əhəmiyyəti haqda danışdıq. Qonağımız bildirir ki, kitablar sadəcə təhsil vasitəsi deyil, həm də dünyanı və insanın özünü kəşf etməsi üçün vacib bir alətdir. O, qeyd edir ki, uşaqlarda kitaba maraq yaratmaq əvəz...

Müəllimlik peşəsinə maraq yaratmaq üçün nə edilməlidir? | Aynurə Abdullayeva 24.02.2025

Keyfiyyətli öyrənmənin təmin edilməsində müəllimlərin bilik və təcrübəsi ilə yanaşı, onların bu işə olan səmimi həvəsi və göstərdikləri fədakarlıq da vacib rol oynayır. Təhsil mütəxəssisi Aynurə Abdullayeva bildirir ki, müəllimlik peşəsinə marağı olan, özünü uşaqların inkişafına həsr etmək istəyən daha çox gənc istedadı bu işə cəlb etmək lazımdır. Lakin müəllimlik peşəsinin hazırkı nüfuzu və təhsi...

Milli kimlik necə formalaşır? | Zaur Şiriyev 20.02.2025

Karnegi Beynəlxalq Sülh Fondunun qeyri-rezident alimi Zaur Şiriyev müasir millət anlayışının çox vaxt XVI-XVIII əsrlərdə millət-dövlətlərinin yaranması ilə, xüsusilə İngiltərə, Fransa və ABŞ-dakı tarixi proseslərlə əlaqələndirildiyini bildirir. Qonağımız qeyd edir ki, milli kimlik kollektiv aidiyyət formasıdır və onu ortaq dil, mədəniyyət və siyasi proseslərdə iştirak müəyyən edir. Lakin onun form...

ChatGPT-nin jurnalistikada düzgün istifadəsi | Pəri Abbaslı 17.02.2025

ChatGPT 2022-ci ildən bəri gündəlik həyata sürətlə inteqrasiya olunub və məzmunun strukturlaşdırılması, eləcə də tədqiqat proseslərinin sürətləndirilməsi üçün geniş istifadə edilən bir alətə çevrilib. Jurnalist Pəri Abbaslı ilə bu alətin media sahəsinə təsiri və onun jurnalistləri əvəzləyə biləcəyi ilə bağlı narahatlıqları müzakirə etdik. Qonağımız süni intellektin bir təhlükə kimi deyil, bir vasi...

Məktəblərdə dram dərslərinin əhəmiyyəti | Aynur Zərrintac 13.02.2025

Dram dərsləri dünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai təhsil proqramının vacib bir hissəsidir. Birləşmiş Krallıq, Kanada, ABŞ, Fransa, Avstraliya, Finlandiya və digər ölkələrdə məktəblərdə tədris edilən dram dərsləri şagirdlərin istedadlarını tətbiq etməsi ilə yanaşı, onların tənqidi düşüncə, özünəinam və sosial bacarıqlarının inkişafına töhfə verir. Yeni videomuzda teatr rejissoru və R...

Azərbaycanda dizayn: yerli mühit və qlobal imkanlar | Rəsul Həsən 10.02.2025

Qonağımız, qrafik dizayner və tədqiqatçı Rəsul Həsən bildirir ki, çoxları dizaynı sadəcə estetika ilə əlaqələndirir, lakin dizaynın funksionallıq tərəfi tez-tez unudulur. Onun fikrincə, Azərbaycanda ictimai məkanlar vizual xaos və qeyri-funksionallıq səbəbindən insanların rifahına mənfi təsir göstərir. Yeni videomuzda dizayn təhsilindəki çatışmazlıqlar, ölkədə yaradıcı rəqabətin və yeni ideyaların...

Suyun ədalətli, səmərəli və dayanıqlı idarə ediləməsi | Şəhanə Bilalova 06.02.2025

Su böhranı dünyanın müxtəlif yerlərində icmalara və iqtisadiyyatlara ciddi təhlükələr yaradır. Lakin bu böhranın səbəblərinə baxdıqda, əksər hallarda problemin suyun yoxluğu deyil, su idarəetməsinin düzgün aparılmaması olduğu görünür. Növbəti qonağımız Şahanə Bilalova su idarəçiliyi üzrə tədqiqatçıdır. Onunla həm iqlim dəyişikliyi, həm də kənd təsərrüfatında istifadə olunan suya tələbatın artması...

Şəhər mobilliyi: piyadalar, nəqliyyat və təhlükəsizlik | Rauf Ağamirzəyev 03.02.2025

Yeni videomuzda qonağımız, nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakının şəhər mobilliyindəki irəliləyişlərdən, o cümlədən rəqəmsal transformasiya, dayanıqlı nəqliyyat və infrastruktur təkmilləşdirmələrinin əhəmiyyətindən danışıb. Qonağımız avtomobil mərkəzli siyasətdən səmərəli yol hərəkətinin idarə olunmasına keçidin vacibliyini vurğulayaraq, bu çərçivədə ayrılmış avtobus zolaqları, velosiped infr...

Sağlam iş mühitini necə qurmalı? | Səbinə Qulamzadə 30.01.2025

Yəqin ki, bir çoxunuz toksik iş mühitində çalışmağın nə demək olduğunu bilirsiniz. Müxtəlif araşdırmalara görə, işçilərin işdən çıxmasının və ya başqa iş axtarmasının əsas səbəblərindən biri qeyri-sağlam korporativ mədəniyyətdir. İnsan resursları mütəxəssisi Səbinə Qulamzadə müsbət və sağlam iş mədəniyyətinin yaradılmasının bu səbəbdən nə qədər vacib olduğunu deyir. Onunla toksik iş mühitinin səbə...

Bakını necə insanyönümlü şəhərə çevirə bilərik? | Anar Əliyev 27.01.2025

“İnsan yönümlü şəhərlər” təşəbbüsünün təsisçisi Anar Əliyevlə Bakının insanı mərkəzdə olduğu şəhərə çevrilməsi üçün atılmalı olan addımlar barədə danışdıq. Avtomobil sahiblərinin çoxuna xoş səslənməsə də, insan mərkəzli şəhər modelində avtomobillər əhəmiyyət baxımından piyada, velosipedçi və ictimai nəqliyyatdan sonra gəlir. Qonağımız COP29 ərəfəsində görülən işlərin yaxşı bir başlanğıc olduğunu q...

Azərbaycan turizm sənayesinin tutduğu mövqe | Qanı Nəsirov 23.01.2025

Azərbaycan turizm sənayesinin hazırkı durumu necədir? Bələdçi Qanı Nəsirov verdiyi müsahibədə pandemiyadan sonra turizm sənayesinin üzləşdiyi çətinliklərdən, Azərbaycan üçün ənənəvi və qeyri-ənənəvi turizm bazarlarından, ölkədə keçirilən tədbirlərin turizmə təsirindən danışıb. O, mövcud nailiyyətlərə baxmayaraq, keyfiyyət üzərində işlərin görülməsinin vacibliyini də vurğulayıb.

“Post-truth” və ya faktlara barmaqarası baxışın səbəbi nədir? | Qismət Rüstəmov 16.01.2025

Yeni videomuzda yazıçı Qismət Rüstəmovla müasir dünyada rasional düşüncəyə, intellektual müzakirələrə və elmi təfəkkürə olan inamın azalması mövzusunda söhbət etdik. Bu tendensiyanın mistik inanclara, konspirasiya nəzəriyyələrinə və psevdointellektual baxışlara olan marağın artması ilə müşayiət olunduğunu vurğulayan yazıçı, çıxışında internet və sosial şəbəkələrin yüksəlişinin media mühitinə necə...

İfrat sağın yüksəlişi və demokratiyaların üzləşdiyi çətinliklər | Rəşad Şirin 13.01.2025

Yeni müsahibəmiz qlobal müstəvidə ifrat sağ hərəkatların yüksəlişi mövzusundadır. Beynəlxalq seçki eksperti Rəşad Şirin bildirir ki, ifrat sağın populist ritorikası tez-tez liberal demokratiyanın legitimliyini sual altına qoyur. Bu hərəkatlar iddia edir ki, ənənəvi siyasi sistemlər immiqrasiya, iqtisadi çətinliklər və mədəni mübahisələr kimi problemləri həll etməkdə acizdir. Qonağımız əlavə edir k...

İş mühitində uşaqlı qadınların üzləşdiyi çətinliklər | İnara Camal 19.12.2024

İş müsahibələrində qadınlara və kişilərə verilən suallar arasında fərqlər haqqında yəqin ki, eşitmisiniz. Xüsusən də qadın namizədin evlilik statusu, uşaqlarının olub-olmaması və ya ana olmağı planlaşdırıb-planşdırmaması kimi mövzularla bağlı. İşəgötürən bu suallara ümid etdiyi cavabları eşitməyəndə qadın namizədin seçilmə şansları azalır, işə götürüldüyü halda isə karyera irəliləyişi imkanları mə...

Mövcud təhsil sistemi şagirdlərin inkişafına necə mane olur? | Yalçın İslamzadə 16.12.2024

Yeni müsahibəmizdə Azərbaycan təhsil sisteminin qarşısında duran vəzifələr, tələbələrin inkişafına və həyata hazır olmalarına necə kömək edə biləcəyindən danışdıq. Təhsil eksperti Yalçın İslamzadə bizimlə söhbətində son beynəlxalq testdə göstərilən zəif nəticələr, kurikulumların təkmilləşdirilməsi, təhsildə valideynlərin rolu, şagirdlərin üzləşdiyi emosional çətinliklər və digər məqamlara toxundu.

İlk nəsil tələbələr kimlərdir? | Abbas Abbasov 12.12.2024

Ailələrində ilk dəfə universitet təcrübəsi yaşayan gənclər digər tələbələrdən fərqlənirlər. Ali təhsil tədqiqatçısı Abbas Abbasov deyir ki, əksər hallarda ilk nəsil tələbələr “sosial kapitala” malik deyillər və bu, onlara həm universitetdə, həm də gələcək həyatlarında maneələr yaradır. Qonağımız ilk nəsil tələbələrin nə üçün dəstəyə ehtiyac duyduğu və bu dəstəyin cəmiyyət üçün faydaları haqda danı...

Qohumlar arasında nikah | Vəfa Rüstəm 09.12.2024

Dünyanın müxtəlif yerlərində qohum evliliyinə münasibət fərqlidir. Bir çox coğrafiyalarda ortaq nənə və babaları olan şəxslər arasında nikah kifayət qədər yayılmış haldır. Azərbaycanda ümumi nikahların təxminən 4-5 faizi qohumlar arasında olduğu təxmin edilir. Qadın hüquqları üzrə hüquqşünas Vəfa Rüstəmlə uşaqlarda irsi xəstəlik hallarını artıran bu cür nikahların səbəbləri və məhdudlaşdırılması ü...

Şəhəri tələbələr və gənclər üçün necə rahat edə bilərik? | Anar Vəliyev 05.12.2024
Dezinformasiyanın yaranması və yayılması mexanizmi | Lalə Kişiyeva 02.12.2024

Dezinformasiya yeni şey deyil. Lakin sosial media və müasir texnologiyalar bu cür xəbərlərin daha geniş yayılmasına təsir edib. Bizimlə söhbət edən media mütəxəssisi Lalə Kişiyeva deyir ki, dezinformasiya bir-birimizə qarşı inanmsızlıq, institutlara etibarsızlıq və geniş apatiyaya səbəb ola bilər. Qonağımız dezinformasiyanın siyasi manipulyasiya və maliyyə qazancı kimi məqsədlərini qeyd edir və əl...

Wikipedia nədir və nə deyil? | Cavid Ağa 28.11.2024

Wikipedia-nı ənənəvi ensiklopediyalardan fərqləndirən əsas xüsusiyyət onun hər kəs tərəfindən rədaktə edilə bilən, dinamik və açıq resurs olmasıdır. Bununla bərabər, Wikipedia şəxsi fikirlər və ya tərəf tutmaq üçün yer deyil. Bu resursun məqsədi çoxsaylı perspektivləri təqdim edərək, mövzu haqda hansı qənaətə gəlməyi oxucunun öhdəsinə buraxmaqdır. Bizim platformamızda tez-tez çıxış edən sosial med...

Elmi tədqiqat nədir və nə üçün əhəmiyyətlidir? | Aytəkin Hüseynli 25.11.2024

Elmi tədqiqat konkret suallara cavab vermək və ya problemləri həll etmək üçün məlumat toplamaq və təhlil etmək üçün strukturlaşdırılmış, sistemli bir prosesdir. Yeni müsahibəmizdə Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli ilə elmi tədqiqatın əhəmiyyət və onun düzgün aparılması şərtləri haqda danışmışıq. Qanağımız deyir ki, akademik şəraitdə tədqiqat müstəqil araşdırma...

Çinin yumşaq güc siyasəti | Vüsal Quliyev 21.11.2024

Siyasi müzakirələrdə tez-tez işlədilən Yumşaq Güc (Soft Power) terminini məcbur edilmə əvəzinə cəlbedicilik vasitəsilə əməkdaşlığın təmin olunması kimi ifadə edə bilərik. Xarici siyasətdə bu aləti istifadə edən ölkələr daha çox öz mədəniyyətlərinin qlobal səhnədə tanınmasından bəhrələnirlər.   Yumşaq Gücün üstünlüyünə malik olan ölkələr dedikdə, ağla ilk Birləşmiş Ştatlar və Birləşmiş Krallıq gəli...

Şagirdlər real həyat təcrübəsini necə öyrənə bilərlər? | Rebekka Qrinvol 18.11.2024
Rəqəmsallaşma və rəqəmsal savadlılıq | Mədinə Paşayeva 28.10.2024

Rəqəmsal savadlılıq nə deməkdir və nə üçün əhəmiyyətlidir? Rəqəmsallaşma sahibkarlığın inkişafında necə rol oynayır? Proqramlaşdırma bacarıqlarına hər kəs yiyələnə bilərmi? “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva ilə danışdıq.

Ascolta il podcast Əkinçi su Replaio

Radio e podcast in un'unica app - gratis e senza registrazione. Installala oggi e non perderti il lancio

Scaricala su Google Play

Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici