akinchi

Əkinçi

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.

Husk at besøge podcastens hjemmeside og støtte skaberen: akinchi.podbean.com

Forfatter

akinchi

Kategori

Education

Podcastens hjemmeside

akinchi.podbean.com

Seneste episode

30. jul. 2026

Hvor kan du lytte?

Podcasts i appen Replaio Radio Kommer snart

Podcasts kommer snart til appen. Installer nu, og vær den første til at se en helt ny tilgang til podcasts

Hent den på Google Play Installer gratis Android næsten 10 mio. downloads · 4,8 i bedømmelse iOS snart

Episoder

Avropa Məhkəməsinə müraciət zamanı nələri nəzərə almalı | Səyyad Yusifli 28.09.2022

Avropa Məhkəməsinə müraciət etmək istəyirsinizsə, nələri bilməli və hansı məqamlara diqqət etməlisiniz? Hüquqşünas Səyyad Yusifli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Psixoterapiyada dünya standartları | Loğman Qasımov 26.09.2022

Azərbaycanda psixoterapiya sahəsində hansı problemlər var və bu problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Növbəti videomuzda psixiatriya və psixoterapiya üzrə rezident həkim Loğman Qasımovla psixiatriyada dünya standartları haqqında söhbət etmişik.

”Outro: Repin Təhlili” kitabı nə haqdadır? | Səid Riad 23.09.2022

Rep Azərbaycana necə gəldi və inkişaf etdi? "Outro: Repin Təhlili" kitabının müəllifi Səid Riadla söhbətimizi izləyə bilərsiniz.

Nifrət cinayətləri ilə necə mübarizə aparmalı | Səməd Rəhimli 21.09.2022

Nifrət cinayəti nədir və onun qarşısını necə almaq mümkündür? Nifrət nitqi ilə nifrət cinayətləri arasında əlaqə varmı? Hansı tədbirlər görulməlidir?

Azərbaycanda müstəqil kino | İntiqam Hacılı 19.09.2022

Azərbaycanda müstəqil kino necə formalaşdı? Bu gün müstəqil kinematoqrafçılar hansı problemlərlə üzləşirlər? Prodüser, rejissor İntiqam Hacılı ilə söhbətimizi izləyə bilərsiniz.

Gentrifikasiya və şəhər | Ucal Qorçu 16.09.2022

Gentrifikasiya nədir və o hansı nəticələrə səbəb olur? Azərbaycanda gentrifikasiya nümunələrini harada görmək olar? Urbanist tədqiqatçı Ucal Qorçu ilə gentrifikasiya və şəhərlərdən danışmışıq.

Texnologiya işləri əlimizdən alır. Buna hazırıqmı? | Sübhan Həsənli 14.09.2022

Texnologiyanın inkişafı məşğulluqla bağlı hansı çağırışları ortaya çıxarır? Hökumətlər buna necə reaskiya verməlidir? Növbəti videomuzda hüquqşünas Sübhan Həsənli ilə texnologiyanın inkişafının əmək bazarına təsiri haqqında söhbət etmişik.

Azərbaycanda musiqi təhsili | Şəfaqət Məmmədova 12.09.2022

Azərbaycan musiqi təhsilində hansı problemlər var? Bu problemlər nədən qaynaqlanır və onları aradan qaldırmaq üçün hansı addımları atmaq lazımdır? Musiqişünas Şəfaqət Məmmədova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Büdcədə ictimai iştirakçılığın təmin edilməsi | Samirə Qasımova 09.09.2022

Büdcədə ictimai iştirakçılıq nə üçün əhəmiyyətlidir və bunun hansı faydaları var? Yeni videomuzda iqtisadçı Samirə Qasımova ilə büdcədə ictimai iştirakçılığın təmin edilməsi haqqında danışmışıq.

Avropa Məhkəməsi Azərbaycan hüquq sisteminə təsir edə bilibmi? | Emin Aslan 07.09.2022

Avropa Məhkəməsinin Azərbaycana qarşı olan məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət necədir? Hökumətlər öhdəliklərini yerinə yetirmirsə, Avropa Məhkəməsi buna necə nəzarət edir? Hüquqşünas Emin Aslanla Avropa Məhkəməsinin Azərbaycan hüquq sisteminə təsiri haqqında danışmışıq.

Memarlıqda süni intellekt | Aydan Ağabəyli 05.09.2022

Süni intellekt memarlığa necə tətbiq oluna bilər və bunun hansı faydaları var? Memar Aydan Ağabəyli ilə memarlıqda süni intellekt barəsində danışmışıq.

Müasir dövrdə siyasi partiyalar və ideologiyalar | Cavid İbad 02.09.2022

Siyasi partiyalar və ideologiyalar müasir dünyada necə işləyir? Leiden universitetinin məzunu Cavid İbadla söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Qida təhlükəsizliyi nə üçün əhəmiyyətlidir | Nərmin Axundova 17.08.2022

Qida təhlükəsizliyi nə üçün əhəmiyyətlidir və bunu təmin etmək üçün hansı addımları atmaq lazımdır? Molekulyar bioloq Nərmin Axundova ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Rəqəmsal bacarıqlar niyə önəmlidir? | Rauf Cabarov 15.08.2022

Rəqəmsal bacarıqlar cəmiyyətin inkişafına necə təsir göstərir? Nə üçün müasir dövrümüzdə rəqəmsal bacarıqlara yiyələnmək önəmlidir? IKT Lab-ın direktoru Rauf Cabarovla söhbətimizi izləyə bilərsiniz.

Qərbdə və Azərbaycanda multikulturalizm | Mirkamran Hüseynli 12.08.2022

Nəyə görə fərdi hüquqlar qədər icma hüquqları da vacibdir? Bolonya və Mərkəzi Avropa Universiteti məzunu, araşdırmaçı Mirkamran Hüseynli izah edir.

Nəqliyyat, tıxaclar və şəhər sıxlığı | Orxan Zakirov 10.08.2022

Bakıda tıxac problemi nə üçün kəskindir? İctimai nəqliyyat sərnişinlər üçün nə qədər əlverişlidir? Tədqiqatçı, Queensland universitetində informasiya sistemlərinin idarəedilməsi üzrə təhsil almış Orxan Zakirovla nəqliyyat, tıxaclar və şəhər sıxlığı haqqında söhbət etmişik.

Turistlərin Azərbaycan təcrübəsi | Qanı Nəsirov 08.08.2022

Azərbaycana gələn turistlərin ölkə ilə bağlı hansı təəssüratları var? Turizmin inkişlaf etdirilməsinə haradan başlamaq lazımdır? Bələdçi Qanı Nəsirovla turistlərin Azərbaycan təcrübəsi barəsində danışmışıq.

Ekoturizm - yerli əhalinin iştirakı və təbiətin mühafizəsi | Tural Ömərov 05.08.2022

Ekoturizm nədir və nəyə görə vacibdir? Ekoturizmlə təbiət turizminin fərqi nədir? Növbəti videomuzda ekoturizm eksperti Tural Ömərovla ekoturizm - yerli əhalinin iştirakı və təbiətin mühafizəsi barəsində söhbət etmişik.

Əqli mülkiyyət hüququ - doğru bilinən yanlışlar? | Aytac İsmayılova 03.08.2022

Əqli mülkiyyət hüququ ilə bağlı doğru bilinən yanlışlar hansılardır? Hüquqşünas Aytac İmsayılova ilə videomuzu izləyərək öyrənə bilərsiniz.

Azərbaycanda su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri | Rövşən Abbasov 01.08.2022

Azərbaycan su ehtiyatları baxımından yaxın gələcəkdə problem yaşayacaq ölkələr sırasındadır. Təcili tədbirlər görülməsə, su çatışmazlığı problemi yaxın illərdə daha da kəskinləşəcək. Növbəti videomuzda Rövşən Abbasov Azərbaycanda su ehtiyatları və iqlim dəyişmələri şəraitində idarəetmə problemləri haqqında danışır.

İctimai iştirakçılıq və vətəndaşların qanunvericilik təşəbbüsü | Bəşir Süleymanlı 29.07.2022

Vətəndaşların dövlət idarəetməsində iştirakı nə üçün vacibdir? Bu hüquqdan istifadə etmək üçün vətəndaşlar nə etməlidir? Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə ictimai iştirakçılıq və vətəndaşların qanunvericilik təşəbbüsü barəsində danışmışıq.

Polislə ünsiyyət zamanı bilməli olduqlarımız | Fariz Namazlı 27.07.2022

Polislə ünsiyyət zamanı bilməli olduğumuz məqamlar hansılardır? Hüquq-mühafizə orqanları tərəfindən dindirildikdə hansı hüquqlarımızdan istifadə edə bilərik? Vəkil Fariz Namazlı ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Taksi fəaliyyətinin hüquqi aspektləri | Sənan Şirinov 25.07.2022

Taksi fəaliyyəti ilə bağlı sərnişinlər tez-tez bir sıra problemlərlə qarşılaşırlar. Bu problemlər nələrdir və onları necə həll etmək lazımdır? Vəkil Sənan Şirinovla taksi fəaliyyətinin hüquqi aspektləri haqqında söhbət etmişik.

Ukrayna müharibəsi azərbaycanlı reportyorun gözü ilə | Əziz Kərimov 22.07.2022

Azərbaycanlı fotoreportyor Əziz Kərimovun Ukrayna müharibəsi dövründə çəkdiyi fotolar ətrafında çıxışını izləmək üçün videomuzu izləyə bilərsiniz.

Bina informasiya modelləşdirilməsi (BİM) nədir? | Aydan Ağabəyli 20.07.2022

Bina informasiya modelləşdirilməsi (BİM) nədir və ondan memarlıqda necə istifadə etmək mümkündür? Memar Aydan Ağabəyli ilə söhbətimizi izləyərək öyrənə bilərsiniz.

Lyt til podcasten Əkinçi i Replaio

Radio og podcasts i én app - gratis og uden tilmelding. Installer i dag, og gå ikke glip af lanceringen

Hent den på Google Play

Replaio er ikke podcastudgiver; programmernes navne, coverbilleder og lyd tilhører deres ophavsmænd og distribueres via offentlige RSS-feeds.