akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
Süni Zəka natiqləri əvəz edə bilərmi? | Coşqun Kərimov 09.06.2025 9:23
Natiqlik üzrə kouç Coşqun Kərimov öz çıxışında Süni Zəkanın ünsiyyət və insan inkişafındakı rolunun necə dəyişdiyini təhlil edir. O, Süni Zəkanın ictimai çıxış üçün vacib hesab etdiyi dörd “əzələyə” – vaxtın idarə olunması, məzmunun formalaşdırılması, vizual ünsiyyət və enerjinin idarə olunmasına – necə təsir etdiyini izah edir. Qonağımız vurğulayır ki, Süni Zəka qlobal biliklərə çıxış, vizualları...
Mustafanın lupası: Məzmun anlama bacarığına dəstək | Nailə Həsənzadə 05.06.2025 15:29
Uşaq inkişafı üzrə mütəxəssis Nailə Həsənzadə qeyd edir ki, autizm spektr pozuntusu və digər inkişaf fərqliliyi olan uşaqlar öyrənərkən müəyyən çətinliklərlə üzləşirlər. Bu problemin həllinə töhfə vermək məqsədilə spikerimiz “Mustafanın lupası” adlı adaptiv mütaliə vəsaitini hazırlayıb. Vəsait uşağın məzmunu anlama bacarığını inkişaf etdirməyə yönəlib və suallar vasitəsilə öyrəndiklərini daha yax...
Vərəsəlik haqda tez-tez verilən suallar [davamı] | Aysel Əhmədova 02.06.2025 13:57
Təxminən iki il əvvəl vəkil Aysel Əhmədova ilə Azərbaycanda vərəsəlik qanunları barədə ictimaiyyətin ən çox verdiyi suallar əsasında bir müsahibə hazırlamışdıq. Bu müddət ərzində həmin müsahibəyə olan marağın artdığını nəzərə alaraq, Aysel xanımla izləyicilərimizin verdiyi 10 yeni sualı əhatə edən növbəti bir müsahibə hazırladıq. Qonağımız bu dəfəki cavablarında əmlakın bağışlanması, onun bölüşdür...
Fıstığın hekayəsi: Mərhəmət uşaqlıqdan başlayır | Sitarə İbrahimbəyli 29.05.2025 10:54
Sitarə İbrahimbəyli, VarYox platformasının sosial mövzulara diqqət yetirdiyini və küçə heyvanlarının bu mövzulardan olduğunu deyir. O qeyd edir ki, Azərbaycan dilində uşaqlar üçün müasir reallıqları əks etdirən və empatiya aşılayan kontent kifayət qədər deyil. Fıstıq adlı küçə iti və Aqil adlı oğlanın dostluğundan bəhs edən kitab da məhz bu səbəbdən ərsəyə gəlib. Qonağımız, heyvanlara qarşı münasi...
Qaranlıq xüsusiyyətli insanları digərlərindən daha iddialı edən nədir? | Zəhra Murad 26.05.2025 20:06
Psixologiyada geniş müzakirə olunan “Qaranlıq dördlük” yanaşması haqqında danışan tədqiqatçı Zəhra Murad insanların bu dörd xüsusiyyət – narsisizm, makiavelizm, psixopatlıq və sadizm – barədə daha məlumatlı olmasının vacibliyini vurğulayır. Qonağımız qeyd edir ki, bu xüsusiyyətlərə malik insanlar güc və səlahiyyət mövqelərinə təbii olaraq cəlb olunurlar, çünki bu mövqelər onların manipulyasiya və...
Qidalanma və sağlam vərdişlər | Lalə Yaqubova 22.05.2025 13:20
Dietoloq Lala Yaqubova sağlamlığın bahalı “dietik” məhsullardan deyil, sadə və davamlı vərdişlərdən başladığını vurğulayır. O, şəkərsiz və ya “diet” etiketi ilə satılan məhsulların həmişə sağlam olmadığını bildirir, çünki onların bir çoxu bağırsaq florasına və immun sisteminə zərər verən qatqılarla doludur. Qonağımızla sağlam həyat və faydalı vərdişlər barədə hazırladığımız bu müsahibə, sağlam həy...
Nə yeyirsənsə, osan - Qidalanma və zehni sağlamlıq | Nərmin Axundova 19.05.2025 11:36
Növbəti müsahibəmizdə molekulyar bioloq Nərmin Axundova qidalanmanın zehni sağlamlığımıza və beyin funksiyalarımıza necə dərin təsir etdiyini izah edir. Qonağımız bildirir ki, biz çox vaxt qəbul etdiyimiz qidanın hisslərimizə və düşüncə tərzimizə təsirini nəzərə almasaq da, hər bir qida komponenti orqanizmdə parçalanaraq enerji mənbəyinə çevrilir və ya beyin hüceyrələrinin əsas struktur hissələrin...
Tarixlə gələcək arasında: Bakıda memarlıq irsinin taleyi | Qanı Nəsirov 15.05.2025 18:02
Yeni videomuzda bələdçi Qanı Nəsirov Bakının sürətli şəhərsalma yenidənqurmaları fonunda mədəni, tarixi və memarlıq irsinin qorunmasının zəruriliyini vurğulayır. Qonağımız Bakının tarixi irsinin təkcə qala divarları ilə məhdudlaşmadığını və mədəni baxımdan əhəmiyyətli olan bir çox ətraf məhəllənin nəzərdən qaçırıldığını qeyd edir. Şəhər yenilənməsinin təhlükəsizlik, xidmətlər və turizm infrastrukt...
Qlobal düşünən gənc təşəbbüskarları necə yetişdirməli? | Yalçın İslamzadə 12.05.2025 10:44
Təhsil eksperti Yalçın İslamzadə Azərbaycan cəmiyyətində ənənə ilə yenilik arasındakı münasibətə tənqidi yanaşmasını bölüşür. O bildirir ki, ölkə müasir görünməyə çalışsa da, xüsusilə liderlik və bilik anlayışlarında hələ də dərin şəkildə ənənəçi olaraq qalır. Qonağımız əlavə edir ki, gənc liderlər yaşlarına görə tez-tez ciddiyə alınmır və müdrikliyin yalnız yaşla gəldiyi düşüncəsi hələ də yaşayır...
Sosial iş peşəsinin inkişafı niyə vacibdir? | Aytəkin Hüseynli 08.05.2025 12:43
Sosial iş xeyriyyəçilikdən başlayaraq zamanla Avropa və ABŞ-da peşəkar bir sahəyə çevrildi. Azərbaycanda isə xeyriyyəçilik fəaliyyətləri 20-ci əsrin əvvəlində təhsil və uşaq rifahına yönəlsə də, bu təşəbbüslər Sovet dövründə dayandırıldı. Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli deyir ki, Azərbaycanda bu sahə hələ də təhsil standartlarının, resursların və ixtisaslı m...
Xalça sənəti, unudulan naxışlar və mədəni irsi yaşadan dizayn | Səidə Mirzəyeva 05.05.2025 13:51
Zili brendinin təsisçisi Səidə Mirzəyeva, xalça naxışlarını dizayn vasitəsilə gündəlik həyata gətirmək missiyası haqqında danışıb. İnsanlara orijinal Azərbaycan naxışlarını yenidən tanıtmaq məqsədilə yaradılan Zili brendi, xalça naxışlarını, miniatürləri və memarlıq elementlərini dekorativ və məişət əşyalarına tətbiq edir. Qonağımız, Azərbaycanın vacib mədəni irs nümunələrindən biri olan xalçaçılı...
İlahi istedaddan öyrədilə bilən bacarığa: Yaradıcı yazının tarixi və nəzəriyyələr | Ramil Əhməd 01.05.2025 13:01
Yeni videomuz yazıçılara və yazı prosesinə baxışın zamanla necə dəyişdiyi haqdadır. Yazıçı və ədəbiyyatşünas Ramil Əhməd qeyd edir ki, XIX əsrdən etibarən yaradıcılıq ilahi ilham yox, öyrənilə və təhlil oluna bilən bir bacarıq kimi dəyərləndirilməyə başlanıb. Qonağımız hesab edir ki, müasir dövrdə, xüsusilə süni intellekt çağında yazıçılar yalnız ilhamla deyil, həm də nəzəri bilik və struktur anla...
Film çəkməyə haradan başlamalı? | Türkan Hüseyn 28.04.2025 11:41
Rejissor və prodüser Türkan Hüseyn deyir ki, film istehsalı resurs asılılığı ən yüksək olan sənət növlərindən biridir və sıfır büdcə ilə film çəkmək demək olar ki, mümkünsüzdür. O, əlavə edir ki, buna baxmayaraq, film istehsalında ilk addımlarını atan insanlar bu prosesi daha az məsrəflə həyata keçirə bilərlər. Qonağımız gənc rejissorlara məsləhət görür ki, kiçik layihələrlə başlasınlar — qısa sse...
Kənddən masaya: İddialı missiyası olan süfrə təcrübəsi | Yaqub Zeynalov 24.04.2025 11:52
ProjectFlat təşəbbüsünün qurucusu Yaqub Zeynalovla onun “fermadan süfrəyə” təcrübəsi haqqında danışdıq. Yeməyi təbiət və yaddaşın formalaşdırdığı bir ünsiyyət və sənət forması kimi dəyərləndirən aşpaz, insanları yerli məhsul və istehsalçılarla birləşdirən kiçik, amma iddialı bir məkan yaradıb. Yaqub Zeynalov fermerlərlə işləmək üçün səfərlər edir, onlara məhsullarının dəyərini anlamağa və bazara y...
Ömür boyu öyrənmə nədir? | Abbas Babayev 21.04.2025 18:27
Ömür boyu təhsil anlayışı tez-tez səhvən əlavə və ya davamlı təhsil kimi anlaşılır. Tədqiqatçı Abbas Babayev bildirir ki, əslində ömür boyu öyrənmə fərdin yaşından, əvvəlki təhsilindən və mənşəyindən asılı olmayaraq, hər kəs üçün əlçatan, çevik və mənalı öyrənmə imkanlarının yaradılmasına yönəlmiş daha geniş bir fəlsəfədir. Qonağımız vurğulayır ki, universitetlərdə ömür boyu təhsilin gerçək inteqr...
İstedadı kəşf edən, yol açan müəllimlər | Vəfa Qəhrəman 17.04.2025 24:31
Təlimçi və təhsil kouçu Vəfa Qəhrəman hər bir şagirdin öyrənmə tərzinin tanınmasının və bu tərzə uyğun sinif mühitlərinin yaradılmasının vacibliyini vurğulayır. O bildirir ki, müəllimin kiçik jestləri — məsələn, bir şagirdin maraq və həvəs dairələrinə diqqət yetirməsi — dərin yaradıcılığın və özünəinamın açarına çevrilə bilər. Qonağımız əlavə edir ki, müəllimin düşüncə tərzi və empati bacarığı çox...
Azərbaycanda dayanıqlı turizm: Bölgələrin potensialı və strateji yanaşma | Vəfa Kərəmova 14.04.2025 14:38
Turizm dayanıqlı modellər əsasında qurulmadıqda, onun törətdiyi zərər kifayət qədər ciddi olur. Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, dayanıqlı modellər turizm fəaliyyəti zamanı gəlirlərin yalnız böyük şirkətlərə deyil, yerli əhaliyə də çatmasını nəzərdə tutur. Qonağımız əlavə edir ki, hazırda Azərbaycanın unikal imkanı var – ölkə iqtisadi baxımdan səmərəli, eyni z...
Köç yolu hekayəsi: Çoban həyatının reallığı 10.04.2025 15:56
Fotoqraf Əli Rza ənənəvi köç həyatını sənədləşdirmək üçün çoban icmalarına qoşularaq piyada şəkildə 200 kilometrdən çox məsafə qət edib. Bu işdə o, insan faktoruna - nəsildən-nəslə ötürülən biliklərə, fiziki çətinliklərə və sosial reallıqlara fokuslanır. Əli Rza öz obyektivindən yalnız köç həyatının mədəni və tarixi qatlarını deyil, onun davam edən sosial təsirini də göstərir. Burada uşaqların təh...
İdeyadan reallığa: Video oyunlar necə hazırlanır? | Şahin Əliyev 07.04.2025 19:22
Kitab və filmlərdən fərqli olaraq, video oyunlar oyunçulara sadəcə müşahidəçi olmaq deyil, həmin dünyaların içində yaşamaq və qərarlar qəbul etmək imkanı verir. “Dynamic Box Studio”nun həmtəsisçisi Şahin Əliyevin sözlərinə görə, məhz bu interaktivlik video oyunları digər media növlərindən tamamilə fərqləndirir. Qonağımız bildirir ki, video oyunlar texnologiya, sənət və hekayəçilik arasında körpü r...
Şirkətlərin sosial təşəbbüslər çərçivəsində yol verdiyi piar qüsurları | Aydan Nəbiyeva 03.04.2025 9:58
Yeni müsahibəmizdə şirkətlərin həyata keçirdiyi xeyriyyə təşəbbüsləri və korporativ sosial məsuliyyət layihələri haqqında danışmışıq. Marketinq mütəxəssisi Aydan Nəbiyeva bizimlə söhbətində müxtəlif özəl qurumların bu cür təşəbbüsləri həyata keçirərkən fəaliyyətin mahiyyətindən daha çox şirkət imicinə fokuslandığını qeyd edir və bu cür fəaliyyətlərin işıqlandırılmasında qüsurlara yol verildiyini v...
Elektrikli nəqliyyat bazarında hazırkı rəqabət | Orxan Zakirov 27.03.2025 8:52
Yeni çəkilişimizdə tədqiqatçı Orxan Zakirov son 15 il ərzində həm dünyada, həm də Azərbaycanda elektrikli avtomobillərə artan marağı təhlil edib. Qonağımız Azərbaycanda bu tendensiyaya təsir göstərən dövlət siyasətləri, müxtəlif ölkələrdə həyata keçirilən yaşıl təşəbbüslər, o cümlədən ABŞ-ın Tesla şirkətinin və Çin markalarının nailiyyətləri barədə danışıb. Çıxışda, həmçinin, elektrikli avtomobill...
Süni Zəka zəngləri: Fırıldağa düşməmək üçün nə etməli? | Maral Qurbanzadə 17.03.2025 8:53
Hər keçən gün Süni Zəka vasitəsilə həyata keçirilən telefon fırıldaqçılığı haqqında eşidirik. Heç kim yeni texnologiyalardan məharətlə istifadə edən bədniyyətlilərdən sığortalanmayıb. Əhalinin həssas qruplarından tutmuş nüfuzlu şəxslərə qədər hər kəs bu cür fırıldaqçıların qurbanı ola bilər. İnsan-robot ünsiyyəti üzrə mütəxəssis Maral Qurbanzadə bu cür zənglərin tələsinə düşməmək üçün görülməli ol...
Şəhərin siması və tarixi mirasın qorunması | Dilqəm İsmayılov 13.03.2025 12:22
Memar Dilqam İsmayılov şəhər kimliyinin onun tarixi və memarlıq irsi ilə formalaşdığını deyir və əlavə edir ki, binalar sadəcə tikililər deyil, eyni zamanda tarixi, xatirələri və mədəni davamlılığı özündə daşıyan abidələrdir. Qonağımızın sözlərinə görə, Bakı, həm Şərq, həm də Qərb memarlıq üslublarının birləşdiyi bir şəhər olaraq, digər şəhərləri təqlid etməklə öz kimliyini itirmək təhlükəsi ilə ü...
Dayanıqlılıq istehlakçıları düşündürməlidirmi? | İlkin Hacıyev 10.03.2025 14:14
Dayanıqlı inkişaf bugünkü nəslin ehtiyaclarını ödəməklə gələcək nəsillərin imkanlarını təhlükəyə atmamaq deməkdir. Sustainera Solutions şirkətinin təsisçisi İlkin Hacıyevin sözlərinə görə, ətraf mühitin çirklənməsində əsas iştirakçılar şirkətlər olsa da, fərdlər də gündəlik istehlak seçimləri ilə bu prosesdə mühüm rol oynayırlar. Qonağımız məsuliyyətli istehlakçılığı, tullantıların azaldılmasını v...
Azərbaycanda məhkumların təhsilə çıxışı | Tamella Abdıyeva 06.03.2025 17:43
Yeni müsahibəmizdə tədqiqatçı Tamella Abdıyeva ilə həbsxana təhsili haqqında danışdıq. O bildirir ki, Azərbaycanda həbsxanalarda ümumi və peşə təhsilini nəzərdə tutsa da, praktikada ümumi təhsil yalnız yeniyetmə məhkumlar üçün əlçatandır, böyüklər üçün isə bu imkanlar təmin edilmir. Abdıyeva həbsxanada olan yetkin məhkumların təhsilə çıxışının vacibliyini vurğulayır. O qeyd edir ki, bir çox məhkum...
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici