akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

No dejes de visitar la web del podcast y apoyar a su creador: akinchi.podbean.com

Autor

akinchi

Categoría

Education

Web del podcast

akinchi.podbean.com

Último episodio

30 de jul. de 2026

¿Dónde escuchar?

Podcasts en la app Replaio Radio Muy pronto

Los podcasts llegarán muy pronto a la app. Instálala ahora y sé el primero en descubrir una forma totalmente nueva de vivir los podcasts

Descárgala en Google Play Instálala gratis Android casi 10 M de descargas · valoración de 4,8 iOS muy pronto

Episodios

Nostalgiya nədir? | Araz Bağırov 07.01.2022

Tarixçi Araz Bağırovla nostalgiyanın haqqında danışmışıq. Qonağımız düşünür ki, nostalgiya təhlükəlidir və çox asanlıqla mühafizəkar və mürtəce dəyərlərlə əlaqələndirilə bilər.

Covid-19 əleyhinə vaksin bizə necə kömək edəcək? | Vasif Əliyev 07.01.2022

Artıq bir neçə müddətdir ki, bütün dünyada koronavirus əleyhinə vaksinlərin vurulmasına başlanılıb. Bəs Covid-19 əleyhinə vaksin bizə necə kömək edə bilər? Həkim-infeksionist Vasif Əliyevlə müsahibəmizi izləyin.

Kino, insan kapitalı və liberallaşma | Rüfət Həsənov 07.01.2022

Növbəti müsahibimiz rejissor, Mədəniyyət Nazirliyinin Kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur. Qonağımızla kino sənayesinin mövcud durumu və bu sektorun inkişafı üçün atılmalı olan addımlardan danışdıq.

Pandemiya dövrü teatr | Günel İmanova 07.01.2022

Aktrisa Günel İmanova pandemiya dövründə teatr aktyorlarının üzləşdiyi çətinliklərdən danışır.

Breykdans necə yarandı, necə populyarlaşdı? | Səid Riad 07.01.2022

Bir neçə ay öncə breykdansın olimpiya oyunlarının proqramına daxil olunduğu elan edildi. Bu rəqs növünün ilk olimpiya debütü 2024-cü ildə Parisdə keçiriləcək oyunlar zamanı baş tutacaq. Breykdans necə yarandı və necə populyarlaşması? Bu haqda tədqiqatçı Səid Riad ilə söhbət etmişik.

Dilimiz və dilçiliyimiz | Günel Orucova 07.01.2022

Əkinçinin növbəti qonağı şərqşünas Günel Orucovadır. Günellə Azərbaycan dilinin qısa inkişaf tarixi, dilin saflığının saxlanması, dilin lüğət tərkibinin dəyişməsi və digər maraqlı mövzular ətrafında söhbətləşmişik.

Erkən nikah, zorakılıq və siyasət | Şəmsiyyə Mustafayeva 07.01.2022

Gender və inkişaf eksperti Şəmsiyyə Mustafayeva ilə qadınların hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan addımlar haqda söhbət etdik.

Toxum kraudfandinq platforması | Toğrul İsmayılov 07.01.2022

Əkinçinin növbəti qonağı Toğrul İsmayılovla Azərbaycanda ilk onlayn kraudfandinq platforması olan Toxum və Azərbaycanla müqayisədə digər ölkələrdə kraudfandinq təcrübələri haqqında danışmışıq.

KekaLove Adaptive Fashion | Məhəmməd Kekalov 07.01.2022

“KekaLove Adaptive Fashion” sosial sahibkar Məhəmməd Kekalovun layihəsidir. Layihənin məqsədi fiziki məhdudiyyətli insanların ehtiyaclarına uyğun olaraq müvafiq geyimlər dizayn və istehsal etməkdir. Videomuzu izləyərək layihə haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

İncəsənət sahəsində müstəqil inkişaf üçün imkanlar | Aqil Abdullayev 07.01.2022

Bu videomuzda incəsənət sahəsində müstəqil inkişaf üçün imkanlar haqqında danışmışıq. Qonağımız sənətçi Aqil Abdullayevdir.

Yaradıcılıq nədir? | İlkin Yusif 07.01.2022

Kreativ direktor İlkin Yusiflə yaradıcılıq haqda danışdıq. O, çıxışında son zamanlar aktual mövzulardan biri olan - sənətdə müasir tələblərə toxundu. İlkin düşünür ki, bu cür məhdudiyyətlərin müsbət cəhətləri olsa da, mənfi tərəfləri də az deyil.

Şəhla Qarayeva Təqaüd Proqramı | Abbas Abbasov 07.01.2022

Kolumbia Universitetinin doktorantı Abbas Abbasov özünün də təsisçilərindən biri olduğu, maddi imkanları zəif olan gənc qız və qadınlara təhsil xərcləri ilə bağlı köməklik göstərməyi və ali təhsilə çatımlılığı hədəfləyən Şəhla Qarayeva Təqaüd Proqramı haqqında danışır.

Azərbaycanda Tarif Şurası | Rövşən Ağayev 07.01.2022

İqtisadçı Rövşən Ağayevlə Tarif Şurasının fəaliyyəti haqqında danışmışıq.

Bayağı musiqidən zərər varmı? | Firudin Allahverdi 07.01.2022

Bəstəkar Firudin Allahverdi ilə bayağı musiqi və onun cəmiyyətə təsiri haqda danışmışıq.

Trans-Xəzər Nəqliyyat Dəhlizi və onun strateji əhəmiyyəti | Aqşin Muxtarov 07.01.2022

Gəmiçilik və logistika üzrə mütəxəssis Aqşin Muxtarovla Transxəzər nəqliyyat dəhlizi və onun Azərbaycan və regional inkişaf üçün strateji əhəmiyyətindən danışmışıq.

Uşağın inkişafında etdiyimiz səhvlər və doğru addımlar | Ülviyyə Mirzəyeva 07.01.2022

Uşaq inkişafı üzrə mütəxəssis, həkim Ülviyyə Mirzəyeva uşaqların inkişafında yol verilən səhvlər və valideynlərin bu səhvlərə yol verməmək üçün diqqət etməli olduğu məsələlər haqqında danışır.

Azərbaycanda struktur islahatları | Fərid Mehralızadə 07.01.2022

Ölkədə aparılan islahatlar uğurla nəticələnirmi? Ümumiyyətlə, bu islahatların nəticələrini necə ölçmək lazımdır? İqtisadçı Fərid Mehralızadə ilə Azərbaycanda struktur islahatlarından danışmışıq.

Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi əngəllər | Akif Qurbanov 07.01.2022

Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquqşünas Akif Qurbanov Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə mane olan problemlər haqqında danışır.

Foto - dünyanın ən qüvvətli və ən universal dili | Rza Diqqəti 07.01.2022

Qonağımız fotoları ilə çoxlarının sevgisini qazanmış Rza Diqqətidir. Onunla söhbətimiz bir az uzun, amma çox maraqlı alındı.

Azərbaycanda sosial iş təhsili | Sənubər Heydərova 07.01.2022

Sənubər Heydərova Azərbaycanda sosial iş təhsili ilə bağlı mövcud olan problemlərdən danışdıq.

Texnologiya və miflər | Fərid Pərdəşünas 07.01.2022

2020-ci il texnologiya ilə bağlı miflərin həmişəkindən daha çox olduğu illərdən biri kimi yadda qaldı. Texnobloqer Fərid Pərdəşünas ilə xüsusilə pandemiya dövründə ortaya çıxan çoxsaylı miflər haqqında danışmışıq.

Qlobal pandemiya dövrü enerji bazarı | Rauf Məmmədov 07.01.2022

Yaxın Şərq İnstitutunun enerji məsələləri üzrə tədqiqatçısı Rauf Məmmədovla 2020-ci ildə qlobal pandemiya fonunda enerji bazarının vəziyyəti haqda danışdıq.

Konseptual rus sənət nümunələri | Nərgiz Məmmədli 07.01.2022

Tədqiqatçı şənətsünas Nərgiz Məmmədli ilə konseptual rus sənət nümunələri haqqında danışmışıq.

ÖzünYarat nədir? | Cəsur Həsənov 07.01.2022

“ÖzünYarat” layihəsinin qurucularından Cəsur Həsənov “Upcycling” və “Do it yourself” konsepsiyalarınıı istifadə edərək, köhnə əşyalar və materiallardan yeni əşyalar hazırlamağın həm özümüz, həm də ətraf mühit üçün olan faydalarından danışır.

Şəhərlər və kreativ təbəqə | Anar Vəliyev 07.01.2022

ADA universitetinin dekanı Anar Vəliyev kreativ təbəqənin şəhərlərdə məskunlaşması və fəaliyyət göstərməsi üçün lazım olan şərtlərdən danışır.

Escucha el podcast Əkinçi en Replaio

Radio y podcasts en una sola app - gratis y sin registro. Instálala hoy y no te pierdas el estreno

Descárgala en Google Play

Replaio no es editor de podcasts; los nombres de los programas, las portadas y el audio pertenecen a sus autores y se distribuyen a través de canales RSS públicos