akinchi
Əkinçi
Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
Visita il sito del podcast e sostieni chi lo crea: akinchi.podbean.com
Dove ascoltare?
I podcast nell'app Replaio Radio In arrivoI podcast stanno per arrivare nell'app. Installala ora e scopri per primo un modo tutto nuovo di vivere i podcast
Episodi
Məktəblərdə uşaqların qorunması: İngiltərə təcrübəsi | Zeynəb Rzayeva 02.10.2025 26:24
Təhsil eksperti Zeynəb Rzayeva ilə İngiltərə məktəblərində uşaqların mühafizəsi üzrə tədbirlər planlarının necə icra edildiyini müzakirə etdik. Qonağımız vurğulayır ki, uşaqların mühafizəsi tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq məktəb heyətinin bütün üzvlərinin məsuliyyətidir. O, əməkdaşların fiziki, emosional, cinsi istismar və laqeydlik kimi müxtəlif zorakılıq formalarını tanımasını...
Ölkədə idmana daha ciddi münasibət göstərilməlidir | Nəzrin Qəribova 29.09.2025 14:51
ABŞ-da böyüyən Nəzrin Qəribova sonradan Azərbaycana köçüb. Hazırda xizək alpinizmi üzrə ölkə komandasının üzvü olan Nəzrin deyir ki, uşaq və yeniyetmə yaşlarında müxtəlif idman növləri həyatının ayrılmaz bir hissəsi olub. Onun sözlərinə görə, idman ona dözümlülük, komanda ruhu, özünəinam və intizam kimi dəyərləri aşılayıb və bu təcrübə həyatının hər mərhələsində ona faydalı olub. Qonağımızla gəncl...
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı | Nəzrin Əsgərova 25.09.2025 15:08
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı qadınlarla bağlı mövzulara diqqət çəkmək, qadınların hekayələrini önə çıxarmaq və cəmiyyət tərəfindən geniş müzakirə edilməyən mövzuları gündəmə gətirmək üçün yaradılıb. Festival əsasən qadın rejissorların filmlərinə və ya qadınların həyat hekayələrini əhatə edən sənədli filmlərə üstünlük verir. Festivalın meneceri Nəzrin Əsgərova ilə bu təşəbbüsün mi...
Neft və qaz sərvəti ilə uşaqların gələcəyinə sərmayə | Aytəkin Hüseynli 22.09.2025 17:40
Vaşinqton Universitetinin Asistent Tədqiqat Professoru Aytəkin Hüseynli qeyd edir ki, neft, qaz və mineral sərvətlə zəngin ölkələr bu resursları olmayan zəngin ölkələrlə müqayisədə sosial müdafiə, təhsil və səhiyyə sahələrində geri qalır və bunun nəticəsində həmin ölkələrdə həm həssas qruplar, həm də bütövlükdə ailələr və uşaqlar daha çətin vəziyyətlə üzləşirlər. Qonağımız bizimlə söhbət zamanı tə...
Məktəblərdə musiqi fənni niyə vacibdir? | Sara Timurova 18.09.2025 28:50
Bizimlə söhbətində musiqişünas, “Akustik Palitra” Musiqi Məktəbinin direktoru Sara Timurova musiqi təhsilinin həm fərdi, həm də ictimai inkişaf üçün həyati əhəmiyyət daşıdığını bildirir. Qonağımız izah edir ki, musiqi sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda mədəni kodların daşıyıcısı, emosiyaların dili, yaddaş, sağalma, ünsiyyət və həyata məna qatan bir vasitədir. O əlavə edir ki, estetik dəyə...
İnnovasiya ekosisteminin sütunları | Tuğra Musayeva 15.09.2025 22:41
"PAŞA Holding"in Korporativ İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva ilə Azərbaycandakı innovasiya ekosistemi, xüsusilə də bu ekosistemin səmərəli fəaliyyəti üçün istedadların yetişdirilməsi və dəstəkləyici mühitin yaradılması barədə danışdıq. Qonağımız innovasiyaların həm idxalı, həm də daxildə inkişafı ilə bağlı müxtəlif strategiyaların xüsusiyyətlərini izah etməklə yanaşı, innovasiyaların yara...
Uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirlər: Mif, yoxsa həqiqət? | Murad Akifsoy 11.09.2025 26:09
Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy ilə cəmiyyətdə uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirləri müzakirə etdik. Qonağımız cavablarında valideynlərin bəzən işlətdiyi ağır sözlər və uşaqlara qarşı təhqirlər, həmçinin disiplin anlayışının yanlış yozulması və uşaqların onlarla mübahisə etməsinə qarşı dözümsüzlükləri mövzularına xüsusi diqqət ayırdı.
Gələcəyin qidası | Nərmin Axundova 08.09.2025 12:01
Artan dünya əhalisinin qida ehtiyaclarının qarşılanması, kənd təsərrüfatına yararlı torpaqların azalması və iqlim dəyişikliyinin yaratdığı çətinliklər qida sənayesində köklü dəyişiklikləri zəruri edir. Molekulyar bioloq Nərmin Axundova bildirir ki, bu dəyişikliklər birdən-birə baş verəcək inqilab deyil, artıq müşahidə olunan davamlı bir prosesdir. Süni ət, GMO məhsulları və qidaların zənginləşdiri...
Oyunlaşdırma nədir və necə işləyir? | Şahin Əliyev 04.09.2025 14:13
“Dynamic Box Studio” şirkətinin həmtəsisçisi Şahin Əliyev oyunlaşdırma anlayışından və onun həm iş, həm də təhsil mühitində səmərəliliyi artırmaq potensialından danışıb. Qonağımız 1913-cü ildə Henri Fordun konveyer xəttini tətbiq etməklə istehsalata inqilab gətirməsinə baxmayaraq, bu prosesin işçilərdə motivasiya itkisinə səbəb olduğunu vurğulayır və əlavə edir ki, oyunlaşdırma yanaşması həm əməkd...
Təhsilin gələcəyi: Süni zəka və çoxşaxəli zəka | Abbas Abbasov 01.09.2025 11:13
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasov bildirir ki, bu gün təhsil sistemləri süni zəkanın yaratdığı dəyişikliklərə cavab olaraq özünü yenidən kəşf etməyə məcburdur. Qonağımız vurğulayır ki, süni zəkanın əlçatan olması ilə daha da dərinləşən böhranın əsas səbəblərindən biri təhsilin məntiqi və linqvistik bacarıqları ölçən standartlaşdırılmış imtahanlardan asılı olmasıdır. Spikerin sözlərinə görə,...
Xaricdə təhsillə bağlı valideynlərin buraxdığı səhvlər | Günay Məsimova 31.07.2025 6:31
Xaricdə təhsil mütəxəssisi Günay Məsimova valideynlərin övladlarını məktəbdən uzaqlaşdıraraq diqqəti yalnız xarici universitetlərə qəbul üçün tələb olunan test hazırlığına yönəltməsinə diqqət çəkir. Qonağımız bildirir ki, bu testlər qəbul üçün vacib olsa da, məktəb fənlərinin və fundamental biliklərin arxa plana atılması gələcəkdə tələbələr üçün ciddi çətinliklər yaradır. Bununla yanaşı, qonağımız...
Yaradıcılıq gücü: Reklamlar insan davranışını necə dəyişdirir? | Orxan Kərim 28.07.2025 19:40
Endorphin reklam agentliyinin rəhbəri Orxan Kərim hesab edir ki, reklam kommunikasiyanın aparıcı aləti olmaqla yanaşı, cəmiyyətdə əhəmiyyətli dəyişikliklər yarada biləcək güclü bir vasitədir. Onun fikrincə, müasir brendlər yalnız satışa yönəlik kampaniyalara deyil, sosial təsir gücünə malik təşəbbüslərə də üstünlük verməlidirlər. Qonağımız əlavə edir ki, empatiya və strateji baxışa əsaslanan məqsə...
Jest dili haqda bilməli olduqlarımız | Nuranə Abıyeva 24.07.2025 32:58
Jest dili üzrə təlimçi Nuranə Abıyeva ilə bu ünsiyyət formasının cəmiyyətdə tutduğu əhəmiyyətli roldan danışdıq. Çıxışında o, jest dili ilə bağlı geniş yayılmış yanlış təsəvvürləri qeyd edərək vurğuladı ki, bu dil yalnız eşitmə və danışma məhdudiyyəti olan şəxslər və onların yaxınları üçün deyil, bütövlükdə cəmiyyət üçün önəmli ünsiyyət vasitəsidir. Qonağımız həmçinin qeyd edir ki, jest dili təkcə...
Azərbaycanda arıçılıq - mövcud vəziyyət və çətinliklər | Elvin Bayramlı 21.07.2025 13:53
Azərbaycan balının zənginliyini vurğulayan arıçı Elvin Bayramlı bizimlə söhbətində qeyd edib ki, ölkə balının ixrac potensialı yüksək olsa da, bunun reallaşdırılması üçün fermerlər, şirkətlər və dövlət qurumları birgə çalışmalıdır. Qonağımız prosedurların sadələşdirilməsinə, arıçılarla dövlət qurumları arasında daha səmərəli əməkdaşlığa və baytarlıq xidmətlərinin təkmilləşdirilməsinə çağırış edir....
Bayırşəhər: İtirə biləcəyimiz yaddaş | Elməddin Süleymanov 17.07.2025 8:49
“Planda Bayırşəhər” sənədli filmini Bakıda tarixi məhəllələrin ardıcıl şəkildə sökülməsinə cavab olaraq çəkdiyini bildirən Elməddin Süleymanov, əvvəlki təcrübələri nəzərə alaraq bu prosesi sənədləşdirməyi öz borcu kimi qəbul etdiyini deyir. Rejissor əlavə edir ki, bu ərazilərin itirilməsi təkcə memarlıq irsinin deyil, həm də Bakı şəhərinin ruhunun və məhəllə həyatının itirilməsi deməkdir. O, həmçi...
Diabet haqda bilməli olduqlarımız | Fidan Qulu 14.07.2025 14:07
Hazırda dünyada 500 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və bu rəqəmin gələcək illərdə daha da artacağı proqnozlaşdırılır. Endokrinoloq Fidan Qulu ilə bu xəstəliyin əlamətləri, xüsusiyyətləri və onunla mübarizədə atılmalı olan addımlar haqqında danışdıq. Qonağımız şəkərli diabetin xroniki xəstəlik olduğunu və səssiz şəkildə ürək, böyrək, göz və damar sisteminə zərər verərək infarkt,...
Şüurlu tanışlıq nədir və bu bizi boşanmadan necə qoruya bilər? 10.07.2025 18:49
Boşanmaların əksəriyyətinin tanışlıq mərhələsində buraxılan səhvlərdən qaynaqlandığını vurğulayan münasibət və boşanma üzrə kouç Kama Əhməd, bizimlə söhbətində terapist Deyvid Stil tərəfindən hazırlanmış “şüurlu tanışlıq” anlayışından danışdı. Qonağımızın sözlərinə görə, şüurlu tanışlığın əsas prinsiplərindən biri özünü tanımaqdır. İnsan öz dəyərlərini, ehtiyaclarını, həyata baxışını və münasibətd...
Boşanma zamanı uşaqların hüquqları qorunurmu? | Günel Əliyeva 07.07.2025 10:55
Yeni müsahibəmizdə hüquqşünas Günel Əliyeva Azərbaycanda boşanmanın uşaqların hüquqları və emosional rifahı üzərində yaratdığı ciddi təsirlərdən danışır. Qonağımız vurğulayır ki, emosional gərginliyin yüksək olduğu boşanma prosesi zamanı tez-tez uşaqların sevgi, qayğı və hər iki valideynlə sağlam mühitdə yaşamaq kimi əsas hüquqları pozulur. Bəzi hallarda isə uşaqlardan alət kimi istifadə olunur və...
Radio nə qədər aktualdır? | Fateh 03.07.2025 21:20
Yeni müsahibəmizdə televiziya və radio aparıcısı Fateh gələn il 100 yaşı tamam olacaq Azərbaycan radiosunun bir əsrlik inkişaf yoluna, eləcə də rəqəmsal dövrdə radionun üzləşdiyi reallıqlara nəzər salır. Fateh çıxışında radionun Sovet dövründə totalitar təbliğat vasitəsi kimi istifadə olunmasından, müstəqillikdən sonra isə özəl radioların meydana gəlməsi ilə radionun xalqa yaxın üslublar gətirməsi...
Şahmat bizə nə öyrədir? | Günay Məmmədzadə 30.06.2025 11:15
14 yaşında qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüş Günay Məmmədzadə qadınlar arasında şahmat üzrə üçqat Azərbaycan çempionudur. O, yeniyetmələr arasında ikiqat dünya və Avropa çempionu olub. Hazırda Azərbaycanın ən yüksək reytinqli qadın şahmatçısıdır. Yeni müsahibəmizdə Günay Məmmədzadə ilə şahmat haqqında söhbət etmişik. Qonağımız vurğulayır ki, Azərbaycanda şahmata maraq...
Təhsildə mədəniyyət, ənənə və innovasiya balansı | Aynurə Abdullayeva 26.06.2025 9:18
Təhsil mütəxəssisi Aynurə Abdullayeva ilə müsahibəmizdə mədəniyyət, ənənə və qlobal trendlərin təhsilə inteqrasiyası haqqında danışdıq. Qonağımız vurğulayır ki, yerli ənənələr və mədəni dəyərlər düşünülmüş şəkildə tətbiq olunduqda, şagirdlərin yazı, nitq və tənqidi təfəkkür bacarıqları da daxil olmaqla, ümumi idrak inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Lakin spikerimiz xəbərd...
TikTok dövründə jurnalistika | Pəri Abbaslı 23.06.2025 8:24
Yeni müsahibəmizdə jurnalist Pəri Abbaslı müasir jurnalistika və rəqəmsal mediada vertikal videoların artan təsirindən danışır. Sosial media platformalarının ənənəvi horizontal formatlardan vertikal formatlara keçidi sürətləndirdiyini qeyd edən qonağımız əlavə edir ki, bu formatdan istifadə getdikcə daha da artacaq. Pəri Abbaslı bildirir ki, vertikal videolar vətəndaş jurnalistikasını gücləndirir,...
İş yerində ayrı-seçkilik və seksual qısnamaya qarşı mübarizə | Mehri Rzayeva 19.06.2025 13:07
Hüquqşünas Mehri Rzayeva iş yerlərində cinsi ayrı-seçkilik və seksual qısnamaya dair problemlərə toxunur və qadınların bu halları sübut etməkdə qarşılaşdıqları çətinlikləri vurğulayır. Qonağımız izah edir ki, diskriminasiya daha çox işə qəbul, vəzifəyə yüksəlmə və əmək haqqı ilə bağlı danışıqlar zamanı baş verir. Mehri Rzayeva bildirir ki, Azərbaycanın əmək qanunvericiliyində bu məsələlərlə effekt...
Sabunçunun tarixi: Neft, multikulturalizm və unudulmuş hekayələr | Müşfiq Əkbər 16.06.2025 14:01
Yeni müsahibəmizdə tarixçi Müşfiq Əkbər Bakının unudulmuş Sabunçu kəndinin zəngin, lakin diqqətdən kənarda qalmış tarixi və mədəni potensialı haqqında danışır. Qonağımız Sabunçu xəstəxanasını, Nobel qardaşlarının işçi şəhərciyini, elektrik stansiyasını və buradakı multikultural yaşayış tərzini xüsusi vurğulayır. Müşfiq Əkbər bildirir ki, Sabunçu bərpa olunsa, bu məkan Azərbaycanın sənaye, mədəni v...
Azərbaycan Biznes Keys Müsabiqəsi | Səkinə Qaragöz 12.06.2025 9:55
Azərbaycan Biznes Keys Müsabiqəsinin məzunu və təlimçisi Səkinə Qaragöz bu yarışma ilə bağlı təcrübəsini və onun peşəkar inkişafına necə təsir etdiyini bölüşür. Qonağımız qeyd edir ki, bu müsabiqə tələbələrə real biznes problemlərini müəyyənləşdirməyi, məhdud resurslarla strateji həll yolları tapmağı, eləcə də strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi əsas bacarıqları inkişaf etdirməyi öyrədir...
Podcast simili
Replaio non è un editore di podcast; i nomi dei programmi, le copertine e l'audio appartengono ai rispettivi autori e vengono distribuiti tramite feed RSS pubblici